R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə78/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   74   75   76   77   78   79   80   81   ...   131

etdikdən  və  hüquqi  dövlət  quruculuğu  yoluna  qədəm  qoymağa  cəhdlər 
göstərdikdən,  siyasi  və  iqtisadi  cəhətdən  əvvəllər  sanki  zəncirlənmiş 
insanlar  hüquq  və  azadlıqlardan  az  və  ya  çox  dərəcədə  real  istifa  etmək 
imkanı  əldə  etdikdən  dərhal  sonra,  onilliklərlə  hüquqa  etinasızlığın  və 
onun  lazımınca  qiymət  verilməməsinin  hökmranlıq  etdiyi  cəmiyyətin 
hüquq  mədəniyyətinin  aşağı  səviyyədə olduğu  bütün  çılpaqlığı  ilə  özünü 
büruzə verdi».1
Hüquq  mədəniyyəti  müəyyən  əsas  başlanğıcları  bilməyi,  qüvvədə 
olan  qanunvericiliyin  əsas  müddəalarına  bələd  olmağı  və  onlardan 
istifadə etməyi  bacarmağı nəzərdə tutur.  Dövlətin hüquq sistemi, qüvvədə 
olan  qanunvericiliyi  haqqında  zəruri  biliklərə  malik  olmayan  vətəndaşlar 
öz  hüquqlarından  lazımında  istifadə  etməyi  və  onları  inkişaf etdirməyi, 
vəzifələrinin  nədən ibarət olduğunu,  eləcə də öz qanuni  mənafelərini necə 
müdafiə  etməyi  istənilən  səviyyədə realizə edə bilməzlər.  Dəhşətlisi odur 
ki,  qanunyaradıcılıq  fəaliyyətini  həyata  keçirən  şəxslərin  özləri  zəruri 
hüquqi  biliklərə  malik  olmadıqları  halda  belə  bir  məsul  işlə  məşğul 
olurlar.  Yaxud  insan  taleyini  məhkəmə  vo  müxtəlif  instansiyalı  hüquq- 
mühafizə  orqanlarında  çalışan,  lakin  hüquq  elminin  dəyərlərindən  xə­
bərsiz  olan,  qanunların  və  hüquq  normalarının  əsil  mahiyyətini  dərk 
etməyən,  humanist hisslərdən  uzaq  olan  vo  ədalətin  şərtlərinə məhəl qoy­
mayan hüquqşünaslar həll edirlər.  Belə səviyyəsiz hüquqşünasların dövlət 
hakimiyyəti  və idarəetmə  orqanlarında yüksək vəzifə tutmaları cəmiyyətə 
və dövlətə ziyan verməkdən savayı heç bir fayda gətirmir.
Hüquq  mədəniyyətinin  xarakteristikası  ilə  bir  araya  sığmayan  vo 
hüquq  düşüncəsinin  soviyyəsizliyino  dəlalət  etməklə  narahatlıq  doğuran 
məsələlərdən  biri  xüsusən  do  hüquq-mtihafızo  orqanlarında  fəaliyyət 
göstərən  hüquqşünasların  öz  elmi  yönümlərini  düzgün  müəyyən  etmə­
mələridir.  Burada söhbət o problem haqqında gedir ki,  istintaq, məhkəmə, 
prokurorluq  və  daxili  işlər  orqanlarında  müxtəlif vəzifələrdə  çalışan  ali 
təhsilli  hüquqşünaslar  elmi  tədqiqatla  məşğul  olmaq  istəyərkən  praktiki 
fəaliyyətinə  tamamilə  uyğun  gəlməyən  mövzulara  müraciət  edirlər.  Doğ­
rudur,  hüquqşünasın  hüququn  istənilən  sahəsi  üzrə  tədqiqatlar  aparmaq 
hüququ vardır və bu  hüquq  heç  nə ilə  məhdudlaşdırıla bilməz.  Lakin  əsas 
problem  məsələnin  başqa  tərəfidir.  Məsələn,  necə  olur  ki,  məhkəmədə 
cinayət  əməllərinə  dair  işlər  üzrə  fəaliyyətlə  məşğul  olan  hüquqşünas
Туманов  B.A.  Правовой  нигилизм  в  историко-идеологическом  ракурсе  //  Госу' 
дарства и  право.  1993,  № 8,  с.52.
300
dissertasiya  mövzusu  üçün  beynəlxalq  hüquqa  müraciət  edir.  Soruşulur: 
məgər,  dövlətlərarası  sosial-iqtisadi  və siyasi  münasibətlərin  araşdırılması 
cinayət  qanunvericiliyinin  hələ  də  təhlilə  böyük  ehtiyacı  olan  aktual 
problemləri  ilə  eyniləşdirilməsi  düzgündürmü?  Belə  vəziyyətdə  praktika 
ilə  elmi-nəzəri  tədqiqat  fəaliyyəti  bir-birinə  nə  dərəcədə  uyğundur? 
Günün çox  hissəsini  cinayət işləri  materiallarını  öyrənməklə məşğul  olan 
müstəntiq  və ya hakimin  işdən  sonra beynəlxalq  hüququn  problemləri  ilə 
məşğul  olmasının hansı  hüquq  düşüncəsinin  məhsulu  olduğunu  müəyyən 
etmək, fıkrimizcə, yalnız öz əməli  peşəsinə hörmətsizlik,  hüquq  mədəniy- 
yətsizliyi kimi qiymətləndirilə bilər.
Müasir  mərhələdə  «hüquq  mədəniyyəti»  anlayışından  cəmiyyətin 
bütün  hüquqi  üstqurumunun  xarakteristikası  üçün  istifadə  olunur.  O, 
hüququn,  hüquq düşüncəsinin,  hüquq  münasibətlərinin,  qanunçuluğun  və 
hüquq  qaydasının,  qanunyaradıcılığın  və  hüququ  tətbiqetmənin  özünü, 
habelə  digər hüquqi  fəaliyyəti,  bütün  pozitiv  hüquqi  gerçəkliyi  fəaliyyəti 
və onun tərkib hissələrinin inkişafı ilə birlikdə təcəssüm etdirir.
Hüquq  mədəniyyəti,  artıq  qeyd  edildiyi  kimi,  cəmiyyətin  mədə­
niyyətinin aynlmaz tərkib hissəsidir.  Bu mədəniyyət tədricən, ictimai  inkişaf 
varisliyi  vasitəsilə,  bir-birini  əvəz  edən  nəsillərin  birgə  əmoyilə  və  onların 
müsbət  təcrübəsinin  ümumiləşdirilməsi  yolu  ilə  təşəkkül  tapır.  Cəmiyyətin 
mədəniyyəti  ümumbəşəri  əxlaqi-mənəvi  dəyərlərin  tarixən  təşəkkül  tapmış 
mükəmməl  sistemidir. O, cəmiyyətin həyat tərzi, məişəti və insanlar arasında 
qarşılıqlı münasibətlərin təkrarlanması əsasında fonnalaşır.
Əxlaqi-mənəvi  və  hüquqi  dəyərlərin  sistemi  olan  hüquq  mədəniyyəti 
hüquqi  gerçəkliyin  inkişaf  səviyyəsində  nail  olunmuş  normativ-hüquqi 
aktlarda,  hüquq  düşüncəsində  və  qanuna  itaotli  həyat  tərzində  ifadə  olu­
nur.  Buna  görə də  mürəkkəb  və  çoxşaxəli  hadisə olan  hüquq  mədəniyyəti 
aşağıdakıları nəzərdə tutur:
1)  hüquq  düşüncəsinin  səviyyəsinin  müəyyən  edilməsi,  yəni  cə­
miyyətin hüquqi gerçəkliklərinin qavranılması;
2) ümumi  mədəni  zəminlər, sivilizasiyalılıq səviyyəsi, milli köklər və 
rüşeymlər,  tarixi abidələr, adət və ənənələr;
3)  əhalinin  qanunları  və  hüquq  qadalarını  lazımi  dərəcədə  bilmələri, 
hüquq  normalarına  vo  onların  nüfuzuna  hörmətlə  yanaşılmasının  yüksək 
səviyyəsi;
4)  hüquqyaradıcılığın  və  hüququ  realizənin,  qanunyaradıcılıq  pro­
seslərinin yüksək keyfiyyəti;
301


5)  hüquqi  fəaliyyətin,  hüquq-mühafizə  orqanlarının  işinin  səmərəli 
və keyfiyyətli üsulları;
6) vətəndaşların və vəzifəli şəxslərin qanuna itaətliliyi və s.
İnsansız  və  onun  fəaliyyəti, bu  fəaliyyətin  və  qabaqcıl  təfəkkürün  mü­
tərəqqi  istiqamətləri  olmadan  hüquq  mədəniyyətinin  mövcudluğu  qeyri- 
mümkündür.  Başqa  sözlə,  hüquq  mədəniyyəti  və  onun  səviyyəsi  haqqmda 
qanunların  və  hüquq  qaydalarının  fəaliyyət  göstərdiyi,  eləcə  də  insanın 
hüququ tətbiqetmə fəaliyyətinin mövcud olduğu yerdə danışmaq olar. Hüquq 
mədəniyyəti  hüquqi  reallığın  on  mühüm  dəyər  komponentlərinin  bütün 
məcmusunu  əhatə  edən  parlaq  ifadə  olunan  məqsədə  malikdir.  Hüquq  mə­
dəniyyəti  sosial  hadisə  kimi  öz  inkişafını  cəmiyyətdə  mövcud  olan  hüquqi 
reallıqların  fəaliyyətində  tapır.  Hüquq  mədəniyyətinin  inkişafı  cəmiyyətin 
ümumi mədəniyyətinin inkişaf səviyyəsilə bağlıdır.
Cəmiyyətin  hüquq  mədəniyyətinin  mühüm  komponenti  olan  şəx­
siyyətin  hüquq mədəniyyəti  şəxsiyyətin sosiallaşmasını  və fərdin hüquqa- 
uyğun  fəaliyyətini  bu və ya digər dərəcədə təmin  edən cəmiyyətin inkişaf 
dərəcəsini və xarakterini əks etdirir.  Şəxsiyyətin və ya fərdin bu fəaliyyəti 
cəmiyyətin  hüquqi  sfcradakı  mütərəqqi  hərəkətlərinə  və  onun  mədə­
niyyətinə  uyğun  olmalıdır.  Məhz  bunun  sayəsində  həm  şəxsiyyətin  özü, 
həm  do  bütövlükdə  cəmiyyət  hüquqi  cəhətdən  daim  zənginləşir.  Hüquq 
mədəniyyəti  hüquqi  şüurun  və  varlığın  üzvi  birliyinin  komponenti  qis­
mində çıxış edir.
Beləliklə,  hüquq  mədəniyyəti  dedikdə,  müxtəlif əsaslara  görə  struk- 
turlaşmalı  olan,  şəxsiyyətin  və  cəmiyyətin  keyfiyyətli  hüquqi  vəziyyəti 
kimi qəbul oluna bilən xüsusi sosial hadisə başa düşülür.
Hüquq  mədəniyyəti  nəzəriyyəsində  təşəkkül  tapmış  materiallardan 
kompleks  şəkildə  istifadə edilməsindən ötrü,  hər şeydən əvvəl,  problemin 
hərtərəfli  öyrənilməsini  təmin  etmək  zəruridir.  Bununla  yanaşı  hər  bir 
konkret  halda  hüquq  mədəniyyətinin  dərk  edilməsinin  ciddi  müəyyən 
edilmiş kriteriyaları ön plana çəkilir.
Hüquq  mədəniyyəti  məsələsinə  həsr  edilən  sosioloji  və  fəlsəfi  təh­
lillər  hüquqi  kulturologiyanm  başlıca  məqsəd  və  istiqamətlərini  müəy­
yənləşdirməyə,  diqqəti  həmin  problemin  bütöv  bir  sosial  orqanizm  kimi 
dinamikasına cəmləşdirməyə imkan verir.
Cəmiyyətin  mədəniyyətin  haqqmda  elmi  baxışlarını  aşağıdakı  üç 
mühüm qrupa ayırmaq olar:
302
1)  mədəniyyətin  formalaşmasına  və  inkişafına  dair  antropoloji 
baxışlar;
2) mədəniyyətin formalaşmasına və inkişafına sosioloji baxışlar;
3) mədəniyyətin  formalaşmasına və inkişafına fəlsəfi baxışlar.
Mədəniyyətin  antropoloji  aspektdə  təhlili  zamanı  cəmiyyətin
mədəniyyəti  insan tərəfindən yaradılan, təbii  nemətlərdən  fərqlənən bütün 
nemətlərin məcmusu kimi dərk edilir.
Cəmiyyətin  mədəniyyətinə  sosioloji  yanaşma  mənəvi  dəyərlərin  cə­
mini  özündə  ehtiva  edir.  Burada  mədəniyyət  ictimai  həyatın  komponenti 
qismində çıxış edir.
Nəhayət,  mədəniyyətə  fəlsəfi  baxış  zamanı  mədəniyyət  ictimai 
inkişafla bağlı  olmayan xalis analitik hadisə  kimi başa düşülür.  Bu zaman 
mədəniyyət  ictimai  inkişafın digər hadisələrindən  fərqləndirilir.
Mədəniyyətə antropoloji  yanaşmanın  müsbət cəhəti  təhlillərin  geniş- 
liyindən  ibarətdir,  çünki  bu  zaman  mədəniyyətə  ictimai  həyatın  ən  müx­
təlif sferalarının təzahürü qismində baxılır.
Şəxsiyyətin  və  cəmiyyətin  mütərəqqi  inkişafı  hüquqi  vasitələrin  bu 
istiqamətdəki  təyinatını  sosial  tərəqqinin  ən  əhəmiyyətli  cəhətlərinə  yö­
nəldir.  Bu  nöqteyi-nəzərdən  hüquq  mədəniyyəti  yalnız  sosial  tərəqqinin 
ümumi  kontekstində  tam  dərəcədə  dərk  edilə  bilər.  Həqiqi  hüquq  mədə­
niyyəti  tarixi  keçmişin  ən  yaxşılarım  oxz etmədən, təbii  ki, cansız olardı, 
onun gələcəyinin heç bir perspektivinə ümid etmək olmazdı.
Cəmiyyətin  hüquq  mədəniyyəti  şəxsiyyətin  azadlıqlarının  və  təhlü­
kəsizliyinin,  insan  hüquqlarının  təmin  olunmasının  mühüm  şərti,  şəxsiy­
yətin  hüquqi  müdafiəsinin  və vətəndaş  fəallığının  qarantı  olmaqla,  dövlət 
hakimiyyəti  qarşısında  insana yuridik  əhəmiyyətli  hüquqi  statusunu  veril­
məsini  və onun  müdafiəsinin  qanunla,  məhkəmə ilə  təmin  olunmasını  bir 
vəzifə olaraq qoyur.
Beləliklə,  cəmiyyətin  hüquq  mədəniyyəti  ilk  növbədə  aşağıdakı 
səviyyələrdən  asılıdır:
1)  cəmiyyət  üzvlərinin  hüquqi  şüurunun  inkişaf  səviyyəsindən.  Bu 
səviyyə  insan  hüquq  və  azadlıqlarının  dəyəri,  mübahisələrin  həlli  zamanı 
hüquqi  prosedurların  dəyəri,  kompromislərin  axtarılması  kimi  hüquqi 
fenomenlərin nə dərəcədə dərindən mənimsənilməsini  əks etdirir;
2)  hüquqi  fəaliyyətin  inkişaf səviyyəsindən.  Bu  səviyyə hüquqşünas- 
tədqiqatçıların,  alimlərin,  aspirantların  və  tələbələrin  nəzəri  fəaliyyətinin 
göstəricisidir;
303


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə