R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə67/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   63   64   65   66   67   68   69   70   ...   131

rini  rəhbər tutmaq  lazım gəldiyini bilməlidir.  Hakim eyni zamanda ədalət 
prinsiplərini  (yaranmış  situasiyalardan  asılı  olmayaraq)  həmişə  göz 
altında  saxlamalıdır.  Digər tərəfdən,  fərd  özünü  ancaq  o  rolla eyniləşdirə 
bilər  ki,  onun  «Mən»i  təbii  olaraq  və  heç  bir  təzyiq  olmadan  vahid  tamı 
yaratsın.  Lakin belə halda insanın başqa roldan  imtina etməsi təhlükəsi do 
yarana  bilər.  Məhz o  rollar mümkündür ki,  çoxsaylı  mütəşəkkil oyun mə­
kanları qoyurlar və daha dərin mənada özünü özgəninkiləşdirmə təhlükəsi 
doğururlar.
P.Berger  və  T.Lukmanm  yazdığı  kimi,  hər  cür  institusiyalaşdırılmış 
davranış  rollu  davranışdır.  «Rollar  iki  səviyyədə  institusional  qaydadan 
ibarətdir.  Əvvələn,  rolların icrası  özünü  təqdimetmə xarakterinə malikdir. 
Məsələn,  hökmün  çıxarılması  prosesində  iştirak  etmək,  deməli,  hakimin 
rolunu  təmsil  etmək  deməkdir.  Hökm  çıxaran  fərd  «öz  iradəsilə»  deyil, 
hakim  kimi  hərəkət  edir.  İkincisi,  rol  davranışın  institusional  şərtliliyin- 
don  ibarətdir.  Hakimin  rolu  digər  rollarla  bağlıdır.  Məhz  həmin  rollann 
məcmusu  hüquq  institutunu  təşkil  edir.  Hakim  bu  institutun nümayəndə­
sini  təmsil  edir.  Deməli,  institutun  rollarda  və rollar vasitəsilə reprezenta- 
siyası  «faq  eksscpcps»in  rcprczcntasiyasıdır.  Bütün  digər  reprezentasi- 
yalar məhz bundan asılıdır».1 2
Fəlsəfi  fikirdən  molumdur  ki,  insan  sosial  varlıqdır.  İnsanın  sosial- 
lığının  xeyli  hissəsi  sosial  rollarda  konkretləşir.  Sosiallaşma prosesi  əsa­
sən  sosial  rolların  öyrənilməsindən  ibarətdir.  Təcrid  edilməmiş  (yaxud 
özünü  təcrid  etməmiş)  sosial  subyekt  özünü  cəmiyyətdə  necə  apannağm 
lazım  olduğunu  öyrənir,  'fəlimin  bu  prosesində  sosial  subyekt  rollann 
daşıyıcısı  kimi  həm  də  yeni  rolları  öyrənməyi  mənimsəyir.  Həmin yeni 
rollar isə onun biliklərinin inkişafına kömək etməlidir.
Sosial  rolların  təhlilinin  hüquq  sosiologiyası  üçün  xüsusi əhəmiyyəti 
vardır.  Belə  ki,  həmin  təhlil  nəticəsində  cəmiyyətdə  obyektivloşdirilmiş 
sosial normalarla hüquq normaları  arasındakı  əlaqə aşkar edilir.
Sosial rolların kriminal  sosiosferdə  də  özünəməxsus xeyli  funksional 
vəzifələri  vardır.  Cinayətkar  birliklər,  mütəşəkkil  cinayətkar  dəstələr öz 
«fəaliyyətlərini»  xüsusi  rolların  sərt  və  çox  zaman  da  «ciddi»  bölgüsü 
əsasında  qururlar.  Belə  birlik  və  dəstələr  kriminal  əməliyyatların  həyata 
keçirilməsi  üçün  ilk  növbədə  öz  aləmlərində  onların  etimadını  doğrulda 
bilən  kadrları  seçir  və  yerləşdirir,  onların  hər  birinə  konkret  rollarının
1 Berqer P.,  Lukman T.  Göst.  kitab., s. 124-125.
2 5 6
nədən ibarət olduğunu  izah  cü.' !ər.  Rollarının  konkret olaraq nədən ibarət 
olduğunu  bilən  cinayətkar  bi-lik  və  ya  dəstə  üzvləri  bundan  sonra  kri­
minal  təcrübə  ilə yaxından  tanış  olurlar.  Cinayətkar birliklərin  və ya dəs­
tələrin  üzvləri  ciddi  rollu  cinayətkar  davranışı  yalnız  lazımi  qaydada 
mənimsədikdən  sonra  öz  «lidcrloriwnin  cinayətkar  göstərişlərinin  və 
konkret rollarının  icrasına başlayırlar.
4. Sosial qruplar
Son  illərdə  sosial  qrupların,  ilk  növbədə  azsaylı  qrupların  öyrənil­
məsilə  təkcə  sosioloqlar  deyil,  həmçinin  də  pedaqoqlar,  sosial  psixo­
loqlar, psixoterapevtlər və hətta teoloqlar məşğul olmağa başlamışlar.
Sosiologiya  dərs  vəsaitində  verilən  tərifə  görə,  «sosial  qrup  başqa­
larına  münasibətdə  qrup  üzvünün  hər  birinin  ümumi  marağını  nəzərə 
almaqla  fəaliyyət  göstərən  fərdləriıı  birliyidir».1  Tərifdən  göründüyü 
kimi,  heç  do  bütün  sosial  strukturlar qrup  xarakterinə  malik  deyillər.  So­
sial  qrup  haqqında  o  halda  danışmaq  olar  ki,  müvafiq  istehsal  sahəsinin 
işçiləri  və  ya  müəyyən  peşə  sahəsinin  əməkdaşları  həmkarlar  ittifaqları, 
yaxud  peşə  statusuna  malik  birlik yaratmış  olsunlar.  Deməli,  peşə  vəziy­
yəti qrupların  formalaşmasına əsas verir.
Hər  bir  fərd  həyatının  müxtəlif anlarında  bir  neçə  qrupun  iştirakçısı 
ola  bilər.  Sosial  qrupları  müxtəlif  meyarlara  görə  təsnif  etmək  müm­
kündür.  Təsnifat  əsas  qrup  növlərini  ayırmağa  və  fərqləndirməyə,  həm­
çinin  qrupdaxili  və  qruplararası  qarşılıqlı  münasibətlərin  müəyyən 
edilməsinə  imkan  verir.  Hər  bir  fərd  onun  mənsub  olduğu  bəzi  qruplar 
toplusunu  ayıra  və  onları  «mənim»  kimi  müəyyənləşdirə  bilər.  Bu  -  
«mənim  ailəm»,  «mənim  komandam»,  «mənim  dinim»  və  s.  ola  bilər. 
Belə  qruplar  inqrup  sayıla  bilər,  yəni  bəzilərində  fərd  özünün  mənsu­
biyyətini  hiss  edir,  digərlərində  isə  başqa  üzvlərlə  eyniləşərək  «biz» 
inqrupunun  üzvlərini  qiymətləndirir.  Fərdin  aid  olmadığı  digər  qruplar  -  
başqa ailələr,  şirkətlər,  dini  qruplar bu  fərd üçün altqrup sayıla bilər,  fərd 
isə bunu rəmzi olaraq «biz» yox, «başqaları» adlandıra bilər."
1  V a h id o v  F .Q ., A ğayev T .B .  G öst.  kitab, s. 122.
2 Y e n s orada, s. 122-123.
2 57


Hüquq  sosiologiyası  ədəbiyyatında  qrupların  «sosial  qruplar»  hesab 
olunmayan aşağıdakı iki kateqoriyası xatırladılır:
a) statistik qruplar (məsələn, eyni gəlirli qrup, yaş qrupu, peşə qrupu);
b) referent qruplar.1 2
Statistik  qruplar  o  vaxt  yaradılır  ki,  sosioloq-tədqiqatçı  müəyyən 
ümumi  keyfiyyətlər  daşıyıcılarını  vahid  anlayış  altına  salır.  Ümumi  xas­
sələr daşıyıcılarının bir anlayış altında birləşdirilməsi  hələ o demək deyil­
dir  ki,  hansısa  konkret  sosial  reallıq  həmin  anlayışa  (sosial  qrup  anlayı­
şına) uyğundur.
Statistik üsulla  əhalinin yaş  əlamətinə  görə  qruplaşdırılmasını  həyata 
keçirmək  olar.  Belə  ki,  statistik  üsulla  qruplaşdırma  zamanı  bütün  əhali 
doğulduğu  il  və ya müəyyən  sosial,  yaxud  iqtisadi  statusun uyğun  olduğu 
həyat  fazaları  üzrə qrunlara bölünür.  Bu  prosesdə  məktəb yaşlı  uşaqların, 
əmək  qabiliyyəti  olan  valideynlərlə  ailədə  yetkinləşən  uşaqların,  təqa­
üdçülərin və s.  bölgüsü aparılır.
«Statistik qrup»  və ya «statistik kateqoriya» anlayışlarının gerçəkliyə 
doğru  xaricdən  yönəldilən  anlayışlar  olmasına  baxmayaraq,  onlar  struk­
turu  əks etdirmirlər.  Həmin anlayışlar həmçinin nadir hallarda reallığa da 
yönəldilsələr də,  sosial  struktur kimi  təzahür etmirlər.  Qeyd etmək  lazım­
dır  ki,  sosial  struktur  insanların  bilavasitə  özlərinin  inteqrasiya  olunan 
davranışı  vasitəsilə  «qruplaşdıqları»  zaman  əmələ  gəlir.  Bizim  «sosial 
qruplar» barəsində danışdığımız vaxt söhbət məhz bunun haqqında gedir.
Müasir sosiologiya  elmində  «referent  qrup» ya  real  qrup, ya da  şərti 
qrup qismində təqdim olunur.  Qeyd olunur ki, burada fərd özünü nümunə 
ilə öz davranışını və özünüqiymətlondirməni əlaqələndirir.  Bəzən referent 
qrupla  inqrup  uyğun  ola  bilər.  Məsələn,  yeniyetmə  öz  komandasına 
müəllimlərinin  düşündüyündən  də  artıq dərəcədə  istinad  edir.  Altqrup  da 
həmçinin referent ola bilər.2
Hər  hansı  fərd  öz  davranışını  heç  do  ünvansız  istiqamətləndirmir  və 
həmin  davranışın  hansısa  meyarlara  söykənməsi  əksər  hallarda  qaçılmaz 
olur.  Yəni  hər  bir  fərd  özünü  dəyərləndirdiyi  kimi,  öz davranış  aktına da 
qrup kontekstində təzahür edən standartlara müvafiq surətdə yönüm və ya 
istiqamət  verir.  Lakin  bütün  fordlər  çoxsaylı  müxtəlif  insan  qruplarına 
mənsubdurlar.  Belə  çoxsaylı  qrupların  hər  biri  müəyyən  mənada  unikal 
submədəniyyətdon  və  ya  oksmodəniyyotdən  ibarətdir  və  bunların  hamısı
1  K asənov V .V .,  N eçip u rcıık o  V.İ.  G öst.  kitab.,  s.204.
2 V ahidov  F .Q ., A ğayev T.B.  Göst.  kitab,  s. 125.
2 5 8
özünəməxsus standartları təşkil edirlər.  Biz bu qəbildən olan submodoniy- 
yotdon  və  ya  oksmodəniyyotdən,  eləcə  do  standartlardan  öz  davranışı­
mızın  dəyərləndirilməsi  və  təşkili  üçün  istifadə  edirik.  Bu  göstərilənlərə 
uyğun  olaraq  hüquq  sosiologiyasında  referent  qruplar dedikdə,  fərdin  öz 
görüşlərinin, hiss və hərəkətlərinin qiymətləndirilməsində və formalaşma­
sında yönüm  verdiyi  sosial vahidlər başa düşülür.1
Fordlər  öz  baxışlarının  və  əqidələrinin  formalaşması  prosesində, 
eləcə  də  öz  fəaliyyətləri  gedişində  özlərini  başqalarından  və  ya  ətraf 
aləmdən təcrid  etmirlər.  Belə ki, hər bir  fərd göstərilən proseslərdə özünü 
həmişə  digər  insanlarla  və ya  insan  qrupları  ilə  müqayisə edir.  Bu  zaman 
başqa  insanların  və  ya  insan  qruplarının  təsəvvürləri,  inamları  və  fəaliy­
yət  istiqamətləri  müvafiq  fərd  tərəfindən  layiqli  təqlidlər  qismində qəbul 
olunurlar.  Yəni  hər  bir  fərd  özünün  müəyyən  baxışları  və  əqidələri,  ha­
belə  fəaliyyəti  çərçivəsində  başqalarının  analoci  keyfiyyətlərini  öz  fəa­
liyyətində  təcəssüm  etdirməyə  soy  göstərir,  öz  baxışları  və  əqidəsilə  on­
lara bənzəməyə çalışır.
Bizim  hər  birimizin  də  daxil  olduğumuz  referent  qrup  bir  tərəfdən 
qrup  qismində  çıxış  edə,  digər  tərəfdən  isə  etməyə  bilər.  Bundan  başqa 
biz,  referent  qrupa  psixoloji  eyniləşdirmənin  mənbəyi  qismində  də  baxa 
bilərik.  Referent  qruplarının  mövcud  olması  fordlərin  özgə  sosial  qrupa 
mənsub  olan  insanları  nümunə  kimi  seçdikləri  zaman  davranışda  təzahür 
edən ziddiyyətləri  izah etməyə kömək edir.
Referent  qruplar  həm  normativ,  həm  də  müqayisə  funksiyalarını 
yerinə  yetirirlər.  Hər  hansı  fərd  özünü  hansısa  qrupun  tamhüquqlu  üzvü 
görmək  istədiyi  (yaxud  o,  hansısa  qrupa  üzv  olmağa  səy  göstərir)  vaxt 
həmin  qrupun  standartlarını  və  fikirlərini  qəbul  edir.  Belə  ki,  buna  səy 
göstərən  hər  bir  fərd  özündə  müvafiq  həyati  prinsipləri,  siyasi  əqidələri, 
musiqi  və  feyz  almaq  zövqünü  (estetik  zövq),  seksual  normaları  və  nar­
kotik  vasitələrin  və  ya  psixotrop  maddələrin  istchlakına  münasibəti  for­
malaşdırır (yaxud  buna  səylər göstərir).  Fərd  həmçinin  bundan  ötrü  mən­
sub  olduğu  referent  qrupunun  müvafiq  standartlarından  müəyyən  bir  eta­
lon ölçüsü kimi  istifadə edir.  Belə ölçü etalonundan adətən,  fərd  öz zahiri 
cozbcdiciliyini,  intellektini,  sağlamlığını,  cəmiyyətdəki  mövqeyini  və hə­
yat səviyyəsini qiymətləndirdiyi zaman istifadə edir.
Fərdin  üzv  olduğu  referent  qrupunun  lazımi  standartlara  cavab  vermə­
diyi,  yaxud  onun  mənsub  olduğu  referent  qrupuna  uyğun  gəlmədiyi  zaman
1  Касянов  В.В.,  Нечипурснко  В.И.  G öst.  kitab.,  s.206.
2 5 9


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə