Ġradə Əlili
Mənim sevgi
dünyam
Bakı – 2013
İRADƏNİN SEVGİ ALƏMİ
Ġradə Əlilinin Ģeirlərinə iradım yoxdur. Çox yox,
cəmi 5, 6 Ģeirini oxudum. Üç mənzum, üç mənsur. Bu
qənaətə gəldim o, yatanda da sevgini dodaqları arasında
sıxıb yatır, qalxanda da gözlərini dan yerinin Ģəfəqi və
nurlana iĢığıyla açır, əllərini suyla deyil, sevgi ilə yuyur.
Dəmlədiyi çaya kəkotu ilə birlikdə sevgi misraları qatır.
Çayı Ģəkərlə deyil, sevginin Ģirin noğulu ilə içir. YeriĢi,
duruĢu ilk sevginin çılğın rəqsini xatırladır, gülüĢlərindən
sübh Ģəfəqləri süzülür. Bəlkə sevdiyi gəlinciyə də tikdiyi
donu da sevgi sapları ilə tikib. Saydığım bu sifətlərə görə
Ġradə xanıma sevgini irad tutmuram. Demirəm hər sözə
sevgi naxıĢı vurur, bu insan dünyada sevinc və sevgi
arzusu ilə doğulub. ĠĢində, hərəkətində, yeriĢində,
duruĢunda onu büruzə verir. Sevginin odundan, atəĢindən
qorxmur. Hətta gəzdiyi bağçaları sevgi ətrinə bələmək
istəyir. Bəlkə buna görə onu sevgidən doğulmuĢ Ģair deyə
bütün varlığı ilə həyatını, ömrünü iradəsi ilə sevgiyə həsr
etdiyini görürəm. Vətəndə, çiçəkdə, açılan güldə, əyilən
lalədə sevgi notlarına misralar tapır. Bəli, Ġradə xanımın
doğrudan da sevgidən kənar mövzusu yoxdur. Bunların
hamısı onun üçün Vətən sevgisi, Ana sevgisi, çağlayan su
sevgisi, quĢların cəh-cəhi ilə birləĢir, bəlkə də bütün
bunlar Ġradə xanım haqqında ritorik sözlər kimi anlaĢılsın,
əslində belə deyil. Onun sözünün əvvəlində də, ortasında
da, sonunda da sevgi var. Açan çiçək, doğan günəĢ,
buludsuz səma da, nazlanan Ay da onun üçün sevgi
sətirləri pıçıldayır. Bircə arzusu var: Dünya sevgi ilə yatıb,
sevgi ilə oyansın. Dünya al günəĢin təmiz sevgisinə
boyansın... Kinli ürəkdən xəbis, idraklardan ata-baba
qisasi ilə öyünənlərdən uzaqdır Ġradə. Onun üçün bir ulu
dünya var – sevgi dünyası. Sevgi dünyasının tərənnümü
hər vəznə, hər üsluba gəlir. Onun çiçək açan, meyvə verən
ağacları sevgi ilə sulanır, ətə-qana dolur, ulu göylərin
əsrarəngiz dərinliklərindən insanlara göz vuran ulduzlara
bənzəyir, böyüyən insanın, yetiĢən nəslin sevgisinə
calanır. Mən onun Ģeirlərində tərənnüm etdiyi həmin
duyğuları, düĢüncələri intizarlı məqamları ilk müĢahidə
etdiyim cəhətləridir. Mənim özüm də gəncliyimdə sevgi
Ģeirlərinin vurğunu olmuĢam, çalıĢırdım ki, Ģeirlərimin hər
bir bəndində sevgi sətirləri olsun -
Bizə gəlsən il yaz olar
Küsüb getsən il yas olar
Kərəm dönüb İlyas olar
Həsrət çəkər küllərimə.
Bəlkə ona görə sevgi Ģeirləri oxucunun daha çox
nəzərini cəlb edir və çox yadda qalır. Bax, belə Ģeirlər
gəncliyi daha çox maraqlandırır. Onlar gənclik sevgisi ilə,
duyğusu ilə yaĢayırlar. Bax, belə odlu sevginin
tərənnümünü görürəm Ġradənin Ģeirlərində. Arzum budur
ki, onun kövrək qələmi odlu-alovlu sevgi Ģeirləri yaratsın,
qəlbinin sevgi bulağı çağlar olsun.
İlyas Tapdıq
şair
REDAKTORDAN:
İRADƏNİN ŞEİR DÜNYASI
ġair dünyası sirli-sehrli bir dünyadır, bu dünyanı
varanlar haqq yolçuları olmuĢlar hər zaman. Ġstəsə də,
istəməsə də bütün varlığına hakim kəsilmiĢ Duyğu əsiri
olurlar. Bu Dünyanın sakinləri üçün yalnız bir məfhum
anlayıĢı var; Müqəddəs Duyğu. Yaradıcı inlanların
ömrünə həkk olunmuĢ bu məfhum müqəddəsliyini onların
simasında həmiĢə qoruyub saxlaya bilmiĢdir... Belə
insanlar Müqəddəs Ömür yolçuları olmuĢlar hər zaman.
Əsrlərin sınağından keçib gələn Azərbaycan poeziyası
dünya mədəniyyəti və ədəbi qaynaqlarında ən önəmli
yerlərdən birini tutub. ÇağdaĢ Ģairlərimizin yaradıcılığında
hiss olunan lirizm xalqımızın nə qədər zəngin
mədəniyyətə malik olduğunu büruzə verir. Hələ ən qədim
zamanlardan Ģairlər diyarı sayılan Azərbaycan öz zəngin
mədəni və ədəbi irsi ilə Ģöhrət tapmıĢdır. Dünyada elə xalq
yoxdur ki, onun Ģairi olmasın, bu mənada Azərbaycan
xalqı xalqlar içərisində ən seçimlisidir! Azərbaycanın da
dahi
klassiklərinin,
filosoflarının, dünya Ģöhrətli
alimlərinin dünya mədəni-ədəbi tarixində silinməz izi var,
əsrlərin süzgəcindən keçib gələn, nəsildən-nəslə keçən irsi
yaradıcılıqları müasir nəslin davamında ardıcıl olaraq
yaĢayır, davam edir. Gənc yazıçı və Ģairlərin yaradıcılıq
uğurları, dünyagörüĢü, poetik duyğu və düĢüncələrini əks
etdirən yazıları bizi sevindirir, bu baxımdan əsas verir ki,
Azərbaycan poeziyası hələ yaĢayır, hələ gələcək
nəsillərin davamında da yaĢayacaqdır.
Hər yeni nəĢr xalqımızın nə qədər zəngin
mədəniyyətə,
ədəbiyyata,incəsənətə malik olduğunu
bildirir. Xalqımızın milli duyğular zəminində aĢılanan
ədəbi irsinin davamçıları bu gün də öz yeni nəfəsilə,
poetik duyğularıyla, ədəbiyyatımıza hərarət gətirirlər.
Belə Ģairlərdən biri də Ġradə Əlilidir. Poeziyamızda öz
kövrək addımlarını atan Ġradə xanım ədəbiyyatımızda yeni
səs, yeni nəfəsdir. Öz hiss, duyğu və düĢüncələrini əks
etdirən, doğma yurda, Vətənə olan bağlılığı, saf eĢqin
tərənnümü, bugünün və sabahın ağrıları onun Ģeirlərinin
ana xəttidir. Ġradə xanımın yaradıcılıq palitrası çox zəngin
və rəngarəngdir. Müxtəlif mövzularda yazıb-yaradan
Ģairin özünəməxsus dəsti-xətti var. Onun “Röyada ana
oldum” mənzum Ģeiri son dərəcə poetik duyğular aĢılayır:
Bir kiçik qızcığaz girdi yuxuma,
Sandım ki, bu yuxu bir röya deyil.
Bir mələk sığındı köksümə mənim,
Sanki mələk idi insan deyildi.
İstədim əbədi olsun bu röyam,
Möhkəmcə, lap möhkəm sıxdım gözümü,
İnandım yuxumun gerçəkliyinə
Dünyanın xoşbəxti sandım özümü.
Bürüdü qəlbimi sonsuz bir kədər
Kaş ki, açmayaydı heçcə bir səhər...
Körpə mələyimlə birgə qalaydım,
İsti nəfəsinə axıb dolaydım.
Buna da şükürlər olsun Tanrıya
Röyamda analıq hissini daddım!
Ürək titrədən bir həsrət - övlad həsrətini elə
tərənnüm etmiĢdir ki, bu hissi oxucu özündə yaĢayır. Biri-
birindən mənaca dolğun Ģeir parçalarını bir-birindən
üstün tutmaq mümkün deyil, hər sətrdə Ģairin ürək
çırpıntısını hiss edirsən. Əsasən sevgi mövzusunda
Dostları ilə paylaş: |