R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə97/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   93   94   95   96   97   98   99   100   ...   131

ONUNCU FƏSİL
CİNAYƏTKARLIĞIN SOSİOLOGİYASI
L Cinayətkarlığa sosioloji yanaşma
Cinayətkarlığın  sosiologiyası  hüquq  sosiologiyasının  tərkib  hissə­
sidir.  Cinayətkarlığın  sosiologiyası  cinayətkarlığı  sivil  cəmiyyətdə  möv­
cud  olan  sosial  hadisələrdən  biri  kimi  öyrənir.  Cinayətkarlıq  ayrı-ayrı 
fərdlor arasında,  sosial  qruplarda  və bütövlükdə cəmiyyətdə mövcud olan 
böyük sosial təhlükəli  anomal hadisədir.
Müasir kriminologiya cinayətkarlığı nisbi  müstəqil, bütöv, on  ictimai 
təhlükəli  hadisə  kimi  qiymətləndirir,  onu  cəmiyyətin  orqanizminin  üzvi 
hissəsi  hesab  edir.  A.İ.Dolqovanın  fikrincə,  cinayətkarlıq  təkcə  ontoloji 
deyil,  həm  də  qnoscoloji  nöqteyi-nəzərdən  sosial  hadisədir.  O,  ictimai 
həyat  şəraitində  doğulur.  Cinayətkarlıq  hüquqi  qiymətini  alan  ictimai 
təhlükəli  sosial  hadisədir.  Dövlət  məhz  nəyin  cinayət  olduğunu  cinayət 
qanununda  müəyyən  edir.1  Deməli,  cinayətkarlıq  cəmiyyətdə  doğuldu­
ğuna  görə,  cəmiyyətdə  də  mövcud  olur.  Cinayətkarlıq  sadəcə  olaraq 
sosial  deyil,  həm  do  sosial-psixoloji  hadisədir.  O,  insanlardan  kənarda, 
cəmiyyət  xaricində  deyil,  cəmiyyət  daxilində,  insanların  davranışında və 
fəaliyyətində mövcuddur.
Cinayətkarlığın  sosiologiyasının  tədqiqinin  spesifikliyi  ondan  iba­
rətdir ki,  o,  cinayətlərdə  yanaşı,  bilavasitə cinayətə aparan və qanun əley­
hinə  olan  sosial  təhlükəli  əməlləri,  yəni  əxlaqa  zidd  olan  və  onu  pozan 
deviant  davranışı  da  öyrənir.  Bundan  başqa,  hüquq  sosiologiyası  sosial 
hadisə  olan  cinayətkarlığın  səbəblərini,  onun  qarşısının  alınması  təd­
birlərinin  dairəsini,  cəmiyyətdə  cinayətkarlığın  dinamikasının,  struktu­
runun  və  səviyyəsinin dəyişməsi ənənələrini  öyrənir, cinayətkarlığın yeni 
təzahürlərinin  və  inkişaf  istiqamətlərinin  proqnozunu  verir.  Hüquq  so­
siologiyası  bu  prosesdə  statistikanın  məlumatlarına,  hüquqşünasların təd­
qiqatlarına,  sosial psixologiyanın, psixiatriyanın nailiyyətlərinə arxalanır.
Hüquq  sosiologiyası  nöqteyi-nəzərindən  cinayətkarlıq  dedikdə, 
sivilizasiyanın bütün tarixi ərzində onun inkişafını müşayiət edən, cinayət
1  Долгова А.И.Криминология:  Учебник.  M ., HOPMA,  2007, c.88.
374
qanunvericiliyi  ilə  nəzərdə  tutulmuş  hüquq  normalarının  pozulmasında 
ifadə olunan sabit sosial hadisə başa düşülür.
Hüquq  sosiologiyasını  ilk  növbədə  sosial orqanizm  olan  cəmiyyətin 
sosial  hadisə  kimi  cinayətkarlıqla  qarşılıqlı  əlaqəsi  maraqlandırır.  So­
siologiya  cinayətkarlığa  sosial  davranış  nöqteyi-nəzərindən  yanaşır.  So­
siologiya  üçün  cinayətkarlıq  peşəkar  cinayətkarlıq  formasını  almış  kri­
minal  davranışdır.  Peşəkar  cinayətkarlıq  dedikdə,  yaşamaqdan  ötrü 
müxtəlif vasitələrin  əldə  olunması  məqsədilə  cinayətlər  törədilməsi  başa 
düşülür.  Burada  peşəkarlıq  həm  do  yaşayış  vasitələrinin  məhz  cinayətkar 
yolla əldə olunmasında təzahür edir.
Bəs, cinayətkarlıq cəmiyyət üçün nə deməkdir?
Sosioloqların  konsepsiyasında  bu  suala  birmənalı  cavab  verilmə­
mişdir.  Məsələn,  L.Ketlc  və  E.Dürkhcym  belə  güman  edirdilər  ki,  cina­
yətkarlıq  cəmiyyət  üçün  normal  hadisədir.  O  cümlədən,  L. Ketlc  təsdiq­
ləyirdi  ki,  istənilən  sosial  quruluş  cinayətkarlığın  bu  təşkilatdan  irəli  gə­
lən  müəyyən  kəmiyyətini  və  müəyyən  qaydasını  nəzərdə  tutur.  E.Dürk- 
heym  cinayətkarlığın  bütövlükdə  patoloji  xarakterini  etiraf  edərək  bu 
hadisənin  hər cür  cəmiyyət üçün  mövcud  olması  zərurətini  təsdiq  edir və 
göstərirdi  ki,  cinayətkarlıq  ictimai  sağlamlığın  amillərindən  biri,  bütün 
sağlam cəmiyyətlərin ayrılmaz hissəsidir.1
E.Dürkhcym  yazırdı:  «...Cinayətkarlığın  nail  olmaq  istədiyi  şəraitdə, 
lakin  müəyyən  tip  cəmiyyət  üçün  səciyyəvi  olan  səviyyədə  mövcudlu­
ğunun  özü  normaldır...,  cinayətkar  isə heç  də cəmiyyətdən  ayrılıqda olan 
varlıq  deyil,  o,  cəmiyyətə  yad  olmayan  və  onun  daxilində  həmin  bədənə 
assimilyasiya olunmayan parazit element,  sosial  həyatın  mütəmadi  olaraq 
hərəkətdə  olan  amilidir».2  Bütövlükdə  hadisə  kimi  cinayətkarlığın  təh­
lilinə statistik yanaşmanın məhdudluğunu  qeyd edən  E.Fcrri  göstərirdi  ki, 
hərtərəfli təhlil olmadan ancaq kəmiyyət göstəriciləri əsasında cinayətkar­
lığın  mahiyyəti  və  onun  cəmiyyətdə  yeri  haqqında  nəticə  çıxarmaq  olar. 
Onun  fikrincə,  bu  sosial  faktın  daimiliyinin  özü  onun  zəruriliyi  haqqında 
şəhadət vermir,  çünki  «...sosial  və hətta  bioloji  fakt daimi  və əgər o, hal­
ların azlığında baş verərsə, eyni zamanda da qeyri-normal ola bilər».3
Qeyri-normal  hadisə  olan  cinayətkarlığa  hüquqşünasların  (krimina-
1 Дюркгейм  Э.  Норма  и  патология // Социология  преступности.  М .,  1966,  с.40.
2  Дюркгейм  Э.  Социология  ч. 1,  //  Дюркгейм  Э.  М етод  социологии.  М.,  1995,  с.87, 
90-91.
3 Ферри Э.  Уголовная социология.  СГ16.,  1910, с.101.
375


listlərin,  kriminoloqlann)  hamıya  məlum  olan  nöqteyi-nəzərinə  görə, 
cinayətkarlıq həm bütövlükdə cəmiyyətə, həm də onun ayrı-ayrı üzvlərinə 
ciddi  zərər  vuran  sosial  bəladır.  Lakin  cinayətkarlığın  sosiologiyası 
tarixində  cinayətkarlığa  cəmiyyətdə  pozitiv  rolun  xas  olmasına  dair  də 
fikirlər söylənmişdir.  Belə ki, cinayətkarlıq bəzi  təkamül dəyişikliklərinə, 
islahatlara  və  hüquq normalarının  inkişaf dəyişikliyinə  səbəb olan hadisə 
kimi təqdim edilmişdir.
Ən  ətraflı  həmin  yanaşmaya  E.Dürkheymin  tədqiqatlarında  nəzərə 
çarpır.  O  yazırdı:  «Cinayət  nəinki  zəruri  dəyişikliklər  üçün  açıq  olan 
yolların  olmasını  nəzərdə  tutur,  hətta  bəzi  hallarda  həmin  dəyişiklikləri 
hazırlayır.  Cinayətlərin  mövcud  olduğu  yerdə  kollektiv  hisslər  kifayət 
qədər elastikliyə  malik olurlar ki,  bu  da yeni  forma almağa  şərait yaradır 
və  cinayət  bəzən  bu  hisslərin  hansı  formanı  qəbul  etmələrinin  müəy- 
yənləşdirilmosinə  kömək  edir.  Həqiqətən  də  cinayət  əksər  hallarda  gələ­
cək əxlaqın yalnız qabaqcadan hiss edilməsi, irəliyə doğru addım olur.1
E.Dürkhcym  Afina  qanunlarına  görə  cinayətkar  hesab  olunan  Sok- 
ratm timsalında  filosofun  azadfikirliliyinin yekun həddə  insanlığa xidmət 
göstərdiyinin,  yeni  fəlsəfi  görüşlərin,  əxlaqın,  inamın  və  s.  formalaş­
masına kömək etdiyini göstərməyə cəhd etmişdir. Onun fikrincə, bu halda 
cinayət cəmiyyətin  həyatında  müəyyən  pozitiv rol  oynayır  və  ona  şor ki­
mi baxmaq  olmaz.  E.Ferrinin  isə  nöqteyi-nəzorinco,  cinayətkarlıq cəmiy­
yətə  o  mənada  bəzi  pozitiv  təsir  göstərir  ki,  «cinayətkarlıq  cəmiyyətin 
xəstə problemlərinin  işıqlandırır və ondan xilas olmağın yollarını axtarıb- 
aramağa  kömək  edir.  Bu  isə  ona  bənzəyir ki,  hətta  xəstəlik,  onun  qeyri- 
sağlamlığımn  indikatoru  kimi  insan  üçün  faydalı  ola bilər».2 Müəllif izah 
etmək  istəyir ki,  bəzi  hallarda cinayətkarlığın  özü  (cəmiyyət  üçün zərərli 
olsa da) cəmiyyətə fayda verə bilər.
Cinayətkarlığın  «cəmiyyətin  normal  funksiyası  kimi  təqdim  olun­
ması  E.Dürkheymin  postklassik  modelidir.  Cinayətkarlığa  «cəmiyyətin 
normal  funksiyası»,  zorakılığa  isə  «müasir  mədəniyyətin  qanunauyğun 
hissəsi»  kimi  yanaşma  geniş  yayılmışdır.  İngilis  kriminoloqu  V.Foks 
yazır:  «Cinayət  və  zorakılıq  mütəşəkkil  cəmiyyət  həyatının  bütün 
sahələrində mövcuddur. Cəmiyyətin inkişafı və mürəkkəbləşməsilə əlaqə­
dar  olaraq  sosial  nəzarətin  növləri  çoxalır  və  müvafiq  surətdə  cinayət­
karlığın  səviyyəsi  də  qalxır.  Fordlə  cəmiyyət  arasında  davranış  münasi-
1 Дюркгсйм Э.  Норма  и  патология //  Социология  преступности.  М ,  1966, с.43.
2 Ферри  Э.  Уголовная социология. С П б.,  1910, с.108-109.
3 7 6
bətlərinin  cinayət  qanunu  ilə  müəyyən  edildiyi  zaman  cinayət  normal 
hadisə  olur.  Cinayət  sosial  patologiyanın  göstəricisidir.  Cinayətin  funk­
siyası  fərdin  davranışı  altında sosial  nəzarətin  sərhədlərini  göstərməkdən 
ibarətdir.  Normal  fəaliyyət  göstərən  cəmiyyətdə  insanlar arasında  müna­
sibətlər ahəngdardır.  Cəmiyyətdə qeyri-sabitliyin,  sosial və  iqtisadi prob­
lemlərin  baş  qaldırdığı  zaman  cinayətkarlıq  və  zorakılıq  tüğyan  edir. 
Cinayətkarlığın  istənilən  azaldılması  əsasında  geniş  sosial  və  iqtisadi 
yanaşmalar dayanır.1 Müəllifin fikrincə, cinayətkarlığın  istənilən izahının 
əsasında  davranışın,  cəmiyyətin  və  cinayət  ədalət  mühakiməsinin  siste­
minin  dərk  edilməsi  dayanır.  Çünki  məhz  cinayət  ədalət  mühakiməsi 
yayınan davranışlar üzərində nəzarəti  təmin edir.2
Sivilizasiyanın  cinayətlərə  və cinayətkarlığa  ehtiyacının  olması  haq­
qında  hipoteza  çoxlan  üçün  aksiomdur.  Bu  hipoteza  belə  bir  təsdiqə 
əsaslanır  ki,  guya  münaqişələr,  fitnəkarlıqlar  və  kəsin  duyğuların  mən­
bələri  və  ruhi  təhlükəlilik  sivilizasiya  üçün  zəruridir.  Məhz  belə  ya­
naşmanın  kiçik  «qəhrəmanları»  insanlar  tərəfindən  törədilən  çoxsaylı 
cinayətlərin bir havadarları qismində çıxış edirlər.
Cinayətkarlığın  təbiətinin  sosioloji  təhlilinə  yanaşmalarda  aşağıdakı 
bəzi istiqamətlər fərqləndirilmişdir:
1) antropoloji  nəzəriyyə;
2) cinayətlərin sosial təbiəti konsepsiyası;
3) differensial  assosiasiya nəzəriyyəsi;
4) cinayətlərin əsası kimi sosial münaqişə nəzəriyyəsi.
Antropoloji  nəzəriyyənin  əsasını  Ç.Lombrozonun  ideyaları  təşkil
edir.  O,  «Cinayətkar insan» əsərində  təsdiq edir ki»  cinayətkarı  müəyyən 
antropoloji  əlamətlər  (bədən  quruluşu  və  kəllənin  yerləşməsi,  gövdənin 
uzunluğu,  çənənin  forması,  sifətin  ümumi  tipi  və  s.)  xarakterizə  edir  ki, 
bunlar da  atavizm  hadisəsi  kimi  nəsidən-nəslə  irsən  keçir.  Şübhə  yoxdur 
ki,  Ç.Lombrozo  tərəfindən  tədqiq  edilmiş  üzvi  və  psixi  atavizm  müba­
hisəsiz olaraq cinayətkarların bir çox anomaliyalarmda mövcuddur.  Lakin 
cinayətkarlığın  təbiətini  ancaq  atavizmdə  görmək,  yaxud  axtarmaq, 
problemə  aşkar  surətdə  birtərəfli  yanaşmadır,  çünki  qrup  cinayətləri, 
təsadüfi  cinayətlər,  siyasi  sferada  törədilən  cinayətlər,  «ağ  yaxalıqlılar» 
arasında cinayətkarlıq tədqiqatçının görüş  dairəsindən kənarda qala bilər. 
E.Ferri,  E.Dürkhcym və digər sosioloqlar, kriminoloqlar Ç.Lombrozonun
1  Фокс В.  Введение  в криминологию.  М.,  «Прогресс»,  1980, с.21-22.
2 Y enə orada, s.22.
37 7


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   93   94   95   96   97   98   99   100   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə