R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə102/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   98   99   100   101   102   103   104   105   ...   131

Beləliklə,  cinayətlərin  pozitiv  cəhətinin  təhlili  bizi  belə  bir  gözlənil­
məz  nəticəyə  gətirib  çıxarır  ki,  biz,  artıq  cinayətin  müəyyən  kateqoriya 
adamlara  hansı  mənfəəti  gətirdiyini  dərk  edirik,  cinayətkar  əməlin  ma­
hiyyəti  üzərində  düşünən  zaman  hüquqi  formuladan  kənara  çıxmaq  im­
kanı  qazanırıq  və  faktiki  cinayətkarlıq  mühitinə  daxil  oluruq.  Faktiki  ci­
nayətlər  hüquq-mühafizə  orqanlarının  işini  keyfiyyət  cəhətdən  sıfıra 
endirir,  müvafiq  cəmiyyətdə  və  ölkədə  hüquq  dövlət yaradılması  imkan­
larını  şübhə  altına  alır,  qanunçuluğu  və  hüquq  qaydasını  isə  illüziya- 
laşdırır.
«Cinayətlərin  sosiologiyası»  cinayətkar  aləmin  submədəniyyətinin 
tədqiqi ilə də məşğuldur.
Sosiologiya,  o  cümlədən  hüquq  sosiologiyası  ədəbiyyatında  «kontr- 
mədəniyyot»  termini  öz  təsdiqini  tapmışdır.  Kontrmədəniyyət  dedikdə, 
sadəcə  olaraq  üstün olan  mədəniyyətdən  fərqlənməyən,  həm də ona qarşı 
duran,  hökmran sərvətlərlə münaqişədə olan submədəniyyət başa düşülür. 
Cinayətkar aləmin  submədəniyyəti  öz mahiyyətinə görə kontrmədəniyyət 
deməkdir.  Bu  mədəniyyətdə  onun  öz  dili,  özünün  dəyərlər  sistemi,  nor­
maları,  qanunları,  spesifik  rəmzləri,  ənənələri,  uğurların  etalonları,  özü­
nün cinayətkar davranışı  öyrənmə sistemi təşəkkül tapır.
Kontrmədəniyyət cəmiyyətin  dəyərlərinə qarşı durur,  cinayətə əxlaqi 
cəhətdən  haqq  qazandırır.  Məsələn,  kontrmədoniyyətdə  «xüsusi  oğru» 
kimi  ziddiyyətli  anlayışın  olması  mümkündür.  Şəxsiyyət  bütövlükdə  cə­
miyyətin  mədəni  dəyərlərini  nəzərə  almayaraq,  öz  kriminal  əhatəsinin 
dəyərlərinə  və  normalarına  uyğun  şəkildə  formalaşır  və  hərəkət  edir. 
Amerikalı  sosioloqlar  L.Meyxü  və  A.Koen  göstərirdilər  ki,  aşağı  sinif­
lərdən  olan  yeniyetmələr bəzən  qumarxana biznesinin  kralları,  yuxarı  si­
niflərin yeniyetmələri  iri biznesmenlər olmağı,  dövlətdə yüksək vəzifələr 
tutmağı  arzu  edirlər.  Həyat  stilindəki  dərin  köklər  cinayətkar  davranış 
öyrətmək sisteminə malikdir.1
Cinayətkar  aləmin  kontrmədoniyyəti  öz  strukturuna  görə  eynicinsli 
deyildir.  Onun ən azı aşağıdakı  iki növünü dürüst müəyyən etmək olar: a) 
azadlıqdan  məhrumetmə  yerlərində  yerləşən  məhkumların  submədəniy­
yəti;  b)  qanunla  tənzimlənməyən  zorakılığı  tətbiq  edən  və  buna  görə  də 
azadlıqda  olan  rəhbər-dominatlarda  yaranan  «faktotum»  (latınça  -   fac 
totum  -   hər  şeyi  et  deməkdir)  submədəniyyəti.  Əgər  birinci  növün
1  Коэн  Л.  Отклоняющееся  поведение  и  контроль  над  ним  /Американская  со­
циология.  М.,  1972, с.282-297.
3 9 4
formalarının böyük  əksəriyyəti öyrənilmişdirsə,  ikinci  növü tədqiq etmək 
hələ öz müxtəlif istiqamətlərilə qarşıda durur.
Məhkumların  münasibətlərinin  qeyri-forma  sistemində  normaların 
aşağıdakı üç əsas qrupunu  fərqləndirmək olar:
1)  penitensiar  müəssisənin  müdiriyyəti  ilə  məhkumların  münasibət­
lərini  tənzimləyən  normalar  («müdiriyyətə yardım  göstərmə»,  «özfəaliy­
yət təşkilatlarının  fəalları  sırasına daxil olma»);
2)  bütün  məhkumlar  arasında  qeyri-formal  münasibətləri  müəyyən 
edən  normalar  («özününkülərdən  oğurlama»,  «özününküləri  aldatma», 
«kartoçka borclarını vaxtında ödə»);
3)  məhkumların  «kastalar»a  bölgüsünü  möhkəmləndirən  və  «kas­
talar»  üzvləri  arasında  münasibətləri  tənzimləyən  normalar  (imtiyazla 
üzvlər  üçün  -   «qeyri-formal  normalara  əməl  olunmasına  göz  yetir», 
«aşağı  kasta  üzvlərinə  yardım  göstərmə»,  «mühafizə  qurğularının  təmi­
rində  işləmə»,  imtiyazı  olmayanlar  üçün  -  «hamının  əvəzinə  çirkli  işləri 
yerinə yetir», «başqa məhkumlarla bir masa arxasında oturma».1
Cinayətlərin  səbəblərinin  dərk  edilməsi  hüquq  sosiologiyasını  ma­
raqlandıran  vacib  problemlərdən  biridir.  Cinayətlərin  fəlsəfəsi  zəminli 
biliklərin, yəni  nəyin cinayətlərin baş verməsi səbəblərinin axtarışına,  on­
ların  metafizik,  sosial,  antropoloji,  ekzistensial  əsaslarının  təzahürlərinin 
müəyyən  edilməsinə  yönəlmişdir.  Fəlsəfə  insanları  dini-mənəvi  norma­
ların  və  hüquq  normalarının  hüdudlarını  keçməyə  nəyin  təhrik  etdiyini, 
yəni  onları  belə  əməllər  törətməyə  hansı  səbəblərin  məcbur  etdiyini  və 
həmin  səbəblərin  hansı  köklərə  söykəndiyini  dərk  etməyə  səy  göstərir. 
Fəlsəfə  cinayətlərin  fikri  obrazının  intcllcktual-cydctik  cəhətdən  canlan- 
dırılmasma  və  onların  mahiyyətinə  daha  dərindən  nüfuz  etməyə  istiqa­
mətləndirilmişdir.  Bu zaman  fəlsəfi  şüur kifayət  qədər ətraflı  şəkildə belə 
təsəvvür  edir  ki,  həm  qanun  (nomos),  həm  də  qanunsuzluq  (anomiya  və 
disnomiya)  kimi  fovqolfiziki  əsasların  böyük  hissəsi  insan  zəkasından 
gizli olaraq qalır.
Cinayətlərin  ekzistensial  məzmunu  müasir  kriminologiya  elminin 
maraqlandığı  mühüm  sferalardan  və  aktual  problemlərdən  biridir. 
Kriminal-ekzistcnsial  yönümlər  nöqteyi-nəzərindən  cinayət  qadağan 
olunanın  rəmzi  cəhətinə  nəzər  yetirən  üsul  qismində  çıxış  edə  bilər. 
Qadağan  olunmuş  bəhərin  dadının  duyulmasında  transqrcssiv  intensiya-
1 Курганов С.И.,  Кравченко  Л.И.  Социология для  юристов.  М.,  1999, с.65.
395


ьЬЬя«  t-.h!{şj.:nü  ili*"""*-,.  ;;....................və  sanki  cinayət  vasitəsilə
adi  insanlar üçün əlçatmaz olan yüksək həqiqətin üstü açıla bilər.
Cinayətin  ckzistensial  funksiyası  bundan  ibarətdir  ki,  insan  məhz 
onun  vasitəsilə  xeyir,  ədalət  və  insanlıq  tərəfinə  meyl  etdikdə  həmin 
situasiya  çərçivəsində  kim  olduğunu  dərk  edə  bilir.  Bu  çərçivədən 
kənarda olan insan sanki qaranlıq bir aləmə düşür və daxilən zəhərlənir.
Beləliklə,  cinayətkarlığın  sosial  mahiyyətinin  nədən  ibarət  olduğu 
sualına  əvvəllər  verilmiş  təriflərin  demək  olar  ki,  hamısı  əsasən  empirik 
səciyyə  daşımışdır.  Cinayətlər,  onları  digər hadisələrdən  fərqləndirən  öz 
spesifik  cəhətlərinə  malikdirlər.  Bütün  cinayətlər  üçün  ümumi  olan 
başlıca cəhətlər ondan ibarətdir ki, hər bir cinayətkar əməl sosial təhlükəli 
kriminal  hərəkətdir;  cinayətkarlıq  sosial  təhlükəli  hadisədir;  cinayət 
hüquqaziddilik  əlamətinə  malikdir;  cinayətkarlıq  cinayət-hüquqi  hadisə­
dir;  cinayətkarlıq  -   bu,  cinayətkar  əməllər  törədən  şəxslərin  kriminal 
birliyini təşkil edən sosial bəladır.
Deməli,  cinayətkarlıq  cəmiyyətin  məhsulu  olub,  onun  müxtəlif 
sferalarını  və  ictimai  münasibətləri  təcəssüm  etdirir.  Cinayətkarlıq  cyııi 
zamanda da özünəməxsus  spesifik xüsusiyyətlərə və nisbi müstəqil bütöv 
hadisə kimi  öz inkişaf qanunauyğunluqlarına malikdir.
ilər  bir  cinayətkar  qəsdin  obyektiv  analoqu  xudpəsənd  hesablaşma 
əsasında  hamı  əleyhinə  fərdin  özü  uğrunda  mübarizəsindən  ibarətdir. 
Belə  təzahürlərin  çoxluğu  haqqında  məlumatlara  əsaslanaraq,  alman 
mütəfəkkiri  F.Engels  onu  «sosial  müharibə»1  kimi  xarakterizə  edirdi. 
Çünki  o,  «sosial  müharibənin»  bu  növünü  «qaydaya  hörmətsizliyin  ifrat 
təzahürü»  adlandırır  və  göstərirdi  ki,  onun  əsasını  sırf xudpəsənd  hesab­
laşma təşkil  edir.
3.  Müasir Azərbaycanda cinayətkarlığın  vəziyyəti
Hüquqşünas-alimlərin böyük əksəriyyətinin mövqeyinə görə cinayət­
karlığın əsasını, hər şeydən əvvəl,  aşağıdakı sosial amillər təşkil edir:
1) sosial-iqtisadi inkişafın səviyyəsi;
2) fərdi  və qrup iqtisadi özünürcalizə üçün şəraitin vəziyyəti;
3) cəmiyyətin siyasi sisteminin inkişaf səviyyəsi;
4) sosial-siyasi azadlıqların və sosial-hüquqi nəzarətin inkişaf dərəcəsi;
1  Маркс К., Энгельс Ф. Сочинение, т.2, с .364.
396
5)  vətəndaşların  sosial  hüquqları  və  onların  realizə  olunması  müm­
künlüyü;
6) sosial münaqişələrin olması və onların həlli yolları;
7) cəmiyyətin sosial diferensiasiyası dərəcəsi;
8) fərdlərin özünürcalizəsinin mümkünlüyü və s.
F.Y.Səməndərov  yazır  ki,  kriminologiya  elmi  cinayətkarlığın  sosial
varlıqla bağlılığını  qəbul  edir.  Sosial  münasibətlər çoxcinsli  və kompleks 
xarakterlidir.  Sosial  münasibətlər  ıoakro  və  mikro  aləmdə  funksional 
təsirini  yaşadır.  Markoaləmdə  insanın  cəmiyyətlə  və  döviotlə  belə  mü­
nasibətləri,  onun  sosial  mövqeyini  müəyyən  edən  istehsal  münasibət­
ləridir.  İnsan hüquqlarının kobud surətdə pozulması, cəmiyyətə baha başa 
gəlir,  belə  vəziyyət  cinayətkarlığın  yüksək  sürətlə  artmasına  yol  açmış 
olur.  Mikroaləm  səviyyəsində  sosial  münasibətlər  çoxçcşidlidir.  Şəxsiy- 
yətlərarası  münasibətlər  bütün  bu  münasibətlərlə  bağlı  olur.  Burada 
aparıcı  münasibətlər ailə ilə,  yaxınlarla və tanışlarla bağlı  olur.  Bu sahədə 
insanların maraqları  daha tez-tez toqquşur, kəskin  münaqişələr yaranır və 
bu da cinayətkarlıq üçün qidalandırıcı mühit olur.1
Müasir  şəraitdə  hər  hansı  sivil  cəmiyyətdə  cinayətkarlığın  vəziyyə­
tini  cinayət-hüquqi  şüurun  vəziyyətindən  ayrı  təsəvvür  etmək  çətindir. 
Təsadüfi  deyildir  ki,  hazırda  dünyanın  inkişaf etmiş  ölkələrində  sosial- 
siyasi  problemlərin  və  onların  gələcək  perspektivlərinin  proqnozlaşdırıl- 
masında  kütləvi  şüur  və  ictimai  rəy  tədqiq  edilərkən  «şüurun  vəziyyəti» 
məsələsinin  öyrənilməsi  ön  plana  çəkilir və  həmin  anlayışdan  daha  geniş 
istifadə olunur.
Hüquq  ədəbiyyatında  qeyd  olunur  ki,  ...cinayət-hiiquqi  şüurun  təd­
qiqində  əhalinin  cinayət-hiiquqi  informasiya  ilə  təchiz  edilməsinin 
vəziyyətini,  onun  nə  qədər  səlahiyyətli  olmasını  öyrənmək  zəruri  məsələ 
kimi  qarşıya  çıxır.  Cinayət-hiiquqi  informasiya  insanın  sosial-hüquqi 
sahədə  davranış  fəallığını  təmin  edən  mühüm  amillərdəndir.  Zəruri  in­
formasiya  xidməti  hüququn  yaradıcı  funksiyasının  həyata  keçirilməsinin 
həqiqi  aləti  kimi  çıxış  edir.  Cinayət-hüquqi  informasiya  cinayət  hüququ­
nun  müəyyən  etdiyi  qaydalara  riayət  etməyə,  qanuna  hörmət  hissinin 
tərbiyə  edilməsinə,  inkişaf  etmiş  cinayət-hüquqi  təfəkkürün  formalaş-
1  Səm əndərov F.Y.  Kriminologiya.  Ümumi  hissə:  Dərs  vəsaiti.  Bakı,  “Hüquq  ədəbiyyatı”, 
2 0 0 3 , s.97-98.
3 9 7


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   98   99   100   101   102   103   104   105   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə