RadiOİdarəetmə fənni üzrə laborator I y a I Ş L ə r I



Yüklə 392,18 Kb.
səhifə8/13
tarix10.01.2022
ölçüsü392,18 Kb.
#82763
1   ...   5   6   7   8   9   10   11   12   13
Radioidareetmə laboratoriyalar (1)

Laboratoriya işi №4


Amplitud modullanmiş rəqslərin detektorlanması

1. İşin məqsədi:

1. Diod detektoru vasitəsi ilə amplitud modullanmış rəqslərin detektorlanması zamanı baş verən proseslərin tədqiqidir.

2. İşin aparılma prosesində detektor xarakteristikaları çıxa­rı­lır, detektorun giriş müqaviməti ölçülür və yük müqavimətinin müx­tə­lif qiymətlərində gərginlik ossilloqramları müşahidə olunur.

2. İşin nəzəri hissəsi:

Detektorlama modulyasiya prosesinin əksi olan prosesdir. Amplitud modullanmış (AM) rəqslərin detektorlanması zamanı yüksək tezlikli rəqslərin amplitudunu idarə edən aşağı tezlikli siqnal bərpa edilir. Detektorun tərkibində siqnalın spektrini transformasiya edən qeyri-xətti (parametrik) çevirici və aşağı tezlikli tərkibi (kompanenti) ayıran aşağı tezlikli süzgəci olmalıdır. Tədqiq olunan diod detektorunun prinsipial sxemi şəkil 4.9-də göstərilmişdir. Aşağı tezlikli süzgəcin zaman sabiti AM siqnalın qurşayanının təhrifsiz ayrılması və yüksək tezlikli döyünmənin tələb olunan hamarlanması şərtlərinə əsasən seçilir, burada -AM siqnalın daşıyıcı tezliyi; -modulyasiyaedici siqnalın spektrindəki ən yüksək tezlikdir.

Amplitud detektorlarının əsas xarakteristikası detektorlama xarakteristikasıdır. Detektorlama xarakteristikası dedikdə, detek­to­run çıxışındakı cərəyan və ya gərginliyin sabit təşkiledicisinin yüksək tezlikli rəqsin amplitudasından asılılığı başa düşülür.

Diod detektorunun iş rejimi yüksək tezlikli rəqsin amplitudu ilə müəyyən edilir. Detektorlarda, giriş siqnalının amplitudu -dan az olmayan zəif siqnallar üçün kvadratik detektorlama, -dan az olmayan güclü siqnallar üçün isə xətti detektorlama rejimindən istifadə olunur.




Yüklə 392,18 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə