Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə91/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   87   88   89   90   91   92   93   94   ...   115

Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
Elə  buna  görə  də  bu  problem  təkcə  yaradıcılıq  baxımından  dərk 
olunmaq  üçün  deyil,  həm   də  real  surətdə  tətbiq  edilm ək üçün va­
cibdir.
Həqiqətən  də  dərk  etmək zəruridir ki,  demokratiya kütləvi de­
mokratik  dəyərlərin  və  oriyentirlərin  dəstəyinə  nə  dərəcədə  ehti­
yac  duyur və  bunlar demokratikləşmə  üçün  ilkin zəmindirmi? D e­
mokratik təsisatların formalaşması və fəaliyyət göstərm əsinə məhz 
hansı  dəyərlər  v ə  siyasi  oriyentirlər  kömək  edir?  Əslində,  protes­
tant  mədəniyyətinin  məhsulu  olan  demokratiyanın  ənənəvi  olaraq 
pravoslav,  müsəlman, konfusiançılıq sivilizasiyalarının v ə digər si­
vilizasiyaların yayıldığı  zonalarda həyata keçirilməsi  mümkündür­
mü?  Demokratik  dəyərlərin  yayılmasının  yeni  dalğası  “sivilizasi­
yaların toqquşmasına”  səbəb olmayacaqmı?
“Üçüncü  demokratik  dalğa”  get-gedə  daha  böyük  əraziləri 
əhatə etdikcə, bütün bu problem m əsələlər aktuallaşır. Başlanğıcını 
ötən əsrin 80 -ci illərindən götürən “üçüncü demokratik dalğa” pro­
sesi hazırda qlobal demokratiyanın  əsas  amilidir.
Müasir dünyada demokratik dəyərlərin yayılması kifayət qədər 
sabit  xarakter  almışdır.  1974-cü  ildə  Portuqaliyada  Salazar rejimi­
nin  süqutundan  sonra  demokratik  dalğa  Avropanın  cənubuna 
-  İspaniyaya,  Yunanıstana,  sonra isə Latın Amerikası ölkələrinə və 
Şərqi Asiyanın bir sıra ölkələrinə yayıldı.  1990-cı illərin başlanğıcı 
üçün isə SSRİ-nin sərhədlərinə lap yaxınlaşdı v ə beləliklə də Mər­
kəzi  və  Şərqi Avropada  “məxməri  inqilabları”  və  SSRİ-nin dağıl­
masını  şərtləndirdi.  Nəhayət,  bu  demokratik  dalğanın  əks-sədası 
bəzi  Afrika dövlətlərində  eşidildi.
XVIII  əsr  və  1960-cı  illərin  ortaları  arasındakı  tarixi  dövr  ər­
zində  baş  vermiş  ilk  iki  demokratik  dalğadan  fərqli  olaraq,  yeni 
demokratik  dalğanın  olduqca  özünəməxsus  mahiyyəti  vardır.  Onu 
səciyyələndirən budur ki, həmin dalğa təkcə Çinə və müsəlman öl­
kələrinə  gedib  çatmamışdır.  Demokratik  dalğanın bu  qlobal  yayıl­
masının  miqyası  o  qədər  genişdir  ki,  istər-istəm əz  fikirləşməli 
olursan:  biz təxminən  eyni  bir vaxtda,  lakin  m üxtəlif və  çətin  mü­
qayisə  edilən şəraitlərdə,  vəziyyətlərdə və kontekstlərdə  meydana
3 64
gəlmiş  və  ona  görə  də  m ü xtəlif  qanunauyğunluqlarla  gedən  de­
mokratik dalğalarla üzləşmirikmi?
B elə hesab edirlər ki, üçüncü demokratik dalğanın postavtoritar 
və  posttotalitar  transformasiyaları  elitadaxili  demokratiyanın  nəti­
cəsi  olmuşdur.  Başqa  sözlə,  ötən  əsrin  6 0 -c ı  illərinin  ortalarındakı 
demokratiyalardan fərqli olaraq, yeni demokratiya ölkələrindən heç 
biri təzə qaydaya hərbi  m əğlubiyyətlər nəticəsində keçməmişdir.
XX  əsrin  axırları  -   XXI  əsrin  əvvəllərinin  dünya  nizamı  de­
mokratiyanı  dövlət  v ə  cəm iyyətin  inkişafının  prioriteti  kimi  m ey­
dana  çıxarmış  v ə   demokratik  quruluşu  sivilizasiyalararası  və 
dövlətlərarası dialoqun əsas  amili kimi m üəyyən etmişdir.
Özü  də  “vətəndaş”  m ədəniyyəti  am ilinə  əsaslanan  yeni  qay­
daya keçid ilk baxışdan tamamilə ağrısız olmuşdur.  Hər halda,  dün­
ya  məkanını  bürümüş  prosesin  görünən  tərəfi  belədir.  Lakin  bu 
keçidin ağrısızlığı  barədə  söylənilən  istənilən  fikir real  təsəvvürdə 
belə mülahizələrə  zidd olan bir sıra am illərlə  üzləşir.
Ona  görə  də  bütün  bu  proseslərin  Azərbaycan  üçün  tamamilə 
təzə olması v ə dövlət idarəçiliyinin m əğzinin yeni məzmununu aş­
kara  çıxarması  n əzərə  alınmaqla,  “Azərbaycanda  cəm iyyətin 
demokratikləşməsi”  anlayışında  ehtiva edilən  real  məzmunun  ma­
hiyyətinin araşdırılmasına ehtiyac  yaranır.
Sosial  və  siyasi  elmdə  m üqayisəli  metodologiya  m əhz  oxşarlıq 
və fərqlilik elementlərinin, -  o  cüm lədən də postavtoritar transfor­
masiyanın  m üxtəlif variantları  arasında,-  aşkara  çıxarılmasını  n ə­
zərdə  tutur.  M əsələ  yalnız  bundadır ki,  həm in  müqayisənin  gedi­
şində  hansı  daimi  v ə   dəyişən  amillər  fərqləndirilir  v ə  bunun  üçün 
nə  kimi  əsaslar  vardır.  Bizə  belə  gəlir  ki,  indiki  halda  müqayisə 
olunan m üxtəlif hadisələrin əslində hamısında təsiri  bu və ya digər 
dərəcədə  izlənə biləcək bir neçə  daimi  amili  fərqləndirmək müm­
kündür.  Həmin amilləri  sadalayaq.
Bu,  birincisi,  bəyan  edilən  ideal  kimi  demokratiyaya  normativ 
münasibət v ə ehtimal  olunan  ictimai  dəyişikliklərin məqsədləridir. 
İkincisi, bununla bağlı  olaraq geniş mədəni təsirlərin nəticəsi kimi, 
ilk növbədə,  Qərbin  kütləvi  mədəniyyətinin  təsiri  altında  demok­
VI fəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
365


ratik modellərin v ə nümunələrin artmaqda olan kütləvi cəlbedicili­
yidir.  Üçüncüsü,  demokratik azadlıqların v ə   hüquqların real  surət­
də  genişlənm əsi,  habelə  sosiuma  yeni  demokratik  təsisatların  və 
prosedurların  daxil  edilm əsi  sayəsində  ictimai  nəticələrin  yaran­
masıdır.  Dördüncüsü,  sosial-siyasi  modernləşmənin  məcburi  aləti 
kimi,  X X   əsrin  8 0 -9 0 -c ı  illərində  iqtisadi  avtarkizmin  səmərəsiz­
liyinin  aşkar  təzahürüdür.  Bu  amil  inkişaf etmiş  ölkələrə  çatmaq 
tipli  avtoritar  modernləşdirmənin  iqtisadi  səm ərəsi  haqqında poli- 
tologiya  elmində  yayılm ış  və  az  qala  aksioma  sayılan  təsəvvürü 
təkzib etdi. Beşincisi, avtoritarizmin cəlbediciliyini əslində hər yer­
də itirməsi və bunun nəticəsi olaraq,  onun milli inkişaf modeli kimi 
legitimliyidir.  Altıncısı,  avtoritarizmdən  idarəetmənin  həqiqi  de­
mokratik  formalarına keçidi  təşviq  etmək  üçün  əlverişli  ilkin  şərt­
lərin  olduğu beynəlxalq münasibətlər sisteminin yaranmasıdır.
Cənubi Avropa və Latın Amerikası ölkələrində “uğurlu demok­
ratiyaların”  bərqərar  olması  sxemi  göstərir  ki,  bu  proses  əsasən 
hakim elitanın  özünün daxilində,  kortəbii və ya şüurlu surətdə mü­
hafizəkarlara v ə köhnə qaydaya qarşı çıxan və yenini müdafiə edən 
islahatçılara bölünmənin baş  verdiyi  vaxtda getmişdir.  Bu ölkələr­
də  “üçüncü  demokratik  dalğanın”  əsas  kükrəyişi  siyasi  xəttin 
konkret şəkildə dəyişm əsinin təzyiqi altında baş  vermişdir.  İqtisadi 
məqamlar ikinci dərəcəli xarakter daşıyırdı v ə bunlara dövlət haki­
miyyətinin  bütünlüklə  dəyişm əsi  kontekstində  baxılırdı.  Rejimin 
mühafizəkar  qüvvələrinə  qarşı  daha  səm ərəli  müqavimət  göstər­
m əyə  çalışan  islahatçılar ümumən  mərkəzçi  mövqe  tutsalar  da,  öz 
ideyalarına v ə mövqelərinə kənardan dəstək axtarırdılar.  Onlar və­
təndaş  cəm iyyətinin qüvvələrinə, müxalifətçi hərəkatlara müraciət 
edirdilər.  Lakin onların radikal müxalifəti  siyasi prosesin iştirakçısı 
kimi  legitimleşdirməsi,  habelə  bunun  nəticəsində  mühafizəkarlar 
düşərgəsində gedən əks-birləşm e labüd surətdə gərginliyin artma­
sına v ə artıq hakim elitanın özünün daxilində vəziyyətin kəskinləş­
m əsinə  doğru ararırdı.
Bununla  belə,  Cənubi  Avropa  və  Latın  Amerikası  ölkələrində 
demokratiyaların bərqərar olması praktikası  göstərir ki, islahatçıla-
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
3 66
nn  hökumətləri  öz  cəmiyyətlərinin  aktual  iqtisadi  problemlərini 
həll  etm əyə  əsasən  hazır  deyildi.  Son  nəticədə bu,  sosiumun  küt­
ləvi mənfi reaksiyasına və sonrakı seçkilərdə keçmiş hakim qüvvə­
lərin  nümayəndələrinin  iqtidara  qayıtmasına  səbəb  olmuşdur.  La­
kin  proqnozların  əksinə  olaraq,  sonuncular  çox  vaxt  əvvəlki  mür­
təce  rejimlərin  bərpasına  əsla  səy   göstərmirdilər.  Onlar  vəziyyəti 
sabitləşdirir və yeni  siyasi  sistemi  tarazlaşdırmağa çalışırdılar.  D e ­
mokratik prosedurların  təsisatlaşdınlması,  ilk növbədə  əvvəlki  si­
yasi hakimiyyətin dəyişdirilməsi, demokratik islahatların uğurlu o l­
duğu  halda  demokratik  qüvvələrin  sonrakı  mümkün  birləşməsi 
üçün zəruri bünövrə yaradırdı.
Təbii  ki,  belə  sxem  bütün  sistemlər  və  şəraitlər üçün  universal 
deyildir.  Lakin  o,  m üəyyən  dərəcədə  keçid  dövrü  ölkələrində 
uğurlu  demokratiyaların  formalaşması  işində  oxşar  v ə   ya  analoji 
proseslərin  olduğunu  göstərir.  C əm iyyətin  m əqsədyönlü  de­
mokratikləşməsi  üçün  iki  tərkib  hissənin  uzlaşması  çox  vacibdir. 
Birincisi,  demokratik  prosedurların  v ə  təsisatların  olması,  onların 
sabitliyi  və  səmərəliliyinin  təmin  edilməsi.  İkincisi,  cəm iyyətdə 
çoxşəkilli  demokratik  proseslərin  həyat  qabiliyyətini  təmin  edən 
siyasi  dəyərlərin  v ə   oriyentirlərin  olması.  Bu  kontekstdə  mədəni 
dəyər ilkin  şərtləri  demokratik mühitin formalaşması üçün prioritet 
tərkib hissələr kimi çıxış edir.  Axı, çox zaman belə bir sual qarşıya 
çıxır:  nə  üçün  demokratiya  bəzi  ölkələrdə  başqalarına  nisbətən 
daha uğurla və  sürətlə  inkişaf edir?  Ə nənəvi  cavab  bunu belə  izah 
edir ki,  demokratiyanın yaranması və həyat qabiliyyətli  olması  c ə ­
m iyyətin sosial-iqtisadi və m ədəni dəyərlərinin vəziyyətindən bir­
başa asılıdır.
Bu  baxımdan  demokratiya  aşağıdakı  əsas  struktur  amillərinə 
söykənir:  əvvəla,  milli  birliyin  təmin  edilməsi  və  milli  eyniyyətin 
əld ə olunmasına;  ikincisi, iqtisadi inkişafın v ə əhalinin ictimai rifa­
hının  nisbətən  yüksək  səviyyəsin ə  nail  olunması;  üçüncüsü, 
cəm iyyətdə  demokratik  normaların,  dəyərlərin  v ə  oriyentirlərin 
kütləvi  şəkildə  yayılmasına.
VI fəsil.  D emokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
367


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə