R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə89/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   85   86   87   88   89   90   91   92   ...   131

tənzimləmənin  müvafiq  sistemini müəyyən  etmiş  və  ondan  istifadə  edən 
sinfin,  sosial  qrupun  və  ya bütövlükdə  cəmiyyətin  mənafelərinə zərər və 
ziyan  vurmaqdan  ibarətdir.  Sosial-mənfi  davranış  şəxsiyyətin  inkişafına 
mənfi  təsir  göstərir,  cəmiyyətin  normal  axarına  mane  olur.  Sosial-mənfi 
davranışın  fərdin  yetkinlik  dövrünü  yaşadığı  proseslərdə  təzahür  etməsi 
onun sonrakı  yaş dövrlərində bir şəxsiyyət kimi yetişməsi  gedişində daha 
böyük  fəsadların  meydana  çıxması,  yaxud baş  verməsilə  müşayiət  oluna 
bilər.
Sosial-mənfi  davranış  nisbi yayılmış hadisədir.  Buna görə  də onunla 
mübarizə,  bir  qayda  olaraq,  təşkilati  tədbir formalarının  işlənib  hazırlan­
masını  və həyata keçirilməsini  nəzərdə  tutur. Mövcud sosial normalardan 
yayınmaların  sosial  əhəmiyyətinin  çoxluğu  və  ya  azlığı  hüquqyaratma 
prosesində,  eləcə  də  hüquqi  və  əxlaqi  sanksiyalarm  tətbiqinin  ictimai 
praktikasında nəzərə alınır.
Əgər  sosial  normalardan  yayınmaların  fərdi  xətası  deyil,  xətalar 
məcmusu  nəzərdən  keçirilərsə,  bu  zaman  onların  hamısı  üçün  səciyyəvi 
olan aşağıdakı bir sıra xüsusiyyətləri müşahidə edə bilərik:
a)  əhalinin  oxşar  qruplarında  (təbəqələrində)  çox  və  ya  az  dərəcədə 
eyni  şəraitdə təsadüf olunan yayınmaların istiqamətlərinin eyniliyi;
b)  onları  yaradan  və  onların  xaricində  ifadə  olunan  səbəblərin  ya­
xınlığı, yaxud birliyi;
v)  göstərilən  hadisələrin  zamana  görə və ərazi  kəsiklərində müəyyən 
təkrarlığı,  sabitliyi.
Sadalanan  xüsusiyyətlərin  məcmusu  söhbətin  cəmiyyətdə yayılan və 
yayınmaqda  davam  edən,  genişlənən,  yaxud  belə  ənənələrə  malik  olan 
hadisələr  barəsində  getməsi  haqqında  şəhadət  verir.  Bu  hadisələr  məhz 
belə  ənənəviliyi  ilə  eksseslərdən  -   təsadüfi,  ekctraordinar  hərəkətlərdən 
fərqlənirlər.
Beləliklə,  yuxanda  qeyd  olunanlara  əsaslanaraq  sosial  yayınmalara 
aşağıdakı kimi tərif vermək olar:
Sosial  yayınmalar  dedikdə,  oxşar  sosial  şəraitdə  müəyyən  kütləvi­
liyi,  sabitliyi  və  yayılması  ilə  səciyyələndirilən  sosial  normaların pozul­
ması başa düşülür.
Tarixi  aspektdə  nəzərdən  keçirilən  sosial  yayınmalar  dəyişkən  və 
nisbi  hadisələr  qismində  çıxış  edirlər.  Bu  səbəbə  görə  də  onlara verilən 
sosial  qiymət  tarixi  və  xalis  konkret  olmalıdır.  Əvvəllər  norma  kimi 
qiymətləndirilən,  lakin  insanların  həyat  tərzinin  dəyişməsi  nəticəsində
342
bəzən  yayınma  xarakter  əldə  edən  norma  kimi  yayınma  hesab  olunan 
hadisə də normaya çevrilə bilər.
Sosial  normaların  hər dəfə  dəyişdiyi  zaman  ictimai  rəy  dərhal  təza­
hür edir.  Yeni  baxışların və davranış formalarının tərəfdarları və rəqibləri 
meydana  gəlir.  Eyni  zamanda  əvvəlki  təsir  gücünü  itirmiş  normaların 
yerini yeni normalar tutur.
2.  Pozitiv yayınmalar problemi
Sosial  normanın  xarakteristikalarından  ən  mübahisəli  olanı  onun 
faydalılıq və zərərlilik  dərəcəsinin  qiymətləndirilməsi olduğuna görə, ona 
xüsusi  diqqət  yetirmək  zərurəti  yaranır.  Sualın  qoyuluşu  belədir:  sosial 
yayınmalar  bütün  hallarda  zərərlidirmi,  yaxud  onlar  sosial  cəhətdən 
faydalı da ola bilərmi?
Sual  sadə  deyildir.  «Yayınma»  ideyasının  özü  nəzəri  cəhətdən 
simmetriyanı  nəzərdə  tutur.  Norma  daimi,  orta və tipikdir.  Ondan  yayın­
malar həm mənfi (söhbət məhz bu barədə gedir), həm də pozitiv (müsbət) 
ola  bilər.  Əslində  isə  mənzərə  göründüyündən  daha  da  mürəkkəbdir. 
Tarixi  təcrübənin  öyrənilməsi  göstərir  ki,  istənilən  sosial  yayınmanın 
pozitiv  yayınma  qismində  qiymətləndirilməsi,  əvvələ,  müvafiq  sosial 
normanın  qiymətləndirilməsindən  və  ikincisi,  bu  iki  qiymətləndirməni 
(yəni  normanı  və yayınmanı) aparan sosial  birliyin mövqeyindən  asılıdır. 
Bu  zaman  hər  cür  sosial  yayınma  aşağıdakılar  baxımından  nəzərdən 
keçirilməlidir:
1) cəmiyyətdə hökmranlıq edən qüvvələrin mənafeləri;
2) yayınmanın mövcud olduğu sosial qrupun mənafeləri;
3) həmin tarixi dövrün şəraiti;
4) cəmiyyətin inkişaf perspektivləri;
5)  cəmiyyətdə,  o  cümlədən  ayrı-ayrı  sosial  qruplar  və  ya  birliklər 
arasında mövcud olan ziddiyyətlərin kökləri.
Hər  hansı  xətanın  faydalılığı,  zərərliliyi  və  ya  neytrallığı,  onun 
icazəliliyi  və  ya  yasaqlılığı,  ictimai  zəruriliyi  və  ya  perspektivsizliyi 
yuxarıda  göstərilən  bütün  hallarda  üst-üstə  düşməyə  və  hətta  bir-birinə 
köklü  surətdə  zidd  ola,  yaxud  biri  digərinin  tamamilə  inkarından  ibarət 
ola bilər.
343


Bu  halı  nəzərə  almaqla  sosial  normalardan  pozitiv  yayınma 
probleminə aid aşağıdakı əsas mülahizələri  irəli  sürmək olar.
Birincisi,  lazımi davranışın  sərt sərhədlərini  müəyyən edən müəyyən 
normativ  sistem  mövqeyindən  və  həmin  sistem  çərçivəsində  normadan 
hər hansı yayınmaya (yəni müəyyən edilmiş sərhəddən kənara çıxmalara) 
pozitiv  yayınma  kimi  baxıla  bilməz,  əks  təqdirdə  normanın  özünün 
mövcudluğuna heç bir ehtiyac yaranmazdı.
Ümumi  şəkildə  aydındır  ki,  formal-normativ  nöqteyi-nəzərindən 
bütün  sosial  yayınmalar  (bu  normaların pozuntusu  kimi)  artıq öz tərifinə 
görə  neqativ  (mənfi)  hesab  olunurlar.  Təcrübi  nümunə  qismində  hərbi 
nizamnamələrdən  birinin  göstərişinə  müraciət  edək.  Məsələn,  Azərbay­
can  Respublikası  Silahlı  Qüvvələrinin  İntizam  Nizamnaməsinin  3-cü 
maddəsinin  birinci  abzasında  deyilir:  «Hərbi  intizam  hər  bir  hərbi 
qulluqçunu borclu edir ki:
-  Azərbaycan Respublikasının Konstitusiyasına və başqa qanunlarına 
ciddi  əməl  etsin,  hərbi  andın,  hərbi  nizamnamələrin  tələblərini,  ko­
mandirlərin  (rəislərin)  əmr  və  sərəncamlarını  dəqiq  yerinə  yetirsin».  Bu 
nümunədə  davranışın  bütün  hədləri  məhdudlaşdırılmışdır.  I-Iorbi  nizam­
namələrin  tələbləri,  əmr  və  sərəncamlar  yerinə  yetirilməlidir  və  bunun 
heç  bir  digər  alternativi  yoxdur  və  ola  bilməz.  Belə  tələb  hərbi  xidmətin 
özünəməxsus  spesifikliyindən  irəli  gəlir.  Verilmiş  hərbi  əmrin  və  ya 
sərəncamın  yerinə  yetirilməsi  vacibdir  və  bunu  hərbi  qulluqçunun  hərbi 
andının  təbiəti  tələb  etdiyinə  görə,  bundan  yayınma  hərbi  intizamın 
kobud şəkildə pozulması kimi qiymətləndirilir.
Qeyd  etmək  vacibdir  ki,  sosial  normanın  davranışın  hər iki  sərhədini 
müəyyən  etdiyi,  şərti  desək,  onun  «yuxarı»  və  «aşağı»  həddini  nəzərdə 
tutduğu  halda  məsələ  başqa  şəkil  alır.  Hüquq  sahəsində  bu  adətən, 
imperativ  -   vəzifəvcrici  və  qadağanedici  normalarda  təzahür  edir.  Əkər 
sosial  norma  heç  bir  «yuxarı»  hədd  müəyyən  etmirsə,  aydındır  ki,  belə 
normanın  müəyyən  etdiyi  həddi  «aşmaq»  həmin  normadan  yayınma  de­
yildir.  Yüksəldilmiş  istehsalat,  müqavilə  öhdəliklərinin  yerinə  yetiril­
məsini buna misal göstərmək olar.
Bəzi  müəlliflər  belə  bir  mülahizə  irəli  sürürlər  ki,  sosial  yayınmalar 
faydalı  hərəkətlərə (o cümlədən yenilikçiliyo,  sosial yaradıcılığa) da şamil
3 4 4
olunurlar.1 2
  B.Kutırcvin  fikrincə,  yayınmalar  müsbət  istiqamətə  də 
yönəldilə  bilərlər.  Biz,  məsələn,  təşəbbüsün təzahürünü,  bacarığı  nəzərdə 
tuturuq."  Göründüyü  kimi,  adları  çəkilən  müəlliflər  burada  adi  hərəkət 
tərzinə  dair  norma  haqqında  birtərəfli  təsəvvürə  əsaslanırlar.  Yəni  onlar 
davranışa  hərəkətin  orta  statistik  xarakteristikası  kimi  baxırlar.  Yaxud 
söhbət ictimai  tərəqqini ləngidən köhnəlmiş nonna haqqında gedir.
Lakin  sosial  norma  ictimai  zərurəti  (faydalılığı),  mütləqliyi  (istəyi) 
və  faktiki  yerinə  yetirməni  birləşdirən  mürəkkəb  təsisatdır.  Əgər 
köhnəlmiş və həmin məqamda mütərəqqi olan normaya əsaslansaq, nəticə 
başqa  cür  olmalıdır:  belə  normadan  yayınma  arzuolunmaz,  neqativ 
hadisədir.  Qeyd  etmək  lazımdır  ki,  yenilikçilik  və  ya  yaradıcılıq  mütə­
rəqqi  normaları  -   nə  lıiiqııq,  nə  də  əxlaq  normalarını  Iıcç  də  pozmurlar. 
Nə  hüquq,  nə  də  əxlaq  təşəbbüsü,  sosial  yaradıcılıq  aktlarını  qadağan 
etmir, əksinə, onları mükafatlandırır.
Deməli,  sosial normalardan neqativ  və pozitiv yayınma  eyni  müstəvi 
üzərində  deyil  və  onlar eyni  normativ  sistem  nöqteyi-nəzərindən  bərabər, 
eyni  səviyyədə  qiymətləndirilə  bilməzlər.  Konkret  normativ  sistem 
çərçivəsində  ondan  yayınmaya  həmin  sistemi  yaratmış  sosial  birlik 
tərəfindən  neqativ yayınma qismində  baxılır.  Əksinə,  normadan  yayınma 
daha  mütərəqqi  sistem  nöqteyi-nəzərindən  mütərəqqi  sayıla  bilər.  Lakin 
bu  halda  normanın  özünə  neqativ  hadisə  kimi  baxılacaq  və  bu,  sosial 
qiymətləndirmə  praktikasının  təhlili  nöqteyi-nəzərindən  ikinci  mülahizə 
olacaqdır.
Diqqət  yetirilməsi  zəruri  olan  üçüncü  mülahizə  ondan  ibarətdir  ki, 
sosial  normalardan  yayınmanın  qiymətləndirilməsi  zamanı  konven- 
sionalist  (relyativist)  yanaşma  yolverilməzdir.  Belə  yanaşmaya  uyğun 
olaraq  «hər şey  nisbidir» və «hər kəs  özünə görə haqlıdır».
Hər bir sosial  norma və ondan  yayınma  cəmiyyətin  sinifləri  və  sosial 
qrupları  tərəfindən  müxtəlif  cür  qiymətləndirilir.  Lakin  ictimai  tərəqqi 
mövqelərindən  sosial  normaların  vektor  qiymətləndirilməsi  birtərəfli 
istiqamətə  malikdir.  Bu  istiqamət  keçmişdən  gələcəyə,  qədim  sinfi-tarixi 
formasiyalardan  sosial  perspektivlərə  malik  yeni  formasiyalara  doğru 
hərəkətdə olan  istiqamətdir.
1 Глинский Я.И. О системной подходе к преступности. 
Правоведение,  1981, №5, с.53.
2  Кутырсв  Б.  Стимулы  порядка. 
Наука  и  жизнь.  1981, № 10, с.46.
345


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə