Ramiz m ehdiyev azərbaycan: qloballaşm a döVRÜNÜN


Beləliklə, Aristotelin fikrincə, vətəndaş azadlığının v ə  vətən d aş



Yüklə 136 Kb.
Pdf görüntüsü
səhifə99/115
tarix06.02.2018
ölçüsü136 Kb.
#26384
1   ...   95   96   97   98   99   100   101   102   ...   115

Beləliklə, Aristotelin fikrincə, vətəndaş azadlığının v ə  vətən d aş 
cəmiyyətinin əsası xüsusi mülkiyyətdir.  Bu baxışları təhlil  edərkən 
belə  nəticəyə  gəlm ək  olar  ki,  mülkiyyət  vətəndaş  cəm iyyətin in , 
dövlətin v ə   siyasi  canlı  kimi  müstəqil  vətəndaşın  m övcud  o lm a sı­
nın təm əl daşıdır.
N.M akiavelliyə  görə,  dövlət vətəndaşların  əm lak v ə   ş ə x s i  hü­
quqlarım  qorumağa,  yəni  vətəndaş  cəm iyyətinin  m ən afelərini  əks 
etdirməyə borcludur.  Makiavelli hesab  edir ki,  dövlət qorxu v ə  z o ­
rakılığın köm əyi  ilə  idarə  etməlidir.
Bununla  belə,  nifrət  doğurmamaq  üçün  o,  vətəndaşların,  yən i 
vətəndaş  cəmiyyətinin  əmlak  və  şəxsi  hüquqlarını  pozm amalıdır. 
Makiavelli  öz  əsərlərində  dövlətin  tətbiq  etdiyi  ən  pis  zülm dən 
-  özünün yüksəlişi naminə cəm iyyəti  gücdən salmaq v ə  onun  fə a ­
liyyətini  sarsıtmaq  cəhdlərindən bəhs  edir.  Artıq  burada  c ə m iy y ə t 
və  dövlətin,  mülki  və  siyasi  sahələrin  bölünməsi  aydın  görünür. 
Lakin vətəndaş cəmiyyətinin v ə dövlətin bu cür bölünməsi M akia- 
vellinin  siyasət  v ə   mənəviyyatın nisbəti  haqqında  fikirlərində  x ü ­
susilə aydın təzahür edir.
Onun konsepsiyasına görə,  dövlətin timsalında  siyasi  fəa liy y ət 
və  siyasi  hakimiyyət  m ənəviyyatsızlığın  sinonimidir.  Lakin  bu 
m ənəviyyatsızlıq  artıq  elə  siyasi  münasibətlərin  kökündədir  ki, 
həmin  münasibətlər  şəraitində  kimsə  istismarçı,  yaxud  istismar 
olunandır -  “Tecium non datu!” .  Makiavellinin dövründə b elə  h e ­
sab edirdilər.  Üçüncü variant yox  idi.  Təbii ki,  vətəndaş cəm iyy əti 
ictimai  həyatın  öz  mahiyyətinə  görə  m ənəvi  məzmun  daşıyan  bir 
növ  üçüncü  sahəsi  kimi  meydana  çıxır.  Lakin  o,  m ahiyyətcə  m ə ­
nəvi məzmun  daşısa da,  daxilən  siyasətdən kənardır (əm ək,  şəx si 
tələbatın  ödənilm əsi,  məhəbbət,  ailə,  maraqlar  v ə   m ənafelər, 
mülkiyyəti  artırmaq qayğısı).  Başqa sözlə,  şəxsi  həyat adlanan  bir 
şeydir.
Bu mənada vətəndaş cəm iyyəti  istənilən rejimdə, hətta totalitar 
rejimdə də mövcuddur.  O, həm işə var,  lakin həqiqi həyatdan təcrid 
edilə bilər.  Bax bu halda siyasi,  dövlət strukturlarında m ənəviyyat- 
sızlıq vüsət alır.
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
________
396
Bizim  dövlətin,  eləcə  də  digər  ölkələrin  tarixi  bu  deyilənləri 
təsdiq  edir.  Vətəndaş  cəm iyyəti  siyasətlə  bu  v ə   ya  digər  formada 
maraqlanmağa  səy  göstərərək,  siyasi  həyata  nəzarət  edə  bilər.  O, 
siyasi həyata qoşula,  beləliklə  də  onu m ənəvi  cəhətdən  saflaşdıra, 
öz  meyarlan  və  normaları  ilə  mühakimə  yürütməklə  hakimiyyəti 
dəstəkləyə v ə möhkəmləndirə bilər.
Müasir  elmdə  qəbul  olunmuş  mənada  “vətəndaş  cəm iyyəti” 
terminini  siyasi  elmdə  politoloqlar  arasında  birinci  dəfə  T.Hobbs 
işlətmişdir.  Onun  “Leviafan”  kitabı  dövlətə  yazılmış  himn  olmuş­
dur. Bu kitabda vətəndaş cəm iyyəti termini yalnız bir cəhəti vurğu- 
lamaq üçün işlədilmişdir:  hamı v ə  hər şey bu nəhəngə tabe olmalı­
dır189.  T.Hobbsa  görə,  dövlətdən  kənarda  ehtirasların  ağalığı, 
müharibələr,  qorxu,  yoxsulluq,  rəzillik,  tənhalıq,  barbarlıq,  vəhşi­
lik, nadanlıq hökm sürür.  Zəkanı,  sülhü, təhlükəsizliyi, var-dövləti, 
əxlaqı hakimiyyətə yalnız dövlət gətirir. Vətəndaş cəm iyyətini hü­
quq  əsasında  sivilizasiyalı  qayda-qanuna  yalnız  dövlət  gətirir. 
T.Hobbsa görə, hüquqdan hər cür uzaqlaşma dövləti  xəstəliyə,  qi­
yamlara  və  m əhvə  doğru  aparır.  Roma  imperiyası  v ə  dövlətin  da­
yaqlarını pozan digər dövlətlər b eləcə məhv olmuşdur.
“Vətəndaş  cəm iyyəti”  anlayışının  sonrakı  dəqiqləşdirilməsi 
C.Lokka məxsusdur v ə T.Hobbs kimi,  o da bu kateqoriyadan geniş 
istifadə  edir.  Vətəndaş  cəm iyyətinin  dövlətdən üstünlüyünü,  açıq- 
aşkar  olmasa  da,  həqiqi  mənada  birinci  elan  edən  də  C.Lokk  ol­
muşdur.  C.Lokk  deyirdi  ki,  vətəndaş  cəmiyyətinin  əsasını  xüsusi 
mülkiyyət təşkil edir.  Əgər T.Hobbs vətəndaş cəm iyyəti ilə yanaşı, 
lazım bildikdə istənilən xüsusi mülkiyyəti müsadirə edə bilən müt­
ləq  hökmranın  -   dövləti  də  göstərirsə,  Lokk  xüsusi  mülkiyyəti 
müqəddəs  v ə   toxunulmaz  sayır.  Lokk  siyasi  hakimiyyəti  xüsusi 
mülkiyyətin  tənzimlənməsi  v ə  qorunub  saxlanması  üçün  qanunlar 
yaratmaq hüququ kimi  təfsir edir.  İnsanların dövlətdə birləşməsin­
dən başlıca məqsədi  dövlətin yaradılmasının əsası  olan öz  mülkiy­
yətlərini  qoruyub  saxlamaqdır.  Əgər  T.Hobbs  sanki  dövlətin 
qanunlarından  kənarda  qalan  bir  v ə  ya  bir  neçə  şəxsin  olmasını 
mümkün  sayırsa,  C.Lokk  üçün  aşağıdakı  fikir  səciyyəvidir:  heç
VIfəsil. Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
3 97


kim, hətta bir adam üçün də cəm iyyətin qaydalarından (qanunların­
dan)  kənar  istisna  edilə  bilməz.  Hamı  vətəndaş  cəm iyyətinin  ha­
kimi olan  qanuna tabe  olmalıdır.
Ş.L.Monteskyö  “Qanunların  ruhu  haqqında”  traktatında  haki­
miyyətlərin  diktaturası  və  özbaşınalığından  qorunmağın  iki  təm i­
natından  bəhs  edir:  vətəndaş  cəm iyyəti  və  hakimiyyət  bölgüsü. 
Hüquqi  dövlət  konsepsiyasının  əslində  ilk  nəzəriyyəçisi  olaraq  o, 
qanunun  aliliyini  əsaslandırır.  O,  azadlıq  anlayışını  formalaşdırır: 
azadlıq qanunun yol verdiyi hər şeyi  etmək hüququdur.
M onteskyöyə görə, təbii vəziyyət, ailə, qəhrəmanlıq dövründən 
sonra vətəndaş cəmiyyəti  bəşər tarixinin  dördüncü pilləsidir.  Onun 
fikrincə, vətəndaş cəm iyyəti  insanların bir-birinə düşmənçiliyi c ə ­
miyyətidir.  Bu  səbəbdən də  o,  vətəndaşlar arasında düşmənçiliyin 
qarşısını  almaq üçün zorakılıq orqanından  dövlətə çevrilir.
T.Hobbsdan fərqli  olaraq  Ş.L.Monteskyö vətəndaş  cəmiyyətini 
dövlətlə  eyniləşdirmir.  O,  mülki  və  siyasi  qanunları  bir-birindən 
fərqləndirir.  Siyasi  qanunlar  dövlətə  çevrilmiş  vətəndaş  cəm iyyə­
tinin  qanununun  mahiyyətidir  və  buna görə  də  siyasi  qanunlar  in­
sanların  təbii  azadlığını  məhdudlaşdıran  v ə   onlara  azadlıq  verən 
qanunlardır.  Birinci  qanunlar -  m əhz mülki  qanunlar heç  bir halda 
transformasiya olmayan qanunlardır.
Ş.L.Monteskyö mülki və  siyasi qanunların dialektikasını nəzər­
dən keçirərkən bir növ siyasi qanunların  və mülkiyyət qanunlarının 
(vətəndaş  cəm iyyəti)  ziddiyyətli  vəhdətini  formalaşdırır.  Həmin 
tərəflərdən birinin  yox  olması  ya  anarxiyaya  (siyasi  qanunlar  ləğv 
edildikdə),  yaxud  da totalitarizmə  (mülkiyyət qanunları,  mülki  qa­
nunlar pozulduqda)  aparıb çıxanr.
JJ.Russo  üçün  vətəndaş  cəm iyyəti  onun  ictimai  müqavilənin 
köməyi  ilə  və  özü də  hökmən  respublika  formasında dövlətə çev ­
rilməsi deməkdir.  Bu halda dövlət vətəndaş cəmiyyətinin tələbi  ilə 
istənilən vaxt devrilə bilər.  Ş.L.Monteskyö kimi, JJ.Russo da siyasi 
qanunları  v ə  mülki  qanunları  (mənəviyyat,  adətlər,  ictimai  rəy) 
fərqləndirir. Əslində o, vətəndaş cəm iyyəti anlayışını mahiyyəti ta­
beçiliyi  v ə  azadlığı  uzlaşdırmaqdan  ibarət  olan  siyasi  orqanizm
Ramiz Mehdiyev.  Azərbaycan:  qloballaşma dövrünün  tələbləri
398
kimi  ifadə  edir.  J.J.Russonun  fikrincə,  mülki  hökumətdə  tabeçilik 
olur,  ancaq  təkcə  azadlıq  olduqda  (tabeçilik  olmadan)  oxlokratiya 
(anarxiya) hökmranlıq edir190.
İ.Kant vətəndaş  cəm iyyəti  haqqında  təsəvvürü  daha da  inkişaf 
etdirir və dərinləşdirir.  Bu cəm iyyət (J.J.Russoda olduğu kimi)  in­
sanın təbiətindən doğur.  İ.Kantın fikrincə,  öz təbiəti etibarilə  insan 
bir  yerdə  dayanan  deyil,  paxıldır,  şöhrətpərəstdir,  n əyəsə  nail  ol­
maq  hərisliyinə  tutulmuşdur  v ə  eyni  zamanda  həm rəylik  axtarır. 
İ.Kant hər bir kəsin azadlığını  digərlərinin azadlığı  ilə uzlaşdırma­
ğın təbii yolunu -  ümumi hüquqi və vətəndaş  cəm iyyətinə,  vətən­
daş həmrəyliyinə nail olmağın yolunu görür191.
F.Hegel bir tərəfdən, İ.Kantın təlimini inkişaf etdirərək s ə lə flə ­
rinin  ideyalarını  qəbul  edir,  digər tərəfdən  isə,  vətəndaş  cəm iyyə­
tinin  dialektikasmın  -   dövlətin  nəzərdən  keçirilməsinə  prinsip 
etibarilə  yeniliklər  daxil  edir.  H egelə  qədər  vətəndaş  cəmiyyətini 
bu və ya digər şəkildə açıq-aşkar fərqləndirmir v ə onu nə  isə  azad 
və müstəqil bir kateqoriya kimi  dövlətlə  müqayisə  etmirdilər.
İlk  dəfə  olaraq  Hegel  vətəndaş  cəmiyyətini  dövlətin  daxilində 
deyil, onunla yanaşı nəzərdən keçirmişdir.  Müstəqil təsisatlar kimi, 
vətəndaş cəm iyyəti v ə dövlət eyniyyət təşkil edir.  Bu eyniyyət xü­
susi  (vətəndaş  cəmiyyəti,  ailə)  v ə  ümumi  (dövlət)  mənafelərə  bö­
lünür.  Ailənin  v ə  vətəndaş  cəmiyyətinin  mənafeləri  toqquşduqda 
onlar  dövlətə  tabe  olmalıdırlar.  Beləliklə,  bu  iki  kateqoriya  dövlə­
tin hissələridir. Vətəndaş cəm iyyəti və ailə dövlətin yaşamaq vasi­
təsidir,  onlar bazisdir192.
B eləliklə, bizə  elə  gəlir  ki,  Hegel  vətəndaş  cəm iyyəti  v ə  döv­
lətin bölgüsünü ardıcıl surətdə aparır, onların eyniyyətini ifadə edir, 
vətəndaş cəmiyyətinin dövlətdən asılı v ə  ona tabe  olduğunu,  sonra 
isə  vətəndaş  cəmiyyətinin  dövlət  tərəfindən  udulduğunu  təsdiq 
edir.  O,  polis  və  m əhkəmə  hakimiyyətlərini  vətəndaş  cəm iyyəti 
sahəsinə,  hökumətin  hakimiyyətini  isə  dövlət  sahəsinə  aid  edir. 
Əgər  hökumət  hakimiyyəti  qanunçuluğu  qorumaq  üçün  vətəndaş 
cəmiyyətinin hüdudlarına daxil olursa,  o, bir növ,  vətəndaş cəm iy­
yətinə qarşı çıxmış olur. Vətəndaş cəm iyyəti və dövlət ya sadə ey­
VI fəsil. Demokratiya dövlət və cəmiyyətin  inkişafının prioriteti kimi
3 99


Yüklə 136 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   115




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə