lən, m əhkəm ələr v ə parlament qeyri-müstəqil v ə heç bir dəyəri o l
mayan qurumlar, prezidentə əlavələr kimi çıxış edir. Buna uyğun
olaraq, bu qəbil siyasi quruluşlarda seçkilərin özü ölkənin sabitliyi
üçün mənfi rol oynayır və ifrat dərəcədə qızışdınlmış em osional-
populist ab-havada keçir.
Nümayəndəli demokratiya konsepsiyası O ’Donnellin əvvəlk i
nəzəri tədqiqatlarının bir növ inkişafıdır. M əsələn, bu, onun öz
təbiətinə görə korporativ v ə texnokratik olan nümayəndəli demok
ratiyanın yaranması üçün əhəm iyyətli dərəcədə zəmin hazırlamış
bürokratik-avtoritar sistemlərə dair tədqiqatlarına aiddir. M əhz
belə rejim şəraitində ziddiyyətlər m üəyyən vaxtadək gizli qalır v ə
partiyalar bir-birini və prezidenti (özü də ona elə bir ziyan vurma
dan) tənqid etdikdə, mətbuat formal azadlıq qazandıqda, parlament
isə seçildikdə v ə s. üzə çıxır.
Beləliklə, nümayəndəli demokratiya haradasa avtoritarizm ilə
təmsilçili demokratiya arasında aralıq bir rejimdir. Buna görə də
onun təkamülü iki istiqamətdən birində mümkündür - ya nüma
yəndəli demokratiyaya doğru, yaxud da avtoritarizmin meydana
gəlm əsinə doğru.
O ’Donnellin bədbinliklə söylədikləri düz olarsa, avtoritar reji
min tipi necə olacaqdır? Tədqiqatçı özü buna aydın cavab vermir,
buna görə də onun nə düşündüyünü yalnız güman etmək olar. Çox
güman ki, o, avtoritarizm deyəndə, bürokratik avtoritar rejimi n ə
zərdə tutur. Bu anlayışın özü onun Latın Amerikasında, ilk növbədə
Argentinada gedən siyasi proseslərə dair əvvəlki tədqiqatlarında
ifadə olunmuşdur. Onun bürokratik avtoritarizm konsepsiyası ü zə
rində ətraflı dayanaq.
O ’Donnell kapitalizmin sürətli inkişafına ehtiyacı dövlətin si
yasi rolunun möhkəmləndirilməsində əsas komponent hesab edir.
Bürokratik avtoritarizm şəraitində üç əsas hərəkətverici qüvvədən
ibarət olan blokun mənafelərini məhz dövlət qoruyur. Birincisi, h ə
min qüvvələr en böyük v ə daha dinamik milli şirkətlərə nəzarət
edən milli burjuaziyadır. İkincisi, milli kapitalla sıx bağlı olan və
xeyli dərəcədə ölkənin iqtisadi inkişafının hərəkətverici başlanğı
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
388
cını təşkil edən beynəlxalq kapitaldır. M illi və beynəlm iləl kapita
lın bu cür qarşılıqlı əlaqəsi həm də əlavə sayda törəmə multimilli
korporasiyaların formalaşmasına gətirib çıxarmışdır. Üçüncüsü,
qeyri-sabitliyin yüksək olması, kəskin siyasi münaqişələr, “kom
munist təhlükəsi”, vaxtaşırı baş verən iqtisadi böhranlar bu bloku
sosial dezinteqrasiyanm qarşısını almağa qadir olan daha bir çox
mühüm hərəkətverici qüvvəyə - orduya arxalanmağa təhrik et
mişdir.
Bu qüvvələr blokunun mənafelərini müdafiə etməklə dövlət
avtoritarlığın və bürokratizmin yüksək səviyyəsi, habelə iqtisadi
proseslərin gedişinə fəal müdaxilə kimi faşizmə yaxm olan bir sıra
əlamətlər əxz etmiş olur. M illi kapitalın mənafelərinin beynəlxalq
kapitalın artan iddialarından qorunmasının zəruriliyi nə qədər aşkar
olursa, dövlətin bu rolu da bir o qədər aydın olur. D övlət getdikcə
daha çox milli burjuaziyanın bir növ himayəçisi rolunda çıxış edir.
Genişlənməsinə dövlətin diqqətlə nəzarət etdiyi elə həmin
“xalq sektoru” inkişaf edənə və siyasi fəaliyyətdə iştiraka iddiasını
büruzə verənə qədər bu cür model Latın Amerikasının bir sıra öl
kələrində mövcud olmuşdur. Sonra isə milli burjuaziyanın m ənafe
lərinin şaxəlenm esi prosesi başlamışdır və artıq bu mənafeləri av
toritar rejim çərçivəsində təmin etmək mümkün deyildi.
Beləliklə, yuxarıda göstərilən üç modeli təhlil edərək demək
olar ki, bəzi politoloqlar üçün təklif olunan modellərdən Azərbay
candan ötrü daha məqbulu birinci model olacaqdır. Bu model indi
üçüncü mərhələnin sonunu yaşayan milli demokratiyanın reallıqla
rına daha yaxındır. Əslində o, dördüncü m ərhələyə - “vərdişetme”
m ərhələsinə, demokratiya texnikasının m ənim sənilm əsi fazasına
və Azerbaycanda demokratik modelin inkişafının zəruri əsas funk
sional cəhətlərinin əxz edilməsi mərhələsinə keçidin astanasın-
dadır.
Şübhəsiz və tamamilə aydındır ki, üçüncü fazanın başa çatması
prosesi illər çəkəcəkdir. Lakin elə indinin özündə posttranzitar
cəm iyyətin yeni “vətəndaş” mədəniyyətinin formalaşmasının baş
lanmasına zərurət duyulur. A xı posttranzitar dövrünün siyasi m ə
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
3 89
dəniyyəti keçid dövrünün siyasi mədəniyyətindən əhəm iyyətli
dərəcədə fərqlənir v ə transformasiya zamanının ənənələrini, d ə
yərlərini v ə oriyentirlərini təkrar etməməlidir. Burada gizli təhlükə
ondadır ki, əgər cəm iyyət posttranzitar dövrün oriyentirləri və d ə
yərlərini hazırlaya bilm əyibsə, onu durğunluq gözləyə bilər. D e
mokratik dəyərlər v ə ənənələr belə mühitə uyğunlaşa bilməz.
Postsovet dövlətlərində demokratiyanın təkamülü endogen
xarakter daşımasına, yəni elitadaxili mübarizənin taktika və strate
giyasından irəli gəlm əsinə baxmayaraq, bu dövlətlərdən hər birinin
gələcək inkişafı üçün posttranzitar cəm iyyətə çevrilmək strategi
yasının işlənib hazırlanması tələb olunur.
Təbii ki, bəzi tədqiqatçılar problemin bu cəhətinə toxunaraq,
onun əleyhinə çıxa v ə iddia edə bilərlər ki, bazar iqtisadiyyatına
xas olan sərt rəqabət qanunlarının mövcud olduğu yeni cəmiyyətin
iqtisadi əsası olmadan posttranzitar dəyərlərin nə işlənib hazırlan
ması və formalaşması, nə təsbiti, nə də reallaşdırılması mümkün
deyildir. Bu iddiada m üəyyən məntiq var. Lakin uzun müddət
transformasiya prosesində olan cəm iyyət üçün məhz posttranzitar
dəyərlərin v ə oriyentirlərin işlənib hazırlanması iqtisadi yüksəlişin
sürətinin artmasına köm ək edir. Bunu vətəndaşların həm siyasi,
həm də iqtisadi sahədə yetkinliyi və şüurluluğunun başlanması
vaxtı kimi təsn if etm ək olar.
Təhlilçilər posttranzitar cəm iyyətdə dəyərlərin və oriyentirlə
rin formalaşması kimi anlayışlara etiraz edəndə nəyi nəzərdə tutur
lar? Həmin dəyərlərin v ə oriyentirlərin yaradılmasının zəruriliyinə
istinad edərək vurğulamaq istərdik ki, bunlar dövlətçiliyin forma
laşmasında bir növ yeni əlaqə rolunu yerinə yetirirlər.
Lakin bu dövr artıq hansısa post-dövr kimi səciyyələndirilə
bilm əz. Ə lbəttə, o, ictimai şüurda demokratik ideyaların və dəyər
lərin təşəkkülü prosesinə yeni dinamika gətirir. Onu hətta post-
posttranzitar dövr hesab etsək də, nəzərə almaq lazımdır ki, o,
ənənələrin m üəyyən varisliyini saxlayır, lakin vaxt ötdükcə, yeni
oriyentirlərin v ə dəyərlərin çərçivəsi və sərhədləri totalitar keç
m işlə bu varislik əlaqəsini de “yuyub” aparır.
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
3 90
Azərbaycan vətəndaşlarının yeni nəslinin təfəkkürü və şüuru
artıq köhnə, şəxsiyyəti avtoritar təzyiqə məruz qoyan, onun azadlı
ğını isə öhdəliklər və yaşayış şəraiti dairəsi ilə məhdudlaşdıran
ideyaları, oriyentirləri və idealları qəbul etmir. T əəssü f ki, hələlik
bu tezisi yeni nəslin hamısına aid etmək mümkün deyil, belə ki, is
tər təhsil sahəsində, istərsə də digər sahələrdə yaranmış boşluq
özünü göstərir. Üstəlik, gənclərdə özlərinin perspektivləri haqqın
dakı təsəvvürlər bəzən elə problemlər doğurur ki, son nəticədə
bunlar dövlətin inkişaf strategiyasının yeni nəsil tərəfindən adekvat
qavranılmasmda öz əksini tapır.
Berlin divarının uçurulması yarım əsrdən çox bir müddətdə bi
zim siyasi şüurumuzu və fəaliyyətim izi m üəyyənləşdirən qlobal
münaqişələrə son qoydu. Qərbdən şərqədək bütün Avropa daha
böyük demokratik məkana qədəm qoydu. 2004-cü ildə Avropa
Şurası üzvlərinin sayı qırx beşə, Avropa Birliyinin üzvləri isə,
yuxarıda dediyimiz kimi, iyirmi beşə çatdı. H ələ heç vaxt demok
ratiyanın inkişafı və onun keyfiyyətinin müdafiəsi məqsədi ilə v ə
təndaşların maraq və arzularından doğan bu qədər çox sayda fəal
transmilli hərəkatlar olmamışdır.
Demokratiya öz mahiyyətini qoruyub saxlamaq üçün vətəndaş
ların sosial-siyasi, mədəni v ə iqtisadi rifahına, bu sahələrdə baş ve
rən müsbət dəyişikliklərə reaksiya verməli v ə uyğunlaşmalıdır.
Hazırda Avropada demokratiyaya təsir edən əsas amillər, m əsələn,
qloballaşma, Avropa inteqrasiyası, mədəniyyetlərarası miqrasiya,
demoqrafik dəyişikliklər, iqtisadi göstəricilər, informasiya texnolo
giyalarının inkişafı, həm de terrorizmdən hamılıqla müdafiə hissi
nin olmamasıdır.
Avropada demokratiya öz inkişafının sanki son həddinə çatmış
dır. İndi demokratik təsisatlar əvvəllər heç vaxt olmadığı qədər
geniş şəkildə tanınmışdır və bütün kontinentdə fəaliyyət göstərir.
Avropalıların getdikcə daha çoxu demokratik cəm iyyətlərdə
yaşayır, və getdikcə daha çoxu gündəlik həyatında demokratik də
yərlərə qovuşur. Bununla belə, istər köhnə, istərsə də yeni demok
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin inkişafının prioriteti kimi
391
Dostları ilə paylaş: |