Müasir mərhələdə ciddi sosial problemlərdən (hüquq düşüncəsinin
vəziyyəti baxımından) biri hüquqşünasların peşə hüquq düşüncəsinin
(xüsusən də polis, məhkəmə orqanları işçilərinin) vəziyyətidir. Bu peşə
sahiblərinin hüquq-mühafizə sahəsində fəaliyyəti cəmiyyət üzvlərini heç
də qane etmir. Söhbət bu peşə sahiblərinə ümumi rəğbət hissinin olma
ması deyil, onların öz peşə borclarım layiqincə yerinə yetirməmələrinə
mənfi münasibət haqqında gedir. Məsələn, polis əməkdaşında elementar
peşə etikasının olmaması, hüquq mədəniyyətindən xəbərsizliyi və vətən
daşa yanaşmanın öz sadə etik qaydasına riayət etməməsi cəmiyyət
üzvləri
arasında ikrah hissi doğurmaya bilməz. Nə üçün adi vətəndaş polis
əməkdaşını gördükdə ondan qaçır, yaxud məhkəmədə şahid qismində
ifadə verməkdən imtina edir və ya ha! şahidi kimi istintaq hərəkətlərinin
aparılmasında təhqiqat, istintaq orqanına kömək etmək istəmir?
Bütün belə analoci sualların cavabı çox sadədir. Polis əməkdaşı
vətəndaşla qaba, kobud rəftar edir, ona yanaşma proseduruna əməl etmir,
ona görə ki, ya belə qaydalara qəsdən əməl etmək istəmir, ya da onlardan
ümumiyyətlə xəbəri yoxdur. İstintaq aparılması gedişində saatlarla qapı
arxasında gözləyən, yaxud zərurət olmadan dəfələrlə ifadə verməyə
çağırılan, bəzən hətta, törədilmiş cinayətdə iştirakçı olduğu da eşitdirilən
şəxs əlbəttə ki, bir daha şahidlik etmək istəməz. Əgər eşitsək ki, cinayətin
törədildiyini gözləri ilə görmüş şəxs istintaq və ya məhkəmə orqanına
etibar
etmədiyinə görə şahid qismində ifadə verməkdən qəsdən boyun qaçınr,
yaxud bilə-bilə yayınır, buna heç də təəccüblənmək lazım deyil. Belə hal
larda vətəndaş ilk növbədə öz hörmət və nüfuzunu qorumağa çalışır, çünki
onun süründürməçiliyə məruz qalmayacağına və ya dindirən vəzifəli şəxsin
hədə-qorxusuna, yalan ifadə verməyə məcbur cdilmoyocoyinə heç kos
təminat verə bilməz. Bütün bunlar hüquq düşüncəsinin, xüsusən do peşə
hüquq düşüncəsinin böhranlı vəziyyətinin göstəriciləridir.
Peşə hüquq düşüncəsində böhran həm də ilkin hüquqi baxışların,
göstərişlərin, hiss və inamların səbəblərindən baş verir ki, bu da yeni qey
ri-hüquqi konstruksiyaların, mənfi düşüncə tərzinin yaranması ilə nəticə
lənir. Bu da öz növbəsində hüquqşünasların peşə davranışına mənfi təsir
göstərir. Hüquqşünasın hüquq düşüncəsinin deformasiyası aşağıdakı
müxtəlif formalarda təzahür edə bilər:
1)
hüquqi infantilizm. Bu vaxt hüquqi şüurun təhrifi hüquqi baxış
ların, biliklərin, göstərişlərin formalaşmamağında və onların boşluqla-
rında ifadə olunur;
288
2) hüquqi ııcqativizm, yəni qanunun tələblərinin dərk edilmiş şəkildə
təcrid edilməsi;
3) cinayətkar müstəviyə keçən deformasiyaya uğramış hüquq
düşüncəsi.
Hüquq ədəbiyyatında qeyd olunur ki, hüquqi infantilizm hüquqşü
nasın təhrif olunmuş hüquq düşüncəsinin ən yumşaq formasıdır. Məsələn,
formalaşmamış hüquq düşüncəsinə milis işçiləri arasında daha tez-tez
təsadüf olunur. Bu, daha çox kəskin kadr çatışmağının nəticəsidir. Söy
ləmək kifayətdir ki, DİN müstəntiqlərinin 50 faizə qodorinin ali hüquq
təhsili yoxdur. Belə şəraitdə sabit və möhkəm hüquqi baxışların, dün
yagörüşünün formalaşması uzun və mürəkkəb bir mərhələdən keçir.1
Hüquqi neqativizm hüquqa skeptik münasibət təzahür edir. Belə ki,
fərd hüququn potensial imkanlarına tam etibar etmir. Belə etimadsızlıq
açıq ifadə forması da daşıya bilər və hər bir ayrı-ayrı halda ən müxtəlif
mülahizələrlə molivləşdirilo bilər. Yəni fərd öz siyasi əqidəsinə görə mə
suliyyəti öz üzərinə götürməyə, yaxud qanunsuzluğun «baş alıb getdiyinə
əminliyini açıq şəkildə ifadə edə bilər.
Peşə hüquq düşüncəsinin deformasiyaya uğramasının ən ağır forması
onun artaraq cinayətkar fonna almasıdır. Hər hansı dövlətdə mafiyanın
kifayət qədər qüdrətli güc strukturuna çevrildiyi və onun sıralarında
«qanunda oğrular»dan, «avtoritctlər»dən və bandit-döyıişçülərdən savayı
keçmiş idmançıların, yüksək vəzifəli məmurların, peşəkar hüquqşünasların
təzahür etdiyi zaman hüquq düşüncəsi əsil mahiyyətini tamamilə itirir və
cinayətkar bir forma alır. Bu, son dərəcə təhlükəli olan qeyri-adi bir haldır.
Çünki belə bir vəziyyətdə dövlət strukturlarının və malioz strukturların bir-
birinə özünəməxsus qarışması baş verir. Bu da təbii olaraq istənilən ölkədə
cinayətkarlığın artımını fəlakətli bir həddə gətirib çıxarır.
Hər hansı ölkədəki kriminogen situasiya azğınlıq, qorxu və intohasız-
lıq kimi xarakteristikası verilən hadisə və proseslərin köməyilə qiymət
ləndirilir. Cinayətkarlığın artması kriminoloji cəhətdən həmişə sərt zorakı
formalara malik olmaqla, mafioz-təşkilati xarakter əldə etməsilə səciyyə
ləndirilir. «Kriminal ədliyyo»nin meydana gəlməsini do məhz belə böh
ranlı vəziyyət şərtloşdirir.
Qanunlara açıqcasına, həyasızlıqla və demək olar ki, tam qanunsuz-
luqla hörmətsizlik ifadə olunur. Cinayətkar aləm öz şərtlərini diktə edir,
1 Баранов П., Витрук H. Правосознание работников милиции // Право и жизнь. 1992,
№ 2, с. 124.
289