R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə70/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   66   67   68   69   70   71   72   73   ...   131

Hüququn  ictimai  münasibətlərə  təsirinin  forma  və  metodlarının  ay­
dınlaşdırılması  zamanı  tədqiqatçılar  hüquqi  tənzimetmə  ilə  idarə  olunan 
qanunauyğnluqlara  əsaslanırlar.  Hüququn  iqtisadi,  siyasi  və  mənəvi  mü­
nasibətlərlə  əlaqələrinin  öyrənilməsi  hüquq  düşüncəsinin  -   hüququn  di­
namikasının  mühüm  aspektidir.  Hüququn  mahiyyəti  də  məhz  bu  kon­
tekstdə fəal hərəkət edən substansiya kimi açılır.1
Buna  görə  də  hüququn  funksiyasını  cəmiyyətin  və  onun  ayrı-ayrı 
komponentlərinin  sosiomədəni  reallığının  hüquqi  xarakterkstikası  kimi 
müəyyən  etmək  olar.  Hüququn  ətraf  mühitin  xarici  şəraiti  ilə,  ictimai 
mentalitetdə  baş  verən  proseslərlə  qarşılıqlı  əlaqəsi  nəticəsində  hüquqi 
sistemi  yeni  şəraitə  adaptasiya  edərək,  hüququn  fünksiyalarının  özləri də 
dəyişikliklərə məruz qalırlar.
Yuxanda göstərilənlərə uyğun olaraq belə bir qənaətə gəlmək olar ki, 
hüququn  funksiyaları  dedikdə,  hüququn  cəmiyyət  həyatındakı  mahiy­
yəti  və təyinatı  ilə müəyyən  edilən ictimai münasibətlərə yuridik təsirinin 
əsas istiqamətləri başa düşülür.
Rusiyalı  hüquqşünas-alim  V.V.Lazarev  hüququn  funksiyaları  ilə 
bağlı onun aşağıdakı  bir sıra xüsusiyyətlərini qeyd edir:
1)  hüququn  funksiyaları  onun  mahiyyətindən  törəmədir və hüququn 
cəmiyyətdəki  təyinatı  ilə müəyyən  edilirlər.  Funksiya -  bu, ictimai müna­
sibətlərdə hüququn mahiyyətinin «işıqlandırılmasıdır»;
2)  hüququn  funksiyaları  -   bu,  onun  ictimai  münasibətlərə  təsirinin 
elə istiqamətləridir ki,  onların həyata keçirilməsinə tələbat hüququn sosial 
hadisə kimi mövcudluğunun zəruriliyini doğurur;
3)  funksiyalar  hüququn  ən  mühüm,  başlıca  cəhətlərini  ifadə  edirlər 
və  onlar  cəmiyyətin  inkişafının  həmin  mərhələsində  hüququn  qarşısında 
duran köklü vəzifələrin həyata keçirilməsinə  istiqamətləndirilmişdir;
4)  hüququn  funksiyaları  onun  ictimai  münasibətlərin  müəyyən  nö­
vünü  qaydaya  salan  fəal  hərəkətinin  istiqamətlərindən  ibarətdirlər.  Ona 
görə  də  hüququn  funksiyalarının  on  mühüm  əlamətlərindən  biri  onun di- 
namizmi,  hərəkəti və qüvvəsidir;
5)  funksiyaların  zəruri  əlaməti  olan  daimilik  onun  fasiləsizliyini, 
qüvvəsinin uzunmüddotliliyini  səciyyələndirir.2
Hüququn  sosial  funksiyaları.  Sosial  institutda  xarici  təzahür  for­
manı  və  daxili  məzmunu  ayırmaq  olar.  Sosial  institut  zahirən  müəssiso-
1  Теория  государства  и  права:  К урс  лекций  /   П од  ред.  Н.И.М атузова  и  А.В.Малько. 
М„  ЮРИСТЬ,  1999,  с. 155.
" Лазсрсв  В.В.  Общая теория  права  и государства.  М ., Ю РИСТЬ,  1996, с.124.
268
lərin  (təsisatların),  maliyyə  vəsaitlərinin  və  maddi  vəsaitlərin,  kadr  ehti­
yatlarının  məcmusundan  ibarətdir.  Sosial  institutların  daxili  cəhəti  isə 
müəyyən  funksiyaların  həyata  keçirilməsinə  görə məsul  olan  səlahiyyətli 
şəxslərin  standartlaşdırılmış  davranış  nümunələrinin  məcmusunu  təşkil 
edir. O, fərdləri və bütövlükdə cəmiyyəti antisosial davranışların müxtəlif 
təzahürlərindən  mühafizə  edərək,  sosial  sabitliyi  təmin  edir.  Hüquq 
ictimai  münasibətlərdə  sabitliyin  qarantı  qismində  çıxış  edir,  lliiquq nor­
maları  ictimai  münasibətlərin  bütün  mühüm  cəhətlərini  tənzimləyir,  döv­
lət  müəssisələrinin  və  təşkilatlarının  işinə  nəzarət  edir.  Hüquq  normativ 
bir  təsisat  kimi  dövlətin  və  fərdlorin  fəaliyyətində  mümkün  olanın  həd­
lərinə  nəzarət  edərək  cəmiyyətin  strukturlarının  formalaşmasında  iştirak 
edir.  Hüquq cəmiyyətdə  fəaliyyət göstərən  sosial  nəzarətin  bir hissəsidir. 
Hüquq  cəmiyyətin  siyasi  həyatı  ilə  sıx  bağlıdır  və  o,  siyasətin  aləti  qis­
mində çıxış edir.  Nəhayət,  hüquq cəmiyyət üçün  səciyyəvi  olan dəyərləri 
əks  və  təcəssüm  etdirərək,  cəmiyyətin  dəyərlər  sisteminin  tərkib  hissəsi 
kimi çıxış edir.
Məlum  olduğu  kimi,  hüququn  cəmiyyətdəki  statusu  bir-birinə  sıx 
bağlı olan iki ölçü ilə -  ümumsosial  və yuridik ölçü ilə səciyyələndirilir.
Hüquqa  ümumsosial  ölçüdə  ictimai  münasibətlərin  bütün  komplek­
sinə  geniş  qeyri-formal  təsir  göstərən  mədəni  hadisə  qismində  baxılır. 
Hüquq,  yuridik  ölçüdə  ancaq  xüsusi,  özünə  xas  olan  vasitələr  sistemi 
çərçivəsində realizə olunur.
Buna  görə  də  hüquq  ümumsosial  funksiyalar  içərisində  aşağıda­
kılarla fərqləndirilir:
1)  hüququn  mədəni-tarixi  funksiyası.  Hüquq  milli  mədəniyyət  və 
dünya  mədəniyyəti  hadisəsi  olmaqla,  xalqın  və  insanlığın  mənəvi  dəyər­
lərini  və nailiyyətlərini  özünə xas olan  normativ  formada  akkumulyasiya 
edir.  Həmin mənəvi  dəyərlərə insan  hüquqları,  demokratiya  (xal  hakimiy­
yəti), cəmiyyətin əxlaqi  (mənəvi) dayaqları  və sosial  ədalət aiddir;
2)  hüququn  tərbiyəvi  funksiyası.  Hüquq  cəmiyyətin  digər  normativ 
sistemləri  ilə -  ənənə (adət), mənəvi, dini (konfesional) sistemilə sıx əlaqədə 
olan sosial tənzimləyici  qismində həm  ayn-ayrı  normalar,  institutlar və nıc- 
xanizmlər  (qadağanlar,  icazələr,  ədalət  mühakiməsinin  həyata  keçirilməsi, 
hüquqi müdafiə, cinayət cəzası) vasitəsilə, həm do ölkənin mənəvi  həyatının 
müstəqil amili kimi subyektlərin davranışına tərbiyəvi təsir göstərir;
3)  hüququn  sosial  nəzarət  funksiyası.  Hüquq  bu  istiqamətdə,  bir 
tərəfdən stimullaşdırma,  həvəsləndirmə (əxlaqi,  maddi mükafatlandırma),
269


digər tərəfdən  isə  bu  və ya  digər davranışı  məhdudlaşdırma  (hüquqazidd 
hərəkətlərin  edilməsini  dayandırma,  saxlama)  vasitəsi  qismində  subyekt­
lərin  davranışına  təsir  göstərir.  Qeyd  etmək  lazımdır  ki, bu  halda  söhbət 
hüququn qüvvəsinin (fəaliyyətinin) məhz ümumsosial  mexanizmi haqqın­
da  gedir və bu  zaman  hələ  davranışa görə  sosial  nəzarətin  xüsusi-yuridik 
alətlərindən  istifadə  edilmir,  yəni  davranışa  görə  məcburiyyət  tədbirləri 
tətbiq olunmur;
4)  hüququn  infrormasiya-yönəldici funksiyası.  Hüquq subyektlərin 
-  həmin konkret cəmiyyətdə təşkilatların,  fiziki  şəxslərin əxlaqi yönümü- 
nün  qüdrətli  mənbəyi  kimi  çıxış  edir.  Bu  mənada  hüququn  funksiyaları 
htiquqauyğun  davranışın  subyektiv  cəhətinin  sosial  faydalı,  müsbət  isti­
qamətini  formalaşdirmaqdan ibarətdir.  İnsanlar öz məkbələri  -  qanunlar, 
qərarlar,  fərmanlar və s.  vasitəsilə bu və ya digər davranışın  sosial  müm­
künlükləri  haqqında  informasiya  əldə  edir.  Bu  da  öz  növbəsində  onlara 
mövcud  hüquq  qaydası  çərçivəsində  qarşılarında  duran  məqsədlərə  nail 
olmaqda kömək edir.
Hüququn  tənzimləyici  funksiyası.  Hüququn  tənzimləyici  funksi­
yasının  mahiyyəti  hüququn  başlıca  sosial  təyinatında  -   ictimai  münasi­
bətləri  tənzimləmək  toyinatındadır.  Hüququn  tənzimləyici  funksiyası 
aşağıdakılarda təzahür edir:
a) hüquq münasibətlərinin  subyektiv tərkibini rəsmiləşdirmək;
b) həyati  halların (hüquqi  faktların) dairəsini müəyyən etmək;
c)  hüquq  münasibətlərin  iştirakçılarının  (subyektlərinin)  hüquq  və 
vəzifələrini  formalaşdırmaq.
Hüququn  tənzimləyici  funksiyasının  əsasını  səlahiyyətverici  (icazə- 
vcrici) və vəzifəvcrici (göstorişvcrici) yuridik normalar təşkil edir.
Hüququn  tənzimləyici  funksiyasının  özünün  də  iki  növü  -   tənzim­
ləyici-statik  funksiya  və  tənzimləyici-dinamik  funksiya  fərqləndirilir.1 
Tənzimləyici-statik  funksiya,  yaxud  ictimai  münasibətlərin  möhkəm­
ləndirilməsi  və  sabitləşdirilmosi  funksiyası  müxtəlif subyektlərin  ictimai 
statusunun  müəyyən  edilməsi  zamanı  daha  müfəssəl  və  ətraflı  ifadə 
olunur.  Tənzimləyici-dinamik  funksiyanın  köməyilə  isə  hüquq  insanların 
gələcək davranışının necə olmalı  olduğunu müəyyən edir.
Hüququn  mühafizəcdici  funksiyası.  IUiququn  bu  funksiyası  onu 
sosial  tənzimləmənin  digər  sistemlərindən  fərqləndirir.  Belə  ki,  hüququn
1  Теория  государства  и  нрава:  Учебник  //  Под  рсд.В.М.Корсльского  и  В.Д.Перс-
валова.  М ,  ИНФРЛ-М-НОРМЛ,  1997, с.241.
270
bu  funksiyası  icrası  dövlət  məcburiyyətilə  təminatlandırılan  fərdi  haki­
miyyət qərarlarını  qəbul  edən dövlət orqanları  tərəfindən  həyata  keçirilir. 
Hüququn  mühafizəcdici  funksiyası  bir  tənzimləyici  kimi  hüquqda  sabit­
liyin,  müfəssəl  və  aydın  reqlamentin,  dəqiq  prosedurun  işlənib  hazır­
lanmasına yardım edir.
Hüququn  mühafizəcdici  funksiyası  xüsusi  mühafizəcdici  norma­
ların, eləcə  də  mühafizəcdici  rccimdə qüvvədə  (fəaliyyətdə) olan  tənzim­
ləyici  normaların  tətbiq  edilməsi  yolu  ilə  realizə  olunur.  Tənzimləyici 
normalar  subyektiv  hüquqların  pozulduğu  hallarda  onların  müdafiəsi  və 
belə müdafiə üçün səlahiyyətli  dövlət orqanlarına müraciət edildiyi  (iddia 
tələbi qaldırıldığı) zaman tətbiq edilirlər.
Hüququn  qiymətləndirici  funksiyası.  Hüququn  qiymətləndirini 
funksiyası  kiminsə  qərarlarının  hüquqauyğunluğu  və  ya  qeyri-hüquqiliyi 
kriteriyası  qismində çıxış  etməkdə  hüquqa  imkan  yaradır.  Əgər  insan  hü- 
quqauyğun  hərəkət  edirsə, dövlət və cəmiyyət  ona  öz  iradlarını  bildirmə­
məlidir. İnsan fəaliyyətdə, hərəkətdə olan məsul  varlıqdır.  Bu pozitiv  mə­
suliyyət  neqativ  yuridik  məsuliyyəti  istisna  edir.  Deməli,  «hüquq  onun 
sahibinə, habelə qərarların (hərəkətlərin) yuridik əsası olana hərəkət azad­
lığı  verir,  insanı  onların  qəbulunun  (edilməsinin)  xoşagəlməz  sosial  nəti­
cələrindən mühafizə edir və qoruyur.»1
Hüququn  qiymətləndirici  funksiyasının  realizəsində  mühafizəcdici 
və  həvəsləndirici  normalar  xüsusi  rol  oynayırlar.  Bu  normalarda  ümumi 
şəkildə  bu və digər mümkün  hərəkətlərin  müsbət  və  ya  mənfi  qiymətlən­
dirilməsi  ehtiva  edir.  Həmin normaların  tətbiqi  prosesində  hərəkətin  (xə­
tanın) normativ qiymətləndirilməsi  konkretləşdirilir, yuridik  məsuliyyətin 
və  ya  həvəsləndirmənin  (məsələn,  məhkəmənin  hökmü  ilə  cinayət  cə­
zasının  təyin  edilməsi,  Prezidentin  fərmanı  ilə  ordenlə  təltif etmə  və  s.) 
fərdi tədbiri müəyyən edilir.
6.  Cəmiyyət və onun  tarixi pillələri
Cəmiyyət  müasir  dünyanın  sosial  strukturunun  on  geniş  və  mürəkkəb 
tipidir.  Cəmiyyət  dedikdə,  birgə  əraziyə,  ümumi  mədəni  dəyərlərə  və  sosial 
normalara,  hüquq normalarına  malik  olan,  öz üzvlərinin  dərk  etdiyi  sosiomə-
!  Теория  государства  и  права:  Учебник  //  Под  рсд.В.М.Корельского  и  В.Д.Пс-
ревалова.  М.,  ИНФРЛ-М-НОРМЛ,  1997,  с.243.
271


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə