165
düşmənin 400-450 nəfərlik qüvvəsi iştirak edir. Mənim
ixtiyarımda 27 nəfər salamat əsgər var, lakin on bir yaralı
da döyüşlərdə iştirak etmək üçün mənə müraciət edibdir.
Deməli, araukanlara qarşı 39 nəfər döyüşçü müqavimət
göstərəcək. Düşmənin qüvvəsi bizdən 10-11 dəfə çoxdur.
Bizi məğlubiyyətə uğratmaq heç də asan olmayacaq.
- Bizdə olan konkistadorların hər biri 10 nəfər düşmənə
müqavimət göstərməyə qadirdir. - deyə kapitan Alonso
ehtirasla dilləndi. - Migel kimi döyüşçülər lap on beş nəfər
düşmənə cavab verə bilər. Təəssüflər olsun ki, bizdə belə
döyüşçülər azdır.
- Migeli o səviyyədə şişirtmək lazım deyil. - deyə qraf
Xuan öz etirazını bildirdi. - Sadəcə olaraq, döyüş vaxtı
onun bəxti, başqalarına nisbətən gətirir.
- Mən onun necə döyüşdüyünün şahidi olmuşam. - deyə
kapitan Alonso öz mövqeyini müdafiə etməli oldu. - Döyüş
vaxtı ən ağır nöqtələrdə iştirak edir və düşmənin əsas qüv-
vəsini özünə cəlb edir. Son döyüşlərdə o, yaman fədakarlıq-
la döyüşərək, bir-birinin ardınca şəxsi igidliklər göstərmiş-
dir. Biz bura köməyə gələndə araukanlar Andrenin atını ox
ilə vurmuş və bizim silahdaşımız piyada qalmışdı. Bu
hadisə baş verəndə artıq hamı qabaqda idi. Lakin bu vaxtı
Migel öz silahdaşına kömək etmək üçün geriyə dönür. Öz
həyatını risqə qoyan Migel leytenant Andreni düşmən
166
əhatəsindən sağ-salamat çıxardır. Döyüşlərin birində kapi-
tan Xuan Odovaldonu ox ilə vuranda, bizim komandir
demək olar ki, düşmən əhatəsində tək qalır, ancaq bu vaxt
Migel özünü onun yanına çatdıraraq, yaralını qeyri-bərabər
döyüşdə düşmən əhatəsindən çıxarmağa müvəffəq olur. O,
kapitanı qeyri-adi şəraitdə ölümün pəncəsindən xilas edir.
Migel buna oxşar qəhrəmanlıqları bir-birinin ardınca təkrar
edib. O, peşəkar döyüşçülər sayılan Luisi, Diası və
başqalarını ölümün pəncəsindən xilas edə bilib. Öz həyatını
hamıdan çox təhlükəyə atan Migel onlarla düşməni qılınc-
dan keçirdib və bir dəfə də olsun, qeyri-bərabər döyüşlərdə
xəsarət almayıb. Mən ona görə demirəm ki, o, vaxtilə pol-
kovnik Alonsonun şagirdi olub. Migel həqiqətən də qılın-
cından və kamandan peşəkarcasına istifadə edir və yüksək
döyüş qabiliyyətinə malikdir. Onun kimi döyüşçülərdən biz
səmərəli istifadə etməliyik.
Alonsonun çıxışı polkovnikin əhval-ruhiyyəsini qaldırdı.
O, bir anlığa ağır xəyala daldı. Migel yenə də başqa
döyüşçülərə nisbətən fərqlənmişdi və bu azmış kimi o,
Xuanın həyatını xilas etmişdi. Bu igidlik polkovnikin
fikrindən elə-belə yayına bilməzdi. Deməli, Migel həmin
döyüşdə iştirak etməsəydi, Xuan düşmən qərəfindən qətlə
yetirilməliydi. Birdən polkovnik başını dik qaldıraraq
soyuqqanlıqla dedi:
167
- Hamı etiraf etməlidir ki, Migel bizim ekspedisiyanın ən
bacarıqlı və təcrübəli döyüşçülərindən biridir. Ona qarşı
heç kim qərəzli mövqedə durmamalıdır. Şəxsən mən etiraf
etməliyəm ki, 21 yaşlı cavan zadəgan Araukaniyada gedən
ən ağır döyüşlərdə yaxından iştirak edib və hamısında da
müsbət cəhətdən
fərqlənib.
Polkovnikin etirafı heç də qraf Xuanın ürəyindən
deyildi. Necə olsa da, onun Migeli görən-gözü yox idi.
Hara gedirsə, kiminlə təmasda olursa-olsun, əgər Migeldən
söhbət gedirsə, hamı onun göstərdiyi qəhrəmanlıqlarından
dəm vururdu. Amma qraf bu barədə polkovnik ilə söz
güləşdirmək istəmirdi. Acı da olsa, polkovnik əsl həqiqəti
söyləyirdi. İndi onu maraqlandıran məsələlərdən biri o idi
ki, qardaşının və başqa yaralıların aqibəti necə olacaq? Axı,
bütün yaralılar düşmən əhatəsində qalmışdılar. Onlara
kömək getməsə, hamısı düşmən tərəfindən məhv
ediləcək-
di. Qraf burada gedən söhbətin mövzusunu dəyişmək üçün
üzünü polkovnikə tutub səbirsizliklə dedi:
- Don Alonso, düşmən öz yaralılarını gəlib döyüş
meydanından götürdü. Biz də öz yaralılarımızı yuxarıdan
götürsək pis olmazdı. Çünki araukanlar gec-tez onların
üzərinə hücum edəcəklər. Biz onları qabaqlamalıyıq. Sonra
gec olacaq.
168
- Don Xuan, bu kənddə bizim xeyli yaralılarımız var. -
deyə polkovnik həqarətlə dilləndi. - Mən, onları burda
qoyub yuxarıdakılara köməyə gedə bilmərəm. Hazırda
araukanlar bütün qüvvələrini bu kəndin cənub səddinə
cəmləşdirirlər. Çox güman ki, onlar bütün kəndi mühasi-
rəyə alacaqlar. Biz onların hücumuna hazır olmalıyıq.
- Düşmənə layiqli müqavimət göstərmək üçün bizə əlavə
qüvvə lazımdır. - deyə kapitan Filipp təşəxxüslə dilləndi. -
Kapitan Karl isə hələ də öz dəstəsi ilə
bura gəlib çıxmayıb.
Bəlkə, bizim qasid gedib ora çıxmayıb? Kömək olmasa,
bizim üçün müqavimət göstərmək həddindən
artıq ağır
olacaq.
Verilən tapşırığa əsasən kapitan Karl hücumçu piyada
dəstəsi ilə ertəsi günü burada olmalıdır, - deyə polkovnik
dərindən ah çəkərək ciddi halda dilləndi. - Göndərdiyim
qasid gedib ora çıxa bilməsə, deməli kapitan Karlı
gözləməyə ehtiyac olmayacaq. Əgər həmin
dəstə gəlib
çıxsa, onda biz bu müharibədə uğur qazanmaq üçün,
sonuncu döyüşdə qaləbə əldə edə biləcəyik. Kömək olmasa,
birtəhər özümüzü müdafə etməklə yanaşı, düşmənin xeyli
qüvvəsini məhv
etməliyik. Bu kənddə 39 nəfər döyüşçü
cəmləşib, onlardan 27-si süvaridir. Süvari dəstəsi isə
vadinin hər bir yerində düşmənə əks zərbə endirə bilər.
Dostları ilə paylaş: |