R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə68/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   64   65   66   67   68   69   70   71   ...   131

həmin  forddo  nisbi  narazılıq  hissləri  baş  qaldırır.  Belə  narazılıqlar  adətən, 
fərdin  öz  referent  qrupunda  artıq malik  olduqları  ilə üzv  olmaq  istədiyi re­
ferent qrupundan gözlədikləri arasında mövcud olan fərqlərlə bağlı meydana 
çıxır.  Deməli,  referent  qrup  anlayışında  sosial  dəyişikliklərin  başa  düşül­
məsinin açan ehtiva olunur.  Bununla belə, heç də bütün referent qruplannın 
hamısı müsbət qrup qismində dəyərləndirilə bilməz. Müsbət referent qruplan 
ilə  yanaşı  mənfi  referent  qruplarının  mövcudluğu  da  istisna  oluna  bilməz. 
Buna  görə  də  mənfi  referent qruplan  -  sosial  vahidləri  müqayisə  etmək  və 
onlann arasındakı fərqləri müəyyənləşdirmək lazımdır.
Qrupların  əksəriyyətində  ümumi,  yəni  bütün  cəmiyyət  üzvləri  tərə­
findən  tanınan  normalar  fəaliyyət  göstərirlər,  çünki  həmin  normaların 
qrupların  daxili  həyatı  üçün  əhəmiyyəti  vardır.  Müvafiq  referent  qrup 
həmçinin  də  digər  normalara  əməl  olunmasına  əhəmiyyət  verir.  Bunlar 
qrupun  daxili  həyatında  bilavasitə  rol  oynamayan,  yaxud  onlara  əməl 
edilməsi elə bir əhəmiyyət kəsb etməyən normalardır.
Xüsusi  olaraq  referent  qrupun  həyatına  bilavasitə  aid  olan  normalar 
da  mövcuddur.  Lakin  belə  normaların  əksəriyyəti  qeyri-oricinaldır.  Cə­
miyyət  ümiyyotlo,  qrupların  və ya  qrupların  müəyyən  növünün,  məsələn, 
ailənin  həyatına  aid  olan  bir  sıra  normaları  ənənəyə  uyğun  olaraq  miras 
qismində  qəbul  edir.  Müəyyən  növ  qruplar  üçün  qüvvədə  olan  həmin 
normaların  bəzisi  (ailə  hüququna  aid  normalar,  birliklərin,  ittifaqların  və 
korporasiyaların  fəaliyyətini  tənzimləyən  hüquq  normalarının  məcmusu) 
hüquqi cəhətdən rəsmiləşdirilir və ayrı-ayrı  qruplar üçün müəyyən edilir.
Bəzi  normalar qruplar tərəfindən  onların  özləri  üçün  müəyyən  edilir. 
Söhbət,  hər şeydən  əvvəl, bütün  qruplarda  təxminən  bir-birinə oxşar olan 
həmrəylik normaları  haqqında  gedir.  Lakin  belə normalara  əməl  edilməsi 
yalnız  müvafiq  qrupların  üzvlərinə  aid  olunur.  Şahmat  klubunun  bəzi 
inadkar  üzvlərinə  görə  dağılmağa  doğru  getməsi  başqa  qrupları  və  ya 
bütövlükdə cəmiyyəti  az maraqlandırır.  Əlbəttə ki, belə vəziyyətdə dövlət 
ədliyyəsi  şahmat  klubunun  bağlanması  zamanı  ittifaqın  əmlakı  barəsində 
qanunsuz hərəkətlərin törədilməməsinə nəzarət edir.
Referent  qrupların  bəzisi  öz  məzmununa  görə  adətən,  cəmiyyətdə 
mövcud olan normalardan fərqlənən normalara malikdirlər.  Məsələn, hər­
bi  alaym  zabit  heyətinin  kiçik  qruplarının  şərəfi  haqqında  təsəvvürlər 
prinsip  etibarilə  bütün  cəmiyyətin  şərəf barəsində  təsəvvürlərinə  yönəl­
dilir.  Çünki  zabit  şərəfinin  pozulmasının  nə  ilə  nəticələnə  biləcəyini 
cəmiyyətdə kifayət qədər yaxşı  dərk edirlər.
260
Yuxanda  göstərilənlərlə  yanaşı,  spesifik  qrup  normaları  da  möv­
cuddur.  Bu  qəbildən  olan  normalar  cəmiyyətin  normativ  strukturundan 
tamamilə  yayınır  və  ya  hətta  onunla  ziddiyyət  təşkil  edirlər.  Belə  halda 
referent qrupun  «lokal  mədəniyyəti»  «submədəniyyət»  formasında  təsbit 
edilə bilər.
5.  Sosial institutlar
Sosial  qruplar ələlxüsus  institusional  həyatda özlərinə məxsus xüsusi 
yer tuturlar. Müasir tədqiqatçı-sosioloqlar sosial  institutlara insanın həyati 
fəaliyyətinin  müxtəlif sferalarını  tənzimləyən  normaların,  qaydaların  və 
rəmzlərin  sabit  kompleksi  kimi  yanaşırlar.  Onların  fikrincə,  sosial  in­
stitutlar  sosial  rolların  və  statusların  sistemindən  ibarətdir.  Fərdlər  məhz 
bütün bunların  köməyilə əsas həyati və sosial tələbatlarını ödəyirlər.
Müasir sosiologiya  institutlara rolların təkcə qarşılıqlı  əlaqəli  sistemi 
kimi  deyil,  həm  də  terminlərdə  formal  və  qeyri-formal  təşkilatlar  qis­
mində  baxır.  Sosiologiya  ədəbiyyatında  (o  cümlədən  xarici  ölkə  ədəbiy­
yatlarında) təşəkkül  tapmış  möhkəm  ənənəyə  görə,  sosial  institut həm  də 
sosial təşkilat'  hesab olunur.
Sosiologiya  dərsliklərində  verilən  tərifə  uyğun  olaraq  sosial  təşkilat 
dedikdə,  adamların  qarşılıqlı  fəaliyyətinin  konkret  məqsədlərinin  əlaqə­
ləndirilən  və  həmin  məqsədlərə  nail  olunmasına  yönəldilən  sərt  qaydaya 
salınan, tənzimlənən  formada birgə  fəaliyyət üsulu  başa düşülür.1
 2
«Təşkilat»  sözü  dilimizə  fransız dilindən  keçmişdir.  Həmin  söz fran­
sız dilinə  latın  dilindən  keçmə sözdür.  «Təşkilat» sözü  latınca  «organizo» 
sözündəndir  və  dilimizə  «nizami  görkəm  verirəm»,  «qaydaya  salıram» 
mənasında  tərcümə  olunur.  Sosial  təşkilat  dedikdə,  dağınıq,  pərakəndo 
fərdlərə əlçatmaz olan  nəticələrə nail  olunması  üçün  biri-birilə  müntəzəm 
qarşılıqlı  əlaqədə  olan  fərdlərin,  rolların  və  digər  elementlərin  məcmusu 
başa  düşülür.  Qeyd  etmək  zəruridir  ki,  bu  tərif Qərbi  Avropa  mütəxəs­
sislərinə (M.Nyuport,  R.Trcvata,  D.Biddl,  R.Evendcn) məxsusdur.
Sosial  institut  özündə  həm  mədəni  modellər  (nümunələr)  anlayışını, 
həm  də sosial  struktur anlayışını  ehtiva edir.  Deməli, aşağıdakılar  institut 
hesab olunurlar:
1  Комаров  M.C.  Введение  в социологию.  M.,  Наука.  1994.  с. 194.
2  Кравченко  А.И.  Социология:  Учебник.  М.,  2008.  с.204.
261


1)  ictimai  həyat  problemlərinin  həlli  zamanı  insanlar  üçün  yönümə 
xidmət edən çox və ya az standarth qərarlar (mədəni modellər);
2)  insanlar  tərəfindən  göstərilən  qərarların  (mədəni  modellərin) 
realizəsinin  faktiki  olaraq  həyata  keçirildiyi  zaman  bilavasitə  insanların 
özünü xarakterizə edən münasibətlərin nisbi sabit sistemləri.
Bu  mənada  mədəni  modellərin  (qaydalar,  dəyərlər  və  rəmzlər  kül­
liyyatı)  məcmusu  müəyyən  bir  fərddən  (məsələn,  dövlət  məmurundan) 
digər  şəxslərə  (məsələn,  tabeliyində  olan  işçilərə,  ona  müraciət  edən kə­
nar  vətəndaşlara)  münasibətdə  gözlənilən  davranışı  müəyyən  edir.  Mə­
dəni  modellərin  bu  dəsti  fərdin  münasibətlər  sistemindəki  yerini 
müəyyənləşdirir.  Bu nöqteyi-nəzərdən sosial institut anlayışı «o deməkdir 
ki,  həmin  tipdən  olan  adamlar  (status)  kimi  bizdən  gözlənilən  davranışı 
müəyyən  edən  qarşılıqlı  anlaşma  (mədəni  modellər)  əsasında  bir- 
birimizlə qarşılıqlı  fəaliyyətdə  (rol oynadığımız) olduğumuz münasibətlər 
(qruplar)  sistemi  daxilində birləşmişik».1
İnstitusiyalaşma  -  bu,  müəyyən  tələbatın  xüsusi  deyil,  ümumsosial 
tələbat  kimi  dərk  edilməyə  və  onun  realizəsi  üçün  cəmiyyətdə  xüsusi 
davranış  normalarının  müəyyən  edilməyə,  kadrların  hazırlanmasına  və 
resursların ayrılmasına başlanıldığı vaxt yaranan prosesdir.2
Hüquq  sosiologiyası  ədəbiyyatında  institusiyalaşma  prosesini  doğu­
ran  aşağıdakı  bir  sıra  mühüm  sosial  tələbatların  müəyyən  edildiyi  qeyd 
olunur:
1)  kom m unikasiyalara  (dilə,  təhsilə,  rabitəyə,  nəqliyyata)  olan 
tələbat;
2) məhsulların  istehsalına və xidmətlər göstərilməsinə olan tələbat;
3) maddi  nemətlərin  bölgüsünə  (mən  imtiyazlara) olan tələbat;
4)  vətəndaşların  təhlükəsizliyinə,  onların  həyat  və  güzəranının  mü­
dafiəsinə olan tələbat;
5)  qeyri-bərabərlik  sisteminin  dəstəklənməsinə  (müxtəlif  krite- 
riyalardan  asılı  olaraq,  ictimai  qrupların  mövqelər,  statuslar  üzrə yerləş­
dirilməsi) olan tələbat;
6) cəmiyyət üzvlərinin davranışına sosial nəzarətə (din, əxlaq, hüquq, 
penitensiar sistem)  olan tələbat.3
Hər  cür insan  fəaliyyəti  vərdişləşməyə, yəni  bir növ adətkarlığa mo-
1 Касьянов  B .B.,  Нечипурснко В .И .  G ö st.k ita b , s.209.
2 Yens orada, s.210.
3 Yeno orada.
262
ruz  qalır.  Məhz  ləkrarlıq  invariant  məqamlarına  yönələn  hərəkətləri, 
fəaliyyəti  stnıkturlaşdırır.  Belə  təkrarlar  nəticəsində  müxtəlif  variantlı 
məqamlar  sonradan  nümunəyə  çevrilir.  Həmin  prosesdə  nümunələrin 
meydana  çıxmasına  artıq  az güc  sərf olunur.  Bu  isə  öz növbəsində  insti­
tusiyalaşma -- sosial  institutların yaranması prosesinin əsasını təşkil edir.
Təsadüfi  deyildir  ki,  vərdişloşmiş  hərəkətlərin  ancaq  tipikləşməyə 
məruz  qaldığı  yerdə  institusiyalaşma  prosesi  haqqında  danışmaq  olar. 
İnstitusiyalaşma  sosial  normaların,  qaydaların,  statusların  və  rolların 
müəyyən  edilməsi  və  möhkəmləndirilməsi,  onların  sistemə  salınması 
prosesindən  ibarətdir.  Məlız  belə  sistem  bu  və  ya  digər  sosial  tələbatın 
təmin  olunması  istiqamətində  hərəkət  etmək  qabiliyyətinə  malikdir. 
P.Bcrgcr və T.Lukman yazır ki, institusiyalaşma gözlənilən, modelləşdiri­
lən  və  tənzimlənən  spontan  və  eksperimental  davranışın  əvəz  olunma­
sıdır.  İnstitut bu və ya digər hərəkəti  və rolları  müəyyən  fordlərə  və sosial 
qruplara  həvalə  edir.  Məsələn,  hüquq  institutunun  müəyyən  etdiyi  qay­
daya  uyğun  olaraq  müəyyən  edilmiş  yerdə  və  müəyyən  olunmuş  iisulla 
vurulmalı  və  bunu  müəyyən  tipdən  olan  adam  -   deyək  ki,  cəllad  et­
məlidir.1  Ölüm  cəzasının  ləğv  edildiyi  şəraitdə  artıq  belə  tipdən  olan 
adam  ehtiyacın  qalmayacağı  məsələnin  başqa  cəhətidir.  Burada  təkcə 
sosial  institutun  müəyyən  prosedurunun  yerinə  yetirilməsində  müəyyən 
rolu  olan  insan  tipi  (bu  mənada  cəllad)  deyil,  həm  də  ölüm  cəzasının 
icrasında  tətbiq  olunan  vasitələr  nəzərdə  tutulur.  Məsələn,  XX  yüzilliyin 
80-ci  illərindən  başlayaraq  Qərbi  Avropa  ölkələrində  bir-birinin  ardınca 
ölüm  cəzasının  ləğv  olunması  Fransada  gilyotinə,  ABŞ-da  elektrik  (əl­
bəttə  ki,  ölüm  cəzasının  icrasına  qadağan  qoyulduğu  bir  sıra  ştatlarda) 
stuluna artıq ehtiyacın qalmadığını göstərir.
Deməli,  sosial  institut  «...cəmiyyətin  əsas  tələbatlarının  ödənilməsin 
də  dəyərli  ictimai  sərvət  və  prosedurları  özündə  birləşdirən  əlaqə  nor­
malarının  və  sosial  normaların  təşkil  olunmuş  sistemi  kimi  çıxış  edir. 
İstənilən  sosial  institut  bu  və  ya  digər  sosial  tələbatın  nəticəsi  kimi  ya­
ranır.  Tələbat  olmadıqda  və  ya  tədricən  yox  olduqda  həmin  institutun 
varlığı artıq  ictimai  həyatın  inkişafına  mane  olur və belə  institutlar sosial 
əlaqələrin  ətalətlilik  prinsipi  üzrə  bir  müddət  fəaliyyət  göstərsələr  də, 
əksər  hallarda  öz  fəaliyyətlərini  dayandırmalı  olurlar.2  Bu  bir  daha  şə-
1 Verqcr P.,  L uk m an T.  G ö st.  kitab,  s.92.
2 V ah id ov F .Q ., A ğ a y ev  T .B .  G öst.  kitab, s. 169-170.
263


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə