R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə75/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   71   72   73   74   75   76   77   78   ...   131

Müasir  mərhələdə  ciddi  sosial  problemlərdən  (hüquq  düşüncəsinin 
vəziyyəti  baxımından)  biri  hüquqşünasların  peşə  hüquq  düşüncəsinin 
(xüsusən  də  polis,  məhkəmə  orqanları  işçilərinin)  vəziyyətidir.  Bu  peşə 
sahiblərinin  hüquq-mühafizə  sahəsində  fəaliyyəti  cəmiyyət  üzvlərini  heç 
də  qane  etmir.  Söhbət  bu  peşə  sahiblərinə  ümumi  rəğbət  hissinin  olma­
ması  deyil,  onların  öz  peşə  borclarım  layiqincə  yerinə  yetirməmələrinə 
mənfi  münasibət  haqqında  gedir.  Məsələn,  polis  əməkdaşında  elementar 
peşə  etikasının  olmaması,  hüquq  mədəniyyətindən  xəbərsizliyi  və  vətən­
daşa yanaşmanın öz sadə etik qaydasına riayət etməməsi cəmiyyət üzvləri 
arasında  ikrah  hissi  doğurmaya  bilməz.  Nə  üçün  adi  vətəndaş  polis 
əməkdaşını  gördükdə  ondan  qaçır,  yaxud  məhkəmədə  şahid  qismində 
ifadə  verməkdən  imtina edir  və  ya  ha!  şahidi  kimi  istintaq  hərəkətlərinin 
aparılmasında təhqiqat, istintaq orqanına kömək etmək istəmir?
Bütün  belə  analoci  sualların  cavabı  çox  sadədir.  Polis  əməkdaşı 
vətəndaşla qaba, kobud rəftar edir,  ona yanaşma  proseduruna əməl etmir, 
ona görə ki, ya belə qaydalara qəsdən  əməl etmək  istəmir, ya da onlardan 
ümumiyyətlə  xəbəri  yoxdur.  İstintaq  aparılması  gedişində  saatlarla  qapı 
arxasında  gözləyən,  yaxud  zərurət  olmadan  dəfələrlə  ifadə  verməyə 
çağırılan,  bəzən  hətta,  törədilmiş  cinayətdə  iştirakçı  olduğu  da  eşitdirilən 
şəxs əlbəttə  ki,  bir daha şahidlik etmək  istəməz. Əgər eşitsək ki, cinayətin 
törədildiyini gözləri  ilə görmüş şəxs  istintaq və ya məhkəmə orqanına etibar 
etmədiyinə  görə  şahid  qismində  ifadə  verməkdən  qəsdən  boyun  qaçınr, 
yaxud  bilə-bilə  yayınır,  buna  heç  də  təəccüblənmək  lazım  deyil.  Belə  hal­
larda  vətəndaş  ilk  növbədə  öz  hörmət  və  nüfuzunu  qorumağa  çalışır,  çünki 
onun  süründürməçiliyə  məruz  qalmayacağına  və ya  dindirən vəzifəli  şəxsin 
hədə-qorxusuna,  yalan  ifadə  verməyə  məcbur  cdilmoyocoyinə  heç  kos 
təminat  verə  bilməz.  Bütün  bunlar  hüquq  düşüncəsinin,  xüsusən  do  peşə 
hüquq düşüncəsinin böhranlı vəziyyətinin göstəriciləridir.
Peşə  hüquq  düşüncəsində  böhran  həm  də  ilkin  hüquqi  baxışların, 
göstərişlərin, hiss və inamların  səbəblərindən baş verir ki, bu da yeni qey­
ri-hüquqi  konstruksiyaların,  mənfi  düşüncə  tərzinin  yaranması  ilə  nəticə­
lənir.  Bu  da  öz  növbəsində  hüquqşünasların  peşə  davranışına  mənfi  təsir 
göstərir.  Hüquqşünasın  hüquq  düşüncəsinin  deformasiyası  aşağıdakı 
müxtəlif formalarda təzahür edə bilər:
1) 
hüquqi  infantilizm.  Bu  vaxt  hüquqi  şüurun  təhrifi  hüquqi  baxış­
ların,  biliklərin,  göstərişlərin  formalaşmamağında  və  onların  boşluqla- 
rında ifadə olunur;
288
2) hüquqi  ııcqativizm, yəni  qanunun tələblərinin dərk edilmiş  şəkildə 
təcrid edilməsi;
3)  cinayətkar  müstəviyə  keçən  deformasiyaya  uğramış  hüquq 
düşüncəsi.
Hüquq  ədəbiyyatında  qeyd  olunur  ki,  hüquqi  infantilizm  hüquqşü­
nasın təhrif olunmuş hüquq düşüncəsinin ən  yumşaq formasıdır.  Məsələn, 
formalaşmamış  hüquq  düşüncəsinə  milis  işçiləri  arasında  daha  tez-tez 
təsadüf olunur.  Bu,  daha  çox  kəskin  kadr  çatışmağının  nəticəsidir.  Söy­
ləmək  kifayətdir  ki,  DİN  müstəntiqlərinin  50  faizə  qodorinin  ali  hüquq 
təhsili  yoxdur.  Belə  şəraitdə  sabit  və  möhkəm  hüquqi  baxışların,  dün­
yagörüşünün  formalaşması  uzun və mürəkkəb bir mərhələdən keçir.1
Hüquqi  neqativizm  hüquqa  skeptik  münasibət  təzahür  edir.  Belə  ki, 
fərd  hüququn  potensial  imkanlarına  tam  etibar  etmir.  Belə  etimadsızlıq 
açıq  ifadə  forması  da  daşıya  bilər  və  hər  bir  ayrı-ayrı  halda  ən  müxtəlif 
mülahizələrlə  molivləşdirilo bilər.  Yəni  fərd  öz siyasi  əqidəsinə görə  mə­
suliyyəti  öz üzərinə götürməyə,  yaxud qanunsuzluğun  «baş alıb getdiyinə 
əminliyini açıq şəkildə ifadə edə bilər.
Peşə hüquq düşüncəsinin deformasiyaya uğramasının ən  ağır forması 
onun  artaraq  cinayətkar  fonna  almasıdır.  Hər  hansı  dövlətdə  mafiyanın 
kifayət  qədər  qüdrətli  güc  strukturuna  çevrildiyi  və  onun  sıralarında 
«qanunda  oğrular»dan,  «avtoritctlər»dən  və  bandit-döyıişçülərdən  savayı 
keçmiş  idmançıların,  yüksək  vəzifəli  məmurların,  peşəkar  hüquqşünasların 
təzahür  etdiyi  zaman  hüquq  düşüncəsi  əsil  mahiyyətini  tamamilə  itirir  və 
cinayətkar  bir  forma  alır.  Bu,  son  dərəcə  təhlükəli  olan  qeyri-adi  bir  haldır. 
Çünki  belə  bir  vəziyyətdə  dövlət  strukturlarının  və  malioz  strukturların  bir- 
birinə  özünəməxsus  qarışması  baş  verir.  Bu  da  təbii  olaraq  istənilən  ölkədə 
cinayətkarlığın artımını  fəlakətli bir həddə gətirib çıxarır.
Hər hansı  ölkədəki  kriminogen situasiya azğınlıq, qorxu  və intohasız- 
lıq  kimi  xarakteristikası  verilən  hadisə  və  proseslərin  köməyilə  qiymət­
ləndirilir.  Cinayətkarlığın  artması kriminoloji  cəhətdən  həmişə sərt zorakı 
formalara  malik  olmaqla,  mafioz-təşkilati  xarakter əldə  etməsilə  səciyyə­
ləndirilir.  «Kriminal  ədliyyo»nin  meydana  gəlməsini  do  məhz  belə  böh­
ranlı vəziyyət şərtloşdirir.
Qanunlara  açıqcasına,  həyasızlıqla  və  demək  olar  ki,  tam  qanunsuz- 
luqla  hörmətsizlik  ifadə  olunur.  Cinayətkar  aləm  öz  şərtlərini  diktə  edir,
1 Баранов  П.,  Витрук  H.  Правосознание  работников  милиции  // Право  и  жизнь.  1992, 
№ 2,  с. 124.
289


dövlətin  öz  üzərinə  hücuma  keçir,  hakimiyyətə  iddia  edir.  O,  bəzən  hü­
quq-mühafizə  orqanlarının  fəaliyyətinin  bir hissəsinə nəzarət edir,  onlara 
münasibətdə  şantac, pulla ələ alma, hədələmə metodlarından istifadə edir, 
qanunvericinin,  məhkəmənin,  sahibkarların  və cumalistlorin cəzalandırıcı 
tədbirləri qarşısında belə, öz cinayətkar hərəkətlərinə son qoymaq istəmir.
Cinayətkarlıq  hüquqi  nihilizmin  qüdrətli  katalizatoru,  yeni-yeni  təsir 
sferaları ələ keçirməklə sürətlə genişlənən  qaranlıq bir mühitdir.  «Kölgə» 
iqtisadiyyatı  ilə  yanaşı,  «kölgə»  siyasəti,  görünməz  klanlar  və  təzyiq 
qrupları  da  yaranmışdır.  Pis  niyyətli  cinayətkar  birliklər  qanunlardan  və 
cəzadan  qorxmadan  bunlardan yan  keçir,  müxtəlif növ  «hüquqi  cığır»  və 
dolanbaclı  yollardan  istifadə  edərək  cəmiyyətə  meydan  oxuyurlar.  Cina­
yətkar birliklər tam leqal və yarımleqal şəraitdə fəaliyyət göstərirlər.
Bəşər  sivilizasiyası  inkişafının  tarixi  təcrübəsi  şəhadət  verir ki,  cina­
yətkarlıq labüd sosial bola,  sosial tərəqqinin  qarşısını  özünəməxsus vasitə 
və  üsullarla  alan  təhlükəli  hadisədir.  Cinayətkarlığa  «qalib  gəlmək»  qey­
ri-mümkündür,  onun  səviyyəsinə  yalnız  nəzarət  etmək  olur.  Məhz  bütün 
bunlara  görə  cinayətkarlıqla  mübarizə  dövlət  siyasətinin  ayrılmaz  tərkib 
hissəsi,  o  cümlədən  dövlətin  cinayət-hüquq  siyasətinin  başlıca  istiqa­
mətidir.  Cinayətkarlıqla  mübarizə  hər  bir  dövlətin  həm  daxili,  həm  do 
xarici  siyasətinin  əsas  istiqamətlərindən  biridir.  Cinayətkarlıqla mübarizə 
eyni  zamanda  da  demokratik  hüquqi  sosial  dövlətin  prinsip  və  məqsəd­
lərinin  realizəsinə,  insanın,  vətəndaşın  konstitusiya  hüquq  və azadlıqları­
nın  müdafiəsinə  və  bu  müdafiənin  təminatının  tələblərinə  əməl  olunma­
sına istiqamətləndirilmişdir.
Cinayətkarlıqla, xüsusən də mütəşəkkil  cinayətkarlıqla mübarizə tək­
cə  ancaq  cinayət-hüquqi  tədbirlərlə,  «polis»  tədbirləri  ilə  məhdudlaşma 
bilməz.  Belə  son  dərəcə  təhlükəli  sosial  bəlanı  doğuran  səbəb  və  şəraitin 
aradan qaldırılmasına,  ictimai  həyatın siyasi,  iqtisadi, sosial-psixoloji,  əx­
laqi-mənəvi  sferalarında  kriminogen  amillərin  hərəkətinin  neytrallaş- 
dırılmasına yönələn kompleks yanaşmanın  olması zəruridir.
Müasir  mərhələdə  cəmiyyətin  mənəvi  vəziyyəti  hüquq  düşüncəsinin 
səviyyəsinə  böyük  təsir  göstərir.  Totalitarizmin  meydana  gəlməsi  ilə  ila­
hiyyatın  və  dini  əqidənin  tamamilə  arxa plana  keçirilməsi  insanların  mə­
nəvi  süstlüyünə  gətirib  çıxardı.  Xüsusən  do  keçmiş  SSRİ-do  XX  yüzilli­
yin 20-ci illərindən  başlayaraq  cəmiyyət üzvlərinin «ateist tərbiyəsi» pər­
dəsi altında dini  inanclardan  uzaqlaşdırılması,  məscidlərin nəinki bağlan­
ması,  hətta  sökülərək  dağıdılması  əhalinin  dindar  hissəsilə  yanaşı,  digər 
qruplarının  da  mənəvi  yoxsulluğuna  səbəb  oldu.  Mənəvi  dayaqların
290
uçurulması,  xeyir  və  şər,  vicdan,  həya  və  s.  haqqında  təsəvvürlərə  hətta 
məişət  səviyyəsində  məhəl  qoyulmaması  istiqamətində  həyata  keçirilən 
daxili  dövlət  siyasəti  insanları  ruhən  şikəst  etməkdən  başqa  bir  şeyə 
xidmət etmirdi.
Tarixən  məlumdur  ki,  xeyir  və  şor,  yaxşılıq  və  pislik,  şərəf və  vic- 
dansızlıq  və  s.  bu  kimi  təsəvvürlər  insanların  mənəvi  şüurunun  əsasını 
təşkil  etmişdir.  V.S.Solovyov  yazırdı:  «Həyatın  mənəvi  mənası  ilk  baş­
lanğıcda  və  qəti  olaraq  bizə  daxilən  faydalı  və  yaxın  olan  vicdanımız  və 
zəkamız  vasitəsilə  müəyyən  edilir...  İnsan  prinsip  etibarilə  və  öz  təyi­
natına  görə  xeyir  üçün  sözsüz  ki,  daxili  bir  forma,  qeyd-şərtsiz  məzmun­
dur;  bütün  qalanlar  isə  şərti  və  nisbidir».1  Bu  zaman  mənəvi  başlanğıclar 
bütün  adamlar  üçün  fakt  deyil,  bir  tələb  kimi  eyni  olmalıdır.  Empirik 
xeyir və  şər ayrılıqda  hər bir  insan  üçün  müxtəlif ola  bilər.  Lakin  mənəvi 
xeyir və şor hamı üçük bir olmalıdır.
Vicdan  öz  təbiəti  etibarilə  həmişə  fərdidir  və  bu,  insan  üçün  əxlaqi- 
mənəvi  bir etalondur.  Ona görə  də insanları  dini  etiqaddan  uzaqlaşdırmaq 
onların  vicdanına  məhvedici  təsir  göstərmişdir.  Çünki  dini  əqidə  və  dü­
şüncə  vicdanla  sıx  bağlıdır.  İnsanın  etiqadını,  dini  əqidəsini  əlindən  al­
maq, deməli, onun  vicdanını  da məhv etmək deməkdir.  Dini  inam  və əqi­
də  həmişə  eyni  olan  amillər  kimi  insan  həyatının  ayrılmaz  tərkib  hissəsi 
olmuşdur.  Yüksək  mənəvi  əqidə  və  dərin  inam  insanları  həmişə  yaxşı 
əməllər  arxasınca  getməyə  sövq  etmiş,  cəmiyyətdə  dövlətin  düzgün 
siyasətinə,  hüququn  demokratik  sisteminə  və  qanunların  həm  aliliyinə, 
həm do humanistliyinə möhkəm etibarı  tərbiyə etmişdir.
V.İvanov  haqlı  olaraq  qeyd  edirdi  ki,  hüquq  düşüncəsi 
bu,  təkcə 
hüquqi  psixologiya  və  hüquqi  ideologiya  deyildir.  İnsanın  hüquq  düşün­
cəsi  insanın  azad  iradəsinin  onun  əməllərinə  və  Allah  tərəfindən  verilən 
mənəviyyat qanunlarının mənasına uyğunluğunu  yoxlayan  vicdan  aktıdır. 
Bu  akt  özündə  əməllərin  və  fikirlərin  qiymətləndirilməsini  ehtiva  edir;  o, 
vahiməyə  və  fərəhə  səbəb  olur;  həya, diskomfort  vəziyyət  doğurur;  inam 
və qüvvə verir;  ruhlandırır və şikəst edir.2
Yüksək  mənəvi  keyfiyyətlərə  malik  olan  şəxsiyyət  konkret  qanun­
vericilik aktlarından  xəbərsiz olmaqla da tam qanuna  itaətli  fərd  ola bilər.
1  Соловьев  В.C.  Сочинение,  т. 1,  M.,  1988,  с.96.
2  Иванов  В.  Вера  -   совесть  -   правосознание  -   государство  //  Право  и  жизнь,  1994, 
№ 6,  с.ПО.
291


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə