Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


da Azərbaycan üçün nə kimi  fəlakətli nəticələri  olacağını hətta tə ­



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə87/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   83   84   85   86   87   88   89   90   ...   115

da Azərbaycan üçün nə kimi  fəlakətli nəticələri  olacağını hətta tə ­
səvvür  etmək  belə  çətindir.  Yaxşı  ki,  ölkədə  xeyli  dindarın  olm a­
sına  baxmayaraq,  dini  siyasi  təşkilatların  əhalinin  əsas  hissəsi 
arasında nüfuzu yoxdur.  Dinin siyasiləşdirilməsi İslamın əsaslarına 
da ziddir.  Ona görə  də  dövlətin Konstitusiyadan  irəli  gələn,  trans­
formasiya edilməkdə olan Azərbaycan cəm iyyətində milli dini m o­
delin  formalaşmasını  bir  şərt  kimi  irəli  sürərək,  digər  dövlətlərin 
dini  modellərinin  milli  məkana  təsirini  zərərsizləşdirməli  olan 
məqsədlərini  belə  strukturlara  qarşı  fəallıqla  v ə   güzəştsiz  şəkildə 
qoymaq zəruridir.
Bu təşkilatların  siyasi  şüarları nə  qədər cəlbedici olsa da,  onla­
rın ideyaları kütləvi şüurun tələblərinə nəinki cavab vermir, həm  də 
Azərbaycanın tutduğu sivilizasiyalı inkişaf xəttinə tamamilə ziddir. 
Bu  da  hesab  etm əyə  əsas  verir  ki,  belə  yönümlü  siyasi  təşkilatlar 
Azərbaycanın  siyasi  həyatında heç  vaxt həlledici rol oynamayacaq, 
öz yerini  dünyəvi  siyasi  qruplara verəcəkdir.
T əəssü f ki,  X X  əsrin axırları -  XXI əsrin əvvəllərində beynəl­
xalq terrorizmin  güclənm əsi  prosesi  gedir və  çoxları  bu terrorizmi 
ilk növbədə islam ekstremizmi ilə bağlayır.  Bunu guya sivilizasiya­
ların  başlanmış  olan  “qarşıdurması  və  toqquşması”  barədə  məlum 
bir fikirlə  (S.Hantinqton)  əsaslandırırlar.
Siyasiləşdirilmiş  bu  cür müddəalar olduqca zərərli və təhlükə­
lidir,  onlar bəşəriyyəti  özünüməhv  müharibəsinə  təhrik  edə  bilər. 
İslamın adından çağırışlarla çıxış edən və bəd əm əllər törədən eks­
tremistlərlə  İslamı eyniləşdirmək olmaz.  Siyasi  ekstremizmin kök­
lərinin  harada  olması  m əsələsi  ayrıca  və  böyük  bir  mövzudur. 
H ələlik  isə qısaca deyəcəyəm  ki,  onlar,  əsasən, yoxsulluq v ə səfa­
lət olan yerlərdədir.
İslam  təkcə  din  deyil,  həm   də  çox  zəngin m ənəvi,  m ədəni  və 
sosial  məzmunla  dolğunlaşdırılmış  dəyərlər  sistemidir.  İslamın 
m ənəvi  gücünü,  möminlərin  enerjisini  Azərbaycan  dövlətçiliyi­
nin, ölkənin iqtisadi,  sosial v ə  mədəni tərəqqisini möhkəmlətmək 
məcrasına  yönəltm ək  imkanını  əldən  vermək  olmaz.  Həm  din­
darlar icmasının daxilində,  həm  də ondan kənarda -  dövlətlə qar­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
348
şılıqlı  sosial  fəaliyyət  sahəsini  m əhz  burada  genişləndirmək  la­
zımdır.
Azərbaycan Respublikasının Prezidenti İlham Ə liyev bu barədə 
öz  fikrini  dəqiq  və  birmənalı  şəkildə  bildirmişdir:  “Azərbaycanda 
dini dözümlülük var.  Bu,  çox böyük nailiyyətdir, sərvətdir.  H əm işə 
belə olmuşdur.  Milli,  dini  dözümlülük,  tolerantlıq Azərbaycan xal­
qına xas  olan  xüsusiyyətdir.  Azərbaycanın  tarixində  qısa bir müd­
dət bu sahədə  gərginlik müşahidə olunmuşdur.  Ancaq Azərbaycan 
xalqının  tələbi  ilə  hörmətli  Prezident  Heydər  Əliyev  hakimiyyətə 
qayıtdıqdan  sonra  bu  sahədə  keçmişdə  buraxılan  səhvlər  aradan 
qaldırıldı... Azərbaycanda dövlət v ə din arasında mehriban münasi­
bətlər, işgüzar əlaqələr mövcud olmuşdur.  Bizim  hamımızın borcu­
dur ki, bu istiqamətdə işim izi davam etdirək.  M ən dəfələrlə bəyan 
etmişəm  ki,  Heydər  Əliyevin  siyasətini  davam  etdirəcəyəm.  O 
cümlədən,  bu  sahədə  də  davam etdirəcəyəm ” 174.
Azərbaycan  cəm iyyətində  yeniləşm ə  meyilləri  həm   də  onu 
göstərir ki,  vaxt keçdikcə  ölkədə  qərbçilər -  modemistlər tərəfin­
dən təqdim olunmuş dünyəvi xəttə tərəfdar olan, lakin eyni zaman­
da,  milli  m ən əvi-əxlaqi  komponentlərin  gücləndirilməsi  ideyasına 
sadiq qalan nüfuzlu siyasi  təşkilatlar formalaşır.  Başqa sözlə desək, 
bunlar mötədil  neokonservatorlar ola bilərlər.  Onlar üçün  ənənəyə 
və dinə söykənm ək planetar təfəkkürü istisna etmir, əksinə, fəal si­
yasi  həyatın  tərkib  hissələrindən  biridir.  B elə  siyasi  təşkilatların 
əsasını adətən,  orta sinfin nümayəndələri təşkil edirlər ki,  onlar da 
nəinki  m üxalif əhval-ruhiyyəni  ifadə  edə  bilər,  həm  də  siyasi  və 
iqtisadi  strategiyanın  həyata keçirilməsində  iqtidarı  dəstəkləyə  bi­
lərlər.  Mötədil  konservatorların  əsasən  texnokratlardan  formalaşan 
belə  birlikləri  transformasiya  cəmiyyətlərində  fəal  siyasi  təşkilat­
lara  çevrilir.  Kütləvi  şüurda  ədalətlilik,  tərəqqi,  milli  ənənəyə  və 
tarixə sadiqlik  ideallarını  əks etdirən, ümdə təsərrüfat m əsələlərini 
həll  etməklə  lokal  səviyyədə  əhalinin nisbətən  aztavanalı  təbəqə­
lərinin  mənafelərini  təm sil  edən  bu  təşkilatlar  güclü  siyasi  birlik­
lərə tez çevrilə bilər.
_________
Vfəsil.  Hakimiyyət və müxalifət:  inkişaf naminə rəqabət
349


Türkiyənin Ədalət və İnkişaf Partiyası  da bu cür yol keçmişdir. 
Rəcəb  Tayyib  Ərdoğan və  Rifah Partiyasının “yenilikçilər”  adlan­
dırılan digər görkəmli liderləri onun sıralarından çıxdıqdan sonra öz 
partiyasını  yaratmağa,  onu  iki  il  ərzində  m öhkəm lətm əyə  v ə  
Türkiyə tarixində ilk dəfə olaraq ölkə parlamentində və b ə ləd iy y ə ­
lərində  yerlərin  çoxunu  tutmağa  m üvəffəq  oldular.  Öz  siyasi 
konsepsiyasında  mötədil  konservatizm  v ə  Avropaya  yaxınlaşma 
ideyalarına əsaslanır ki, bu da onu “bizim  islam dövləti quruculan- 
m ız”dan köklü şəkildə fərqləndirir.
Azərbaycanda mötədil konservatizim partiyası olmasının m üm ­
künlüyü  onun  dövlətin  inkişafında,  cəm iyyətin m ənəvi-əxlaqi  da­
yaqlarının  qorunmasında  fəal  iştirakını  şərtləndirəcək,  formalaşan 
orta sinfin  sosial problemlərinin həllinə  kömək edəcəkdir.  İqtidara 
alternativ kimi,  gələcəkdə belə bir siyasi təşkilatın yaranması  istis­
na deyildir.
Tamamilə  aydındır  ki,  çoxpartiyalı  sistem  öz  ailə  üzvləri,  qo­
humlar  v ə  dostlar  sırasından  siyasi  təşkilatlar  yaratmaq  dem ək 
deyildir.  Ona  görə  də  Azərbaycanın  yeni  siyasi  strukturunda  mini 
partiyaların,  satellit partiyaların digər təşkilatlara diffuziyasını, ölkə 
əhalisinin  konkret  təbəqələrinin  mənafelərini  ifadə  edən,  v ətən ­
daşların  iqtisadi  və  sosial  rifahını  yaxşılaşdırmağa  çalışan  üç-dörd 
sivilizasiyalı,  demokratik  siyasi  təşkilatın  real  surətdə  fəaliyyət 
göstərəcəyini  gözləm ək  olar.  Bu  partiyalar  1988-1992-ci  illərin 
“inqilabi  eyforiya”smdan  imtina  etsələr,  ölkənin  siyasi  həyatının 
real  subyektləri ola bilərlər.
Azərbaycanın  siyasi  məkanında  m üxtəlif  yönümlü  təşkilatlar 
mövcuddur.  Yeni  siyasi  mühitin  formalaşması  ilə  əlaqədar  g ə lə ­
cəkdə onlar təbii surətdə hansısa digər strukturlara, birliklərə v ə ya 
bloklara  çevriləcəklər.  Çox  ehtimal  ki,  siyasi  təşkilatların  ikinci 
qrupu dini  amillərə  istiqamətlənmiş  siyasi  qüvvəni təmsil edəcək­
dir. Bunlar əsas etibarilə siyasi məyusluq dövrünü yaşamış və rege- 
nerasiyaya  can  atan  birliklərin  qalıqları  olacaqdır.  Bu  partiyalar 
2003-cü  ilin  oktyabrında  sarsıdıcı  m əğlubiyyətə  uğrayanların  “şi­
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
________
350
nellərindən çıxacaqlar” .  Lakin “yeni təfəkkür” v ə inkişafın yeni iq­
tisadi və  siyasi  determinantları  baxımından  b elə  siyasi  “orqanizm­
lər” mahiyyət etibarilə  səmərəsizdir.
“Müqəddəs  yer boş  olmur”,  birinin  siyasi  meydandan  getməsi 
digərinə yol açır. İ.Qəbər “bu gün nəinki, sadəcə məğlub olub, həm 
də darmadağın edilib... o, daha heç vaxt m üxalifət düşərgəsində bi­
rinci olmayacaqdır”.  Aydındır ki, bu,  “tez-gec  İ.Qəmbərin öz par­
tiyası üzərində də nəzarəti itirməsinə gətirib çıxaracaqdır,  xüsusən 
də Müsavatın həbsə alınmış yüksək v əzifəli funksionerləri azadlığa 
çıxdıqdan sonra...  Bütün bunlar göstərir ki,  İ.Qəmbər hətta vicdanlı 
seçkilərdə  də,  bir daha heç vaxt birinci  olmayacağını  dərk edir” 175.
Seçkilərdən  sonra yaranmış vəziyyətin təhlili həm də  onu  gös­
tərir  ki,  Müsavat  Partiyasının  digər  rəhbərləri  artıq  “İ.Qəmbərin 
başı üstünü kəsdirm işlər” .  Müsavat başqanının müavini R.Arifoğlu 
hələ  prezident  seçkilərindən  əvvəl  dəfələrlə  nəzərə  çarpdırmışdı 
ki, İ.Qəmbər seçkilərdə uduzsa, o, partiyanın başçısı vəzifəsin ə id­
dia etmək niyyətindədir.  R.Arifoğlunun öz partiyadaşlarının ünva­
nına söylədiyi  “qəlyan tüstülətməkdənsə, bir işlə m əşğul olmaq la­
zımdır”,  yaxud  “partiyanın həbsxanadakı rəhbərləri  azadlıqda olan 
rəhbərlərindən  qat-qat yaxşı  işləyirlər”  kimi  sözləri müxalifət dü­
şərgəsində  ciddi  ziddiyyətlər  olduğunu  və partiyadaşların üm idlə­
rini  doğrultmayan  “köhnə”  rəhbərlər  ətrafında  birləşməyin  müm­
künsüzlüyünü  sübut edir.
Cəmiyyəti m əsuliyyetsizcəsinə sürüklədiyi bataqlığa müxalifət 
özü düşmüşdür. Ona alternativ kimi başqa bir siyasi məkanın cizgi­
ləri  nəzərə  çarpır.  Demokratik  Azərbaycanda  “yeni  siyasi  təfək - 
kür”ün  əsasını  təşkil  edən  bu  məkan  sivilizasiyalı  siyasi  səhnədir. 
Bu siyasi məkan radikal qarşıdurmanın konstruktiv dialoq v ə rasio­
nal rəqabət vasitəsilə sıxışdırılıb aradan tamamilə çıxarılacağı  sivi­
lizasiyalı  siyasi  səhnədir.
Azərbaycanda  1993-cü  ildən həyata keçirilən iqtisadi  və  siyasi 
strategiya milli  siyasi  məkanın posttranzitar  epoxaya transformasi­
yası üçün mühüm zəm in yaratmışdır.  Azərbaycan Prezidenti  İlham
V fəsil.  Hakimiyyət və müxalifət:  inkişaf naminə rəqabət
351


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə