Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


aydın  cavabı  var:  belə  hallar  əvvəllər  olub,  indi  də  baş  verir  və



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə95/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   91   92   93   94   95   96   97   98   ...   115

aydın  cavabı  var:  belə  hallar  əvvəllər  olub,  indi  də  baş  verir  və 
prinsipcə,  gələcək d ə də ola bilər.
Demokratiya “yolayrıcıdır”,  çünki  o, azadlıq sistemidir,  mütləq 
heç bir şeyi qəbul etm əyən relyativizm sistemidir. Demokratiya boş 
məkandır  (“meşənin  ətəy i”),  burada  ən  m üxtəlif  siyasi  istəklər 
(“cığırlar”) inkişaf edə bilər. Demokratiya barəsində göstərilən na­
razılığı  prinsipcə  insanların  qeyri-m üəyyənlikdən  bezikm əsi, 
konkret  cəlbedici  inkişaf yolu,  hətta  yol  yox,  heç  olmasa  “cığır” 
seçm ək arzusu kimi  şərh  etmək  olar.  Lakin  bu  suala birmənalı  ca­
vab vermək çətindir:  “biz əvvəl-axır yenidən meşənin ətəyinə qa- 
yıtmayacağıqmı?”
İndiki  halda  biz  U.Çörçillin  məlum  fikri  ilə  razılaşmağa  daha 
meyilliyik:  “Demokratiya  idarəetmənin  formasıdır,  lakin  bəşəriy­
yət hələlik bundan yaxşısını tapa bilməmişdir” .
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
_______
§ Azərbaycanda demokratiyanın modelləri: 
mümkün  olanlar, məqbul sayılanlar və 
gözlənilməyənlər
Demokratiyaya keçid nəzəriyyəsi  şübhəsiz ki,  tranzitar cəm iy­
yətlərdə  baş  verən  siyasi  proseslərin  və  dəyişikliklərin  izah  olun­
masında  daha  populyardır.  M üxtəlif ölkələrin  və  regionların  ma­
terialı əsasında  onun işlənib  hazırlanmasında bugünkü siyasi  elmin 
ən nüfuzlu nümayəndələri iştirak etmişlər və edirlər.  Özü də ölkə­
şünaslıq tədqiqatlarının  əksəriyyəti  keçid nəzəriyyəsi metodologi­
yasından istifadə  edilm əklə aparılır.
B iz Azərbaycanda demokratiyanın inkişafının bir neçə modelini 
nəzərdən keçirəcəyik.  Onların arasında mümkün olanlar (dövlətçi­
liyin tarixinin ssenarisinin yaxşı və ya pis inkişaf edəcəyi təqdirdə), 
məqbul sayılanlar (dövrün tranzitarlığı nəzərə alınmaqla) və gözlə­
nilm əyənlər  (anarxist  qüvvələrin  hakimiyyətə  gəlmək  səyləri  baş 
verdiyi təqdirdə mümkün olanlar) vardır.
3 80
Təbii  ki,  bütün  bu  modellər  m əhz  heç  də  ideal  olmadığına  və 
universal  model  kimi  tətbiq  edilə  bilm ədiyinə  görə,  Azərbaycanın 
strateji  inkişafında  başlıca  rola  iddia  etmirlər.  Lakin  şübhəsiz  ki, 
onların  məqbulluğu  və  milli  mentalitetə  uyğunluğu  m üəyyən  m o­
delin  bu  mühitdə  davam  gətirməsi  üçün  çox  vacibdir.  Ancaq  hər 
şeyi zaman v ə  xalqın  siyasi yetkinliyi həll  edir.
U.Rostounun tək lif etdiyi,  tarixi  dəyişiklikləri  özündə birləşdi­
rən  v ə   1 8 9 0 -1 920 -ci  illərdə  İsveçdə,  1945-ci  ildən  başlayaraq 
Türkiyədə  demokratiyaya tarixi  keçidin m üəllif təfsirinə  əsaslanan 
mümkün modeli  kimi nəzərdən keçirək.  U.Rostounun fikrincə,  de­
mokratiyaya keçidin birinci m ərhələsində baza təşkil edən ilkin z ə ­
min milli  birliyə  nail  olmaqdır.  Özü də  bu model  çox vaxt kortəbii 
surətdə  yaranır v ə kifayət qədər aydın deyildir.  Bundan  əlavə,  de­
mokratiyanın təşəkkülünün bu m ərhələsində bir qayda olaraq,  iqti­
sadiyyatın səviyyəsi milli birliyin formalaşmasına m üxtəlif cür təsir 
edir.
Demokratikləşmənin ikinci  fazası dövlət idarəetməsi  oriyentir­
lərinin  dəyişm əsindən  ibarətdir v ə  adətən,  iqtidarla müxalifət  ara­
sında  uzun  sürən  mübarizə  ilə  səciyyələnir.  Bu  mübarizənin  m ə­
nası onun rəhbərliyinə ehtiyac duyan sosial qüvvəyə arxalanan yeni 
elitanın  bərqərar  edilməsidir.  Özü  də  demokratikləşmənin  birinci 
fazası  ikinci  mərhələnin  təşəkkül  tapmasına kifayət  qədər  müsbət 
təsir göstərir.  Bununla belə,  m illi  birlik olmadıqda demokratiyanın 
yerində  tamamilə  başqa siyasi  şərait -  qütbləşmə  yaranır ki,  bu  da 
dezinteqrasiyaya  v ə  regional,  etnik  və  ya  hansısa  digər  əlam ətə 
görə parçalanmaya  səbəb  olur.
T əəssü f ki,  hazırda Azərbaycanda “sürətli  demokratik dəyişik­
liklərin  bir  çox  tərəfdarı”  özləri  belə  qütbləşmənin  daşıyıcılarıdır. 
Regional  əlam ətə  görə  müxalif partiya  sisteminin  təşəkkülü  onun 
normal demokratik inkişafını pozur.  Ancaq XX əsrin 9 0 -cı illərinin 
və XXI əsrin başlanğıcının təcrübəsi göstərir ki, milli müxalifət çox 
vaxt sosial v ə  siyasi layihələrlə deyil, öz təşkilatının formalaşdırıl­
ması və m əhz regional əsasda protopartiyalar yaratmaq ideyasından 
çıxış  edir.
VI  fəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
381


Tarixi təcrübə göstərir ki, demokratiyaya keçid son dərəcə çətin 
prosesdir v ə  illər deyil,  bəzən bir neçə  onilliklər tələb  edir.  Tədri­
cən siyasi liderlər millətin birliyi şəraitində mövcud olan müxtəlif­
liyi reallıq kimi  qəbul  etməyin zəruriliyini dərk edə və demokratik 
prosedurun ən  mühüm cəhətlərini institusionallaşdıra bilərlər.
Faktiki  olaraq bu,  üçüncü fazanın -  qərarlar qəbul etmək vaxtı­
nın  başlanması  deməkdir.  U.Rostou  misal  kimi  1907-ci  ildə  İsveç 
siyasətçilərinin  nail  olduqları,  seçki  hüququnun  və  proporsional 
təm silçiliyin  uyğunlaşdırılmasına  əsaslanan  “Böyük  kompromis”i 
xatırladır.  Əlbəttə,  baza  demokratik  prosedurların  institusionallaş- 
dırılması  barədə  qərar  mümkün  həllərdən  biridir.  O,  tam  bir  sıra 
m üxtəlif siyasi  qüvvələrin  oyununun  nəticəsi  kimi  meydana  gəlir 
v ə  sonrakı  kəskin  siyasi  mübarizəni  heç  də  istisna  etmir,  əksinə, 
ehtimal  edir.
N əticədə  demokratiyanın  “vərdişetmə”  fazası  deyilən  dördün­
cü  fazası  başlayır.  Bu  fazada  demokratiya  nisbətən  saz  və  bütöv 
mexanizm  kimi  işləm əyə  başlayır.  Bu  faza  vətəndaşlar  və  siyasi 
elita  üçün  “öyrənm ək”,  demokratiya  texnikasını  mənimsəmək  və 
onun fəaliyyət göstərm əsi üçün zəruri vərdişləri v ə mövqeləri əldə 
etmək dövrüdür.
Hazırda  bir  sıra  qərb  politoqlarının  tədqiqatlarında  əsas  kimi 
tez-tez  istifadə  edilən  digər  modelləri  nəzərdən  keçirək.  Ancaq 
bəri  başdan deyək ki,  bu modellər öz mahiyyəti  etibarilə  və  ətraflı 
araşdırıldıqda  keçid  dövrünü  yaşayan  hər  bir  cəm iyyət  üçün  daha 
çox  münaqişə doğura bilən modellərdir.
Demokratik rejimlərin dağılması, habelə onlara keçid konsepsi­
yasının  işlənib  hazırlanması  şərəfi  Yel  universitetinin politologiya 
və  sosiologiya  professoru  Xuan  Lintsə  məxsusdur186.  O,  avtoritar 
və  totalitar  sistemlərin,  siyasi  partiyaların  və  elitar  qrupların,  həm 
demokratik  sistemlərin  dağılması,  həm  də  demokratiyaya  keçid 
məsələlərinin  öyrənilm əsinə  verdiyi  töhfəsinə  görə elmi  dairələr­
də  yaxşı  tanışdır.  Lints  v ə   onun  həmkarları  demokratiya  dedikdə, 
“siyasi  alternativləri  ifadə  etm əyə  və  müdafiə  etməyə  qanuni  hü­
ququ”  başa  düşmək  barədə  razılığa  gəlm iş,  demokratik  rejimləri
Ramiz Mehdiyev.  Azərbaycan: qloballaşma dövrünün  tələbləri
382
kifayət qədər geniş şərh etməyə  imkan verən “minimalist tə r if’ de­
yilən tərif irəli  sürmüşlər.
Yeri, gəlm işkən,  bəri başdan demək  lazımdır ki,  birincisi,  Lint- 
s öz misallarında Latın Amerikası ölkələrinin təcrübəsinə  əsaslan­
mışdır187.  İkincisi,  prezident hakim iyyətinə  az qala karikatura kimi 
yanaşan baxışları  əsas  götürmüşdür.  Özü  də  Lints  demokratik  d ə­
yərlərin  v ə   ideyaların  formalaşması  m əsələsində  üstün  yer  tutan 
milli  mentalitet  probleminin  özünəməxsusluğunu  heç  də  həm işə 
nəzərə almamışdır.  Aydındır ki, keçid dövrü ölkələrində demokra­
tiya  ölkədə  baş  verən  sosial-iqtisadi  v ə  ictimai-siyasi  proseslərin 
təsiri  altında  formalaşır.  Demokratiyaya keçid prosesini  bu baxım­
dan  araşdırarkən  belə  bir  cəhəti  nəzərə  almaq  vacibdir  ki,  A zər­
baycanın  reallıqları  demokratik  dəyərlərin  formalaşmasına  xüsusi, 
özünəməxsus yanaşma tələb edir.
70  il  ərzində  totalitarizm  prinsipləri  v ə   demokratik  prinsiplər­
dən uzaqlaşma əsasında tərbiyə olunan cəm iyyət öz-özünə və bir- 
dən-birə  demokratik  dəyişikliklərə  keçə  bilməz.  Bu  dövr  üçün 
güclü prezident hakimiyyəti,  tənzim lənən bazar  iqtisadiyyatı,  ilkin 
mərhələdə  K İV -lər üzərində  nəzarət,  kvazipartiyalı  sistem  xarak­
terikdir.  Özü  de  fəaliyyətinin  mahiyyəti  etibarilə  belə  partiyaların 
əksəriyyəti  əslində  yalnız protopartiyalardır.  Elə  həmin  dövr  üçün 
iqtidarla  m üxalifət  arasında  kəskinləşən  mübarizə  səciyyəvidir. 
Yuxanda göstərildiyi kimi, bu vəziyyət müvəqqətidir v ə  cəm iyyə­
tin inkişafında yalnız tarixi  mərhələdir.
Dövlətçilik  inkişaf  etdikcə  idarəetmə  metodları  təkmilləşir, 
mübarizənin yeni elementləri siyasi həyata getdikcə daha çox daxil 
edilir.  Qarşıdurma  cəm iyyət  və  dövlətin  siyasi  həyatında  öncüllük 
uğrunda yarışa çevrilir.
Demokratiyaya  keçid  dövründə  konkret  vaxt  göstərişləri  y o x ­
dur.  O, çox v ə  ya az müddət çəkə bilər ki,  bu da həqiqi  demokratik 
quruluşun tərkib hissəsi olan kvazipatiyalı sistemin seleksiyası pro­
sesi ilə şərtlənmişdir.
Lints  yazır ki,  son  dərəcə  mürəkkəb  şəraitdə  olan  v ə  öz  m öv­
qelərini möhkəmləndirmək yolu ilə kor-koranə irəliləyən gənc de-
VIfəsil.  Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
383


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə