olsa da, Azərbaycan hüquqşünaslığı (hüququn nəzəri problemlərinin
tədqiqi baxımından) bu inkişaf prosesindən geri qalır, sosial-hüquqi mə
sələlərin praktiki hissəsinin elmi-nəzəri araşdırmalarına verilən tələb
lərinə hələ cavab vermək iqtidarında deyil. Vətənin hüquq nəzəriyyəsi
ölkənin ümumi inkişaf sürətilə ayaqlaşa bilmir. Əlbəttə ki, bunun başlıca
obyektiv səbəblərindən biri, əgər Azərbaycanın çox gənc müstəqil dövlət
olmasıdırsa, subyektiv səbəbi bu sahədə elmi kadrlar hazırlığının tama
milə yox dərəcəsində olmasıdır. Əgər on yaxın gələcəkdə hüquq nəzəriy
yəsi sahəsində elmi kadrlar hazırlığına bugünkü laqeyd münasibət aradan
qaldırılmazsa, ölkə belə kadrlara olan ehtiyaclarını xarici ölkələrin elmi
müəssisələri və alimləri hesabına ödəmək məcburiyyətində qalacaqdır.
İndiki mərhələdə Azərbaycan Respublikası yeni təməlli sosial-iq
tisadi, əxlaqi-mənəvi və geosiyasi situasiyada yerləşir və bu da öz növbə
sində ölkənin hüquqi ukladının yeni müstəvi üzərinə çıxarılmasını, həmin
ukladın ideoloji və mədəni cəhətdən əsaslandırılmasının yeni səviyyəyə
qaldırılmasını zəruri edir. Bununla əlaqədar Azərbaycan Respublikasının
hüquqi inkişafının gələcək bütöv və sistemləşdirilmiş konsepsiyasının
aşağıdakı on ümumi parametrlərini diqqətə çatdırmaq olar:
1) Azərbaycan Respublikasının hüquqi ideologiyası sosial-siyasi ide
yaların sıx birliyi, cəmiyyətin müxtəlif sosial qruplarının qarşılıqlı-əlaqəli
münasibətləri üzərində qurulmalıdır. Hüquq nəzəriyyəsi maksimum dərə
cədə mənəvi həmrəyliyə, xalqın sarsılmaz mütoşəkkilliyinə nail olunma
sına səylər göstərməlidir. Hüquq nəzəriyyəsi Azərbaycan Respublikasının
inkişaf istiqamətlərilə bağlı köklü vəzifələrin realizəsinə yardım etmə
lidir;
2) hüquqi ideologiya Azərbaycan Respublikasının qədim dövlətçilik
ənənələrinin tarixi təcrübəsinin öyrənilməsinə, dərindən qavranılmasma və
əsaslı tədqiq edilməsinə ideoloji nöqteyi-nəzərdən həmişə açıq olmalı, tarixin
dərslərindən düzgün nəticələr çıxarılmalıdır. Hüquqi ideologiya keçmiş dövr
lərdə və hazırda təşəkkül tapan hüquq nəzəriyyələrindən Azərbaycan Res
publikası üçün yalnız ən əlverişli və faydalı olanları əxz etməli, bunlardan
yeni nəzəri müddəaların işlənib hazırlanmasında istifadə etməlidir;
3) cəmiyyətə və dövlətə münasibətdə insan şəxsiyyəti öz fərdi key
fiyyətləri ilə dövlətləşdiıilməməli, onun müstəqilliyi və təşəbbüskarlığı
boğulmamalıdır, çünki belə ifrat dövlətləşdirmə Azərbaycanda hüquqi
ideologiyanın metodoloji əsaslarına xidmət edə bilməz. Fərdiyyətçilik
yalnız sosiallıq vasitəsilə mümkündür. Cəmiyyətin şəxsiyyət, yaxud ək
296
sinə, şəxsiyyətin cəmiyyət üzərində üstünlüyünə deyil, şəxsiyyətin və
cəmiyyətin mənafelərinin rasional şəkildə əlaqələndirilməsi ideoloji cə
hətdən zəruridir. Şəxsiyyətin hərtərəfli və sağlam, ahəngdar inkişafı, hü
quq və vəzifələrin ahəngdarlığının təmin edilməsi insanın cəmiyyətə,
onun mədəniyyətinə, cəmiyyətin, isə insana və şəxsiyyətinə inteqrasiyası
vasitəsilə realizə olunur və təbii olaraq hüquqi ideologiyanın qarşısında
duran mühüm vəzifələrdən biri həmin prosesə təkan verməkdən ibarət
olmalıdır;
4)
hüquqi ideologiya Azərbaycan dövlətçiliyinin və dövlətin möh
kəmləndirilməsi və onun müstəqilliyinin, ərazi bütövlüyünün və ümumi
təhlükəsizliyinin müdafiəsi prinsipinə söykənməlidir. Azərbaycan Res
publikasının daha giiclü və qüdrətli, demokratik bir dövlət olmasından öt
rü hüquqi ideologiyanın bütiin səmərəli vasitələrindən istifadə edilməli,
dövlət və hüquq nəzəriyyəsinin aktual problemlərinin tədqiq edilməsi
dairəsi genişləndirilməli və bunun üçün milli korıkrcsiyanın işlənib ha
zırlanmasına xüsusi diqqət yetirilməlidir.
Beləliklə, hüquqi ideologiya cəmiyyətin hüquq düşüncəsinin struktur
komponentlərindən biri olmaq etibarilə bütövlükdə lniquqi təıızimctmədə
hüquq düşüncəsi funksiyalarının həyata keçirilməsinə xidmət edir.
Altıq qeyd edildiyi kimi, hüquq düşüncəsinin struktur elementlə
rindən birini də hüquqi psixologiya təşkil edir.
Hüquqi psixologiya hüquq düşüncəsinin emosional struktur ele
menti qismində səciyyələndirilir.1 Hmosiyalar şüurun strukturuna üzvi
olaraq daxil edilmişdir və insan hüquqi tənzimetmə sferasında ancaq ra
sional təfəkkürü rəhbər tuta bilməz. limosional çalarlar (müsbət və ya
mənfi) hüquqi davranışın xarakterinə və istiqamətinə mühüm təsir gös
tərir. Hüquqauyğun davranışın öyrənilməsi təcrübəsi göstərir ki, insanın
emosional sferasından yayınma onun davranışının təbiətində nəyinsə başa
düşülməsini çətinləşdirir. Hmosiyalar qeyri-hüquqi davranışa da təsir
göstərirlər. Məsələn, cinayətin törədilməsi zamanı güclü ruhi həyəcan
vəziyyətinin yuridik əhəmiyyəti vardır.
Hüquqi psixologiya həm ayıı-ayrı insanların, həm də sosial qrupların
gündəlik təcrübəsində nəticə kimi formalaşan ictimai şüurun empirik və
adi səviyyəsinə uyğun gəlir. Ona görə də hüquqi psixologiyanın məz
mununu insanlarda mövcud hüquq normaları və onların realizəsi təc-
1 Теория государства и права. Учебник / под рсд. И.М.Корсльского и В .Д .П ере
валова. М., ИНФЛ-М-НОРМЛ, 1997, с.326.
297
rübəsi ilo bağlı yaranan hisslər, emosiyalar, əhval-ruhiyyə, narahatlıqlar,
vərdişlər, stereotiplər təşkil edir.
Hüquqi psixologiya hüquq düşüncəsinin təbii, sistemləşdirilməmiş,
istənilən insanın və ya bu və yaxud digər sosial qrupun dövlətə, hüquqa,
qanunvericiliyə, digər hüquqi fenomenlərə ayrı-ayrı psixoloji reaksiya
larında ifadə olunan qüvvəsidir.1 Yeni qanunvericilik aktının qəbul və ya
köhnə qanunun ləğv edilməsi ilə bağlı təzahür edən sevinc və ya kədər,
hüquq normalarının tətbiqi təcrübəsindən, hüquq-mühafizə orqanlarının
fəaliyyətindən doğan razılıq və ya narazılıq, hüquqi qadağanların
pozulmasına barışmaz və ya laqeyd münasibət - bütün bunlar hüquqi
hisslər kimi öz məcmusu ilə ictimai şüurda hüquqi psixologiya sferasını
yaradır.
Beləliklə, hüquqi psixologiya dedikdə, bütövlükdə bütün cəmiyyət,
yaxud konkret sosial qrup (qruplar) üçün səciyyəvi olan hisslərin,
emosiyaların, əhval-ruhiyyənin, istək və ya vərdişlərin məcmusu başa
düşülür.
Hüquqi psixologiya müxtəlif millətlərdən, xalqlardan, sosial qrup
lardan və əhalinin ayrı-ayrı təbəqələrindən ibarət olan cəmiyyət üzv
lərinin həyati münasibətlərinin bilavasitə əks etdirilməsindən ibarət olan
struktur elementidir. Məhz aşağıdakılar hüquq psixologiyası vasitəsilə
realizə olunur:
1) hüquq mədəniyyətinə üzvi surətdə xas olan adət və ənənələr, ümu
miyyətlə, şəxsiyyətin vərdişlərinə, məişətinə və mədəniyyətinə daxil olan
bütün hissi və emosional amillər;
2) sosial fərdin öz davranışını onun cəmiyyətdə qüvvədə olan hüquq
normalarına uyğunluğu nöqteyi-nəzərindən tənqidi qiymətləndirmək ba
carığı, yəni özünüqiymotləndirmə.
Artıq qeyd edildiyi kimi, hüquqi psixologiya özündə adi həyat səviy
yəsinin əks olunmasını ehtiva edir. Lakin bu heç də o demək deyildir ki,
o, hüquq düşüncəsinin strukturunda ikinci dərəcəli rola malikdir. Əksinə,
hüquqi psixologiya hüququn dərk edilməsinin on geniş yayılmış forması
dır. Bu, yuridik elementin iştirakı ilə yaranan bütün ictimai münasibətlər
sferasına da bu və ya digər dərəcədə xasdır.
Hüquq məhz psixoloji reaksiyalar mühitində öz sosial mahiyyətinin
aparıcı komponentlərini - humanizmi, ədaləti, subyektlərin fomıal bo-
1 Теория государства и права, курс лекций / П од ред.Н.И.Матузова, Н.И.Малько.
М .,Ю РИСТЬ, 1999, с.557.
298
rabərliyini və s. həyata keçirir. Hüququn bu xarakteristikaları insan
hisslərinin müxtəlif hüquqi hadisələrə reaksiyasını ifadə edir.
Bundan başqa, hüquqi psixologiya hüquqi əksetdirmənin on dərin və
bilavasitə qavraııılması və dərk edilməsi sferasıdır. Bu isə bəzən hüquqa,
qanunvericiliyə fərdi və kütləvi reaksiyaların elə tiplərini verir ki, həmin
reaksiyalar sayəsində bu və ya digər qanunvericilik proqramlarının uğur
və ya uğursuzluqlarını müəyyən etmək mümkün olur.
Təcrübə göstərir ki, dövlətin hüquq siyasətində əhalinin hüquq psi
xologiyasının təcrid edilməsi bu və ya digər dövlət tədbirlərinin məğ
lubiyyəti ilə nəticələnmiş, istənilən məqsədlərə nail olunmamışdır. Ona
görə də psixoloji reaksiyalar aləmi gerçəkliyin faktları ilo şərtləşən bir
sıra hadisə və proseslərin düzgün məcraya yönəldilməsinin mühüm amil
lərindən biri kimi dəyərləndirilirlər. Hüquqi təsəvvürlərin genezisinə
şüursuz fəal colbctmə sferası həm hüquqi, həm də hüquqazidd davranışın
formalaşmasında iştirak edir. Hüquqi psixologiya şiiıırsıız hadisə kimi öz
ifadəsini gerçəkliyin dərk edilməsinin intuisiya, psixoloji affekt (bu və ya
digər hüquq pozuntularının törədilməsi zamanı), vərdişkar hərəkətlər və
sosial mənfi ehtiraslar kimi formalarda ifadə olunur.
Deməli, hüquqi sosiologiya ictimai şüurun hüquqi tənzimlənməsi
üçün prinsipial əhəmiyyət kəsb edən sferasıdır. Həm luiquq nəzəriyyə
çilərinin, həm də sahəvi hüquq elmləri mütəxəssislərinin səyləri də məhz
həmin sferanın dərindən və hərtərəfli öyrənilməsinə yönəlmişdir.
4. Hüquq mədəniyyəti və hüquq tərbiyəsi
Müasir hüquq düşüncəsinin vəziyyəti əksər hallarda cəmiyyətdə
mövcud olan hüquq mədəniyyətinin səviyyəsi ilə müəyyən edilir. Deməli,
hüquq düşüncəsinin böhranlı vəziyyəti hüquq mədəniyyətinin aşağı
səviyyədə olduğunu əks etdirən göstəricilərdən biridir. Cəmiyyətdə
həmişə belə bir aksiom hökm sürür: «Filan şəxs cinayət törətmişdir, de
məli, mədəniyyəti yoxdur», yaxud «mədəni adam hər hansı pozuntuya
yol verməz» və s. Belə deyimlərdə söhbətin əsasən iiınumi mədəniyyət
haqqında getdiyinə baxmayaraq, onlar hüquq mədəniyyətinin də bütün
komponentlərini özündə ehtiva edir. Çünki hüquq mədəniyyəti cəmiy
yətin ümumi mədəniyyətinin ayrılmaz tərkib hissəsidir
SSRİ-nin süqutundan sonra V.A.Tumanov haqlı olaraq yazırdı:
«Cəmiyyət dövləti fasiləsiz idarəetmənin totalitar metodlarından imtina
299
Dostları ilə paylaş: |