R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə87/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   83   84   85   86   87   88   89   90   ...   131

1) cinayət (müxtəlif kateqoriyalardan olan sosial təhlükəli əməllər);
2) «qurbanların olmadığı» kriminal əməllər;
3) qüvvədə olan normalara zidd olmayan yayınmalar.
Qətllər, qarətlər (oğurluqlar), zorlama, terrorçuluq, narkomanlıq, nar­
kobiznes,  iqtisadi  sahədə törədilən  müxtəlif növ kriminal  əməllər deviant 
davranışın  ifrat  formalarıdır.  Cinayət  hüququ  elmində  onların  hər  biri 
haqqında xüsusi  danışılır.  Kriminologiya elmi  isə belə kriminal əməllərin 
baş verməsi şəraiti və səbəbləri barəsində ətraflı şəkildə bəhs edir.
«Qurbanların  olmadığı»  kriminal  əməllər  (cinayətlər)  xüsusi  kate­
qoriyanı  təşkil  edir.  Bu o  deməkdir ki,  insanların deviant davranışının be­
lə  neqativ  formaları  mənfi  nəticələrin  meydana  çıxması  ilə  müşayiət 
olunmur.  Yəni  hərəkətlərin  bilavasitə  subyektləri  onların  mənfi  nəticə­
lərini  hiss  etmirlər.  Məsələn,  narkotik  vasitələr və  ya psixotrop maddələr 
istehlak  edən  şəxslər  bu  hərəkətlərindən  bilavasitə  özləri  zərər  görür və 
ziyan  çəkirlər.  Belə  ki,  narkomanlıq  bilavasitə  şəxsiyyətin  özünü  məhv 
edir,  onun  həyatını  dağıdır.  Sərxoşluq,  fahişəlik,  seksual pozğunluq və s. 
bu  kimi  deviant  davranışlar  da  subyektlərin  özlərinə  qarşı  çevrilmiş  hə­
rəkətlərə  aiddir.  Belə  davranışın  səbəblərini  təkcə  tərbiyə  sferasında 
deyil,  həm də fərdi əhatə edən mühitdə axtarmaq zəruridir.
Qeyd  etmək  zəruridir  ki,  Azərbaycan  cəmiyyəti  sərxoşluğun  nisbə­
tən  (məsələn,  Müstəqil  Dövlətlər  Birliyi  məkanına  daxil  olan  Rusiya 
Federasiyası, Belorus və Ukrayna kimi ölkələrlə müqayisədə) az yayıldığı 
ölkələrdən  biridir.  Ona  görə  də  Azərbaycanda  sərxoşluğa qarşı mübarizə 
daha  çox  spirtli  içkilərin  istehlakının  daha  da  azaldılması  istiqamətində 
aparılır.  Azərbaycan  müsəlman  ölkəsi  olduğuna  görə,  yeniyetmələrə  və 
gənclərə  spirtli  içkilərə  aludə  olmamaq  on  erkən  vaxtlardan  hələ ailədən 
təlqin  edilir,  sonrakı  yaş  dövrlərində  isə  bu  istiqamətdə  orta  və  ali 
məktəblərdə lazımi tərbiyə işləri aparılır.
Narkotik vasitələr  və ya  psixotron  maddələr  on qədim dövrlərdən 
istehlak  edilməyə  başlamışdır.  Qeyd  etmək  lazımdır  ki,  «Azərbaycanda 
ümumi  narkosituasiya artan  xətt müstəvisindədir.  Narkotiklordən istifadə 
edənlərin sayının tədricən artması (buna əcnəbi vətəndaşlar arasında daha 
çox təsadüf olunur  -  A.Q.) istər-istəməz narkotik vasitələrin və psixotrop 
maddələrin  istehsalının,  hazırlanmasının,  daşınmasının,  emalının,  satı­
şının  və  istehlakının  genişlənməsinə  şərait  yaradır.  Ölkədə  narkotiklərə 
qarşı mübarizə  vahid dövlət siyasəti  əsasında və hüquqi vasitələrin,  eləcə
3 3 4
də  profilaktiki  tədbirlərin tətbiqi  şəraitində aparılsa da,  görülən  işlər  hələ 
ki,  istənilən  müsbət  nəticəni  vermir.  Deməli  bu,  narkotiklərə...  qarşı  mü­
barizənin  hüquqi  vasitələrinin  kifayət  qədər  geniş  olmaması  ilə  əlaqə­
dardır.  Bu,  məsələnin  ancaq  bir tərəfidir.  Problemin  digər tərəfi  obyektiv 
reallığın  və  həyati  gerçəkliklərin  obyektiv  və  düzgün  qiymətləndiril­
məsindən ibarətdir»1
Azərbaycan  cəmiyyətinin  ictimai  həyat  reallıqları  subyektiv  və 
obyektiv  səbəblər üzündən  öz  mənfi  və  müsbət cəhətləri  ilə  nəzər-diqqə­
timizdə  nə  qədər  qabarıq  olsa  da,  bu  amillər  narkotiklərlə  aludəçiliyə, 
yaxud  onunla  mübarizənin  zəifliyinə  haqq  qazandıra  bilməz.  Hər  hansı 
dövlət  daxilində  narkotiklərə  qarşı  milli  mübarizə  fərdi  və  xüsusi  deyil, 
ümumi  mənafelər,  xalqın  və  cəmiyyətin  mənafeləri  naminə  aparılır. 
Doğrudur,  bu  mübarizə  prosesinə  ölkədaxili  sosial-iqtisadi  və  sosial- 
siyasi vəziyyət öz təsirini  göstərməyə bilməz.  Lakin həmin  təsir bilavasitə 
mübarizə  əzmini  qırmağa yönəldilməməli,  əksinə,  onun  daha  da  güclən­
dirilməsi  məqsədlərinə  xidmət  ötməlidir.  Deyildiyi  kimi,  «təsir  əks  təsirə 
bərabərdir» və bərabər də olmalıdır.2 3
Müasir  şəraitdə  fahişəliyin  nisbətən  artması  fikrimizco,  ilk  növbədə 
sərbəst  bazar  iqtisadiyyatının  təbiətindən  irəli  gələn  amillərdən  biridir. 
Elə  bir  vəziyyət  yaranmışdır  ki,  əvvəlki  iş  yerlərini  ilinniş  qadınların 
hazırkı  şəraitdə  «özünü  satmaq»dan  savayı  çarəsi  qalmamışdır.’  Qa­
dınların  xeyli  hissəsinin  təhsil  ala  bilməməsi,  peşəyə  yiyələnmək  üçiin 
lazımi  iş  şəraitinin  və peşə təhsili  sahələrinin  iflic  vəziyyətə düşməsi  belə 
bir  mənzərənin  yaranmasına  gətirib  çıxarmışdır.  Fahişəliklə  demək  olar 
ki,  gənc  qadın  və  qızlar  məşğul  olurlar.  Ölkənin  ucqar  bölgələrindən 
şəhərə  gələn  gənc  qadın  və  qızlar  məhz  ilkin  ehtiyaclarını  (pul,  mənzil, 
geyim  və  s.) ödəməkdən  ötrü  belə  əxlaqsız  yolu  seçir  və  ona  görə  də  ilk 
növbədə maddi cəhətdən imkanlı kişilərin diqqətini cəlb etməyə çalışırlar.
Qüvvədə  olan  normalara  zidd  olmayan  yayınmalar  dedikdə, 
«ədəbli»  davranış çərçivəsində,  lakin  «zərərli»,  «qəribə»«  «faydasız», bir 
sözlə,  «qeyri  normal»  səviyyədə  təzahür  edən  davranış  formaları  başa 
düşülür.
1  Z a h id o v   B.S.  N a rk o lizn ı 
vd
 
narkobiznes:  m übarizonin  aktual  problem ləri  (cinayot- 
h ü q u q i  və  krim inoloji  aspektlər).  B akı,  B D U ,  2004,  s.97.
2  Z a h id o v   B.S.  N ark otizm   vo  narkobiznes:  m übarizonin  aktual  problem ləri  (cinayət- 
hü qu qi  vo  krim inoloji  aspektlər).  B akı,  B D U ,  2004,  s.  97-98.
3  Ю ридическая  социология:  Учебник.  M.,  НОРМЛ-ИНФРЛ,  2000,  с. 183.
335


Belə davranış formalarına aşağıdakılar aid oluna bilər:
-  qumar oyunları;
-  autizm;
-  narsist davranış (öz-özünə vurğunluq);
-  fanatizm;
-  özünüöldiirmə (intihar).
Suisid (intihar) istisna olmaqla, belə deviant davranışlann vurduğu zərər 
dolayı yolla meydana çıxır.  Məsələn, əgər kart oyunlarında ortaya pul və ya 
digər  xidmətlər  qoyulmursa,  yaxud  belə  oyunlar  heç  bir  şərt  olma  dan 
aparılırsa, bu, qumar kimi qiymətləndirilmir.  Lakin bununla belə, kart oyun­
ları, ümumiyyətlə, cəmiyyət tərəfindən heç do həmişə müsbət qarşılanmır və 
şəxsiyyəti inkişafdan saxlayan amillərdən biri hesab olunur.
Qumar  oyunları  şəxsiyyətin  real  gerçəkliklərin  dairəsindən  kənara 
çıxması  formasıdır.  Qumar  oyunları  həmişə  ehtirasla  əhatə  olunur  və 
həmin  ehtiras  böyük  hesabla  süni  surətdə  meydana  çıxır.  Belə  oyunlara 
aludə olan  insanlar ətraflarında nəyin baş verdiyini  tamamilə unudur, bü­
tün  diqqətini  nə  qədər pul  əldə  edəcəyinə yönəldir.  Xüsusən  də yetkinlik 
yaşma  çatmayan  şəxslər  belə  hallarda  öz  həmyaşıdlarının  varlığım 
yaddan  çıxarır,  üstünlük  əldə  etdikdə  «sevinir»  və  daha  da  ürəklənir, 
uduzmağa doğru  getdiyini  hiss  etdikdə  isə bir tərəfdən təəssüf hissləri ke­
çirir,  digər  tərəfdən  uduzduqlarını  geri  qaytarmağa  (sanki  intiqam 
almağa) can atır və buna görə də düşdüyü dairəni tərk etmək istəmir.
Amerikalı  sosioloq  D.Bell  hələ  keçən  yüzilliyin  60-cı  illərində  ya­
zırdı  ki,  «müəyyən  tip  qumar  oyunları  bəzi  insanlar üçün  bioloji  tələbatı 
xatırladır,  çünki  oyunlar  onların  arzularına  reallıq  verir».1  Məhz  buna 
görə  də  belə  qəbildən  olan  insanları  heç  bir  sağlam  fikirli  və  saf 
düşüncəli, nəsihətamiz mülahizələr tutduqları yoldan çəkindirə bilmir.
Autizm  dedikdə,  insanın  cəmiyyətlə  və  müəyyən  sosial  qrup  və  ya 
birliklə  əlaqələrinin  çotinləşməsi,  onun  öz  sosial  ətrafından  kənar  düş­
məsi,  son  dərəcə  özünəqapanması  (özünütocrid  etmə) başa  düşülür.  Belə 
davranış bir sıra hallarda sosiallaşma problemləri ilə bağlı olur.  Şəxsiyyət 
sanki  başqaları  ilə  öz  arasında  distansiya  saxlamaq,  son  həddə  isə  onu 
əhatə  edən  reallıqlardan  uzaq  olmaq,  uzaqlaşmaq məcburiyyətində  qalır. 
Belə  ki,  bu  zaman  insan  öz  qapalı  aləmində,  tam  təklikdə  öz  fanta­
ziyalarını qurur və bununla da həyatım kompensasiya edir.
1  Белл Д.  Преступление  как  американский  образ жизни // Социология  преступности. 
М.,  1966,  с.275.
3 3 6
Autist  davranışın  sosial  səbəbini  insanların  nüfuz  codvəlindəki  dife­
rensiasiya  faktı  təşkil  edir,  Əgər  fərd  uğur  rəmzlərinin  əldə  edilməsində 
onu  əhatə  edənlərdən  geri  qalırsa,  o,  ya  özünə  bərabər  olan  fərdləri  tapır 
və  onlarla  ünsiyyət  saxlayır,  ya  da  özü  üçün  lazım  bildiyi  təklik  aləmini 
seçir  və  öz-özünə  qapanır  (əlbəttə  ki,  biz  burada  autizmin  psixoloji  sə­
bəblərini nəzərdə tutmuruq).
Narsist  davranış 
-   bu,  başqalarının  diqqətini  nümayişkaranə 
şəkildə  özünə,  öz  vücuduna  cəlb  etməkdir.  Fərd bu  zaman  öz  davranışını 
ətrafdakıları  şok  vəziyyətinə  sala biləcək  həddə çatdırmağa cəhd  göstərir. 
Məsələn,  belə  deviant  davranışın  daşıyıcısı  olan  fərdlər,  tutaq  ki, 
yığıncaqlarda  ancaq  sensasiya  doğuran  mülahizələr  söyləyir,  öz  populist 
çıxışları  ilə hamının diqqətini  özünə cəlb etməyə çalışır.
Narsist  davranışın  formalaşmasının  əsas  mənbələri  həm  yaşlıların 
ailədə  öz  yeganə  uşaqlarına  hərtərəfli,  bəzən  də  hətta  yersiz  olan  ifrat 
dərəcədə  nəvazişli  diqqətindən,  həm  də  insanın  müəyyən  mürəkkəb 
situasiyaya  düşdüyü  vaxt  üzləşdiyi  şəxsi  çətinliklərindən  ibarətdir.  Belə 
davranışın  daşıyıcısı  olan  fərd  əksər hallarda öz yerini  bilmir  və  elə zənn 
edir ki,  o, hər hansı  şəraitdə öz qeyri-adiliyi  ilə  hansısa  müsbət  bir gedişi 
nümayiş  etdirə bilər.  Narsist  davranışdan  irəli  gələn  sosial  zərər o  zaman 
təzahür edir  ki,  həmin  davranışın  daşıyıcısı  sosial  iyerarxiyada  xüsusi  bir 
yörə, yaxud mövqeyə son dərəcə  iddialı olduğunu nümayiş etdirir.
Fanatizm  dedikdə,  hansısa  ideyanı,  yaxud  doktrinanı  kor-koranə 
şəkildə  dəstəkləmək  başa  düşülür.  Fanatizm  şəxsiyyətin  təsəvvürlərinin 
birtərəfli  olmasının  nəticəsidir.  O  bəzən  ağlasığmaz  nəticələrə  do  gətirib 
çıxarır.  Fanatizmin  daşıyıcısı  həm  böyük  qələbələr  əldə  edə,  həm  do 
öldürücü  məğlubiyyətə  düçar  ola  bilər.  Fanatiklər  öz  ideallar  qismində 
təsəvvür  etdikləri  məqsədlərinə  çatmaq  üçün  istənilən  vasitələrə  ol  atır, 
bu idealları reallaşdırmaqdan ötrü məqbul  hesab etdikləri  prinsipləri  sanki 
dəlicəsinə həyata keçirməyə cəhd göstərirlər.
İntiharın  da  üzərində  qısa  şəkildə  do  olsa,  dayanmaq  lazımdır. 
Suisidinın  (intiharın)  ətraflı  təhlili  E.Dürkhcym  tərəfindən  verilmişdir. 
Sosioloq-alim  statistikanın  məlumatlarına  arxalanaraq,  cəmiyyətin  səadət 
tərəqqisini  kəmiyyətcə  dəyişdirməyə  soy  göstərmişdir.  Fransız  sosioloqu 
qeyd edirdi ki, özünüöldürmə iztirabların nəticəsidir.  İztirab və xoşbəxtlik 
bir-birinin  inkarı  olan  və  proporsional  şəkildə  təzahür  edən  vəziyyətdir. 
Floyatdan  könüllü  olaraq  nə  qədər  çox  insan  gedirsə,  cəmiyyətdə  iztirab­
lar da bir o qədər çox olur. Deməli, bu həm də xoşbəxtliyin azlığıdır.
337


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə