Lakin bunun üçün qanunların həyati reallıqları ədalət, azadlıq və hu
manizm nöqteyi-nəzərindən əks etdirmələri zəruridir.
3. Hüquqi ideologiya və hüquqi psixologiya
Hüquq düşüncəsinin strukturunda özünəməxsus yeri olan ən mühüm
komponentlər qismində hüquqi ideologiya və hüquqi psixologiya çıxış
edir.
Şüurun digər sahələri (siyasi, mənəvi, estetik və s.) ilə müqayisədə
hüquq düşüncəsinin spesifikliyini şüur və hüquqi nəticələr doğurmuş dav
ranışla bağlı həyəcan təşkil edir. Mürəkkəb strukturdan ibarət olan hüquq
düşüncəsində fərqləndirilməli olan rasional komponentlərdən biri də
hüquqi ideologiyadır. Bu nöqteyi-nəzərdən hüquqi ideologiya özündə cə
miyyətdə hüquq və hüquqi hadisələr haqqında anlayışları və təsəvvürləri
ehtiva edir.
Hüquqi ideologiya dedikdə, hüquqi reallığı konseptual, sistemləşdi
rilmiş şəkildə əks etdirən və qiymətləndirən hüquqi ideyaların, nəzəriy
yələrin və görüşlərin məcmusu başa düşülür.
Hüquqi ideologiya sosial siniflərin və müxtəlif qrupların, əhali təbə
qəsinin və bütövlükdə cəmiyyətin hüquqi prinsiplərinin, habelə tələb
lərinin elmi ifadəsidir. Hüquqi ideologiya nəzəri şüurun aşkar olunması,
sosial kompromisə nail olmaq vasitəsilə müxtəlif ictimai mənafelərin
əlaqələndirilməsi və razılaşdırılması kimi formalaşır. Bu halda o, özündə
şəxsiyyətin hüquq və azadlıqlarının prioritetindən, hakimiyyətin bölgü
sündən, siyasi plüralizmdən, inzibati-amiranə idarəetmənin antipodu olan
məhkəmənin yüksək rolundan ibarət böyük mənəvi potensialı ehtiva edir
ki, bu da ümumi və hüquq mədəniyyəti inkişaf etmiş ideoloji, iqtisadi
cəhətdən sağlam olan cəmiyyətə xasdır.
Hüquqi ideologiya hüququn ayrıca təzahürlərində (məsələn, bu və ya
digər norma, məhkəmə qərarları növündə və s.) deyil, cəmiyyətin müstə
qil elementi (ictimai-iqtisadi formasiya, mədəniyyət, sivilizasiya) qismin
də bütöv bir sosial institut kimi onun məqsədyönlü, bir qayda olaraq, elmi
və ya fəlsəfi cəhətdən düşünülməsilə səciyyələndirilir.1 2
Hüquqi ideologiya hüquq haqqında həyati cəhətdən müdrikliyi ilə
seçilən mülahizələrin məcmusudur. K.IIcgelin «hüquq fəlsəfəsinin həmin
1 Теория государства и права. Курс лекций / под рсд.Н.И.Матузова, А.В.Малько. М .,
ЮРИСТЬ, 1999, с.559.
292
həyati müdrikliyin ən dəyərli komponentlərindən biri hesab etmək
ədalətli olardı. «Hüquqi ideologiyanın hüquqi tənzimetmodəki rolu kifa
yət qədər aşkardır: hüquqi görüşlər, nəzəriyyələr, doktrinalar əsasında
hüquqyaradıcılıq həyata keçirilir; rasional komponentlər hüququn reali
zəsi prosesində də əhəmiyyət kəsb edirlər».1
İdeologiya sferasında və ideologiya vasitəsilə, hər şeydən əvvəl, cə
miyyətin sosial qruplarının, xalqların, dövlətin və bütövlükdə dünya bir
liyinin tələbatları və maraqlı öz əksini tapır. Cəmiyyətin hüquqi ger
çəkliyinin ideoloji cəhətdən əks olunmasında fərdi elementlərin və şəx
siyyət elementlərinin də özünəməxsus payı vardır. Belə ki, bu və ya digər
ideoloji doktrina, bir qayda olaraq, ayrı-ayrı insanlar - alimlər, filosoflar,
ictimai və siyasi xadimlər tərəfindən işlənib hazırlaşdırılır və formalaş
dırılır, sonradan isə bütün bu dəyərlər çoxluğun, o cümlədən də konkret
insanların malına çevrilir.
Hüquqi ideologiya mövcud olan və ya yaranan hüquq münasibətlə
rini, qanunçuluğu və hüquq qaydasını əsaslandırır və qiymətləndirir. Hü
quqi ideologiyanın işlənib hazırlanmasında cəmiyyət həyalının konkret-
tarixi şəraitini, qüvvələrin yerləşdirilməsini, ictimai şüurun səviyyəsini,
sosial psixologiyanı, həm çoxluğun, həm də azlığın iradəsini və maraq
larını və digər amilləri nəzərə alan hüquqşünaslar, siyasətşünaslar və
iqtisadçılar iştirak edirlər.1
Hüquqi ideologiyada hüquq elminin özünəməxsus xüsusi çəkisi var
dır. filmi nəzəriyyə cəmiyyətin hüquqi həyatının inkişaf strategiyasını
müəyyən edir, müasir hüquqi situasiyanın hərtərəfli təhlilini həyata
keçirir, filmi doktrinalar hüququn mənbələri qismində çıxış edə bilərlər.
Hüquq nəzəriyyəsinin mənimsənilməsi, cəmiyyətin həyatında hüququn
rolunun rasional cəhətdən sərf-nəzər edilməsi hüquqi ideologiya ilə yana
şı, həmçinin də hüquqi təhsilin, hüquqi peşəkarlığın formalaşmasının
mühüm və zəruri elementləridir.
Gerçəkliyin hüquqi cəhətdən dərk edilməsinin üsulu kimi hüquqi
ideologiyanın nümunələrinə G.Hcgclin hüquq fəlsəfəsi, dövlət və hüqu
qun təbii hüquq, pozitivist, marksist doktrinası xidmət edə bilər. Belə
nümunələrə hüquq düşüncəsinin bir sıra müasir konsepsiyalarını da aid
1 Теория государства и права. Учебник / под ред. В.М.Корсльского и В.Д.Псрсва-
лова. М., ИНФЛ-М-НОРМ А, 1997. с.326.
2 Общая теория права и государства / под ред.В.В.Лазарева. М., ЮРИСТЬ, 1996,
с.201.
293
etmək olar. Bundan başqa, hüquqi ideologiyanın daha çox tətbiq edildiyi
sfera insanların fərdi deyil, təbii-kütləvi münasibətləri sferasıdır. Bu da
kifayət qədər rəsmiləşdirilmiş, institusiyalaşdırılmış sosial birliklərin -
siniflərin, siyasi partiyaların, ictimai hərəkatların, dövlətin, dövlətlərarası
birliklərin mənafelərinin və tələbatlarının ifadə olunmasına istiqamətlən
dirilmişdir. Qeyd etmək lazımdır ki, bu, hüquqi psixologiya üçün də
səciyyəvidir.
Molum olduğu kimi, müasir hakimiyyət münasibətlərində iştirak
edən bu və ya digər siyasi təşkilatlar, bir qayda olaraq, hansısa siyasi-
hüquqi ideologiya - mühafizəkar, liberal, marksist, müsəlman, xristian və
s. əsasında yaradılır. Belə halda hüquqi ideologiya öz əsas təyinatını
yerinə yetirir. O, partiyanın, hərəkatın, bütövlükdə insanların siyasi sis
teminin fəaliyyətinin özünəməxsus sosial plan-proqramına xidmət edir,
onların müəyyən sosial və siyasi-hüquqi ideallara nail olmasına imkan
yaradır.
Azərbaycan Respublikasında hüquqi dövlətin formalaşması tədrici,
həm do son dərəcə mürəkkəb bir prosesdir. Çünki hüquqi dövlət demo
kratiya, insan hüquqlarının təmin olunması, humanist və ədalətli hüquq
qaydası haqqında həm ümumbəşəri, həm do milli təsəvvürlərə uyğun ol
malıdır. Bu halda dövlətin hüquqi doktrinası Azərbaycan dövlətçiliyinin
inkişafı istiqamətində ideoloji əsasa xidmət edir.
Demokratik, dövlət-mədəni-tarixi cəhətdən əsaslandırılmış dövlət-
hüquqi ideologiyanın olması istənilən cəmiyyətin fəaliyyətinin mühüm
şərtidir. Artıq XX yüzilliyin 90-cı illərinin ortalarından keçən dövr ərzin
də əldə olunan təməlli nəticələrdən biri ondan ibarətdir ki, Azərbaycan
Respublikası aydın və düşünülmüş milli dövlət-hüquqi ideologiya olma
dan yaşaya bilməz. Belə bir ideologiyanın formalaşması və inkişafı
hüquqi dövlət quruculuğunun da on mühüm şərtlərindən biridir.
Başqa sözlə, müasir sivilizasiyalı cəmiyyəti siyasi-hüquqi ideologi-
yasız düşünmək mənasız olardı. Buna ABŞ-ın Konstitusiyası, AFR-in
Konstitusiyası, İnsan və vətəndaş hüquqlarının 1789-cu il Fransız Bəyan
naməsi nümunə ola bilər. Məhz adları çəkilən siyasi-hüquqi sənədlər
Qərbdə demokratiyanın və hüquq sistemlərinin bünövrəsini qoymuş, hə
min bünövrənin əsasına xidmət etmişdir.
Artıq keçid dövriinti başa vurmuş Azərbaycan Respublikası üçün
hüquqi ideologiya xüsusi əhəmiyyət kəsb edir. Milli hüquqi ideologiya
hər bir fərdə, sosial qruplara, siyasi partiyalara və ictimai birliklərə yeni
294
sosial-iqtisadi və siyasi şəraitdə bu və ya digər yönümü seçməyə imkan
yaradır. Heç bir başqa proses, hətta qüvvədə olan qanunvericiliyin müfəs
səl təbliğatı hüquqi ideologiyanın etdiyi edə, onun rolunu əvəz edə
bilməz. Konkret və utilitar proqramlardan, şüurlardan, plan və vədlərdən
fərqli olaraq, hüquqi ideologiya uzunmüddətli proseslərə, davranış nor
malarına istiqamətləndirilir ki, bunun da sayəsində sosial və yaradıcı
məqsədlərin uğurla həyata keçirilməsinə nail olunur.
Hüquqi ideologiya hüquqi biliklərin, bütövlükdə hüquq mədəniy
yətinin elə sintezidir ki, o, konseptual şəkildə təkcə mütəxəssislərin deyil,
əhalinin geniş təbəqələrinin, hər bir konkret fərdin həyati fəaliyyətinə yol
tapır, cəmiyyətin sosial-hiiquqi həyatının reallıqlarını əks etdirərək,
mürəkkəb və ziddiyyətlər dolu dünyada onları düzgün məcraya yönəldir.
Milli hüquqi doktrina cəmiyyətin hüquqi şüur səviyyəsinin mühüm
göstəricisidir. O, dünyanın sivilizasiyalı xalqlarının inkişaf etmiş hüquq
ailəsinə girişə xidmət edən mühüm modoni-Iuiquqi dəyərləri səciyyələn
dirir, Azərbaycan Respublikasının həmin hüquq ailəsində yerinin mənəvi
bə tarixi potensialını müəyyən edir.
Bəs, müasir və gənc Azərbaycan Respublikası üçün hansı hüquqi
ideologiya aktual ola bilər?
Azərbaycan Respublikası XX yüzilliyin 90-cı illərindən öz. milli hü
quq nəzəriyyəsinə malik olmamış, keçmiş SSRİ-nin tərkibində 70 il
müddətində dövlət və hüququn marksist doktrinasına əsaslanmışdır. Qeyd
etmək zəruridir ki, marksizmi-leninizm ideologiyası tarix səhnəsini tərk
etsə də, dövlət və hüququn K-.Marks ve F.Engels tərəfindən işlənib ha
zırlanmış metodologiyası indi də qorunub saxlanılır və o, gələcəkdə də
klassik bir nəzəriyyə kimi clrni dəyərə malik tədqiqat obyekti olaraq qa
lacaqdır. Nəzərə almaq lazımdır ki, marksist dövlət və hüquq nəzəriyyəsi
XX yüzilliyin 50-ci illərindən başlayaraq XX yüzilliyin 80-ci illərinin
sonunadok olan dövrün sosial-siyasi və hüquqi proseslərinin öyrənilməsi,
təhlil və tədqiq edilməsi baxımından təkcə keçmiş SSRİ məkanı üçün
deyil, bütün dünya üçün əhəmiyyətə malikdir. Bir daha qeyd edirik ki, o,
yalnız klassik bir nəzəriyyə kimi müasir elmin həmişə diqqət mərkəzində
olacaqdır.
Lakin bu gün Azərbaycan Respublikasında dövlət və hüquq nəzəriy
yəsinin, onun aktual problemlərinin tədqiqi sahəsində demək olar ki, heç
bir təməlli tədqiqata təsadüf olunmur. Müasir sosial-iqtisadi və siyasi-
mədəni, eləcə də əxlaqi-mənəvi inkişaf özünün yüksək tərəqqi yolunda
295
Dostları ilə paylaş: |