R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə82/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   78   79   80   81   82   83   84   85   ...   131

davranışlarını  xeyli  dərəcədə  müəyyən  stereotiplərə,  qrup  rəylərinə  uyğun 
istiqamətləndirirlər.  Sosial  subyekt öz daxili  inamına uyğun hərəkət edərkən 
əvvəlcə  öz  hərəkətinin  məqsədəuyğunluğunu  dərk  edir,  bundan  sonra  arzu 
etdiyi məqsədə doğru istiqamət götürür.
Hüquq  normasının  verilməsinədək  və  onun  verilməsindən  sonra 
insanların davranışı üzərində  tədqiqatlar aparan norveçli  alimlər təsdiq və 
izah  edirdilər  ki,  hüquq  norması  «yalnız  aşağıdakı  4  inkişaf  mərhələ­
sindən keçdikdən sonra, onun səmərəli olub-olmaması üzə çıxır:
1)  fərdin  gizli  həyati  məqsədlərinin  normativ  variantda  aktuallaş- 
ması;
2)  yeni  normanın  məqsədlərə  nail  olmaq  üçük  daha  əlverişli  olma­
sının  dərk edilməsi;
3)  adi  stereotiplərdə normativ nümunənin rəsmiləşdirilməsi;
4) əvvəlki  davranış formalarının nüfuzdan düşməsi.1
Deməli,  hər  hansı  hüquq  norması  ilk  başlanğıcda  mühüm  həyati 
maraqlarım  (on  azı  onun  müəyyən  bir  hissəsini)  obyektiv  şəkildə  ifadə 
etməlidir.  Yəni  hüquq norması  «kağız  üzərində»  qalmamalı,  fərdik vacib 
həyati  maraqlarına  dərhal  nüfuz  etməli,  onun  gündəlik  həyati  fəaliy­
yətinin  ayrılmaz  hissəsinə  çevrilməlidir.  Yalnız  bu  halda  hüquq  norma­
sının  icrası  fərdin vərdişinə çevrilir. Normativ nümunənin gündəlik həyati 
normaya  çevrilməsi  və  hüquq  normasına  rəhbər  qüvvə  kimi  münasibət 
göstərilməsi  də  məhz  belə  hallarda  baş  verir.  Nəticədə  davranış  forması 
yeni  hüquq  normasına  uyğun  olaraq  əvvəlki  davranış  formasını  əvəz edir 
və  bu  nəticə  hasil  olunur  ki,  hüquq  norması  fərdin  davranışına  dəyiş­
mişdir.  Müvafiq  surətdə hər bir sosial  subyekt hüquq normasının təsbit və 
mühafizə etdiyi dəyərləri sosial dəyərlər kimi  qiymətləndirir.
Hüquqauyğun  davranışın  daxili  cəhəti  xarici  amillərlə -  hüquqi  gös­
tərişlərin məzmunu və  ifadə forması,  hüququ  tətbiq edən  orqanların möv­
cud  sonuncu  sanksiyaları  realizə  etmək  qabiliyyəti  ilə  möhkəmlən­
dirilməlidir.2
Hüquqi davranış ən ümumi  şəkildə orqanizmin  mühitə uyğunlaşması 
prosesində  yaranan  fəallığı  kimi  müəyyən  edilir.  Lakin  bunu  insan  hərə­
kətlərinin  xarakteristikası  üçün  tam  məqbul  hesab  etmək  olmaz.  Bu  za­
man  insanın  davranışının  keyfiyyət  spesifikliyi  də  nəzərə  alınmalıdır.3
1  Боботов  C.B.  Буржуазная нрава.  M .,  1978, c. 166.
2  Юридическая социология. Учебник.  M ., НОРМ А-ИНФРА, 2000, c.159.
3  Кудрявцев B.H.  Закон,  поступок,  ответственность.  М., Наука,  1986,  с. 132.
316
İnsan  davranışının  sosial  spesifikliyi  tədqiqatçıların  həmişə  diqqət 
mərkəzində  olmuşdur  və  başlıca  məqsədlərdən  biri  onu  bütün  təfərrüatı 
ilə  dürüst  müəyyən  etməkdən  ibarətdir.  Məsələn,  Y.A.Şerkovin  yazır: 
«Davranış  insanın  sosial  əhəmiyyətli  obyektlərə  münasibətdə  daxili 
vəziyyətinin  aşkar  hərəkətlərə  çevrilməsidir».1  V.N.Kutryavtsev  bunu 
kifayət qədər uğurlu tərif2 kimi  qiymətləndirmişdir.
V.N.Kudryavtscvin  fikrincə,  insanın  və  ya  sosial  qrupun  davranışı, 
birincisi,  onun təşkili  səviyyəsi,  ikincisi,  obyektiv  (sosial  və ya təbii)  əla­
qələr nəzərə alınmaqla onun  məzmunu,  üçüncüsü,  onun  subyektiv  istiqa­
məti  (motivləri,  məqsədləri,  hərəkətlərin  planı) və  dördüncüsü,  nonnativ- 
liyin  xarakteri,  yəni  müxtəlif  sosial  və  texniki  normalara  münasibətlə 
səciyyələndirilir.3
Beləliklə,  insanın  hüquq  sfcrasındakı  fəaliyyəti  həm  sosial,  həm  do 
hüquqi  cəhətdən  qiymətləndirilə  bilər.  Ona  görə də  biz,  hüquqauyğun  və 
hüquqazidd  davranış  haqqında  danışarkən  problemi  onun  hüquqi  gös­
tərişlərə  uyğunluğu  nöqteyi-nəzərindən  tədqiq  edirik.  Bundan  başqa, 
insanın  hərəkətlərinin  xarakteristikası  zamanı  subyektiv  məqamın  nəzərə 
alınması vacibdir.
Sosial  subyektin  davranışını  yalnız  bir  amil  mövqeyindən  təhlil 
etmək  qənaətbəxş  olmazdı.  Birtərəfli  yanaşma  hər  hansı  xətanı  düzgün 
qiymətləndirməyə,  onun  nəticələrini  düzgün  tosnif etməyə,  xətaya  döv­
lətin  və cəmiyyətin  əks reaksiyasını müəyyənləşdirməyə  imkan  vermir. O 
cümlədən,  hüquqi  xətaya  bəzən  yalnız  bir,  yuridik  cəhətdən  yanaşılır. 
Hüquq  normalarına  uyğun  olan  hər  cür  davranış  hüquqauyğun,  bu  nor­
malara  zidd  olan  davranış  isə  hüquqazidd,  yaxud  hüquq  pozuntusu  kimi 
başa  düşülür.  Buna  görə  də  sosial  subyektin  davranışının  təkcə  hüquqi 
deyil,  həm  də  sosial  cəhətdən  təhlili  zamanı  onun  variant  müxtəliflikləri 
aşkar  olunur.  Belə  ki,  hüquq  normaları  çərçivəsindən  həyata  keçirilən, 
onları  pozmayan,  lakin  cəmiyyətə,  yaxud  ayrı-ayrı  vətəndaşlara  zərər 
vuran davranış variantı  mümkündür.  Bəzən elə olur ki,  sosial  subyekt hüquq 
normasını  pozur,  hüquqazidd  hərəkətlər  edir,  lakin  onun  hərəkətləri  ətraf­
dakılar üçün  hər hansı  mənfi  nəticələrin  meydana  çıxmasına  səbəb  olmur. 
Buna  görə  də  hüquqi  davranışın  növlərini  hüquqauyğun  və  hüququ  pozan
1 Шсрковин  Ю.А.  Социальная психология:  Краткий  очерк.  М.,  1975,  с.67.
2 Кудрявцев  В.Н.  Закон,  поступок,  ответственность.  М.,  Наука,  1986,  с. 132.
3 Y en ə orad a,  s. 132-133.
317


davranış  növləri  ilə  məhdudlaşdırmaq  düzgün  olmazdı.  Cəmiyyətin  sosial 
inkişafı  və  hüquqi  praktikanın  tələbatları  bu  məsələyə  daha  differensasiyalı 
yanaşmanı  tələb  edir.  Çünki  hüquqi  hərəkətlərin  növ  müxtəlifliyi  müvafiq 
yuridik reqlamentləşdirməyə möhtacdır.
Yuxanda  ifadə  olunanlar  hüquqi  davranışın  aşağıdakı  növlərini 
fərqləndirməyə imkan yaradır:
1)  hüquqauyğun  davranış  -   hüquqi  göstərişlərə  uyğun  olan  sosial- 
faydalı davranış;
2)  hüquq  pozuntusu  -   hüquq  normalarının  tələblərini  pozan  sosial- 
zərərli davranış;
3) hüquqdan sui-istifadə etmə  -  sosial-zərərli,  lakin hüquq normaları 
çərçivəsindən həyata keçirilən davranış;
4)  obyektiv  cəhətdən  hüquqazidd  davranış  -   zərər  vurmayan,  lakin 
hüquqi  göstərişlərin  pozulması  ilə  həyata  keçirilən  davranış.  Hüquq 
fəaliyyəti  olmayan  şəxsin  hüquqazidd  davranışını  da  buraya  aid  etmək 
olar.
Qiymət
Hüquq normalarının 
tələblərinə uyğun deyil
Hüquqi göstərişlərə 
ziddir
hüquqi
sosial
Sosial-faydalıdır
hüquqauyğundur
Obyektiv cəhətdən 
hüquqaziddir
Sosial-zərərlidir
Hüquqdan 
sui-istifadə etmə
Hüquq pozuntusu
Qeyd  etmək  lazımdır ki,  hüquq pozuntuları  hüquqi  davranışın yalnız 
bir hissəsini təşkil edirlər.  Hüquqi davranış  isə artıq göstərildiyi kimi həm 
hüquqauyğun, həm do hüquqazidd (qeyri-hüquqi) davranışı əhatə edir.
Ədəbiyyatda  ifadə  olunan  belə  bir  fikiriə  də  razılaşmaq  lazım  gəlir 
ki,  keçmiş  SSRİ-də  və  bu  ittifaqa  daxil  olan  müttəfiq  respublikalarda 
«hüququ  sosial  münasibətlərin  mühüm  tənzimləyicisi  hesab  edək  tarixi 
ənənə  olmamışdır.  Hüquq  əsasən  repressiv  variantda  qəbul  olunmuşdur. 
Onun  kündəlik  münasibətləri  tənzimləyən  dispozitiv  forması  əhalinin 
geniş  təbəqələrinə  yaxşı  məlum  deyildi,  öz  hüquqlarının  müdafiəsi  üçün
318
məhkəməyə  müraciət  edənlərin  isə  sayı  az  idi.1 Ona  görə  do  məhkəməyə 
adətən,  ancaq  mülki  işlərə  və  cinayət  işlərinə baxan  orqan  kimi  baxılırdı. 
Əhalinin  böyük  əksəriyyəti  məhkəməni  hüquqları  müdafiə,  boıpa  edən 
orqan 
qismində 
təsəvvür 
etmirdi. 
Əslində, 
cəmiyyət 
üzvləri, 
ümumiyyətlə,  hüququ  müdafiənin  sosial  təcrübəsinə  malik  deyildi,  o  öz 
konstitusiya  hüquq  və  vəzifələrinin  mahiyyətini,  hüquqların  məhkəmə 
qaydasında  müdafiə  üsullarını  yetərincə  bilmirdi.  Mənəvi  hüquqların 
müdafiəsindən isə, ümumiyyətlə söhbət belə gedə bilməzdi.
Totalitar  cəmiyyət  üzvlərinin  hüquqauyğun  davranışının  motivləş- 
dirilməsində  müəyyən  hüquq  normalarının  passiv  yerinə  yetirilməsi 
vərdişləri  özünü  büruzə  verir.  Belə  ki,  vətəndaşlar  hüquq  normalarının 
göstərişlərini  qorxa-qorxa  icra  edir,  üstəlik  onları  həm  do  hüquqi  məsu­
liyyət vahimələndirir.  Sosial  münasibətlərin  hüquq  tənzimlənməsilə bağlı 
daxili  tələbatın  inkişafı,  hüquq  normalarına  daxili  və  şüurlu  hörmət 
əlaməti  olaraq  əməl  olunması  nə  totalitar  cəmiyyətə,  nə  do  fərdin  özünə 
sanki  «sərf  etmir».  Belə  aşağı  fəallığın  səbəblərinə  diqqət  yetirən 
Y.İ.Qrcvtsov  yazır ki,  totalitar cəmiyyətdə  «təbii  hüququn  əhəmiyyəti  ta­
mamilə  vərdişdən  kənar  görünür  və  hətta  cəmiyyət  üzvlərinin  böyük 
əksəriyyəti  üçün yad olur».2
Hazırda  hüquqauyğun  davranışın  formalaşmaqda  olan  yeni  nümu­
nələrini  əsasən  istehlakçılar  nümayiş  etdirirlər.  Onlar  istehlakçıların 
hüquqlarının  müdafiəsi  üzrə  müxtəlif  təşkilatların  köməyilə  artıq  dərk 
edir  və  qavrayırlar  ki,  qanun  təkcə  qadağanlardan  ibarət  deyil.  İsteh­
lakçıların  davranışında  qanun  müdafiəcdici  qüvvə  kimi  təzahür  edir  və 
aşkar  surətdə  müşahidə  olunur  ki,  qanun  zəruri  hərəkətləri  elmək  üçün 
hüquq və imkanlar verən qüdrətli vasitədir.
Beləliklə,  hüquqi  davranış  cəmiyyətin  sosial  münasibətləri  sis­
temində  hüququn  (hüquq  normalarının)  yerini  və  rolunu,  cəmiyyət  üzv­
lərinin hüquqa reaksiyasım dərk etməyə imkan verir.
2.  Hüquqi sosiallaşma
Hüquqi  sosiallaşma  (şəxsiyyətin  hüquqi  sosiallaşması)  dedikdə, 
şəxsiyyətin  normativ  standartları,  qanuna  itaətli  davranış  standartlarını
1  Юридическая социология.  Учебник.  M .,  НОРМА-ИНФРЛ,  2000,  с. 159.
2 Гревцов  Ю .И.  Очерки теории и социологии  права.  СПб.,  1996,  с. 143.
319


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə