R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə69/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   65   66   67   68   69   70   71   72   ...   131

hadət  verir  ki,  sosial  institutlar  tarixən  dəyişkəndirlər  və  ictimai  sistemdə 
yaranan  ehtiyac  vo  tolobatlann  dinamikası,  cloco do  öz  daxilində olan ziddiy­
yətlər  hesabına  inkişaf edirlər.  Ona  görə  do  konkret  sosial  institutun  sivili­
zasiyalı  meqasistemo  kifayət  qədər səmərəli  xidmət  göstənnəkdən  dayandığı 
zaman  dəyişən  normativ-dəyərli  standartlara  müvafıqliyi  məqsədilə  həmin 
sosial institutun struktur-funksional cəhətdən yenidən təşkili zərurəti yaranır.
İnstilusiyalaşma  prosesi  həmişə  vo  hər yerdə  dünya  sivilizasiyasının 
inkişafının  əsas,  magistral  istiqamətlərindən  biri  olmuşdur.  Bu,  sosial 
institutların  başlıca  təyinatıdır.  Sosial  institutlar  kütlənin  təbii  enerjisini 
normativ  başlanğıclara  tabe  etməyin  zəruri  olduğu  yerdə  yaranmışdır. 
Amorf birliklər  məhz sosial  institutların  köməyilə  məqsədyönlü  fəaliyyət 
göstərən  sosial  sistemlərin  xassələrini  əldə  etmişlər.  Sosial  institutlar 
sivilizasiyalı  sistemlərə  nəinki  subyektlər  tərəfindən  xarici  normativ 
göstərişlərin  icrası  vasitəsilə  cntropiyanın  artan  təhlükəsinə  qarşı  uğurla 
dayanmağa,  həmçinin  do  bu  subyektlərin  davranışının  sosial  motivlərinə 
yönəldici,  istiqamətverici  və  tənzimləyici  təsir  göstərən  dəyərlər  vasi­
təsilə təsir etməyə  imkan verirlər.
Sosial  institutlar  tərəfindən  yerinə  yetirilən  on  ümumi  funksiyalara 
aşağıdakılar aid edilir:
1)  müəyyən  tip  sosial  münasibətlərin  yenidən  yaradılması,  vətən­
daşların iqtisadi,  siyasi vo sosiomədəni  həyatının təşkil edilməsi;
2) sosial subyektlərin fərdi vo qrup davranışının nonuativ tənzimlənməsi;
3) kommunikasiyanın,  inteqrasiyanın  təmin olunması vo sosial əlaqə­
lərin möhkəmləndirilməsi;
4) sosial təcrübənin toplanması, qoaınması və nosildo-noslə verilməsi.
Sosial  institutların  bütün  funksiyaları  bir  başlıca  məqsədə  nail  olun­
masına -   ictimai  orqanizmi  sabit qayda vəziyyətində vo yüksək həyati qabi­
liyyət  səviyyəsində  müdafiə  etməyə,  saxlamağa  yönəldilmişdir.  İstənilən 
ciddi  çatışmazlıq və ya institusional  səviyyədə aşkar olunan pozuntu sosium 
(cəmiyyət) üçün ağır, bəzən qarşısıalınmaz çətinliklərlə nəticələnə bilər.
Müasir  cəmiyyət  onda  mövcud  olan  sosial  institutların  və  sosial  in­
stitutlar sisteminin artması vo mürəkkəbləşməsi  ilə səciyyələndirilir. Əgər 
müasir cəmiyyətin  siyasi  institutlarına diqqət yetirilərsə,  aparıcı  hakimiy­
yət  institutları  ilə  yanaşı,  praktikada  siyasi  nümayəndəliyin  demokratik 
institutları,  prezidentlik,  hakimiyyətin  bölgüsü,  yerli  özünüidarə,  parla- 
mentarizm  və  s.  sabit  (institusional)  institutları  da  görmək  və  fərqlən­
dirmək olar.
264
Cəmiyyətin  hüquq  institutları  sistemində  başlıca  olmayan  məhkəmə 
hakimiyyəti,  məhkəmə  ekspertizası,  mühakimə  icraatı  vəkillik,  andlı  ic- 
lasçılar vo s. bu kimi  institutlar fərqləndirilir.
Cəmiyyətin  sosial  institutlarını  aşağıdakı kimi də təsnif'etmək  olar:
1) relyasiya (məlumat) institutları;
2) tənzimləyici  institutlar;
3) inteqrativ institutlar;
4) formal institutlar;
5) qeyri-formal institutlar;
6) iqtisadi  institutlar;
7) siyasi  institutlar;
8) hüquq  institutları;
9) sosiomədəni  və tərbiyəcdici  institutlar.
Relyasiya  (məlumat)  institutları  sosial  həyatı  sosial  rolların  yaşa, 
cinsə,  mədəni-təhsil  səviyyəsinə  uyğun  olmasına  göz  qoyan  rollu  müna­
sibətlərin  struktur  nizamiliyinə  nəzarət  hesabına  tənzim  etməyə  imkan 
verən institutlardır.
Tənzimlənici institutlar dedikdə,  ümıımən  qəbul  olunmuş  normalar­
dan  sosial  yayınmaların  mümkün  hədlərini  müəyyən  edən  və  belə 
normaların  pozulmamasına görə cəza  tədbirləri  (o cümlədən  məcburiyyət 
tədbirləri) nəzərdə tutan  institutlar nəzərdə tutulur.
İnteqrativ  institutlar bir tam kimi sosiumun (cəmiyyətin) mənafelə­
rinin və maraqlarının  təmin olunmasına cavab verən  institutlardır.
Cəmiyyətin  sosial  institutlarına  digər  tipoloci  yanaşma  formal  və 
qeyri-formal  sosial institutları  fərqləndirməyə  imkan  vcıir.
Formal  institutlar  dedikdə,  konkret  sosial  strukturlarla  bilavasitə 
bağlı  olan  və  onlara  arxalanan  institutlar  başa  düşülür.  Bu  institutlar  hər 
şeydən əvvəl, ali dövlət rəhbərliyinin təşəbbüsü  ilə yaradılırlar.  Bu  zaman 
ali  dövlət  rəhbərliyi  uğurlu  fəaliyyət  göstərmələri  üçün  onları  zəruri  olan 
hər  şcylə  təmin  etməyə  cəhd  göstərir.  Ali  hakimiyyət  tərəfindən  bu 
institutlara  verilən  başlıca  tələblər  onların  fəaliyyətinin  dövlətin  köklü 
mənafelərinə  uyğunluluğunu  təmiıı  etməkdən  ibarətdir.  Müasir  siviliza­
siyalı  dövlətlərdə  qeyd  olunan  tələbə  daha bir tələb  də  əlavə  olunur.  Hə­
min  tələb  sosial  institutların  fəaliyyətinin  vətəndaş  cəmiyyətinin  əsas 
həyati mənafeləri və tələbatları  əksi  istiqamətində getməsinin qarşısını  al­
maqdan ibarətdir.
265


Formal  institutların  fəaliyyətini  xüsusi  peşə  hazırlığına  malik,  rolla­
rın,  funksiyaların  və  vəzifələrin  dürüst  bölgüsü  prinsiplərinə  tabe  olan 
fiziki  şəxslər  tərəfindən  təmin  olunur.  Bütövlükdə  hər  bir  institutun 
fəaliyyətində  olduğu  kimi,  bu  peşəkarların  da  hərəkətlərinə  sərt  formal 
normativ göstərişlər vasitəsilə nəzarət olunur.
Qeyri-formal institutlar təbii, yəni  dövlət strukturları və hakimiyyət 
iradəsilə  yanaşı  yaranırlar.  Qeyri-formal  institutlar  müxtəlifmiqyaslı  sis­
temlərin  özüniitəşkil indən  ibarətdir.  Onların  təşkili  prinsipləri  həm  sərt, 
həm do  kifayət qədər çevik ola bilərlər. Qeyri-formal  institutların məqsəd 
və  vəzifələri  dövlətin  və  vətəndaş  cəmiyyətinin  maraqlarına  həm  cavab 
verə, həm do onlara zidd ola bilər.  Belə bir kolliziyalar da mümkündür ki, 
hansısa  konkret  qeyri-formal  institutun  fəaliyyəti  dövlətin  mənafelərinə 
cavab  verir,  lakin  bu  zaman  həmin  fəaliyyət  vətəndaş  cəmiyyətinin 
maraqları  ilə  uzlaşmır,  yaxud bunun  əksi  do  olur.  Məsələn,  qan  intiqamı, 
duel,  fahişolik  və  cinayətkarlıq  dövlətin  maraqlarına  açıqca  ziddir.  Tu­
rizm, dostluq,  idman  kimi  qeyri-fonnal  institutların  fəaliyyəti ilk növbədə 
vətəndaş cəmiyyətinin,  sonra isə dövlətin maraqlarına cavab verir.
İqtisadi  institutlar  özündə  insan  fəaliyyətinin  əməyin,  istehsalın 
təşkili,  mülkiyyətin  fəaliyyəti,  istehsalat  məhsullarının  bölgüsü,  ticarət, 
maliyyə axınlarının tənzim edilməsi və s.  bu kimi sferalarını ehtiva edir.
Siyasi  institutlar  dövlətdə  və  cəmiyyətdə  hakimiyyət münasibətlərinin 
tənziminə  yönəldilən  sosial  strukturlardan  ibarətdir.  Bu,  ilk  növbədə  iki 
nəhəng makroinstitutu -  dövləti  və vətəndaş cəmiyyətini təşkil edir.  Dövlət 
özündə hökumət, parlament, dövlət bürokratiyası, ordu, müxtəlifmiqyaslı si­
yasi təşkilatlar kimi  institutları ehtiva edir.  Siyasi həyatda fəal iştirak edən və 
xüsusi  şəxslər kimi  fərdlərin mənafelərini  dəstəkləyən müxtəlif qeyri-dövlət 
strukturları vətəndaş cəmiyyətinə aid edilirlər.
Cəmiyyətdə qanunçuluğu  və  hüquq qaydasını  təmin edən hüquq in­
stitutları  sosial  institutların  xüsusi  növünü  təşkil  edirlər.  Hüquq  insti­
tutları  öz  tərkibində  peşə  əlamətlərinə  və  ictimai  qaydanın  mühafizəsi 
üzrə vəzifələrin həlli  ümumiliyinə  görə böyük sayda  insanları birləşdirən 
sosial  orqanizmdirlər.  Bu  institutların  tərkibinə  daxili  işlər,  məhkəmə və 
prokurorluq orqanları, penitensiar müəssisələrin sistemi daxildir.
Hüquq  institutlarının  fəaliyyəti  ümumdövlət  normativ  sənədlərilə  req- 
lamentləşdirilir.  Əməkdaşlann  münasibətləri  iyerarxiya  və  ciddi  sub­
ordinasiya  prinsiplərinə  tabedir.  Belə  tabelik  yuxarıların  aşağıların  fəaliy­
yətini istiqamətləndirməsinə və onların işlərinə nəzarət etməsinə əsaslanır.
266
Eyniciıısli  ictimai  münasibətləri  tənzimləyən  və  müvafiq  hüquq  sa­
həsinə  daxil  olan  yuridik  normalar  qrupları  ayrıca  institutlar  hesab  olu­
nurlar.  Məsələn,  cinayət  hüququnda  cinayət,  cəza,  məsuliyyətdən  və  cə­
zadan  azad  etmə,  zəruri  müdafiə,  aıılaqsızlıq,  mülki  hüquqda  alqı-satqı, 
bağışlama, ailə hüququnda nikah, boşanma və s.  institutlar mövcuddur.
Sosiomədəni  və  tərbiyəedici  institutlar sosiallaşma,  təhsil  və  tərbi­
yə  funksiyalarını  yerinə  yetirirlər.  Bu  institutlar  özündə  uşaq  müəssisə­
lərini,  orta  məktəbləri,  ali  təhsil  müəssisələrini,  mədəniyyət  evlərini, 
teatrları,  kitabxanaları,  muzeyləri,  konsert  zallarını  və  s.  ehtiva  edirlər. 
Vətəndaşların  mənəvi  tələbatlarına  xidmət  edən  məscidlər  və  digər  dini 
mərkəzlər də bu  institutların tərkibinə daxildir.
Sosial  institutların  və  onlara  verilən  tələblərin  müxtəlifliyi  vətəndaş­
ları  böyük  sayda  institusional  rollara,  vərdişlərə  və  həmin  rolların  icrası 
vərdişlərinə yiyələnməyə  məcbur edir.  Əgər söhbət  siyasi  institutlar haq­
qında  gedərsə,  bunlar  seçicinin,  deputatın,  siyasi  partiya  iizvünün  ro­
lundan  ibarət  ola  bilər.  Hüquq  institutları  sferasında  belə  rollar  hüquqi 
şəxsin,  iddiaçının, cavabdehin, təqsirkarın, məhkum olunanın şəxsində tə­
zahür edirlər. Ailədə atanın, ərin, oğulun və s.  rolu mövcud olur.
Hüququn  funksiyaları.  Hüququn  fəal  rolu  onun  funksiyalarında, 
yəni  ictimai  münasibətlərin  təşkilində  (qaydaya  salınmasında)  hüququn 
rolunu  ifadə  edən  hüquqi  (əsirin  istiqamətlərində,  tən/.imedici  üsul  və 
vasitələrində  ifadə  olunur.1  Hüququn  funksiyalarının  yuridik  anlayışında 
ikili,  lakin  daxilən  qarşılıqlı  əlaqəli  məna  vardır.  Bu  mənalardan  biri 
hüququn  və  ya  müəyyən  hüquq  institutunun  həyata  keçirdiyi  roldan,  di­
gər isə subyektlərin davranışına  təsirin  hüquqi  tənzimlənməsinin  konkret 
istiqamətindən  ibarətdir.2
Hüququn  funksiyaları  kateqoriyasının  elmi  və  təcrübi  əhəmiyyəti 
vardır.  Həmin  kateqoriyanın  dəyəri  həm  hüquqi  tənzimetmənin  məqsəd­
lərinin  həyata  keçirilməsi  üzrə  subyektlərik  real  hərəkətlərinin  təsvirin­
dən,  həm  də  hüquq  normaları  ilə  hüquq  münasibətləri,  hüquqi  aktlarla 
digər  sosial  kontekstlər  arasında  asıldıqlann  aşkar  edilməsindən  iba­
rətdir.  Məhz  bunun  nəticəsində  hüququn  fəaliyyəti,  yəni  onun  müxtəlif 
sosial  dəyişikliklərə  necə  (hansı  həddə,  formalarda  və  hansı  metodlarla) 
təsir göstərməsi  haqqında təsəvvürlər yaranır.
1 Ткаечснко Ю.Г.  Методологические вопросы теории  правоотношений.  М.,  1980, с.34.
2  Радько  Т.Н.  Функции  нрава  /  Общая  теория  нрава:  Курс  лекций.  Нижний  Нов­
город,  1993, с.267.
267


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə