ĠNANDIM
Özüm-özümə hey düĢünüb fikirləĢirəm. Axı, niyə sevdim,
niyə? Çəkdiyim iztirabıma, keçirdiyim həyəcanlarıma,
cavabsız hisslərimə, yanıb köz olan qəlbimə heyfim gəlir,
heyfim!
Neyləyəydim? O gözəlin məkrli qara gözləri mənə
dünyanı unutdurdu. Ġnandım. Mələk simalı bu gözəl
sehrləmiĢdi məni. Mənə elə gəlirdi ki, bütün dünya inamı,
sədaqəti, ülviyyəti bu gözəldə tamamlanırdı. Ġnandım ona.
Düz ilqarlı sanmıĢdım onu. ġirin yalanları məni mənə
unutdurmuĢdu. Bir onu, bir də onun məhəbbətinin
varlığını hiss edirdim, daha heç nə mənə maraqlı,
cazibədar, cəlbedici deyildi. Bir o mələk simalı ilqarsızın
məhəbbəti məni özünə çəkirdi, hey çəkirdi. Hiss edirdim
ki, mən onu öz varlığım qədər sevirəm. O, mənim özüm
idim. Özüm.
KaĢ o yağıĢlı yaz günündə onu görən gözlərim kor olaydı,
kor. Ġlahi, mən nələri görürdüm, nələri! O, baĢqasıyla!
Etibarına inanıb, sədaqətinə güvəndiyim, illərlə
məhəbbətinin alovuna qızınıb, isindiyim o gözəl baĢqa
birinin qolları arasında!
Ġlahi, necə ağır, dəhĢətli bir mənzərə. Kor olaydım,
görməyəydim kaĢ. KaĢ ki, o gün olmayaydı, onu görüb,
sevən
gözlərim
kölgələnib,
ümidlərim
qəmə
bələnməyəydi. Nə deyim, ilahi, gözlərimdə yaĢım dondu,
ürəyimdə sözüm.
Yalanlarla dolu bir eĢq nəyimə gərək idi, nəyimə?
Cavabsız suallarımın girdabındayam...
Dözülməz ağrıdır sevdiyin səni yox, baĢqasını seçdi və
sevdi. Onu sevdiyim ona inandığım üçün özümə, qərib
qalan sev-gimə yazığım gəlir... Yalançının məhəbbəti
yalanları kimi saxtadır. Bu saxtakarlıq bir vaxt üzə
çıxacaqdır. Üzə çıxıdı: bax, əsl təlatüm, fırtına onda baĢ
verəcəkdir.
HĠSSLƏRĠMĠZĠ ZAMANIN SINAĞINA VERƏK
Söylədin: Bir qısa zamanlı ayrılıq gərəkdir bizə.
Söylədim: Axı, mən sənsiz neylərəm?
Söylədin: Bir-birimizə qarĢı o ülvi hissləri zamanın
sınağına verməliyik.
Söylədim: Mən sənsiz ölərəm, heç olaram axı... Necə ki,
suya təĢnə dodaqlar kimi, bir zərif ələ həsrət çiçək kimi.
Söylədin: Gözümün nuru, qəlbimin odu, cismində canım,
düĢünüb düĢündürənim mənim. Necə ki, susuzluqdan
çatlamıĢ torpaq yağıĢ, yağmur üçün həsrətlidir, mən də
sənin həsrətlinəm. Duyğulu, sevdalı könlüm mənim, bir-
birimizə ehtiyacımız, möhtaclığımız bu ayrılıqda özünü
doğruldacaq. Bu ayrılıqda közdən alov da doğa bilər, bu
ayrılıqda alovdan heç bir iĢartı da qalmaya bilər. Əzizim,
canım mənim, mən istərdim məhəbbətimiz bu sınaqda
ilğıma, yağıĢdan sonra səmanı ani olaraq bəzəyən göy
qurĢağına bənzəməsin, aldadıcı olmasın.
Bir təsəlli olaraq, məni sınaqlarda sınayanım mənim. Bu
təsəlli söylədiyin “Bir qısa zamanlıq ayrılıq” kəlməsidir.
Bu kəlmə məni bütün sınaqlardan keçirəcək. Mənə iradə,
dözüm və bir də sənə qarĢı dəyanətli məhəbbətin ülviliyini
anladacaq. Səni varlığında məni sən olmağa səsləyəcək.
Varlığımı, nəhayət, bütün hisslərimi, qəlbinin hərarətinə
təslim edəcəkdir, təslim. Bütün bunlara sənə qarĢı olan
sevgimin, Ģirin duyğulu hisslərimin hərarəti səbəb olacaq,
ancaq hərarətin.
Bir qıĢ axĢamında söylədin o kəlmələri. Bu axĢam bütün
ətraf sakitkən dünyada bütün varlıqlqar yuxuya qərq
olarkən, yalnız mən və mənim narahat qəlbim oyaq
qalacaq. Bu zaman giley - narahatlıqla dolu eĢitdiyim bir
fikir keçdi ürəyimdən, könlümü riqqətə gətirənim mənim:
məhəbbət güclüləri alovlandırar, zəifləri isə sarsıdar,
sıradan çıxarar.
Bu qısa zamanlı sınaqda sənə elə alovlu məhəbbət
diləyirəm ki, onun istisi bütün həyatımız boyu qızdırsın,
isitsin, ömrün soyuq payız rüzgarından qorusun.
YALQIZ SEVGĠMĠ CEHĠZ
APARIRAM
Kənarda durub bu üzgün halımı qəmli-qəmli süzürsən. Nə
edəsən, əzizim? Əlindən nə gəlir axı? Necə eləyəsən ki,
qəlbinə hakim kəsilmiĢ havan, suyun qədər sənə qiymətli
aĢiqini aparmasınlar, əlini əlindən qoparmasınlar, könlünü
könlündən ayırmasınlar. Qoparırlar axı, aparırlar axı!
Vağzalı çalınır. Sevinirlər bütün qonaqlar. Tək ikimiz
sevinmirik - sən və mən. Bu Ģən dünyadan ayrı, tənha
bitmiĢ qovaq kimi, səhrada azmıĢ bələdçisiz səyyah kimi.
Mən də sənin kədərli, bulud kimi dolmuĢ sevdiyim
gözlərinə baxıram, özü də həsrətlə. Nə edim, əzizim,
əlimdən nə gəlir axı? Necə eləyim ki, sevən ürəklərimizin
çırpıntılarının, vuran qəlbimizin duyğularının üzərinə qara
məkrli buludlar enməsin.
Vağzalı çalınır. Mənə elə gəlir ki, vağzalı bizim dərdimizi
anlayıb ağlayır. O da sızlayır bizim ayrılığımıza. Bizi bir o
baĢa düĢür, dərdimizə Ģərik olur. Vağzalı təskinlik verir,
ümid verir, nicat verir ağlaya-ağlaya.
Vağzalı çalınır, əzizim, daha ayrılıq zamanı çatıb. Hisslər
selinin qabağını kəsməyə gücün çatmadı, ağladın. Əzizim,
sənin göz yaĢını görmək istəməzdim. Gərək göz yaĢlarını
ürəyinə axıdaydın, sevgilim. O yaĢları görmək mənə
ölümdür, ölümdür axı!
Necə ağrı, necə dəhĢət, sevdiyin bir addımlıqda ola-ola
ona təskinlik verə bilməyəsən, yaxınlaĢıb ürəyini yandıran,
alovlandıran sözləri deməyəsən!? Ürəyinə çökən kədərini
bölə bilməyəsən!
Vağzalı çalınır. Sevən qəlbimi, döyünən ürəyimi, bütün
varlığımı sənə əmanət edirəm, yalnız sənə! Ancaq buna
gücüm çatır, yalnız buna. Yeni quracağım ailəyə özümlə
kədərimi, yalqız qalmıĢ sevgimi cehiz aparıram.
Vağzalı çalınır. Onun da mənim kimi kədərdən, qəmdən
çatılmıĢ qaĢları altından bulud kimi dolmuĢ gözlərindən
rəngsiz yağıĢlar yağır və göz yaĢları asta- asta ürəyindən
qəlbinə sızır.
NEYLƏYƏ BĠLƏRĠK AYRILIĞA
Ayrılıq,
gəliĢin
yamandır,
titrədir,
soldurur.
Gözlənilmədən gəlməkdə sənə çatan olarmı?
Əzizim, sənə baxan gözlərim dolur, boĢalır, ürəyim yanır,
yanaraq da fəryad edir, fəryad edərək qəlbimin gizli
iniltilərini dilə gətirməyə cəsarət etmir.
Sən unut demiĢdin. Sən unut demiĢdin... Mən isə... Lakin
bu ayrılıq ağırdır mənə, çox ağır. Sən unut demiĢdin...
Boğdun sinəmdəki eĢqimin ahını, məni ağrıdan qəlbimin
harayına hicranınla sirdaĢ etdiyinə görə, sənin üçün için-
için yandığına görə. Sənin söylədiyin o acı kəlmən,
könlümü Ģanə-Ģanə etdi.
Unut demiĢdin sən. Axı, sən hardan biləsən ki, bu sözün
qəlbimi dələrək ora sağalmaz yaralar salıb, köz-köz olmuĢ
bu yaralar da qövr edərək, döyünən ürəyimi dara çəkib,
dara!
Ruhuma sevinc verən duyğularım söndü. Çılğın ürəyimin
sönməz ehtirasıyla əyilimmi eĢqimi bilə-bilə tapdayan
sənin kimi duyğusuza, insafsıza?
Unut demiĢdin, könlüm dərdin, qəmin əsiri oldu, buludlar
kimi qaralıb doldu, yağıĢa, leysana döndü.
Sevincsiz-arzusuz yaĢadım, bir sıldırım qaya kimi qatı
dumanlığın həmiĢəlik qonağı oldum. Heçdir mənə sənsiz
dünya, sən unut demiĢdin...
Gəncliyimi alovlandırıb sonra heçə döndərdin, necə ki,
bülbülün gülĢəninə vaxtsız xəzan gələn kimi. Sən də
mənim ömür baharıma xəzan gətirdin, nəcib arzularıma
soyuq rüzgarları tuĢ etdin.
Mənə ürək açanda yaĢarmıĢdı gözlərin. O günlər, bəs nə
oldu, bəlkə yuxu idi, bəlkə də əfsanə. Sən unut deyirsən,
mən isə...
Vüqarım
qoymadı
ki,
söyləyim
sənə
“qayıt
məhəbbətimizə, qayıt əzizim”.
KaĢ ki, qəlbimin tellərini həyəcana gətirən istək adlı
mizrab sənin də qəlbinin tellərini titrədəydi, həyəcana
gətirəydi. Dindirmə könlüm, məni, dərdli bir fəryadam,
yanıqlı neyəm. MeĢədən uzaqlarda sıldırım qayalarda
bitən tənha ağacam, bir kolam... Həsrətim sonda boynunu
bükdü, hicranım artıq yoruldu, mürgülü xatirəyə döndün
mənim üçün. Bu dəm bir sevda ağladı içimdə hönkür-
hönkür fəryadımla...
Sən unut demiĢdin, mən isə... Məhəbbətim mənim həsrət
dənizidir, orada dalğalar coĢar, Ģahə qalxar, nəhayət, bir
gün sakitləĢər, lal hıçqırtılarla sakitcə fəryad edər...
Qəlbin öz səhvinə çox yanacaq, səni də yandıracaq.
Mənim sənə qarĢı o ülvi hisslərimin qiymətini, dəyərini o
vaxt biləcəksən ki, artıq məni itirmiĢ olacaqsan.
Deyirlər, itki həmiĢə göynərtili olur, qoy olsun. Bu da bir
taledir... Sən isə unut demiĢdin...
SƏNINLƏ SƏNSIZƏM
Sahildəyik. Bir mənəm bir mavi gözlü Xəzərim.
-Yox, sənin xəyalın inciyər məndən. Üç idik. Bir mən, bir
dəniz, bir də sənin xəyalın.
Dəniz də mənim kimi çox narahatdır. Mən onu hiss
edirəm. ġıltaq ləpələr sahilə can atır, toxunur, ancaq qərar
tuta bilmir.
Sahil özü də ləpələrin bu nazlı iĢvəsinə qayği ilə cavab
verir, çünki sahil dənizi sevir, çox sevir, onsuz yaĢaya
bilməz.
Ey mənim məhəbbətimdən xəbərsiz gülüm, mən də səni
sevirəm. Sənə olan məhəbbətimi yerin dərin qatlarından
iĢığa doğru can atan ecazkar, sehrli bir qüvvəyə
bənzədirəm.
Sənə qarĢı olan məhəbbətim mənə həyat, yaĢamağa can,
həvəs, ruh verir. Mənasız yaĢanan illərimə, günlərimə
məna, duyğularıma fikirlərimə sərinlik ab-havası gətirir.
Məhəbbətin möcüzəsinə heç inanmazdım.
Bütün kədərimi, iztirablarımı, səni qəlbimdə kəĢf edəndən
sonra unutmuĢam. UnutmuĢam damla-damla, gilə-gilə.
Bunun üçün minnətdaram sənə, mənim Ģəfa bulağım,
sevdalı könlüm.
Üzüm giləsi kimi qara gözlərini qaldır, bir ətrafına nəzər
sal. Gör, sənin odunla yanan bir pərvanən var. O sənin
məhəb-bətini qazanmaq üçün bütün çətinliklərə, əzablara
dözməyə hazırdır.
Sehr dolu qara gözlərin, xəfif gülüĢün, incə görünüĢün
gözümün qabağında, Ģəlalə nəğməsinə bənzər səsin
qulaqlarımdadır. Darıxıram sənin üçün, yaman
darıxıram!
Ġsti nəfəsinlə açılan bir qızılgül oldum. Əllərininn
hərarətinə ehtiyacım var! Səni sevdim, sənsiz sevdim!
Səndən uzaqlarda nələr çəkdiyimdən xəbərin varmı! Səni
necə sevdiyimdən xəbərin varmı!
Gülüm, sən mənim üçün həyat, yaĢam deməksən, ancaq
bir onu bilirəm ki, səninlə sənsizəm! Sənsiz səninlə!!!
MÜNDƏRĠCAT
Ġlyas Tapdığın Ġradə Əlili haqqında düĢündükləri...3
Redaktordan Ġradənin Ģeir dünyası..........................6
ġeirlər
Gəz məni................................................................12
Döyünən bir ürəyəm..............................................13
YağıĢ yağır..............................................................14
Mən sənə qayıdacağam..........................................15
Ürəksiz qaldım.......................................................16
Göylər ağladı..........................................................17
Ağla, qərənfilim.....................................................18
Yollar......................................................................19
Unutmaq olurmu....................................................20
Məndən soruĢ.........................................................21
Dostum...................................................................23
Boynubükük sarı gəlin...........................................24
Həsrət.....................................................................25
Gəldin ömrümə......................................................26
Sarı gəlin................................................................27
Bəlkələr..................................................................28
Nifrətlə məhəbbət..................................................29
Sözə saldı məni......................................................32
Dostlarım................................................................33
Gərək öyrətməzdin.................................................34
Necə deyim............................................................36
SənsizləĢəndə.........................................................37
Yadıma düĢdün.......................................................38
Sənin baxıĢların......................................................39
Ürəyim söz verib....................................................40
Tanrım mənə yar oldu............................................41
ġirin canımsan........................................................42
Ay sarı yarpaq........................................................43
Sev deyirsən...........................................................44
Bir dünya istəyirəm................................................45
ÜĢüdü baxıĢım........................................................46
Gör nələr istəyir......................................................47
Səndən ayrı düĢən gündən.....................................48
Həsrət yükü............................................................49
Sevirəm Vətənimi..................................................50
Qürbəti yaĢadım, ana.............................................51
Sənin göruĢünə tələsirəm.......................................52
Bu dünya yaxĢılar dünyasıdır................................53
Saçına güllər hörərəm............................................54
Gecənin səssizliyi...................................................55
Atam.......................................................................56
Mənim əziz müəllimim..........................................57
Hiç gelmeyecek......................................................59
Ana, sənsiz keçirdim.............................................60
Arzum yoxdur........................................................61
Sevirsənsə məni, sev həmiĢəlik.............................62
ġəklindir təsəllim...................................................63
Səni də yandıracağam............................................64
Soyuq baxıĢların.....................................................65
Axtarma məni.........................................................66
Mənsiz mənimlə.....................................................67
Gözlərimin yaĢına çatır..........................................68
Gərəyim oldun........................................................69
Təsəlli deyiləm.......................................................70
Əmanət göndərdim.................................................71
Hicranin əli.............................................................72
Ġstədim....................................................................73
Səni mən küsdürmək ilə.........................................74
Sən məni gəl axtar, axtarmasam da.......................75
Sandım....................................................................76
PeĢiman olacaqsan.................................................77
Məhəbbətim............................................................78
Gətirdi ətrini...........................................................79
Nigaranam..............................................................80
Fikirlərin qarıĢacaq................................................81
Nəfəsini kölgə kimi...............................................82
Ay iĢığı...................................................................83
Duy həzin pıçiltımı................................................84
Deyəsən qocalıram.................................................85
Bayatılar.................................................................87
Qızılgülü................................................................88
XoĢ gəldin həyatıma..............................................89
De, kimə lazım.......................................................90
Ramil......................................................................91
Sən demə................................................................92
Unudanı unutmaz...................................................93
Çox darıxdım.........................................................94
Zor sarı gelin..........................................................95
ÜĢüdüm..................................................................96
Küsdüm..................................................................97
AxĢamların səhər gileyi.........................................98
Qaytarammaram.....................................................99
Bu son vidamız, son görüĢümüz..........................100
Səni hər an gözləyirəm........................................101
Axtarma məni.......................................................102
Röyamda analıq hissi daydım..............................104
Mənim uĢaqlı dünyam..........................................105
Mənim Məhəmməd balam...................................106
Balaca Ġlahənin dilindən......................................107
Rəvan...................................................................108
Selin bala.............................................................109
Bala baldan Ģirindir..............................................110
Nənəmin Ģəkəriyəm.............................................111
Balam gəlir...........................................................112
Sevgi lövhələri
Sevgimi itirməkdən..............................................114
Səni sevmədiyim üçün bağıĢla.............................115
Unuda bilməyəcəksən..........................................117
Sən unut demiĢdin................................................120
GörüĢünə səsləyirsən, mən də gülüm, gəlmiĢəm.122
Səndən ayrı düĢən gündən...................................124
Sən elə bir gündə gərəyim oldun.........................127
Məhəbbətsiz səadət yoxdur..................................129
KaĢ sən olaydın....................................................132
Yuxusuz gecələrimin yeganə həmdəmi................134
Gülüm, ayrılığa yaman tələsdin...........................136
Ayrılammaram.....................................................138
Əlinin siğalına möhtacam, ana.............................140
BağıĢla..................................................................142
Hər sözün yalan imiĢ............................................145
Yalvarıram qəm, sənə...........................................147
Unuda bilmirəm...................................................149
Yollar...................................................................152
Axtarma məni dedin............................................154
Mənə elə gəlirdi ki...............................................157
Ürəksizə ürək verib ağlama.................................160
Ġnandım................................................................163
Hisslərimizi zamanın sınağına verək...................165
Yalqız sevgimi cehiz aparıram.............................167
Neyləyə bilərik ayrılığa........................................169
Səninlə sənsizəm..................................................172
Dostları ilə paylaş: |