R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə73/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   69   70   71   72   73   74   75   76   ...   131

təklənən  nəzəri  konsepsiyalara  uyğun  olaraq  hüquq  düşüncəsinin  əsas 
funksiyalarına aşağıdakılar aid edilir:
1) hüquq düşüncəsinin dərketmə funksiyası;
2) hüqııq düşüncəsinin qiymətləndirmə funksiyası;
3) hüquq düşüncəsinin tənzimləyici  funksiyası.1 2
Hüquq düşüncəsinin praktiki olaraq əsas funksiyaları ilə əhatə olunan 
bütün digər funksiyalarına informativ və proqnostik funksiyalar aiddir.
Hüquq  düşüncəsinin  dərketmə  funksiyası  intellektual  (fikri)  fəaliy­
yətin  nəticəsi  olan  və  «hüquqi  hazırlıq»  anlayışında  ifadə  olunan yuridik 
biliklərin müəyyən cəminə uyğun gəlir.
Hüquq  düşüncəsinin  qiymətləndirmə  funksiyası  təcrübə  və  hüquqi 
praktika  əsasında  şəxsiyyətdə  hüquqi  həyatın  müxtəlif cəhətlərinə  və  ha­
disələrinə  müəyyən  emosional  münasibətə  səbəb  olur.  Emosional  müna­
sibət  konkret  situasiyada  və  ya  fərdin,  sosial  qrupun,  bütövlükdə  cəmiy­
yətin  gələcəkdə  əldə  edilən,  yaxud  edilməli  olan  hüquqi  biliklərin  əldə 
olunmasının  əhəmiyyətini müəyyənləşdirən zaman ifadə olunur.
Hüquq  düşüncəsinin  məzmununa  qiymətləndirmə  münasibətlərinin 
aşağıdakı dörd əsas növü daxildir:
1)  hüququ  və  qanunvericini  (hüquq  normalarını,  onun  prinsiplərini 
və institutlarını) qiymətləndirmə;
2)  ətrafdakıların  hiiquqi  davranışım  və  fəaliyyət  obyektlərini  (cina­
yətkarlığı,  cinayətləri və cinayətkarları) qiymətləndirmə;
3)  hüquq-mühafizə  orqanlarını  (ədliyyəni,  daxili  işlər  orqanlarını, 
prokurorluğu və bunların  fəaliyyətini) qiymətləndirmə;
4)  özünün  hüquqi  davranışını  (özünü  qiymətləndirmə)  qiymətlən­
dirmə.
1 Iüquq  düşüncəsinin  tənzimləyici  funksiyası  özündə  hüquqi  fəallığın 
bütün  digər  mənbələrini  sintez  edən  hüquqi  göstərişlərin  və  dəyərli-hü­
quqi  yönümlərin  vasitəsilə  həyata  keçirilir.  Belə  tənzimləmənin  nəticəsi 
qismində  hiiquqauyğun  və  ya  hüquqazidd  davranış  növündə  davranış 
reaksiyası  çıxış  cdir.2
İnsanların  hüquqi  hazırlığı  onların  formal-hüquqi  biliklərə  yiyələn­
1  Общая  теория  нрава  и  государства  /  П од  ред.В.В.Лазарсва,  М.,  ЮРИСТЬ,  1996, 
с. 194.
2  Каминская  В .И .,  Ратинов  Л.Р.  П равосознание  как  элемент  правовой  культуры. 
Правовая  культура  и  вопросы  правового воспитания.  М.,  1974,  С.57.
280
məsi  ilə  bitmir.  Belə  ki,  hüquqi  biliklərə  yiyələnməklə  yanaşı,  onlardan 
istifadə etməyi  də bacarmaq  lazımdır.
Hüquq  düşüncəsinin  növləri  və  səviyyələri.  Müasir  hüquq  nəzəriy­
yəsinə  hüquq  düşüncəsinin  müxtəlif  növləri  məlumdur.  Mövcud  növlər 
hüquq  düşüncəsinin  subyektləri  üzrə  müəyyən  edilir.  Belə  ki, 
subyektlərin dairəsinə görə hüquq düşüncəsi  aşağıdakı növlərə bölünür:
1)  fərdi  hüquq düşüncəsi;
2) qrup hüquq düşüncəsi;
3) ictimai  hüquq düşüncəsi.
Fərdi  və  qrup  hüquq  düşüncəsi  ictimai  (sosial)  xarakter daşıyır.  İcti­
mai  və qrup hüquq düşüncəsi  fərdi  hüquq düşüncəsindən kənarda mövcud 
ola bilməz.
Hüquqi  fəaliyyətin  ifadəsinin  dərinliyi  nöqteyi-nəzərindən  hüquq 
düşüncəsinin aşağıdakı  üç səviyyəsi  fərqləndirilir:
1) adi  (empirik) hüquq düşüncəsi;
2) elmi (nəzəri) hüquq düşüncəsi;
3) peşə hüquq düşüncəsi.
Adi  (empirik) hüquq düşüncəsi  təbii şəkildə, konkret  həyat şəraitinin, 
şəxsi  həyat  təcrübəsinin  və  əhali  üçün  əlçatan  olan  hüquqi  təhsilin  təsiıı 
altında  təşəkkül  tapır.  «Adi  hüquq  düşüncəsi  insanların  hüquq  və  qanun- 
çuluğa  dair  kütləvi  təsəvvürlərini,  emosiyalarını  və  əhval-ruhiyyəsini 
əhatə edir».1
Elmi  (nəzəri)  hiiquq  düşüncəsi  geniş  və  dərin  hüquqi  ümıımiləş- 
dirmələr,  hüquqi  biliklər  və  qanunauyğunluqlar,  eləcə  də  sosial-hiiquqi 
gerçəkliyin  xiisusi  tədqiqatları  əsasında  formalaşır.  Məhz  elmi  hüquq 
düşüncəsi  hüquqyaradıcılığın  bilavasitə  mənbəyi  olmalı,  yuridik  prakti­
kanın  təkmilləşdirilməsinə  xidmət  etməlidir.  Çünki  yaxşı  nəzəri  bünöv­
rəni heç bir praktiki  təməl  əvəz edə bilməz.
Elmi  hüquq  düşüncəsi  hüququn  sistemləşdirilmiş  şəkildə,  nəzəri  cə­
hətdən  mənimsənilməsini  ifadə  edən  müxtəlif  siyasi-hüquqi  ideyaların, 
konsepsiyaların  və  baxışların  bütöv  bir  sistemini  özündə  ehtiva  edir. 
Müasir  cəmiyyətlərdə  hüququn,  qanunvericiliyin  və  siyasi-konstitusiya 
münasibətlərinin  inkişaf  istiqamətlərinin  müəyyən  edilməsində  və  gös­
tərilməsində üstün rol məhz elmi  hüquq düşüncəsinə məxsusdur.
Hüquqi  hadisələrin  əks  etdirilməsinin,  onların  mahiyyətinin  aşkar
1  Теория  государства  и  права,  курс  лекций  /  Под  ред.Н.И.Матузова,  Н.И.Малько.
М., ЮРИСТЬ,  1999, с.564-565.
281


olunmasının  daşıyıcıları  vo  hərəkətvericilər!  qismində  tədqiqatçı-hüquq­
şünas  alimlər,  bir  qayda  olaraq,  yuridik  yönümlü  elmi-tədqiqat  müəssi­
sələrində çalışan peşəkar hüquqşünaslar çıxış edirlər.
Peşə hüquq  düşüncəsi  dedikdə,  hüquqşünasların hüquqi  şüuru  nəzər­
də tutulur.  Əks  etdirmə predmetindən asılı  olaraq hüquqşünasın şüurunda 
hüquq münasibətlərinin  müxtəlif sahələrinə  (məsələn,  mülki hüquq,  mül­
ki-prosessual,  cinayət, cinayət-prosessual,  ailə, əmək və  s.  hüquq münasi­
bətlərinə)  uyğun  olan  sferalar yaranır.  Hüquqşünasların  hüquqi  şüurunun 
mahiyyəti  və  xüsusiyyətləri  hüquqi  ideologiyanın  və  hüquqi  psixologi­
yanın  məzmununda,  hüquqi  biliklərin,  təsəvvürlərin,  göstərişlərin,  dəyər 
yönümlorinin həmin peşə qrupuna xas olan sistemində konkretləşdirilir.
Deməli,  peşə  hüquq  düşüncəsi  peşəkar  hüquqşünaslar  mühitində 
təşəkkül  tapan  siyasi-hüquqi  ideyaların,  anlayışların,  təsəvvürlərin,  ənə­
nələrin  və  stereotiplərin  ifadəçisidir.  Hüquq  düşüncəsinin  bu  səviyyəsi 
yuridik  normaların  realizəsində  çox  böyük  əhəmiyyət  kəsb  edir.  Hüquqi 
praktikanın  stili  vo  ruhu  onun  demokratik  vo  humanist  adekvatlığından 
asılıdır.  Buna  görə  do  bəzi  məqamlarda  hüquqşünasların  peşəkar  şüu­
runda  təzahür  edən  təhriflər  vo  yönümün  («ittihamedici»  vo  ya  «bəraot- 
vcrici»)  deformasiyası, bürokratçılıq,  insan taleyinə laqeydlik  vo s.  yalnız 
təəssüf doğurur.
Hüquqşünasların  hüquq  düşüncəsi  nəzəri  olmalıdır.  İdeoloci  səviyyə 
kimi  ifadə  etmə  dərəcəsi  hüquq  düşüncəsi  üçün  tamamilə  əlverişlidir. 
Hüquqşünaslar  ənənəvi  oləraq  ideoloji  təbəqə  nümayəndələri  siyahısına 
daxildirlər.  Elmin  əsas  məqsədi  hüquqşünasların  hüquq  düşüncəsinin 
konkret  xüsusiyyətlərini,  hər  şeydən  əvvəl,  yüksək  ixtisaslı  mütəxəssis 
olmaq,  qanunçuluğa ciddi vo dönmədən əməl etmək kimi xüsusiyyətlərini 
aşkar etməkdən ibarətdir.1
Hüquq  düşüncəsinin  strukturu.  Həm  fərdi,  həm  do  qrup  hüquq  dü­
şüncəsi  mürəkkəb  struktura  malik  təsisatdır.  Həmin  təsisatda  rasional 
komponentləri fərqləndirmək mümkündür.  Ona görə də insanların  qanun­
lara  və  digər normativ-hüquqi  aktlara  münasibətinin  təhlili  hüquq  düşün­
cəsində bir sıra başqa elementlərin də  fərqləndirilməsinə imkan yaradır.
İnformasiya  -   bu,  birinci  elementdir.  Deməli  bu,  şüurda  qanun, 
yaxud  digər normativ-hüquqi  akt  haqqında  bu  vo ya  digər həcmdə  infor­
masiyanın  olmasını  zəruri  edir.  İnformasiya  tam  vo  hərtərəfli  olmalıdır.
1  Общая  теория  права  и  государства  /  П од  ред.В.В.Лазарева,  М.,  ЮРИСТЬ,  1996, 
с .197-198.
282
Natamam  informasiya  qanunun  mətninin  şərh  edilməsi  üçün  kifayət  edə 
bilməz.  Buna  görə  də  hüquq  düşüncəsinin  informasiya  səviyyəsi  onun 
struktur  hissəsinin  zəruri  komponentdir.  Çünki  qanun  və  ya  hər  hansı 
digər normativ-hüquqi  akt haqqında kifayətcdici  informasiya olmadan,  nə 
qanuna, nə də istənilən normativ-hüquqi akta münasibət yarana bilməz.
İkinci  element  qiymətləndirmədir.  Qanun  və  ya normativ-hüquqi  akt 
haqqında  informasiya  əldə  edən  insan  ona  öz  münasibətini  bildirir,  onu 
qiymətləndirməyə  səy  göstərir  və  öz  dəyərləri  ilə  müqayisə  edir.  Bu 
nöqteyi-nəzərdən  aksioloci  (dəyər  elementləri)  elementlər  hüquq  düşün­
cəsinin  strukturunda  mühüm  yer  tutur.  İnsanın  məhz  dəyər  təsəvvürləri 
əsasında onun hüquqi  sfcradakı davranışının  motivləri  formalaşır.
Hüquq düşüncəsinin  informasiya  və qiymətləndirmə  elementləri  əsa­
sında onun  üçüncü  elementi 
iradəvi  element  formalaşır.  Qanundan  xə­
bərdar  olan  və  onu  qiymətləndirən  insan  qanunla,  yaxud  hər  hansı  nor­
mativ-hüquqi  aktla  nəzərdə  tutulmuş  şəraitdə  nə  edəcəyini  qərarlaşdırır. 
Qanundan  öz  şəxsi  məsələlərini  həll  elmək  üçün  istifadə  ctınək,  yaxud 
ondan «yan keçmək»,  həmin qanunu  ciddi şəkildə icra ctınək  və ya  başqa 
bir  hüquqi  akt  tapmaq 
bütün  bunlar  hüquq  düşüncəsinin  iradəvi  ele­
mentinə  daxildir.  Hüquq  düşüncəsinin  idarəvi  elementini  bəzən  hüquqi 
göstəriş,  yəni  psixoloji  istiqamət,  insanın  hüquqi  tənzimetmə  sferasında 
hərəkət etmə hazırlığı da adlandırırlar.
Psixoloji  istiqamət  öz  növbəsində  hüquq  düşüncəsinin  psixoloji 
strukturunu  ifadə  edir.  Iliiquq  düşüncəsi  insana  real  hüquq  münasibət­
lərinin  mürəkkəb  sistemində  mövcud  olmağa,  həmin  sistemə  adaptasiya 
olunmağa,  onun  üstünlüklərindən  istifadə  etməyə  və  öz  mənəvi-praktiki 
səyləri  ilə  onların  sabitliyini  qorumağa  imkan  verən  mənəvi-intellektual, 
hissi-emosional  və iradəvi xassələrin  məcmusundan  ibarətdir. Şəxsiyyətin 
qanuna  itaəlli  davranış  qabiliyyəti  və  hazırlığının  əsaslarının  psixomcnlal 
qismində çıxış edən  hüquq düşüncəsi  aşağıdakıları  nəzərdə tutur:
1)  sosial  münasibətlərin  hüquqi  cəhətdən  qaydaya  salınmasında  və 
rəsmiloşdirilməsindo obyektiv zərurətin  subyekt  tərəfindən dərk edilməsi;
2)  lazım  olan  sosial  qaydanı  hüququn  və  qanunun  təminetmək  qa­
biliyyətinə subyektdə  inamın olması;
3) qanuni hakimiyyətin nüfuzuna  subyekt tərəfindən hörmət nümayiş 
etdirilməsi;
4)  hüquq  normalarına  əməl  edilməsinin  zəruriliyi  qarşısında  subyekt 
tərəfindən məsuliyyət hissinin dərk edilməsi;
283


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə