Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


demokratik  cəm iyyətdə  vəziyyətə  görə  iqtidarla yanaşı,  müxalifət



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə86/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   82   83   84   85   86   87   88   89   ...   115

demokratik  cəm iyyətdə  vəziyyətə  görə  iqtidarla yanaşı,  müxalifət 
də  eyni  dərəcədə m əsuliyyət daşıyır.
Dünya demokratiyasının  inkişaf təcrübəsini  toplayaraq  v ə  dərk 
edərək,  sözün  əsil  mənasında,  yenidən  təşkilatlanmaq  vaxtı  artıq 
gəlib  çatmışdır.  2003 -cü ilin oktyabr hadisələrinin dərin təhlili güc 
işlətm əklə  hakimiyyət uğrunda mübarizənin  ölkəyə  qarşı törətdiyi 
əyani  təhlükələri  anlamaqdan  ötrü  təkcə  radikal  müxalifətə  deyil, 
həm  də  bütün  cəm iyyətə  lazım  olan  ciddi  nəticələr çıxarılması  və 
çox mühüm ibrət götürülməsi üçün zəngin material verə bilər.
Ölkədə  hakimiyyətin konstitusiyaya zidd yolla ələ keçirilməsi­
nin,  qarmaqarışıqlıq  və  xaos  vəziyyəti  yaranmasının  milyonlarla 
Azərbaycan vətəndaşı  üçün  nə  ilə  nəticələnəcəyini  radikal  müxa­
lifətçilərdən  m əsuliyyət  hissi  ilə  düşünən  yoxdur.  Bir  çox  polito- 
loqlar yekdil fikirdədirlər ki, Bakıda 2003 -cü ilin  15-16 oktyabr və 
Gürcüstanda  2003-cü   il  noyabr  hadisələrinin  ssenariləri  eyni  cür 
yazılmışdır.  200 0 -ci  ilin  payızında  Yuqoslaviyada  hadisələrinin 
fəallaşdırılmasında iştirak etmiş beynəlxalq strukturların nümayən­
dələrinin  oktyabr  hadisələrindən  xeyli  əv vəl  respublikamıza  g əl­
m əsi  də  bu fikri təsdiqləyir.
Ədalət  naminə  qeyd  etmək  lazımdır  ki,  2003-cü   il  oktyabrın 
15-16-da mağazaların vitrinlərini dağıdan,  dövlət idarələrinin pən­
cərələrini və avtomaşınların şüşələrini sındıran,  asayiş keşikçilərini 
vəhşicəsinə  döyən,  günahsız  insanların  qanını  tökən,  uşaqları  və 
küçədən  keçənləri  daşa  basan,  digər  cinayətlər  törədən  Azərbay­
can müxalifətindən fərqli  olaraq,  Gürcüstan müxalifəti  fitnəkarlığa 
uymadı v ə özünü nisbətən abırlı  apardı.  Bu vəhşilik zamanı bir n ə­
fərin  ölümünə  görə  də  bizim  radikal  müxalifət  vicdan  əzabı  çək­
məlidir.
Bunu  təəssüflə  qeyd  etmək  və  keçm işə  yenidən  nəzər  salmaq 
lazım g əlsə də,  fakt  faktlığında qalır, çünki bu iki  gün də milli tari­
ximizin bir hissəsidir. Həyat isə hələ dünən iqtidan demokratiya və 
dözümlülük  prinsiplərini  gözləm əyə  çağıranların  əsil  simasını  bir 
daha nümayiş etdirdi.  Reallıqlar göstərdi ki, partiya liderləri öz şəx ­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
344
si  iddiaları  və  hikkələrini  ümummilli  mənafelərdən  daim  yüksək 
tuturlar.
Dünya  təcrübəsi  isə  sübut  edir  ki,  siyasətin  və  hakimiyyətin 
münaqişə kimi yozulması olduqca təhlükəlidir.  Ölkənin  istər daxi­
lində,  istərsə də xaricində  daimi  mübarizənin ideya zəminini məhz 
bu yaradır,  xalqın  m ən əvi  qüvvələrini  tükəndirir,  insan  resursları­
nın və maddi  ehtiyatların itkisinə  gətirib  çıxarır.
Müxalifət  qəzetlərindəki  yazılardan  göründüyü  kimi,  Müsavat 
başqanı  İsa  Qəmbər  öz tərəfdarlarını  aldadaraq  onları  inandırmağa 
çalışmışdır  ki,  onun  qələb əsi  təm in  olunmuşdur.  O,  seçkilərdən 
hələ  xeyli  əv vəl  özünü  g ələcək   prezident  elan  edərək  hökumətin 
tərkibini  “formalaşdırır” ,  Nazirlər  Kabinetində,  Prezidentin  İcra 
Aparatında,  digər hakimiyyət  strukturlarında  silahdaşlarına  tələm - 
tələsik vəzifələr  paylayırdı.  O  vaxt  müstəqil  mətbuat  haqlı  olaraq 
yazırdı ki,  müxalifət partiyaları  rəhbərlərinin bu cür m əsuliyyətsiz 
bəyanatları  v ə  əm əlləri  ona  işarə  idi  ki,  hakimiyyət  “tamarzısında 
olan” naşılar ölkəni  idarə  etm əyə yenidən can  atırlar.
Oktyabrın  16-da  Azadlıq  meydanını  zəbt  edən  “avanqard”ın 
sosial  tərkibi,  m ənəvi  siması  və  ruhi  vəziyyəti,  hər  halda  çox  şey 
deyir.
Siyasi  xəttin  köklü  surətdə  dəyişm əsi  ölkəni  nə  kimi  hərc- 
mərcliyə düçar edərdi -  bax, bu m əsə lə  üzərində düşünmək lazım­
dır.  Əgər  bu  adamlar  dövlətə  başçılıq  etsəydilər,  hadisələrin  belə 
şəkil  alması  labüd  olardı.  Onların  qarşılarına  çıxan  hər  şeyi  dərhal 
yerlə-yeksan etm əyə hazır olması  v ə  ötən əsrin  90-cı  illərinin  ə v ­
vəllərində  öz m üxalifətçiliyi  dövrünü xatırladan hərəkətləri  ölkəni 
ciddi  sınaqlar  qarşısında  qoyardı,  hətta  vətəndaş  qarşıdurmasına 
gətirib çıxarardı.
Amma  xoşbəxtlikdən,  təbiətdə  “sürtünmə  qüvvəsi”  mövcud­
dur.  Vaxtilə  Şarl  M onteskyö  onun  haqqında  çox  gözəl  yazmışdır: 
“Səhv  nəzəriyyənin  müddəalarını  dəyişdirən  və  ya  alt-üst  edən 
sürtünmə  qüvvəsinə  mexanikada  tez-tez rast  gəlirsən;  bu  cür  sür­
tünmə qüvvəsi  siyasətdə də var”.  15-16 oktyabr hadisələri göstər­
di  ki,  həyat  reallıqlarını  obyektiv  şəkildə  qiymətləndirməyə  heç
Vfəsil.  Hakimiyyət və müxalifət:  inkişaf naminə rəqabət
345


Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
vaxt  qadir  olmayan  müxalifət  bu  faktı  qulaqardına  vurdu,  nəzərə 
almadı.
2003-cü  il oktyabrın  15-də Azərbaycan seçicisi nümayiş etdir­
di ki, hazırkı iqtidarın seçdiyi xətt, Heydər Əliyevin siyasi xətti onu 
tam qane edir.  Təbii ki,  m əhz İlham Əliyevin ölkə prezidenti  seçil­
məsinin  zəruriliyini  seçiciyə  sübut  etmək  üçün  iqtidann  daha  çox 
imkanı  vardı.  Sirr deyil  ki,  onun məşhurluğunda mühüm rol  oyna­
mış  şəxsi  keyfiyyətlərlə  yanaşı,  əvvəlki  prezidentin  -   Heydər 
Ə liyevin nüfuzu v ə  Azərbaycanı tərəqqi v ə demokratik dəyişiklik­
lər  yolu  ilə  m əhz  İlham  Əliyevin  irəli  aparacağına  ölkə  əhalisinin 
haqlı inamı da ona çox böyük dəstək oldu.
M ən seçkilərdən əv vəl də,  sonra da islahatlarımızın strategiya­
sını  araşdırarkən  özüm ə  dəfələrlə  belə  bir  sual  vermişəm:  İlham 
Əliyevin  2003-cü   ilin  prezident  seçkilərində  qələbəsini  proqnoz­
laşdırmaq  olardımı?  Cavab  birmənalıdır  -   Bəli!  Əlbəttə,  iqtidann 
gördüyü işlərin heç  də hamısı əhalinin geniş təbəqələrinin tələblə­
rini  ödəmir.  H ələ  çox  işlər  görülməlidir  və  tamamilə  aydındır ki, 
ölkənin uğurla inkişafı üçün biz nail olduqlarımızm çoxunu yenidən 
nəzərdən keçirməli v ə bəzi  sosial oriyentirləri zamanın yeni tələb­
lərinə  müvafiq  surətdə  dəqiqləşdirməliyik.  Başlıcası  odur ki,  iqti­
dar  bunu  gizlətmir,  Azərbaycanı  daha  sabit,  çiçəklənən  və  abad 
dövlət  etmək üçün həm  siyasi,  həm  də  iqtisadi  xəttin təkmilləşdi- 
rilm əsinə  cəm iyyətlə  birlikdə  getm əyə,  cəm iyyətlə  ə l-ə lə   verib 
işləm əyə hazırdır.
Ö lkə Prezidenti  İlham Ə liyev demişdir:  “Yerinə yetiriləcək v ə­
zifələr çoxdur. Həyatımızın bir çox sahələri beynəlxalq standartlara 
cavab vermir.  Bunun obyektiv və bəzi hallarda subyektiv səbəbləri 
var.  Müharibədən,  işğaldan  əziyyət  çəkmiş,  vətəndaş  müharibəsi 
və  digər  faciəli  hallarla üzləşm iş  ölkə birdən-birə  tam demokratik 
və  tam  azad  ola bilm əz.  Amma  bu yol  bizim  seçimimizdir,  strateji 
seçimimizdir.  Prezident seçkilərindən sonra gedən proseslər, höku­
mətimizin qəbul  etdiyi  qərarlar bizim yüksək  qiymətləndirdiyimiz 
dəyərlərə sadiq olduğumuzu göstərir.  Bizim azad, demokratik, plü- 
ralist cəm iyyət qurmaq əzm im izi göstərir”173.
346
Bu  gün  Azərbaycan  kamil  düşüncələr  v ə   addımlar,  keçmişdən 
dərs  almaq  dövrünü,  müsbət  təcrübəni  zərrə-zərrə  toplamaq  və 
onu  inkişaf  etdirmək,  vətəndaş  konsensusunun  ictimai-siyasi  tə ­
rəqqi üçün təminat olduğu əsil hüquqi dövlət v ə  demokratik cəm iy­
yət qurmaq dövrünü yaşayır.
2003-cü ilin prezident seçkilərindən sonra baş vermiş proseslər 
Azərbaycan  cəm iyyətini  yeni  m üxalif  mühitin  meydana  gəlm əsi 
zərurəti  faktı  qarşısında qoymuşdur.  O,  necə  olacaq,  daha  doğrusu, 
necə olmalıdır -  bu,  mürəkkəb m əsələdir.  B iz Azərbaycanın  siyasi 
cəbhəsində  təm sil  oluna  biləcək  siyasi  qüvvələrin  ancaq  təxmini 
proqnozunu verə bilərik.
Əgər  əvvəlk i  (2003-cü  ilin  oktyabrınadək)  siyasi  təcrübəyə 
əsaslansaq,  onda yeni  məkanın mümkün siyasi  təşkilatlan  üç qrupa 
bölünəcəklər:  (1) -  dini amilə istiqamətlənən partiyalar;  (2) -  dün­
yəvi partiyalar, yəni öz proqramında dini baxışlardan istifadə etmə­
yən  təşkilatlar;  (3)  -   siyasi  sanbalı  olmayan,  m üəyyən  müxalifət 
təşkilatı liderinin başçılıq etdiyi blokun əhəm iyyətini virtual  surət­
də artırmaq üçün yaradılan satellit, kiçik partiyalar.
Bu qrupların  hər biri  əhalinin  m üəyyən  sosial təbəqəsini,  seçi­
cilərin  xüsusi  qrupunu  təm sil  edəcəklər.  Buna  görə  də,  onlardan 
hər  birinin  siyasi  səhnəyə  çıxdığı  şəraiti  v ə  ölkənin  g ələcək   iqti­
sadi,  sosial  inkişafına  təsirini  ətraflı  araşdırmaq  son  dərəcə  vacib­
dir.  Yuxarıda  biz  doktrinaları  və  ideoloji  konsepsiyası  ilə  əlaqədar 
siyasi  təşkilatların  danışaraq  qeyd  etmişdik  ki,  ölkənin  müxalifət 
məkanında nüfuzlu liderlər və partiyaların ideoloji istiqamətləri ba­
rədə hələlik bir m üəyyənlik yoxdur.  Ona görə də bu prosesin siyasi 
məkanın yeni davranış stereotipləri inkişaf etdikcə baş verəcəyi ta­
mamilə mümkündür.
Siyasi təşkilatların birinci qrupu, yəni ölkədə islam dövləti qur­
maq  mövqeyindən  çıxış  edən  radikal  islamçılar  qrupu  amorfdur, 
yayğındır,  əsil  mənada  partiya  kimi  strukturca  formalaşmayıbdır. 
B elə  təşkilatların  cəm iyyətə  ciddi  təsiri  olmasa  da,  bəzən  “suyu 
bulandırmağı”  bacarırlar.  Boşalmış  siyasi  məkanı  tutmağa  çalışan 
radikal  islamçılar  ölkəni  uçuruma  gətirib  çıxara  bilərlər ki,  bunun
_____________
V fəsil.  Hakimiyyət və müxalifət:  inkişaf naminə rəqabət
3 4 7


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə