R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə77/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   73   74   75   76   77   78   79   80   ...   131

olsa  da,  Azərbaycan  hüquqşünaslığı  (hüququn  nəzəri  problemlərinin 
tədqiqi  baxımından)  bu  inkişaf prosesindən  geri  qalır,  sosial-hüquqi  mə­
sələlərin  praktiki  hissəsinin  elmi-nəzəri  araşdırmalarına  verilən  tələb­
lərinə  hələ  cavab  vermək  iqtidarında  deyil.  Vətənin  hüquq  nəzəriyyəsi 
ölkənin ümumi  inkişaf sürətilə ayaqlaşa bilmir.  Əlbəttə ki, bunun başlıca 
obyektiv səbəblərindən  biri,  əgər Azərbaycanın çox gənc müstəqil dövlət 
olmasıdırsa,  subyektiv  səbəbi  bu  sahədə  elmi  kadrlar  hazırlığının  tama­
milə yox  dərəcəsində olmasıdır.  Əgər on yaxın gələcəkdə hüquq nəzəriy­
yəsi  sahəsində elmi  kadrlar hazırlığına bugünkü laqeyd münasibət aradan 
qaldırılmazsa,  ölkə  belə  kadrlara  olan  ehtiyaclarını  xarici  ölkələrin  elmi 
müəssisələri  və alimləri hesabına ödəmək məcburiyyətində qalacaqdır.
İndiki  mərhələdə  Azərbaycan  Respublikası  yeni  təməlli  sosial-iq­
tisadi,  əxlaqi-mənəvi  və geosiyasi situasiyada yerləşir və bu da öz növbə­
sində ölkənin hüquqi ukladının yeni  müstəvi üzərinə çıxarılmasını, həmin 
ukladın  ideoloji  və  mədəni  cəhətdən  əsaslandırılmasının  yeni  səviyyəyə 
qaldırılmasını  zəruri  edir.  Bununla  əlaqədar  Azərbaycan  Respublikasının 
hüquqi  inkişafının  gələcək  bütöv  və  sistemləşdirilmiş  konsepsiyasının 
aşağıdakı on ümumi parametrlərini diqqətə çatdırmaq olar:
1)  Azərbaycan  Respublikasının hüquqi  ideologiyası  sosial-siyasi ide­
yaların  sıx  birliyi,  cəmiyyətin  müxtəlif sosial  qruplarının qarşılıqlı-əlaqəli 
münasibətləri  üzərində  qurulmalıdır.  Hüquq nəzəriyyəsi  maksimum dərə­
cədə  mənəvi  həmrəyliyə,  xalqın  sarsılmaz  mütoşəkkilliyinə  nail  olunma­
sına  səylər göstərməlidir.  Hüquq nəzəriyyəsi Azərbaycan Respublikasının 
inkişaf  istiqamətlərilə  bağlı  köklü  vəzifələrin  realizəsinə  yardım  etmə­
lidir;
2)  hüquqi  ideologiya  Azərbaycan  Respublikasının  qədim  dövlətçilik 
ənənələrinin  tarixi  təcrübəsinin  öyrənilməsinə,  dərindən  qavranılmasma  və 
əsaslı tədqiq edilməsinə ideoloji nöqteyi-nəzərdən həmişə açıq olmalı, tarixin 
dərslərindən düzgün nəticələr çıxarılmalıdır. Hüquqi ideologiya keçmiş dövr­
lərdə  və  hazırda  təşəkkül  tapan  hüquq  nəzəriyyələrindən  Azərbaycan  Res­
publikası  üçün  yalnız  ən  əlverişli  və  faydalı  olanları  əxz  etməli,  bunlardan 
yeni nəzəri müddəaların işlənib hazırlanmasında istifadə etməlidir;
3)  cəmiyyətə  və  dövlətə  münasibətdə  insan  şəxsiyyəti  öz  fərdi  key­
fiyyətləri  ilə  dövlətləşdiıilməməli,  onun  müstəqilliyi  və  təşəbbüskarlığı 
boğulmamalıdır,  çünki  belə  ifrat  dövlətləşdirmə  Azərbaycanda  hüquqi 
ideologiyanın  metodoloji  əsaslarına  xidmət  edə  bilməz.  Fərdiyyətçilik 
yalnız  sosiallıq  vasitəsilə  mümkündür.  Cəmiyyətin  şəxsiyyət,  yaxud  ək­
296
sinə,  şəxsiyyətin  cəmiyyət  üzərində  üstünlüyünə  deyil,  şəxsiyyətin  və 
cəmiyyətin  mənafelərinin  rasional  şəkildə  əlaqələndirilməsi  ideoloji  cə­
hətdən  zəruridir.  Şəxsiyyətin  hərtərəfli  və  sağlam,  ahəngdar  inkişafı,  hü­
quq  və  vəzifələrin  ahəngdarlığının  təmin  edilməsi  insanın  cəmiyyətə, 
onun  mədəniyyətinə,  cəmiyyətin,  isə  insana  və  şəxsiyyətinə  inteqrasiyası 
vasitəsilə  realizə  olunur  və  təbii  olaraq  hüquqi  ideologiyanın  qarşısında 
duran  mühüm  vəzifələrdən  biri  həmin  prosesə  təkan  verməkdən  ibarət 
olmalıdır;
4) 
hüquqi  ideologiya  Azərbaycan  dövlətçiliyinin  və  dövlətin  möh­
kəmləndirilməsi  və  onun  müstəqilliyinin,  ərazi  bütövlüyünün  və  ümumi 
təhlükəsizliyinin  müdafiəsi  prinsipinə  söykənməlidir.  Azərbaycan  Res­
publikasının daha giiclü və qüdrətli, demokratik bir dövlət olmasından  öt­
rü  hüquqi  ideologiyanın  bütiin  səmərəli  vasitələrindən  istifadə  edilməli, 
dövlət  və  hüquq  nəzəriyyəsinin  aktual  problemlərinin  tədqiq  edilməsi 
dairəsi  genişləndirilməli  və  bunun  üçün  milli  korıkrcsiyanın  işlənib  ha­
zırlanmasına xüsusi  diqqət yetirilməlidir.
Beləliklə, hüquqi  ideologiya cəmiyyətin  hüquq düşüncəsinin  struktur 
komponentlərindən  biri  olmaq  etibarilə bütövlükdə  lniquqi  təıızimctmədə 
hüquq düşüncəsi  funksiyalarının həyata keçirilməsinə xidmət edir.
Altıq  qeyd  edildiyi  kimi,  hüquq  düşüncəsinin  struktur  elementlə­
rindən  birini də hüquqi psixologiya təşkil edir.
Hüquqi  psixologiya  hüquq  düşüncəsinin  emosional  struktur  ele­
menti  qismində  səciyyələndirilir.1  Hmosiyalar  şüurun  strukturuna  üzvi 
olaraq  daxil  edilmişdir  və  insan  hüquqi  tənzimetmə  sferasında  ancaq  ra­
sional  təfəkkürü  rəhbər  tuta  bilməz.  limosional  çalarlar  (müsbət  və  ya 
mənfi)  hüquqi  davranışın  xarakterinə  və  istiqamətinə  mühüm  təsir  gös­
tərir.  Hüquqauyğun  davranışın  öyrənilməsi  təcrübəsi  göstərir  ki,  insanın 
emosional sferasından yayınma onun davranışının təbiətində nəyinsə başa 
düşülməsini  çətinləşdirir.  Hmosiyalar  qeyri-hüquqi  davranışa  da  təsir 
göstərirlər.  Məsələn,  cinayətin  törədilməsi  zamanı  güclü  ruhi  həyəcan 
vəziyyətinin yuridik əhəmiyyəti  vardır.
Hüquqi psixologiya  həm  ayıı-ayrı  insanların,  həm də sosial  qrupların 
gündəlik  təcrübəsində  nəticə  kimi  formalaşan  ictimai  şüurun  empirik  və 
adi  səviyyəsinə  uyğun  gəlir.  Ona  görə  də  hüquqi  psixologiyanın  məz­
mununu  insanlarda  mövcud  hüquq  normaları  və  onların  realizəsi  təc-
1  Теория  государства  и  права.  Учебник  /   под  рсд.  И.М.Корсльского  и  В .Д .П ере­
валова.  М.,  ИНФЛ-М-НОРМЛ,  1997,  с.326.
297


rübəsi  ilo  bağlı  yaranan  hisslər,  emosiyalar,  əhval-ruhiyyə,  narahatlıqlar, 
vərdişlər, stereotiplər təşkil edir.
Hüquqi  psixologiya  hüquq  düşüncəsinin  təbii,  sistemləşdirilməmiş, 
istənilən  insanın  və  ya  bu  və  yaxud  digər  sosial  qrupun  dövlətə,  hüquqa, 
qanunvericiliyə,  digər  hüquqi  fenomenlərə  ayrı-ayrı  psixoloji  reaksiya­
larında  ifadə  olunan  qüvvəsidir.1  Yeni  qanunvericilik aktının qəbul  və ya 
köhnə  qanunun  ləğv  edilməsi  ilə  bağlı  təzahür  edən  sevinc  və  ya  kədər, 
hüquq  normalarının  tətbiqi  təcrübəsindən,  hüquq-mühafizə  orqanlarının 
fəaliyyətindən  doğan  razılıq  və  ya  narazılıq,  hüquqi  qadağanların 
pozulmasına  barışmaz  və  ya  laqeyd  münasibət  -   bütün  bunlar  hüquqi 
hisslər  kimi  öz  məcmusu  ilə  ictimai  şüurda  hüquqi  psixologiya  sferasını 
yaradır.
Beləliklə,  hüquqi  psixologiya  dedikdə,  bütövlükdə  bütün  cəmiyyət, 
yaxud  konkret  sosial  qrup  (qruplar)  üçün  səciyyəvi  olan  hisslərin, 
emosiyaların,  əhval-ruhiyyənin,  istək  və  ya  vərdişlərin  məcmusu  başa
düşülür.
Hüquqi  psixologiya  müxtəlif  millətlərdən,  xalqlardan,  sosial  qrup­
lardan  və  əhalinin  ayrı-ayrı  təbəqələrindən  ibarət  olan  cəmiyyət  üzv­
lərinin  həyati  münasibətlərinin  bilavasitə  əks  etdirilməsindən  ibarət  olan 
struktur  elementidir.  Məhz  aşağıdakılar  hüquq  psixologiyası  vasitəsilə 
realizə olunur:
1) hüquq mədəniyyətinə üzvi  surətdə xas olan adət və ənənələr, ümu­
miyyətlə,  şəxsiyyətin vərdişlərinə,  məişətinə  və mədəniyyətinə daxil  olan 
bütün hissi  və emosional amillər;
2)  sosial  fərdin  öz davranışını  onun  cəmiyyətdə qüvvədə olan  hüquq 
normalarına  uyğunluğu  nöqteyi-nəzərindən  tənqidi  qiymətləndirmək  ba­
carığı, yəni özünüqiymotləndirmə.
Artıq qeyd edildiyi  kimi, hüquqi  psixologiya özündə adi həyat səviy­
yəsinin  əks  olunmasını  ehtiva edir.  Lakin  bu  heç  də o  demək deyildir ki, 
o, hüquq  düşüncəsinin  strukturunda  ikinci  dərəcəli rola malikdir.  Əksinə, 
hüquqi psixologiya  hüququn dərk edilməsinin  on geniş yayılmış  forması­
dır.  Bu,  yuridik  elementin  iştirakı  ilə yaranan  bütün  ictimai münasibətlər 
sferasına da bu və ya digər dərəcədə xasdır.
Hüquq  məhz  psixoloji  reaksiyalar  mühitində  öz  sosial  mahiyyətinin 
aparıcı  komponentlərini  -   humanizmi,  ədaləti,  subyektlərin  fomıal  bo-
1  Теория  государства  и  права,  курс  лекций  /   П од  ред.Н.И.Матузова,  Н.И.Малько. 
М .,Ю РИСТЬ,  1999,  с.557.
298
rabərliyini  və  s.  həyata  keçirir.  Hüququn  bu  xarakteristikaları  insan 
hisslərinin müxtəlif hüquqi hadisələrə reaksiyasını  ifadə edir.
Bundan  başqa, hüquqi psixologiya hüquqi  əksetdirmənin  on  dərin  və 
bilavasitə qavraııılması  və  dərk edilməsi  sferasıdır.  Bu  isə bəzən  hüquqa, 
qanunvericiliyə  fərdi  və  kütləvi  reaksiyaların  elə  tiplərini  verir  ki,  həmin 
reaksiyalar  sayəsində  bu  və  ya  digər  qanunvericilik  proqramlarının  uğur 
və ya uğursuzluqlarını müəyyən etmək mümkün  olur.
Təcrübə  göstərir  ki,  dövlətin  hüquq  siyasətində  əhalinin  hüquq  psi­
xologiyasının  təcrid  edilməsi  bu  və  ya  digər  dövlət  tədbirlərinin  məğ­
lubiyyəti  ilə  nəticələnmiş,  istənilən  məqsədlərə  nail  olunmamışdır.  Ona 
görə  də  psixoloji  reaksiyalar  aləmi  gerçəkliyin  faktları  ilo  şərtləşən  bir 
sıra hadisə  və proseslərin  düzgün məcraya  yönəldilməsinin  mühüm  amil­
lərindən  biri  kimi  dəyərləndirilirlər.  Hüquqi  təsəvvürlərin  genezisinə 
şüursuz fəal  colbctmə  sferası  həm  hüquqi,  həm də hüquqazidd davranışın 
formalaşmasında  iştirak  edir.  Hüquqi  psixologiya  şiiıırsıız  hadisə  kimi  öz 
ifadəsini  gerçəkliyin  dərk edilməsinin  intuisiya,  psixoloji  affekt (bu və ya 
digər  hüquq  pozuntularının  törədilməsi  zamanı),  vərdişkar  hərəkətlər  və 
sosial mənfi ehtiraslar kimi  formalarda ifadə olunur.
Deməli,  hüquqi  sosiologiya  ictimai  şüurun  hüquqi  tənzimlənməsi 
üçün  prinsipial  əhəmiyyət  kəsb  edən  sferasıdır.  Həm  luiquq  nəzəriyyə­
çilərinin,  həm də  sahəvi  hüquq  elmləri  mütəxəssislərinin  səyləri  də  məhz 
həmin sferanın dərindən  və hərtərəfli öyrənilməsinə yönəlmişdir.
4.  Hüquq  mədəniyyəti və  hüquq tərbiyəsi
Müasir  hüquq  düşüncəsinin  vəziyyəti  əksər  hallarda  cəmiyyətdə 
mövcud olan hüquq  mədəniyyətinin  səviyyəsi  ilə müəyyən edilir.  Deməli, 
hüquq  düşüncəsinin  böhranlı  vəziyyəti  hüquq  mədəniyyətinin  aşağı 
səviyyədə  olduğunu  əks  etdirən  göstəricilərdən  biridir.  Cəmiyyətdə 
həmişə  belə  bir  aksiom  hökm  sürür:  «Filan  şəxs  cinayət  törətmişdir,  de­
məli,  mədəniyyəti  yoxdur»,  yaxud  «mədəni  adam  hər  hansı  pozuntuya 
yol  verməz»  və  s.  Belə  deyimlərdə  söhbətin  əsasən  iiınumi  mədəniyyət 
haqqında  getdiyinə  baxmayaraq,  onlar  hüquq  mədəniyyətinin  də  bütün 
komponentlərini  özündə  ehtiva  edir.  Çünki  hüquq  mədəniyyəti  cəmiy­
yətin ümumi mədəniyyətinin ayrılmaz tərkib hissəsidir
SSRİ-nin  süqutundan  sonra  V.A.Tumanov  haqlı  olaraq  yazırdı: 
«Cəmiyyət  dövləti  fasiləsiz  idarəetmənin  totalitar  metodlarından  imtina
299


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə