R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə114/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   110   111   112   113   114   115   116   117   ...   131

nur.  Məhz  cinayət  hüququ  sosial  qaydanın,  sosial  ədalətin  bərpasına, 
eləcə  də  insanın  pozulmuş  hüquqlarının  müdafiəsinə  soy  göstərir.  Ona 
görə  də  pozulmuş  hüquqların  müdafiəsi  eyni  zamanda da  sosial  ədalətin 
bərpası deməkdir.
Hüquq  ədəbiyyatında  belə  hesab  olunur  ki,  cinayət  cəzasının  məq­
sədlərinin  -  sosial ədalətin bərpasının özünün  formuləsi  bir qədər qeyri- 
müəyyəndir.  Qanunun dili  adətən, dəqiqliyi  ilə  seçilir, həddən  artıq  geniş 
təfsirə  yol  verilmir.  Konkret  halda  bu  yoxdur.  Məsələn,  Çikatilo  və  ya 
Mixaseviç  tərəfindən  törədilmiş  ailə  qətllərində  «sosial  ədalət»  ideyasını 
neçə başa düşmək olar?  Hətta şərin eyni dərəcədə şərlə əvəzinin çıxılması 
ideyası  burada  öz yerini  tapa  bilmir,  sosial  ədalət  haqqında  isə  danışmaq 
mümkün deyil.1
Ona  görə  də  elə  təsəvvür edilir  ki,  hüququn  təsirinin  bərpası  ideyası 
mülki  hiiquq  üçün  daha  spesifikdir,  çünki  o,  burada  ümumi  xarakter 
daşıyır.  Cinayət  hüququnda  isə  o,  belə  ümumi  xarakterə  malik  deyil.2 
Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  41.2-ci  maddəsində  cina­
yət  cəzanın  məqsədlərinin  dairəsinin  müəyyən  edildiyi zaman  sosial  əda­
lətin bərpası məqsədi önə gətirilmişdir. Bu isə heç do təsadüfi deyildir, çünki 
bu  formulamn  kontekstində  əvəz  haqqında  ideya  dayanır.  «Əvəz»,  «əvəz 
çıxma»  istilahları  humanist  mülahizələr  nöqteyi-nəzərindən  qanunun 
məzmununa daxil edilməmişdir, lakin o, real gerçəklikdə mövcuddur.
Hüquq  ədəbiyyatında  cinayət  cəzasının  sosial  ədaləti  bərpa  etməsi 
məqsədinə  daha  geniş  yanaşmalar  mövcuddur.  Məsələn,  V.N.Kudryavt- 
sevin  mövqeyinə  uyğun  olaraq  sosial  ədalətin  bərpasını  cəzanın  kara 
(məhrumiyyət)  tərəfi  təşkil  edir.3  F.Y.Soməndərovun  fikrincə,  Cinayət 
Məcəlləsinin  11.1-ci  maddəsində  cəzanın  anlayışını  müəyyən  edən  mətn 
daxilində  cəzanın  anlayışını  müəyyən  edən  mətn  daxilində  cəzanın 
məhrumiyyətlə bağlı xüsusiyyətləri təsbit edilmişdir.4
4. 
İslah  etmə  funksiyası.  Həmin  məqsəd  məhkumun  şəxsiyyətinin 
elə  dəyişdirilməsindən  ibarətdir  ki,  bu  zaman  o,  cəmiyyətə  cinayət  qa­
nununu  pozan deyil,  birgəyaşayış qaydalarına hörmət edən  vətəndaş kimi 
qayıdır.  Başqa sözlə, məhkumun islah edilməsi  -  cəzanın vasitəsi ilə şəx­
1  Юридическая социология:  Учебник.  M.,  НОРМ Л-ИНФРА,  2000,  c.324.
2  Полубенская С.В.  Цели уголовного наказания.  М.,  1990, с.23.
3  Кудрявцев  В.Н.  Стратегия  борьбы с  преступностью.  М .,  ЮРИСТЬ, 200 3 , с.44-45.
4  Səməndərov  F.Y.  Cinayət  hüququnda  cəza  problemi:  tarix  və  müasirlik.  Bakı,  B D U , 
2009,  s. 135.
4 4 2
sin cəzanı  çəkdikdən  sonra yeni  cinayət  törətməsini  istisna edən  nəticəyə 
nail  olma  deməkdir.1  Məhz  buna  görə  də  məhkumun  islah  edilməsi 
cəzanın  məqsədlərinin  ən  optimal  vəzifəsidir.  Optimal  vəzifələr  isə 
molum olduğu kimi son dərəcə nadir hallarda həll olunurlar.
Azərbaycan  Respublikası  Cəzaların  İcrası  Məcəlləsinin  8.1-ci  mad­
dəsinə uyğun olaraq  məhkumların  islah  edilməsi  dedikdə, onlarda qanuna 
itaətin  həvəsləndirilməsi,  insana,  cəmiyyətə,  əməyə,  birgəyaşayış  qayda 
və ənənələrinə hörmət və ehtiramın  formalaşması  başa düşülür.
Sosioloji  tədqiqatların  nəticələrindən  aydın  olur  ki,  azadlıqdan  məh­
rum  olunanlarda,  ilkin  sosial  dəyərlərin  bəyənilən  hüdudlarından  kənara 
çıxanlarda,  sosial  (hüquq  normalarından)  normalardan  yayınanlarda,  özü­
nün  genetik  yaddaşında  və  ya  sosial  tələbatlar  əhatəsində qanuni  olanları 
normal surətdə realizə etmək  imkanlarına məlik  olmayanlarda  şəxsiyyətin 
daxili  psixoloji  strukturunda  deformasiya  baş  verir.  Bundan  sonra  şəx­
siyyətin  normal  vəziyyətində,  onun  təbii  yöniimlərindo,  istəklərində  po­
zuntular baş verir ki, bu  da  ilk  növbədə  müəyyən  müddətə deyil, ömürlük 
azadlıqdan məhrum olunan şəxslərə aiddir.
Cəzanın  funksiyalarının  «səmərəliliyini»  ölçməkdən  ötrü  müasir clın 
sahələrindən  sosiologiyadan  savayı  hər  hansı  başqa  bir  vasitə  yoxdur. 
Çünki  təkcə  sosiologiya  cəzanın  funksiyalarının  səmərəliliyi  ilə  bağlı 
sosial-statistik  göstəricilər  növündə  lazımi  informasiyaya  malikdir.  Hü­
quq  ədəbiyyatında  qeyd  olunduğu  kimi,  həmin  göstəricilər  bəzən  «mi­
nus»  işarəsilə  göstərilirlər.  Rəqəmlər  belədir:  bağışlanmış  qatillərin  52 
faizi bağışlandıqdan sonra  il  ərzində yeni  cinayətlər törətmiş,  həmin cina­
yətlərin II  faizini  yeni  qətllər təşkil etmişdir."
Pcnitensiar  müəssisələrin  məhkumları  sağlamlaşdıra,  yenidən  tər­
biyələndirə  bilməməsinə  dair  mülahizələrin  hələ  də  mövcud  olmasına 
baxmayaraq,  azadlığa  buraxıldıqdan  sonra  cəmiyyətə  tam  adaptasiya 
olunan  və  normal  həyata  başlayanlar  haqqında  da  sosioloji  tədqiqatlarda 
az  göstəricilər  yoxdur.  Bu  isə  o  deməkdir  ki,  çətin  islah  olunanlarla  ya­
naşı,  müəyyən  müddətə  azadlıqdan  məhrum  etmədən  də  şəxsin  islahı 
mümkündür.  Belə  şəxslərin  məhkum  olunması  onlarda  psixoloji  gər­
ginliklər  yaradır,  Həbsxana  həyatı  onların  bəzilərinin  inamını,  ümidləri 
azaldır.
Ağayev  İ.B.  Azərbaycan  Respublikasının  cinayət  hüquqıı.  Ümumi  və  Xüsusi  hissələr: 
Dərslik.  Bakı,  “Nurlan”, 2010,  s.3 0 l.
'  Руденко Б., Тарасов A.,  Булдаков  В.  Привести  в  исполнение // А р
1
ум снты   и  факты, 
1997, №21.
4 4 3


Hüquq  ədəbiyyatında haqlı  olaraq göstərilir ki,  həbsxana məhkumun 
psixikasım  deformasiyaya  uğradır.  Ona  görə  də  məsələn,  ABŞ-da  cina­
yətin  ağır  olmadığı  halda  cinayətkarın  özünə  cəza  tədbiri  seçməsinə  yol 
verilir: o, ya həbs yerlərindən cəza çəkməyi, ya da böyük cərimə ödəməyi 
seçməlidir.1  Məlumatların  şəhadətinə  görə  böyük  məbləğdə  cərimə 
ödəyib azadlıqda qalmağa üstünlük verilir.
3. Yüksək cəza tədbiri ətrafında 
sosioloji düşüncələr
Burada  yüksək  cəza  tədbiri  dedikdə,  şübhəsiz  ki,  filosofları,  sosio­
loqları,  hüquqşünasları,  siyasətşünasları,  jurnalistləri,  psixoloqları  və  s. 
uzun  illər  boyu  düşündürmüş  ölüm  cəzası  nəzərdə  tutulur.  Çünki  ölüm 
cəzası  bütün  dövrlərdə  və  bütün  insan  cəmiyyətlərində  təkcə  hüquqi 
deyil, eyni zamanda da fəlsəfi, sosioloji və etik problemlərdən biri  olmuş­
dur.  Keçən  yüzilliyin  80-ci  illərindən  başlayaraq  dünyanın  inkişaf etmiş 
bir çox  dövlətlərində ölüm cəzası  ləğv edilmiş,  yaxud onun  icra olunması 
üzərinə möhlət qoyulması müəyyən olunmuşdur.
Dövlət müstəqilliyinin  ilk  10  ili  ərzində Azərbaycan  Respublikasının 
beynəlxalq  nüfuzu  tədricən  artmağa  və  genişlənməyə  başladı.  Bir  çox 
beynəlxalq  təşkilatların  üzvü  olan  Azərbaycan  Respublikası  öz  üzərinə 
ümumbəşəri  dəyərlərə  söykənən  çoxsaylı  beynəlxalq  öhdəliklər  götür­
müşdür  və  həmin  öhdəliklərə  bu  gün  do  beynəlxalq  standartlara  uyğun 
əməl  edir.  İnsan  hüquqlarını  yüksək  dəyərləndirən,  onlara  dərin  hörmət 
və  ehtiramla  yanaşan  Azərbaycan  Respublikası  şəxsiyyət  amilinə  böyük 
üstünlük  verir.  Bütün  bunların  nəticəsi  olaraq  Azərbaycan  Respublika 
Prezidentinin  müraciəti  əsasında  Azərbaycan  Respublikasının  Milli 
Məclisi  özünün  10  fevral  1998-ci  il  tarixli  Qanunu  ilə ölüm  cəzasını  ləğv 
edərək onu ömürlük azadlıqdan məhrum etmə cəzası  ilə əvəz etdi.
Ölüm  cəzasının  sosiologiya  nöqteyi-nəzərindən  təhlilinin  özünəməx­
sus  çalarları  vardır.  Əgər  filosof ölüm  cəzasına  insanı  həyat  kimi  əvəz­
olunmaz  dəyərdən  məhrum  edən  hadisə  qismində  baxırsa,  sosioloq  onu 
digər  sosial  hadisələrlə  əlaqələndirir,  bu  cəza  tədbiri  ilə  bağlı  olan  fakt­
ların  təkrarlanması  (məsələn,  ölüm  cəzasının  ictimai  şüura  vahimə-
1  Юридическая  социология:  Учебник.  M.,  НОРМ Л-ИНФРА,  2000,  с.326.
4 4 4
londirici təsiri)  kimi  aydınlaşdırır.  Müəyyən hipotezan; təsdiq  və ya  inkar 
edən  sosial-statistik  informasiyanı  əldə  etməkdən  ötrü  sosioloqlar  xüsusi 
empirik tədqiqatlar aparırlar.
Qeyd  etmək  lazımdır  ki,  yalnız  fərdi  xarakterli  hüquqi  görüşlərdən 
yüksəkdə olan  baxışlar ölüm cəzasına haqq  qazandıra bilərlər.  Yalnız be­
lə  baxışlar  əsasən  dövlətin  insanı  həyatdan  məhrum  etmək  hüququnu 
tanımağa  meyllidirlər.  Lakin  ölüm  cəzasına  nifrətli  mövqeyini  gizlətmə­
yən fərdi baxışlar da tarixin müəyyən dövrlərində mövcud olmuşdur.
Məsələn, adını artıq çəkildiyi  kimi, böyük  italyan  mütəfəkkiri Ç.Bck- 
kariyc  ölüm  cəzasının  əleyhinə  çıxan  ilk  şəxsiyyət  olmuşdur.  O,  ölüm 
cəzasının  dövlətə  fərdi  baxışlarla  bir  yerə  sığmadığını  ictimai  müqavilə 
nəzəriyyəsi əsasında sübut etmişdir.  Mütəfəkkirin nöqtcyi-nəzərincə ölüm 
cəzası  ictimai müqaviləyə ziddir, çünki həyat ayrılmaz hüquqi nemətdir.
Cinayətkarın  məğlubiyyətini  özündə  ədalətlilik  kimi  qiymətləndirən 
Hegel  Ç.Bckkariyanın  ölüm  cəzasının  ləğvilə  əlaqədar  mövqeyini  səciy­
yələndirərək  yazırdı:  «Bekkariya,  bəlli  olduğu  kimi  ölüm  cəzasını 
dövlətik  hüququ  kimi  qətiyyən  qəbul  etməmişdir,  çünki  oııuıı  fikrincə, 
ictimai  müqavilədə  fordlərin  özlərini  öldürməyə  razılıq  verdiyini  güman 
etmək  olmaz  və  tamamilə  bunun  əksi  güman  edilə  bilər.  Əgər  biz, 
cinayətkarın  cəzası  anlayışını  və  meyarını  cinayətin  özündən  hasil  elmə­
sək  onda  cinayətkarı  düşünən  varlıq  sayaraq  şərəfləndirmək  olmaz.  Əda­
lətin  mövcudluq  üsuluna  gəlincə  isə  onun  dövlətdə  aldığı  forma,  yəni 
cəzalandırma forması  yeganə deyildir və dövlət özlüyündə ədalətin zəruri 
şərti  deyildir.  ...İnsanın  özü  onu  cəzalandırmağa  razılıq  verməlidir  haq­
qında  Bckkariyanın  tələbi  tamamilə  ədalətlidir,  ancaq  cinayətkar  bu 
razılığı  artıq  öz  hərəkətilə  verir.  Cinayətinin  tələbi  kimi  cinayətkarın  öz 
iradəsi  də  bu  cinayətdən  irəli  gələn  hüquq  pozuntusunun  aradan  qaldırıl­
masını  tələb  edir.  Buna  baxmayaraq,  Bckkariyanın  ölüm  cəzasının  ləğv 
edilməsinə çağırışının  faydalı  nəticələri  olmuşdur.  Bunun  sayəsində  ölüm 
cozgsı verilməsi  hallan  azalmışdır.1
Həyat  E.Dürkhcymin  do  dünya  birliyi  miqyasında  sivilizasiyaların 
inkişafı  prosesində  cinayət  cəzasının  humanistləşdirilmosi  haqqında 
ideyasını  təsdiq  etdi.  Bu  gün  planetdə  200-dən  artıq  dövlət  mövcuddur. 
Əgər  bu  və  ya  digər  dövlətin  mühakimə  icraatında  ölüm  cəzasının  sayı
1  H e g e l.  H ü q u q   fə ls o f a s i  /  m ü t ə r c i m .  A .İ .T a ğ ı y e v .  B a k ı,  “ N o r g i z ” ,  2 0 0 7 ,  s. 1 4 8 -1 4 9 .
4 45


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə