R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə96/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   92   93   94   95   96   97   98   99   ...   131

beşinci  mərhələsini  sanksiyaların tətbiq edilməsi  təşkil edir.  Sanksiyalar 
davranış  aktının  xarakterindən asılı  olaraq  müəyyən və  tətbiq edilir.  Ona 
görə  də  sosial  nəzarət  prosesində  nəticələrin  qiymətləndirilməsinə 
müvafiq surətdə aşağıdakı sanksiyalar tətbiq edilə bilər:
а) pozitiv -  həvəsləndirici sanksiyalar;
б) neqativ -  cəzalandırıcı sanksiyalar;
v) hüququ borpaedici sanksiyalar.
Pozitiv-havəsləndirici  sanksiyalar  hüquqauyğun  hərəkətlərin  hə- 
vəslondirilməsino  (mükafatlandırılmasına)  və  stimullaşdırılmasına  yönəl­
dilir.
Ncqativ-cəzalandırıcı  sanksiyalar  cəmiyyətin  və  dövlətin  törə­
dilmiş hüquqazidd hərəkətlərə cavab reaksiyası,  əvəz tədbiridir.
llüququ  bərpacdici  sanksiyalar pozulmuş hüquqların  müdafiəsi  və 
bərpası  məqsədilə,  eləcə  də  mənfi  nəticələrin  aradan  qaldırılması  üçün 
<ətbiq edilən sanksiyalardır.
Bütün  bunlarla  yanaşı,  sosial  nəzarət  sistemi  sanksiyaların  tətbiqi 
zamanı  sosial  (hüquq  normalarının)  normaların  qüvvəsinin  realizə  olun­
masını  təmin  edən  hüquqi  tənzimetmənin  yuıidik  mexanizminin  yekun­
laşdırım elementini hərəkətə gətirir.
Hüquqi  davranış  sferasında  sosial  nəzarətin  mərhələləri,  bir  qayda 
olaraq,  müxtəlif səlahiyyətli  orqanlar  tərəfindən  və  münasibətlərin  müx­
təlif sistemlərində həyata keçirilir.  Belə  ki,  hüquqlar verilməsi  və vəzifə­
lərin  həvalə  olunması  kündəlik  əmək,  sosial-siyasi  fəaliyyət  və ailə-məi­
şət  fəaliyyəti  prosesində  baş  verir.  Davranışın  təhlili  və  qiymətləndiril­
məsi  əsasən  qeyri-formal  qruplar  tərəfindən  və  yalnız  bəzi  hallarda 
dövlət,  o  cümlədən  hüquq-mühafizə  orqanları  tərəfindən  həyata keçirilir, 
hüquq  pozuntu-larının  qarşısının  alınması,  onların  aşkar  olunması  və 
onlara  sanksiyaların  tətbiqi  inkişaf etmiş  dövlət  orqanlarının  və  ictimai 
təşkilatların varlığını nəzərdə tutur.
4.  Sosial  nəzarət və məsuliyyət
Sosial  subyekt  tərəfindən  hüquqi  davranışın  -   hüquqauyğun  və  ya 
hüquqa-zidd  davranışın  həyata  keçirilməsilə  bağlı  olaraq,  hüquqi  məsu­
liyyətə  subyektlə  (fərdlə,  sosial  qrupla,  birliklə)  sosial  nəzarət  sistemi 
arasında yaranan hüquq münasibətləri kimi baxmaq olar.
3 7 0
Belə  ki,  hüquqi  davranış  iki  müxtəlif növlü  qütbə  malikdir.  Məsu­
liyyətin  özü  də  iki  aspektdən  -   pozitiv  və  neqativ  aspektlərdən  təşəkkül 
tapır.  Pozitiv  məsuliyyət  subyektin  özündə  müəyyən  sosial  əlaqələr 
sisteminə  daxil  olmasını  ehtiva  edir.  Belə  əlaqələr  isə  subyektdən  fəallıq 
göstərilməsini,  ictimai  faydalı  hərəkətlər  edilməsini  və  qəbul  olunmuş 
işin  optimal  nəticələrinə  nail  olunmasına  qayğı  ilə  yanaşılmasını  tələb 
edir.  Bu,  öz  əmək  funksiyalarını  lazımi  qaydada  yerinə  yetirməyə,  elmi 
vəzifələri,  istehsalat  vəzifələrini,  digər  sosial  vəzifələri  layiqincə  həll  et­
məyə,  ətraf  mühiti  qorumağa,  uşaqları  yaxşı  tərbiyə  etməyə,  eləcə  də 
fərdə  və  ya  müəyyən  sosial  qrupa,  birliyə  tapşırılmış  istənilən  işi  lazım 
olan  səviyyədə,  cəmiyyət  və  dövlət  tərəfindən  tələb  olunan  keyfiyyətdə 
yerinə  yetirməyə  görə  meydana  çıxan  məsuliyyətdir,  hüquq  ədəbiy-ya- 
tında  qeyd  olunur  ki,  belə  məsuliyyətin  obyektiv  məzmunu  sosial  tə­
ləblərə  və  ictimai  ümidlərə  müvəffəqiyyətlə  nail  olunmasının  zəminlərini 
yaradır.1
Pozitiv  məsuliyyətin  hüquqi  mahiyyətini  vəzifə  təşkil  edir.  Bəzi  hü­
quqşünaslar  məhz  bu  əsasa  görə  pozitiv  məsuliyyət  konsepsiyasını 
tənqidə  məruz  qoyaraq  təsdiq  edirdilər  ki,  pozitiv  məsuliyyət  vəzifələr 
kateqoriyası  ilə  müqayisədə  yeni  heç  nə  vermədiyinə  görə  süni  məsu­
liyyətdir.2 3
  Lakin  bu  zaman  nəzərə  alınırdı  ki,  pozitiv  məsuliyyət  anlayışı 
yalnız  təkcə  vəzifəyə  nisbətən  daha  geniş  anlayışdır.  Pozitiv  məsuliyyət 
bir neçə elementdən ibarət olan hüquq münasibətidir.1
Birincisi,  məlum  olduğu  kimi,  hər  cür  hüquq  münasibəti  ön  azı  iki 
subyektə  (tərəfə)  malikdir.  Bu  subyektlərin  hüquq  və  vəzifələri  bir-birini 
müəyyən  edir  və  tamamlayır.  Bu  Halda  subyekt  bu  və  ya  digər  tapşırığı 
yerinə yetirmək vəzifəsi  ilə yanaşı, cəmiyyət və dövlət tərəfindən yardım, 
kömək  və  dəstək  də  alır.  Onun  məsuliyyət  daşıdığı  davranışı  ictimai 
faydalı  və  hüquqauyğun  davranışdır.  Subyekt,  buna  məsul  olan  hamıdan 
və  hər  kəsdən  müvafiq  hərəkətlərin  edilməsini  tələb  etməyə  və  öz 
hərəkətlərini  hüquqla müəyyən  edilmiş qaydada müdafiə etməyə haqlıdır. 
Müvafiq  surətdə  cəmiyyət  və  dövlət  də  müəyyən  təşkilatların  və  vəzifəli
1  Игошев  K.E.,  Ш маров  И.В.  Социальные  аспекты  предупреждения  правонару­
шений.  М .,  Ю рид.лит.,  1980,  с.20-29.
2  Братусь  С.Щ.  Юридическая  ответственность  и  законность.  М.,  Ю рид.лит.,  1976, 
с. 114.
3  Лейст  О.Э.  Позитивная  ответственность  по  советскому  праву.  Вест.М ГУ ,  1977, 
№ 1, с.7.
371


şəxslərin timsalında  nəinki  pozitiv  məsuliyyətin realizə  olunmasını  tələb 
etməyə  haqlıdır,  həm  də  subyektin  ictimai  faydalı  fəaliyyətinə  kömək 
etməyə borcludur.
İkincisi,  pozitiv  məsuliyyətin  subyektiv  elementlərinə  diqqət  yetir­
mək  lazımdır.  Həmin  elementlərdən  biri  öz  vəzifələrini  bilməkdən  (dərk 
ötmək-don)  ibarətdir.  Bu  elementsiz  pozitiv  məsuliyyət  haqqında  danış­
maq  mənasız  olardı.  Digər  element  subyektin  öz  vəzifələrinə  müəyyən 
münasibət  bəsləməsindən  ibarətdir  ki,  bunu  da  borc  hissi,  tapşırılmış  işi 
yaxşı  yerinə  yetirməyə  soy  göstərmək,  cəmiyyətə  və  dövlətə  lazım  olan 
son nəticəyə nail olmaq kimi səciyyələndirmək olar.
Pozitiv məsuliyyətin subyektiv elementləri  müsbət,  ictimai faydalı və 
hüquqauyğun  hərəkətlərin  motivasiyası  ilə  qırılmaz  surətdə  bağlıdır. 
Özünün  vətəndaşlıq,  mənəvi  və  ailə  borcunun  dərk  edilməsi  nəinki  in­
sanların  ictimai  faydalı  və  xeyirxah  əməllərini,  həm  də  cəmiyyət  və 
dövlət  həyatının  ən  müxtəlif sferalarında,  xüsusən  do  vətəndaş  cəmiyyəti 
və  hüquqi  dövlət  quruculuğunda  gündəlik  sağlam  və  şüurlu  fəaliyyətini 
səciyyələndirir.  Fərdlərin,  sosial  qrupların,  ictimai  birliklərin  və  digər 
sosial  qurumların  cəmiyyətin  xeyrinə  olan  faydalı  işlərdə  fəal  iştirakı 
bütövlükdə  cəmiyyətdə  sabitliyin  qorunmasına  və dövlətin  daha da möh­
kəmlənməsinə  xidmət  edir.  Pozitiv  məsuliyyətin  mühafizəedici  hüquq 
münasibətləri  sferasındakı  rolu  qanunun  müəyyən  etdiyi  qadağanlara ar­
dıcıl  olaraq  əməl  edilməsinə  və  deməli,  hüquq  qaydasının  və  qanun- 
çuluğun təmin olunmasına yardım göstərir.
Tapşırılmış  (cəmiyyət  və  ya  dövlət  tərəfindən)  işə  görə  pozitiv mə­
suliyyətin  tələblərindən  irəli  gələn  vəzifələrin  sosial  subyekt  tərəfindən 
vicdanla yerinə yetirilməsi hüquqi davranışın sosial nəzarət sistemində öz 
müsbət  qiymətini  alır.  Bu  qiymət  təkcə  mənəvi  deyil,  həm  də  hüquqi 
əhəmiyyət kəsb  edir və o,  lazımi  hallarda hüquqauyğun  davranışı stimul­
laşdıran mükafatlandırma tədbirləri  ilə müşayiət olunur.
Müəyyən edilmiş davranış normalarının,  deməli,  həm də sosial nəza­
rətin  tələblərinin  pozulduğu  halda  məsuliyyətin  digər  forması  realizə 
olunur.  Məsuliyyətin  bu  forması  hüquqauyğun  deyil,  hüquqazidd  dav­
ranışla  bağlıdır.  Belə ki,  bu,  retrospektiv  (neqativ)  məsuliyyətdir,  Bu  za­
man  müvafiq  surətdə  cəzaverici  və  ya  (və)  hüququ  bərpaedici  sanksiya 
tətbiq oluna bilər (aşağıdakı sxemə bax).
3 7 2
Sosial nzzarot və hüquqi davranışın sxemi
Bu  sxem sosial  nəzarətlə hüquqi davranış və müvafiq surətdə  hüquqi 
məsuliyyətin  hər  iki  forması  arasında  qarşılıqlı  əlaqələrin  əsas  variantları 
göstərilmişdir.  Görmək  çətin  deyil  ki,  pozitiv  və  neqativ  məsuliyyət  hü­
quqi  tənzimetmənin  vahid  mexanizminin  tərəfləri  qismində  çıxış  edirlər. 
Onlar  həm  hüquqauyğun,  həm  də  hüquqazidd  davranışa  istiqamətləndi­
rilmişdir.
373


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə