Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


əsası  olması barədə Russonun tezisi demokratik n əzəriyyəd ə bəra­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə94/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   90   91   92   93   94   95   96   97   ...   115

əsası  olması barədə Russonun tezisi demokratik n əzəriyyəd ə bəra­
bərlik və  azadlığın başlanğıcları  ilə  sıx  əlaqələndirilir v ə   onlardan 
heç  cür ayrıla  bilməz.  “Ümumi  iradə”nin yaranmasında bütün xal­
qın,  onun  fəaliyyət  qabiliyyətli  elementlərinin  bütün  m əcm usunun 
iştirakı  həm  bərabərlik  ideyasından,  həm  də  azadlıq  ideyasından 
irəli  gəlir.
Demokratik  ideyanın  ilk  müjdəçiləri  onu,  demək  olar,  m oizə 
kimi şərh edirdilər və bu adamların entuziazmı sırf dini ruh yüksək­
liyi  ilə  müqayisə  edilə  bilər.  Həqiqətən də,  onların  çoxu üçün  de­
mokratiya  bir  növ  din  idi.  Belə  siyasi  kor-koranə  sitayişə  bizim 
günlərdə də tez-tez rast gəlinir:  məsul  siyasi qərarlar qəbul  etm əyə 
qadir olmayanlar,  yaxud da qəbul etmək istəm əyənlər bütün üm id­
lərini  “hər şeyə  qadir v ə hər şeyin əlacı”  kimi demokratiyaya bağ­
layırlar.  Özlərinin bütün  qüvvə  və  entuziazmmı  buna  həsr  edirlər. 
Elə  təkcə  demokratiyanın  siyasi  inkişafın  öz  həddinə  çatdığı  ən 
yüksək və  son  forma  olması  barədə  səslənən  bəyanatları  xatırlat­
maq kifayətdir.
Müasir siyasi nəzəriyyə belə baxışları sadəlövh və səthi fikirlər 
kimi şübhə altına alır. Bunlara qarşı demokratiyanın ecazkarlığı, se- 
hirliliyi,  fövqəltəbiiliyi  barədə  şöhrət  pərdəsini  onun  üzərindən 
qaldıran,  onu bütün digər siyasi  formaların “bərabər hüquqlu”  ele­
menti kimi təsəvvür edən təbii siyasi hadisələr sırasına aid edən bir 
sıra müşahidələr  və  nəticələr irəli  sürür.  Demokratik ideyanın  hə­
yata  keçirilməsinin  həddən  artıq  çətin,  təhrif edilməsinin  isə   son 
dərəcə  asan  olması  xüsusi  vurğulanır.  Böyük  mütəfəkkirlərin  bir 
çoxu hesab edirdi ki, demokratiya yalnız qeyri-adi, spesifik şəraitdə 
həyata keçirilə bilər. Üstəlik, əksəriyyəti aydın şəkildə bildirirdi ki, 
əgər  demokratiya  bütün  ciddiliyi  ilə  başa  düşülərsə,  onda  demok­
ratiya heç vaxt olmayıb,  ola bilməz və yaxın gələcəkdə də olmaya­
caqdır.
Russo, Brays, Prevo-Paradol, Şerer, Gimşou kimi nüfuzlu alim­
lərin bu cür mülahizələri demokratiya haqqında həm tarixi təcrübə­
dən doğan,  həm də siyasi elmin gəldiyi nəticələri tamamilə təsdiq­
ləyir  v ə  aydın  şəkildə  vurğulayır.  Köhnə  qaydanı  “devirən”  və
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
376
“ümumi  azadlığı”,  ümumi  seçki  hüququnu,  xalqın  özünüidarəsini 
elan  edən  kimi  demokratiyanın  öz-özün ə  həyata  keçəcəyi  barədə 
sadəlövh  mülahizələrdən  danışmağa  dəym əz.  Köhnə  dayaqların 
dağıdılması  ilə  dərhal  həqiqi  azadlığın  başlanması  haqqında  fikir 
əslində  demokratik  nəzəriyyəyə  yox,  anarxist  nəzəriyyəyə  m əx­
susdur.  Bu anarxist nəzəriyyənin  əksinə  olaraq,  müasir tədqiqatçı­
lar yekdilliklə qəbul edirlər ki,  siyasi inkişafın daha sonrakı və mü­
rəkkəb forması kimi demokratiya xalqın, cəmiyyətin, siyasi elitanın 
yetkinliyinin daha çox olmasını tələb  edir.
Əvvəllərdə  deyildiyi  kimi,  öz  mahiyyəti  etibarilə  demokratiya 
xalqın  özünüidarəsi  deməkdir.  Lakin  onun  boş  söz  olaraq  qalma­
ması üçün xalq özünütəşkilin  ona xas olan  formalarını  hazırlamalı­
dır. “Xalq özü-özünü idarə etmək üçün yetişməlidir, öz hüquqlarını 
başa düşməli və başqalarının hüquqlarına hörmət etməli, öz v əzifə­
lərini  dərk  etməli  v ə  özünüməhdudlaşdırmağa  qadir  olmalıdır.  Si­
yasi  şüurun  bu  səviyyəsinə  heç  vaxt birdən-birə  nail  olunmur,  bu, 
uzun və  sərt həyat təcrübəsi  nəticəsində  əld ə  edilir.  Dövlətin  qar­
şısında qoyulan vəzifələr nə qədər mürəkkəb və yüksəkdirsə, bun­
dan ötrü xalqın  siyasi  yetkinliyi,  insan  təbiətinin  ən  yaxşı  cəhətlə­
rinin  köməyi  və  bütün  mənəvi  qüvvələrin  səfərbər  edilməsi  bir  o 
qədər çox tələb olunur” 184.
Demokratiyanın həyata keçirilməsinin bu  şərtləri  həm   də  onun 
əvvəldə toxunduğumuz digər tərifindən,  azadlıq,  siyasi relyativizm 
sistemi  olmasından  irəli  gəlir.  Bir halda ki, demokratiya cəm iyyət­
də  mövcud  olan  ən  m üxtəlif qüvvələrin  yarışı  üçün  geniş  meydan 
açır,  onda bu qüvvələrin  özlərini  hansısa ali  başlanğıca tabe  etm ə­
ləri  zəruridir.  İctimai  rifahın  və  cəm iyyətin  bütün üzvlərinin  həm ­
rəyliyinin  əlifbasını  inkar  edən  azadlıq  özünüməhvə  və  dövlət 
hakimiyyətinin dayaqlarının dağılmasına gətirib çıxarır.
Azadlığa olan ehtiras kimi,  bərabərlik ehtirası da kortəbii hərə­
kat  xarakteri  aldıqda  özünüdağıtmanın  son  dərəcə  güclü  amilinə 
çevrilir.  Sovet  İttifaqı  dövrünün  açıq-aşkar  “bərabərçilik  əyintilə­
rini”  buna  misal  göstərmək  olar.  Bərabərlik  də,  azadlıq  da  yalnız
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
3 77


özünü ali başlanğıclara tabe etməklə ictimai inkişafın yaradıcı əsas­
larına çevrilir.
Xalqın demokratik dəyərlərin ucuzlaşması v ə təhrif edilməsinin 
qarşısını  almağa imkan verən yüksək  m ənəvi  v ə m ədəni  səviyyəsi 
olmadan  demokratiya  mümkün deyildir.  Üstəlik,  biz bir çox müəl­
liflərdə  “dərin  dini  hissin”  demokratiya  üçün  müstəsna  dərəcədə 
vacib olması barədə özünəməxsus fikirlərə rast gəlirik.  Müasir de­
mokratiyaların hətta  təxmini  idealdan da nə  dərəcədə uzaq  olması 
xalq hakimiyyətinin faktiki surətdə həyata keçirilməsi m əsələsində 
özünü aydın göstərir.  Şübhəsiz ki,  Russo həqiqi  demokratiya anla­
yışını  bütün  xalqın  təkcə  qanunvericilikdə  deyil,  həm  də  idarəet­
m ədə  bilavasitə  iştirakı  ilə  eyniləşdirərkən,  nümayəndəlilik  siste­
minin  əsil  xalq  hakimiyyətindən  geri  çəkilm ə  olduğunu  deyərkən 
haqlıdır.  Lakin  o  da  həqiqi  demokratik  ideyanı  həyata  keçirməyin 
nə qədər çətin olduğunu başa düşürdü.  Obyektiv olaraq hər bir cə­
miyyətdə,  o  cümlədən  demokratiya  şəraitində həm işə  az  bir  qisim 
-   rəhbərlik  edən  azlıq,  siyasi  həyatı  istiqamətləndirən  rəhbərlər 
ümumi xalq kütləsindən yüksəkdə dayanır. Praktiki olaraq hər yer­
də  demokratiyanın azlığın idarəetməsinə çevrilməsi çoxdan məlum 
olan  və  kifayət qədər yaxşı təsvir edilən haldır.
Bununla belə,  aşağıdakıları  vurğulayaq.  Bir çox digər görkəmli 
alimlərlə  yanaşı,  Kelzen  də  belə  bir  fikirlə  razıdır  ki,  bütün  başqa 
siyasi  sistemlərdəki  kimi,  demokratiya  zamanı  da  həlledici  əh ə­
m iyyət kütlələrə  deyil, rəhbərlərə məxsusdur.  Lakin eyni zamanda 
o,  rəhbərlərin  daha  keyfiyyətli  seçiminin  demokratiya  şəraitində 
olması  fikrini  əsas  tutaraq,  demokratiyanın  üstünlüyünü  müdafiə 
edir.  Ola bilsin, bir çox hallarda bu, həqiqətən belədir, yəni əslində 
demokratizm  aristokratizmlə  əlaqələndirməni  mümkün  sayır.  La­
kin hər halda bu,  tərif baxımından demokratik ideyaların  saflığı  ilə 
ziddiyyət  təşkil  edir.  Həyat  qabiliyyətli  demokratiyalar üçün  aris- 
tokratik özəyin zəruriliyinin qəbul olunması isə,  Russonun “həqiqi 
demokratiya insanlardan  daha çox allahlar üçün yararlıdır”  fikri  ilə 
razılaşmaqla eynidir.
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
_______
378
Etiraf etmək lazımdır ki, bu qənaətə m əlum  siyasi  sistemlərdən 
heç birinin təmiz şəkildə həyata keçirilməsinin qeyri-mümkünlüyü 
barədə  fikirlər asanlıqla  etirazını  bildirir.  Demokratiyanın z ə if c ə ­
hətlərini  araşdırarkən  deyə  bilərik  ki,  elə   həmin  v ə  yaxud  digər 
nöqsanlar  bu  və  ya  başqa  dərəcədə  digər  siyasi  sistemlərə,  yaxud 
ictimai  formalara  da  xasdır.  İnsan  təbiəti,  ağıl  və  xarakterin  çatış- 
maması,  iradə  zəifliyi  bütün  sistemlərdə  eyni  olaraq  qalır.  Lakin 
məhz bu qənaət demokratiyanı digər formalar sırasına daxil edir, ilk 
müjdəçilərin  ona  geyindirməyə  cəhd  göstərdikləri  mükəmməllik 
və bitkinlik görkəmindən xilas  edir.
1980-ci illərin ikinci yarısında  SSRİ-nin timsalında özünü par­
laq şəkildə göstərən tələm -tələsik  siyasi nikbinliyin əksinə olaraq, 
demokratiyanın həm üstünlüyü,  həm  də çatışmazlıqları, həm güclü, 
həm də z ə if tərəfləri vardır. Həm in vaxt SSR İ-də elə hesab edirdi­
lər ki, demokratiya nə isə ali v ə bitkin bir şeydir.  Ona nail olan kimi 
hər şey düzələcəkdir.  Ancaq həqiqətdə, -  bunu etiraf etmək lazım­
dır,  -   demokratiya  yol  deyil,  “yolayrıcıdır”,  nail  olunmuş  m əqsəd 
yox,  yalnız  “aralıq  məntəqədir” .  Artıq  qeyd  edildiyi  kimi,  sən 
demə,  onun  “cığırların haraya apardığı  bilinməyən meşənin  ə tə y i” 
olması vəziyyəti də mümkündür.  “B iz ümid edirik ki,  düz yol  hələ 
itirilməyibdir;  eyni zamanda görürük ki,  kənara doğru  aparan kəsi­
şən yollar yaman  şirnikləndiricidir” 185.
Demokratiya  sanki  özünün  çox  geniş  imkanları  v ə  perspektiv­
ləri  ilə  gözlənilən  ümidlər  doğurmuş,  ancaq  onları  təmin  etm əyə 
gücü  çatmamışdır.  Dözümlülük v ə  bütün  rəyləri  qəbul  etmək ruhu 
ilə meydan,  o cüm lədən onu qəti şəkildə m əhv etm əyə çalışan c ə ­
rəyanlar üçün meydan açmışdır. Ancaq bu zaman o ayrı cür ola bil­
məz, çünki bu onun  təbiəti, mahiyyəti, onun üstünlüyüdür.  Bunun­
la  o,  heç  də  hamım  deyil,  yalnız  bəzilərini  qane  edə  bilmişdir. 
Adamların xəyal kimi görünən mütləq idealı sonsuzluğa qeder tək­
m illəşdirməyə  olan  tələbatı  həm işə  qalır.  Heç  bir  siyasi  sistem  de 
təkm illəşm əyə olan bu istəyi təmin  edə bilm əz.  Ona görə  də “de­
mokratiya  başqa  siyasi  formalarla  ə v ə z   oluna bilərmi?”  -   sualının
VIfəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
37 9


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə