R. O. Mammadova Fəlsəfə elmləri namizədi, dosent



Yüklə 13,27 Mb.
Pdf görüntüsü
səhifə71/131
tarix01.09.2018
ölçüsü13,27 Mb.
#66073
1   ...   67   68   69   70   71   72   73   74   ...   131

dəniyyətin eyniliyi ılo səciyyələndirilən adamların birliyi başa düşülür.1
Cəmiyyət  insanların  nəhəngmiqyaslı  birliyidir.  O,  fərdlər  arasında 
sosial  qarşılıqlı  hərəkətlərin  müxtəlif  formalarının  yarımfunksional, 
özünütənzimləyən  sistemi  qismində  çıxış  edir.  Fordlərə  xas  olan məhsul­
dar  fəaliyyətin  istiqamətlərinin  çoxluğu  konkret  vəzifələrin  həllini  və 
müəyyən  məqsədlərə  nail  olunmasını  təmin  edir.  Belə  məqsədlərin  ən 
başlıcası  bütöv  bir  tam  kimi  cəmiyyətin  fəaliyyət  imkanlarının  genişlən­
dirilməsidir.
Cəmiyyət  insanların  sadəcə  məcmusu  deyil,  fərdlərin  özünəməx­
susluğunu  və  əlaqələrini  nəzərə  almayan  mücərrəd  bütövlük  do  deyildir. 
Cəmiyyət  mürəkkəb,  bütöv  sosial-mədəni  sistem,  başqa  sözlə,  sosial  sis­
temin  xüsusi  növüdür.2  Cəmiyyət  üzvləri  məhz  ümumi  sosiomədoni  sis­
tem  çərçivəsində  oxşar  dəyərləri  və  normaları  dəstəkləyir,  eyni  bir dildə 
danışırlar.  Cəmiyyət  sosial  bütövlüyün  varisliyini  təmin  edir.  Cəmiyyət 
müxtəlif azsaylı qobilə və tayfalardan,  eləcə do müasir dövlətlər kimi sayı 
milyonlarla hesablanan bütöv  insan birliyindən ibarət ola bilər.
İstənilən  cəmiyyət  üç  əsas  mövqedən  səciyyələndirilə  bilər.  Həmin 
mövqelər özündə  vital, sosial və  mənəvi prinsipləri  ehtiva edirlər.
Vital  prinsip  nöqteyi-nəzərindən  cəmiyyət canlı  insan  fərdlorinin bir­
liyindən  ibarətdir.  Cəmiyyət  onu  üzvi  sistemlərlə  yaxınlaşdıran və həmin 
sistemlərdə nəhəng  bir makroorqanizmi  görməyə  imkan verən  əlamətlərə 
malikdir.  Cəmiyyətin  on  başlıca  funksiyası  nəyin  bahasına  olursa-olsun 
öz  varlığını  qoruyub  saxlamaqdan,  nəsil  artırılmasını  və  nəsillərin  fasilə­
siz  olaraq  bir-birini  əvəz  etməsini  təmin  etməkdən  ibarətdir.  Cəmiyyətin 
vital  ipostası  təbii  olaraq  nəsil,  ailə  və  etnos  kimi  sosial  orqanizmlərdə 
daha aydın canlanır.
Sosiallıq  prinsipi  nöqteyi-nəzərindən  cəmiyyət  sivilizasiyalı  sistem 
qismində  təzahür  edir.  Yəni  cəmiyyət  fordlərə  sistemdaxili  vəzifələri 
uğurla  həll  etməyə  imkan  verən  çoxsaylı  süni,  sosiogen  alət  və  vasitə­
lərin,  müxtəlif  mcxanizmlorin  məcmusundan  ibarətdir.  Bu  səviyyədə 
cəmiyyətin  səylərinin  on  mühüm  istiqamətini  maddi-iqtisadi,  siyasi  fəa­
liyyət, o cümlədən  də hüquq-mühafizə  fəaliyyəti  təşkil edir.
iqtisadi, siyasi və hüquqi qayda məqsədli səbəblər qismində çıxış edir və 
çoxsaylı fərdlərin və  lokal birliklərin səylərini istiqamətləndirir.  Bu magistral
1  Касьянов  В .В.,  Нечипуренко  В.И.  G öst.  kitab,  s.218.
2  V ah id ov F .Q .,  A ğ a y e v  T .B .  G öst.  kitab,  s.37.
272
istiqamətlərdə  təşəkkül tapan  ən  iri  sosial  formayaratma qismində  üç  sistem 
-  lokal sivilizasiya, dövlət və vətəndaş cəmiyyəti çıxış edir.
Cəmiyyət  mənəvi  prinsip  əsasında  mədəniyyətin  yeganə  fövqəl- 
subyekti, dəyərlərin və  fikirlərin nəhəng aləminin generatoru kimi  təzahür 
edir.  Cəmiyyətin  dəyərlər  və  fikirlər  aləmi  normativ  prinsiplər  vasitəsilə 
təcəssüm olunurlar.
Bu dəyər  və  fikirlər cəmiyyətə  xeyir,  gözəllik  və həqiqət  kritcriyala- 
rma  cavab  verən  istiqamətdə  fəaliyyət  göstərmək  göstərişini  verir.  Belə­
liklə, cəmiyyət aşağıdakı  üç əsas  ipostas üzərində yüksəlir:
1) cəmiyyət -  bu,  təbii-tarixi orqanizm dir;
2) cəmiyyət -  bu, sivilizasiyalı sistemdir;
3) cəmiyyət -  bu,  mədəni subyektdir.
Cəmiyyətin  daxili  strukturunda  mövcud  olan  hiiquq  onun  bütün 
ipostasları  ilə  bağlıdır.  Öz  təbiətinə  görə  sosial  hadisələr  olan  hüquq  mü­
nasibətləri  və  hüquq  düşüncəsi  vitallıq  və  mənəviyyat  aləmləri  ilə  mü­
şayiət  olunur.  Yəni  sosiosfera  «bufer»  reallıq  qismində  çıxış  edir.  Var­
lığın  vital  və  mənə  və  başlanğıcları  hüquq  sisteminə  məhz  həmin  reallıq 
vasitəsilə dair təsir göstərir.  Sosiallıq vital  və  mənəvi  başlanğıcların  ener­
jisini  özündə  ehtiva  edir,  onları  öz  strukturunda  tranoformasiyalaşdırdıq- 
dan  sonra hüquqi  normativliyin  zəruri  formasına  çevirir.  Beləliklə,  hüquq 
sosiaologiyası  nə  insanın  təbii  ehtiyaclarını,  nə  də  onların  mənəvi  həya­
tını öz maraqları  sferasından kənar etmir.
Sosial  makrodinamika.  ilər  bir  cəmiyyətdə  fərdlərin  sosial  sistem­
lərin  daxilində  yerləşdirilməsi  üçün  imkanlar  mövcuddur.  Ayrı-ayrı  şəxs­
lərin  və  bütöv  qrupların  bir sosial  mövqedən  digərlərinə  belə  keçidi  əhə­
miyyətli  dərəcədə  sürətləndirilə  və  ya  ləngidilə  bilər.  Ona  görə  də  cə­
miyyət  sosial  münasibətlərin  tənzimi,  iqtisadi,  siyasi  və  hüquqi  xarakterli 
müxtəlif vəzifələrin  həlli  üçün  sosial  mobilliyin  potensial  imkanlarından 
istifadə edir.  Şaquli  mobilliyin aşağıdakı  iki  modeli vaıdır:
1)  subyektləri  hakimiyyətin  yüksək  pilləsinə  qaldıran,  məşhurlaş­
dıran, şərəfə mindirən və zənginliyə çatdıran pozitiv mobillik;
2) sosial  enmə  kimi  görünən,  sosial  «dib»in  əıı  aşağı  pilləsi  olan  ne­
qativ mobillik.
Şaquli  xarakterli  sosial  mobillik  onunla  təmin  edilir  ki,  cəmiyyətdə 
sosial yerdəyişmələrin  leqal  kanalları  mövcuddur.  Açıq,  sivilizasiyalı  so- 
siumda  onlar  həmişə  çox,  sivilizasiyanın  kritcriyalarına  cavab  verməyən 
qapalı  cəmiyyətdə  isə  onlar  lazımi  həddən  az  olur  və  əksəriyyət  onlara 
yiyələnə  bilmirlər.  Bu  kanallarla  uğurlu  hərəkət  etmək  fərdlərdə  xeyli
273


şəxsi  keyfiyyətlərin  və  peşə  keyfiyyətlərinin  müəyyən  dəstinin  olmasını 
nəzərdə tutur.
Sosial  mobilliyin  neqatiz  növünü  sosial  dissosiasiya  təşkil  edir. 
Kütləvi  dissosiasiya  ictimai  sistemin  aralıq  vəziyyətindən  ibarətdir.  Bu 
prosesdə  fərdlər  dayaqlı  kanallar  üzrə  deyil,  onların  taleyi  ilə  oynayan 
qəzəbli  taleyin hakimiyyəti  altında tez-tez dəyişən şəraitdə yeriləşdirilir.
Sosial  adaptivlik.  Sistemə  onun  üçün  xarici  tələblərə  uyğunlaşmaq 
xassəsi  olan  və  bununla  yanaşı  özü  üçün  öziinümühafizəni  və  gələcəkdə 
uğurlu  inkişafın  mümkünlüyünü  təmin  edən  adaptivlik-sosiumun  həya­
tında,  o  cümlədən  onun normativ-tənzimləyici  mexanizmlərinin  fəaliyyə­
tində  müəyyəncdici  rola  malikdir.  Belə  situasiyada  rolların  aşağıdakı 
bölgüsü təşəkkül tapır:
1) sosium öz daxili sistemlərindən və elementlərindən onların özünümü- 
hafizə və inkişaf üçün zəruri olan şəraitə adaptasiya olunmalarını tələb edir;
2)  fərdlər,  qruplar,  birliklər adaptantlar qismində  çıxış edir  və  onlar­
dan sosiumun ehtiyaclarına uyğunlaşmaq tələb olunur;
3)  hüquq  öz  üzərinə  ictimai  sistemlərin  və  sosial  subyektlərin  bir- 
birinə  qarşılıqlı  adaptasiyasını  həyata  keçirən  normativ  mexanizm rolunu 
götürür.  Hüquq  subyektlərdən  normativ,  qanuna  itaətli  və  adaptivli  dav­
ranış  tələb  edir.  Belə  davranış  ümumi  sosial  kontekstin  məzmununa 
uyğunlaşdırılmış davranış olmalıdır.
Cəmiyyətlərin  tipologiyası.  Sosioloqlar  cəmiyyətin  keçmişdə  möv­
cud  olmuş  və  indi  mövcud  olan  bütün  təsəvvür  edilən  və  real  növlərini 
müəyyən  tarixi  tiplərə  bölürlər.  Cəmiyyətin  oxşar  əlamətləri  və  ya  kri- 
tcriaylan birləşdirən bir neçə tipi onun tiplogiyasını təşkil edir.
Sosiologiya  ədəbiyyatında  cəmiyyətlərin  ən  müxtəlif  tipologiyası 
aparılır.  Belə  ki,  onlar  qapalı  və  açıq,  yazıyaqədərki  və  yazılı,  ibtidai, 
quldarlıq,  feodal,  kapitalist,  sosalist,  sonayeyəqədərki  və sənaye,  sabit və 
qeyri-sabit,  postsənayc,  dinamik  inkişaf  edən,  vəhşi  barbar  və  siviliza­
siyalı və s.  cəmiyyətlərə bölünürlər.1
O vçular  və  toplayıcılar  cəmiyyəti.  Bu  cəmiyyət  mütəşəkkil  sosial 
həyatın ən  erkən  formasıdır.  Bu  cəmiyyətin insanları  öz varlığını  etdikləri 
ov  və  təbiətdə  hazır halda  olan  qida  məhsullarını  (meşələrin  yabanı mey­
vələrini  və s.)  toplamaq  sayəsində  qoruya bilmişlər.  Belə  şəraitdə heyvan 
və bitki ehtiyatlarının tükənməsi  prosesi getdiyinə görə,  insanlar daim hə­
rəkətdə  olurdular.  Onların  cəmiyyətində  insanların  sayı  50  nəfəri  öt-
1 Кравченко  А.И.  Социология:  Учебник.  M .,  2 008, с. 111.
274
mürdü.  İri  və mürəkkəb sosial orqanizm  formasının bu səviyyədə  inkişafı 
praktiki  olaraq qeyri-mümkün  idi.  Bu  cəmiyyətdə hələ xüsusi  mülkiyyət, 
daimi ordu,  siyasi  və hüquqi  sistemlər, eləcə də yazı olmamışdır.1
Bostançılıq  cəmiyyəti.  Bu  da  insan  cəmiyyətinin  ilkin  pillələrindən 
birini  təşkil  edir.  İnsanlar  təqribən  10  min  il  bundan  əvvəl  bitki  yetiş­
dirməyi  öyrənmiş  və bu,  onların  qida  mənbələrindən  birinə  çevrilmişdir. 
Maldarlıq  da  müəyyən  səviyyədə  bostançılıqla  paralel  şəkildə  cəmiyyət 
həyatına  daxil  olmuşdur.  İlkin  maldarlıq  vəhşi  heyvanların  məişətə  cəlb 
olunması  ilə müşayiət edilmişdir.
A q rar  cəmiyyətlər.  Yaxın  Şərqin  çay  vadilərindəki  məhsuldar  tor­
paq  ərazilərində  məskunlaşmış  insanlar  tərəfindən  təqribən  5-6  min  il 
bundan  əvvəl  kotanın  ixtira  olunması  kənd  təsərrüfatında  və  aqrar  cə­
miyyətlərin  təşəkkülündə,  eləcə  do  bütün  bunların  sayəsində  istehsal 
münasibətlərinin  formalaşmasında  sözün  əsil  mənasında  inqilabi  dəyişik­
lik,  çevriliş  olmuşdur.  Tədricən  bel  və  kərtmən  bostançılıq  təsərrüfatının 
və analoci  cəmiyyətin bərqərar olması  əsaslarına xidmət etmişdir.
Aqrar cəmiyyətlərin  sürətli  inkişafı  məhsul  bolluğunun  yaranması  ilə 
yanaşı,  əhalinin  artmasına  səbəb  olmuş  və  bu  da  öz  növbəsində  sosial 
təşkilatın  formalarının  mürəkkəbləşməsini  şortləşdirmişdir.  Zaman  keç­
dikcə  hakimiyyətin  mərkəzləşdirildiyi  siyasi  institutların  sayı  artmağa 
başlamış  və  onların  mövcud  sistemi  təkmilləşdirilmiş,  monarx,  imperator 
hakimiyyətinin  irsi  xarakteri  formalaşmışdır.  Yazının  meydana  gəlməsi 
və  sürətli  inkişafı  yazılmış  hüququn  (qanunların)  təşəkkülü  ilə  müşayiət 
olunmuşdur.  Bunun  da  nəticəsində  sistemləşdirilmiş  qanunvericilik 
aktları  -   ilk  məcəllələr  (XII  Cədvəl  Qanunları,  Solonun  qanunları)  yazılı 
təcəssümünü tapmışdır.
Sənaye  cəmiyyətləri.  Bu  cəmiyyətlər  təqribən  250  il  bundan  əvvəl 
sənaye  inqilabları  nəticəsində təşəkkül  tapmışdır.  Sənaye  cəmiyyətlərinin 
iqtisadi  sistemləri  maşın  texnikasına  əsaslanırdı.  Qapalı  feodal  iqtisadi 
sistemi,  xırda  sənətkarlıq  emalatxanaları  və  yerli  ticarət  labıik  və 
zavodlarla,  dövlət  və  beynəlxalq  bazar  sistemləri  ilə  əvəz  olunurdu.  Sə­
naye  cəmiyyətlərinin  hüquq  sistemi  böyük  mürəkkəbliyi  ilə  seçilir  və 
hakimiyyətin budaqlarından biri qismində çıxış edirdi.
Postsənayc  cəmiyyəti.  Sosioloqların  təsdiqinə  görə,  hazırda  dünya­
nın  sənaye  cəhətdən  inkişaf etmiş  ölkələrində  postsənayc  cəmiyyəti  for­
1  Касьянов  В .В .,  Нсчинурснко  В.И.  G öst.  kitab,  s.220.
275


Yüklə 13,27 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə