SEVĠRƏM VƏTƏNĠMĠ
Sevirəm Vətənim Azərbaycanı
Onun hər güĢəsi könül bağımdır.
Əzizidir Qız qalam, ĠçəriĢəhər,
Çün onlar tarıxdən yadigarımdır.
Vətən damarımda axan qanımdır,
O, ruhumun gözü, Ģirin canımdır
Həm dəvamdır, dərmanımdır,
Mənə sadiq qalan tək cananımdır.
Vətənim anam tək məni səsləyər,
Qərib günlərimdə həyəcanımdır.
O yad totpaqlarda özüm gəzsəm də,
Ruhumun qidası torpağımdadır.
QÜRBƏTĠ YAġADIM, ANA
Gördüm səmasının maviliyini
Gəzdim həm çölünü, həm çəmənini,
Dərdim çəmənindən gül çələngini,
ġehləndi çiçəklər göz yaĢalrımdan,
Qürbətdə qürbəti yaĢadım, ana!
Döndü gözüm yaĢı axan sellərə,
Dağıtdı könlümü viran eylədi.
Qəlbim də yas tutub hey alovlandı,
Bu qurbət diyardan məlhəm dilədi,
Ürəyim qan oldu, ana, inlədi!
Səbrsiz hicranla közə dönmüĢəm,
Bir qara torpağam, yağmura həsrət.
Baxarkən hər Ģeyə mən kor imiĢəm,
Dilimdə ay ana, sözüm donmuĢam,
Qurbətdə qəribtək qalmıĢam, ana!
SaralmıĢ yarpaqlar budaqda durmaz,
Bunda küləklərin nə günahı var?
Fikrim uzaqlarda dolaĢan zaman
Sözün də bitdiyi dayanacaq var!
Qürbətdə qərib tək yaĢadım, ana!
SƏNĠN GÖRUġÜNƏ TƏLƏSĠRƏM
Könlümdə həsrətin, qəlbimdə sözüm,
Sənsiz keçən ana de, necə dözüm?
Bu sənli həsrətə qurbanam özüm
Sənin görüĢünə tələsirəm mən.
Gül tək çiçək təkin bil ətirlisən,
Ömrümə bir dünya nur gətirmisən
ĠĢvəmə-nazıma çox səbrlisən,
Sənin görüĢünə tələsirəm mən.
Sevdim Ģirin olan söhbət, sözünü,
Məni nazlandıran Ģövqlü gözünü,
Bilmək istərdinmi deyim düzünü,
Sənin görüĢünə tələsirəm mən.
BU DÜNYA YAXġILAR DÜNYASIDIR
Bir Ģam digər bir Ģamı alovlandırmaqla, iĢığından bir Ģey
itirməz ...
(Cəlaləddin Rumi)
Doğuluruq bu dünyada, yaĢayırıq!
Addım-addım biz atırıq
Ömrün zirvə çağlarına
YaxĢımızla, pisimizlə
Can atırıq yaĢımızın Ģah anına.
Dünya köhnə insanlarsa qəribə
Yorğun cahan fırlanır öz təbi ilə.
Bir-birini yaxın görüb doğma bilək
Sevək insanlığı sevgi gözü ilə
Açılsın ürəkdə min arzu dilək.
Bu dünyamız yaxĢıların dünyasıdır
Ġnsanlığa dəyər-qiymət
Bu cahanın dühasıdır.
Bu yaxĢılıq əlbət, hər an qalasıdır
Ġtməz heç vaxt
YaxĢılıqlar ürəklərin
Bir möhtəĢəm qalasıdır!
SAÇINA GÜLLƏR HÖRƏRƏM
GülüĢündə səhər açılan yarım,
Sevgidən saçına güllər hörərəm.
Bir baxsan qıyqacı o baxıĢına,
Sənə mən ömrümü, verrəm.
Ġçımdə yığılmıĢ ağırlıqları
Könül cənnətinlə sən dəyiĢdirdin.
Həsrətini mənli yollara səpib
Sən vüsal evimə xoĢ gün gətirdin.
Yığaram, bənövĢə verərəm sənə,
Sənin əllərini xoĢbəxt edərəm.
Baxma, saçımdakı çoxalan dənə
Ġstərsən, qəlbimi qurban verərəm.
Yolunu gözlədim, onu bilirsən,
Bu yollar nə yaman uzaqdayımıĢ.
Məndən baĢqa hər Ģey, yalan deyirsən,
Ürək ülfətinin arzusundaymıĢ.
GECƏNĠN SƏSSĠZLĠYĠ
Gecənin səssizliyi səninlə gedir hara?
Səni alıb dünyadan de bir, aparır hara?
Bəlkə sehirli dünya çəkir səni qoynuna?
Bəlkə əngin göylərə – aya, günə qonaqsan?
Yox, həyat səhifəmə yazılmamıĢ varaqsan!
Səssizliyin içində sənin içindəki sən.
Bu sakitlik içində görüĢürsən sənlə sən!
DüĢünürsən, hara gedir bu ömürün karvanı?
Gecənin səssizliyi kəsir əhdi-peymanı.
Baxırsan, Yaradanın misilsiz əsərinə
Dağlar sakit dayanıb, dənizlər təlatümdə.
Ġçin sızlar bu dəm səhər dumanı kimi,
Ġlk Ģəfəqlə dağılan bəyaz buludlar kimi,
Fikrin uzaq sahildə səfil dolanan kimi,
Bir ümid, bir xəyal aparar səni hara?
Gecənin səssizliyi qəlbində dərin yara!
ATAM
Həyatın keĢməkeĢ dolanbacından
Keçən bir ahılın gözlərində mən
Bir günəĢi gördüm, bir qürub gördüm, –
GünəĢin bizə verən, qürubun özü seçən!
Ürəyimdə döyüntüm atam, gəl, qocalma sən!
Anamın baĢının sən taxtı-tacı,
Sevgini övladla bölüĢən oldun.
Nəvələri sevib sən əzizlədin.
Bizə sirdaĢ oldun, sən dayaq oldun.
Ürəyimdə döyüntüm atam, gəl, qocalma sən!
Səndə vüqar gördüm, əzəmət gördüm,
Bu könül dünyamın təməli ata.
Səndə sevinc gördüm nəvaziĢ gördüm
Nəfəsimsən ata, canımsan ata!
Ürəyimdə döyüntüm atam, gəl, qocalma sən!
Əlini əlimdən gəl, buraxma sən,
Sənin qürubunda ucalmıĢam mən.
Sən yaĢlandıqca keçən illərdə
Mənim uğurumdur saçlarında dən
Ürəyimdə döyüntüm atam, gəl, qocalma sən!
Həyatdır, insanın üzüntüsü çox.
Bəzən düĢüncələr bizi bezdirir,
Bu ahıl yaĢında qocaman atam
Hər bir övladına təskinlik verir.
Ürəyimdə döyüntüm atam, gəl qocalma sən!
Sən qocaldıqca yaĢlanıram mən!
MƏNĠM ƏZĠZ MÜƏLLĠMĠM
Bu Ģerimi məni həyata bağlayan Azərbaycanın görkəmli
ziyalıları F.Məmmədov, A.Kəngərliyə həsr etmiĢəm
Mənim əziz müəllimim
Mənim sizə sözüm vardır,
Sevgi dolu qəlbinizdə
Ġradəli dözüm vardır.
Hər qayğılı baxıĢınız
Ürəklərə, beyinlərə
Qida verər.
ġirin söhbət, amalsınız.
Çox kəsləri düĢüncəli
Həqiqətlər dünyasına apardınız,
Bu həyata bağladınız.
Vüqar dolu əzəmətli bir dağsınız,
Mənim əziz müəllimim!
Qəlbimizin qonağısız,
Çətin günün pənahısız.
Ürəklərdə, beyinlərdə,
Siz Ģirin bir təbəssümlə
XoĢ xatirə yaratdınız.
Mənim əziz müəllimim!
Ġnsanlığa dəyər verib
Ġnsanları uca dağa tay etdiniz,
Bilik, zəka ocağının açarını
Qəlbinizin iĢığıyla
Xəzinətək pay verdiniz!
Dostları ilə paylaş: |