RadiOİdarəetmə fənni üzrə laborator I y a I Ş L ə r I



Yüklə 392,18 Kb.
səhifə6/13
tarix10.01.2022
ölçüsü392,18 Kb.
#82763
1   2   3   4   5   6   7   8   9   ...   13
Radioidareetmə laboratoriyalar (1)





\




Laboratoriya işi №3


Varikap üzərində tezlik modulyasiyasının tədqiqi

1. İşin məqsədi:

1. Tezlik modulyatorunda baş verən fiziki hadisələrin öyrə­nil­mə­sidir. 2. Tezlik modulyatorunda optimal iş rejimi tədqiq olunur və statik modulyasiya xarakteristikası çıxarılır.



2. İşin nəzəri hissəsi:

Tezlik modulyasiyasının alınması üçün avtogeneratorun rəqslərinin tezliyi idarəedici siqnalın təsiri altında dəyişməlidir. Şəkil 4.9-də avtogeneratorun sxemi verilmişdir. Bu avtogenerator tezliyi konturun rezonans tezliyinə yaxın olan sinusoidal gərginlik hasil edir.

Generasiya olunan rəqslərin tezliyinin dəyişməsi üçün konturun reaktiv elementlərinin ( və ya ) birinin parametrinin də­yiş­­di­rilməsi kifayətdir. Tezlik modulyasiyası əldə etmək üçün avto­ge­ne­ratorun konturuna paralel olaraq qeyri-xətti element -idarə­o­lu­nan reaktiv müqavimətə malik varikap qoşulur. Bu müqavimə­tin qiyməti modullayıcı siqnalın təsiri ilə dəyişir.

Varikapda müqaviməti kimi tutumunun istifadə edilməsi halına baxaq. Bu tutumun dəyişən kompanenti modullayıcı siqnala uyğun olaraq dəyişir: .

Bu zaman generasiya olunan siqnalların tezliyi aşağıdakı ifadə ilə təyin olunur:

(4.8)

Burada: ;

Konturun ümumi tutumunun qədər dəyişməsi tezliyin qiymətini qədər dəyişdirir. (4.8) ifadəsinin sağ tərəfini Teylor sırasına ayıraq və üçün sıranın birinci iki toplananından istifadə etsək aşağıdakını alarıq: (4.9)

şərti daxilində konturun induktivliyini qədər dəyişməsi nəticəsində tezliyin nisbi dəyişməsi:

(4.10)

Baxılan hal üçün generasiya olunan siqnalların tezliyinin dəyişməsi uyğun olaraq və ya elementlərin parametr­ləri­nin dəyişməsindən asılıdır. (4.9) və (4.10) ifadələrində «-» işarəsi onu göstərir ki, konrurun tutumu və induktivliyinin qiymətinin artması, rəqslərin tezliyinin azalmasına səbəb olur. (9.2) və (9.3) ifadələrindən görünür ki, və elementləri çox kiçik sərhəd daxilində ilk siqnala görə mütənasib olaraq qiymətlərini dəyişir. Tezliyin dəyişməsi -nın dəyişməsinə uyğun olur, yəni tezlik modulyasiyası təhrifsiz olur.

Tranzistor generatorda idarə olunan müqavimət kimi adətən va­ri­kapdan istifadə olunur (şəkil 4.10).VT varikapına - sürüşmə gərginliyi və - modullayıcı gərginlik verilir. Şəkil 4.10-da göstərilən başqa elementlər köməkçi xarakter daşıyır. - tutumu böyük qiymətə malikdir, generatorun qida dövrəsi və varikapı sabit cərəyana görə bir-birindən ayırır ki, bu da hər ikisində lazımi gərginliyin alınmasına imkan yaradır; əlavə müqaviməti bir neçə kOm qiymətə malik olur, sürüşmə gərginlik mənbəyinin və transformatorun ikinci dolağının generatorun konturunun şuntlaması üçün dövrəyə qoşulur.

varikapdakı gərginliyin sabit qiymətində varikapın tutumu:

(4.11)

VD-varikapının tutumu,  və harmonikalarının tezliyi ilə dəyişir. Daşıyıcı tezliyinə nisbətən ən çox dəyişmə tezlik devilyasiyası ; adlanır.




Yüklə 392,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə