və dözümlülükdür. Lakin tolerantlığın hamı tərəfindən qəbul edilən
davranış tərzi olması üçün daxili siyasi prosesin bütün iştirakçıları
nın konstruktiv əm əkdaşlığı zəruridir. Qlobal “dem okratik
dalğa”nın genişlənməsi prosesində yeni partiya ən ən ələrin in for
malaşması, siyasi məkanın təkmilləşməsi yalnız cəm iyyət daxilin
dəki uçurumu aradan qaldırmaq səylərinə əsaslanmalıdır.
Axı, dialoq və insanların rasional yetkinliyi nəticəsində form a
laşan məkan
rasion d 'etre-dən, yəni əqli əsasdan asılı olacaqdır və
ona görə də belə məkan banşmazlıqdan daha həyatidir. Üm um dün-
ya inteqrasiyası və milli “M ən”in gözə çarpmadan yoxa çıxm ası
dövründə cəm iyyətdə dialoq, şəffaflıq, dözümlülük kimi dəyərlər
keyfiyyətcə yeni, daha aktual xarakter alır.
Müxalifətin, xüsusən onun dağıdıcı-radikal hissəsinin liderləri
dərk etməlidirlər ki, Azərbaycan öz inkişafının elə bir m ərhələsinə
qədəm qoymuşdur ki, müxalifətin hakimiyyətlə qarşılıqlı m ünasi
bətləri, hakimiyyət uğrunda mübarizə yalnız sivilizasiyalı forma və
üsullarla, dialoq, real şüarlar və daha cəlbedici sosial-iqtisadi proq
ramlar irəli sürmək yolu ilə aparıla bilər. D əyənəklər, demir
çubuqlar, daş-kəsək “proletariatın silahı” kimi tarixin arxivinə
göndərilməlidir. Dünya birliyi də bu m əsələyə birmənalı şəkildə
öz mənfi münasibətini bildirməlidir. Hakimiyyətin dinc yolla təh
vil verilməsi bəşəriyyətin ən gözəl nailiyyətlərindən biridir. Hin
distanın böyük oğlu Mahatma Qandi zorakılığa əl atmaqdan imtina
etm əyə çağırmışdır, çünki bu, “bəşəriyyətin elində en böyük qüv
vədir. O, insanın nə vaxtsa icad etdiyi ən dağıdıcı silahdan da güc
lüdür” 108.
“Demokratik dalğa”nın genişləndiyi dövrdə, şəffaflıq, dialoq və
konstruktiv əməkdaşlıq erasında “açıq cəm iyyət” ideyaları və
dövlətin demokratik inkişaf səviyyəsi ölkənin qloballaşma proses
lərində səm ərəli və mükəmməl iştirakının əsas inteqratorlanna
çevrilmişdir. Dövlətin və cəm iyyətin dinamik inkişafı demokratik
dəyişikliklərin, məhkəmə hakimiyyətinin müstəqilliyinin, orta sin
fin mövcudluğunun və gənc nəslin nümayəndələrinin bu və ya di
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
184
gər sahəyə rəhbərlik prosesinə fəal surətdə cəlb edilməsinin səviy
yəsindən asılıdır. Əgər demokratik islahatlar və dəyişikliklər küt
lələrin arzusuna uyğundursa, zamanın tələblərinə cavab verirsə,
yəni statik, yaxud tələm -tələsik deyilsə, əgər onlar xaotik, yaxud
sistemsiz şəkildə yox, ardıcıl surətdə həyata keçirilirsə, demokratik
dəyişikliklərin uğurla nəticələnəcəyi labüddür.
Məhkəmə hakimiyyətinin daim təkmilləşdirilməsi və monito
rinqi demokratik ideyaların v ə baxışların qloballaşması dövründə
dövlətin və onun vətəndaşlarının hərtərəfli inkişafının mühüm tər
kib hissəsidir. Demokratik cəm iyyətdə insanın hüquq və azadlıqla
rının səmərəli təminatı dövlətin öz vətəndaşına, onun hüquq v ə
azadlıqlarına münasibətinin əsas göstəricisidir. J.J.Russo vaxtilə
demişdir: “Hətta ən güclü sahibkar də öz gücünü hüquqa, itaəti isə
borca çevirə bilm əsə, daim sahibkar olmağa gücü çatmaz”.
Azerbaycan vətəndaşının hüquq və azadlıqları toxunulmazdır
və kimsə tərəfindən hücum obyekti ola bilməz. Bu hüquqlar Azər
baycan Respublikasının Konstitusiyası, bir sıra qanunvericilik akt
ları v ə həmin hüquqlara əm əl edilməsinin, qanunun aliliyinin və
ölkədə qayda-qanunun təminatçısı olan dövlət başçısı tərəfindən
qorunur. Lakin yaddan çıxarmaq olmaz ki, “bir nəfərin hüququ baş
qa bir nəfərin yaşamaq, toxunulmazlıq və dövlət tərəfindən mü
dafiə hüququnun başlandığı yerdə məhdudlaşır”. Odur ki, hər bir
insan, əvvəla, özünün “təbii” v ə ikincisi, Əsas qanunla - Konstitu
siya ile təmin olunmuş hüquqlarını nəzərə almaqla, təkcə öz hü
quqları və azadlıqlarını başa düşməli deyil, digər vətəndaşın hü
quqlarının təmin olunmasında öz məsuliyyətini də dərk etməlidir.
2004-cü il bələdiyyə seçkiləri, 2005-ci il isə parlament seç
kiləri ile əlamətdar olacaqdır. Həm bu, həm de digər seçkiləri
ölkənin güclənən demokratik keçidinin daha bir mərhələsi kimi
qiymətləndirmək lazımdır. 2003-cü ilin oktyabrında keçirilmiş pre
zident seçkiləri gösterdi ki, “gözübağlı” tradisionalistlərin və
teşəxxüslü, ekspressiv siyasi disputlarda itib-batmış qüvvələrin
dövrü keçmişdə qalmışdır. Müasir epoxa Azerbaycanın siyasi səh
__________________
III fəsil. Qloballaşma dövründə dövlət və cəmiyyət
185
nəsində dövləti keyfiyyətlə inkişaf etdirməyə, onu dünya birliyinə
tam miqyasda inteqrasiya etm əyə, əsası 1993-cü ildə H eydər Ə li
yev tərəfindən qoyulmuş səm ərəli dövlətçilik xəttini inamla davam
etdirməyə qadir olan modemist qüvvələrə yol açmışdır.
Tamamilə aydındır ki, 2004-cü və 2005-ci illərin seçkiləri sa
vadlı, mütərəqqi vətəndaşların dövlət idarəçiliyinə fəal surətdə
cəlb edilm əsinə, onların lokal səviyyədə və respublika səv iy y əsin
də təmsil olunmalarına göstərilən ciddi cəhddir. B ələdiyyə orqan
larına v ə ölkə parlamentinə seçkilərdə iştirak, o cümlədən güclü və
müstəqil dövlət, mükəmməl vətəndaş cəm iyyəti quruculuğuna is
tiqamətlənmiş gənc, səriştəli, intellektual, vətənpərvər insanların
da iştirakı ölkənin yeni siyasi elitasının təşəkkülünə, siyasi rəqabə
tin demokratik əsaslarının möhkəmlənməsinə və kadrların keyfiy
yətli rotasiyasına kömək edəcəkdir.
Çoxları yaxşı xatırlayır ki, sovet dövründə belə kadrları kom so
mol hazırlayırdı. Sovet İttifaqının dağılması və bundan sonra layiq
li kadrların seleksiyası prosesində yaranmış boşluq ölkənin inkişaf
strategiyasına mənfi təsir göstərdi. Heydər Əliyev 1993-cü ilin iyu
nunda Bakıya qayıtdıqdan sonra, Milli M əclisin sədri olarkən m əhz
yeni gənc və işgüzar vətəndaşların üzə çıxarılması üçün ilk görüş
lərindən birini Azərbaycan gənclərinin nümayəndələri ile keçir
mişdir.
Yuxarıda qeyd edildiyi kimi, demokratiya monosentrik siyasi
ideyaları qəbul etmir. İnsan zəkası cəmiyyətin siyasi və iqtisadi h ə
yatında onun inteqratoru olan bir baxış, yaxud ideya çərçivəsində
olan varlığı qəbul etmir. Dünya tarixi dəfələrlə sübut etmişdir ki,
ideyaların avtoritarizmi, bəzən nə qədər açıq görünsə de, bu v ə ya
digər sistemin legitimliyini, yaxud disfimksionalhğını itirməsi ilə
şərtlənən m üəyyən çərçivələrə və sərhədlərə malikdir.
Antik dövrlərdən tutmuş SSRİ-nin dağılmasına qədər bəşəriy
yət həm işə hər bir fərdin böyük azadlığa və geniş seçim hüququna
malik olduğu polisentrik siyasi sistemə can atmışdır. Müasir dövr
də “seçim hüququ” anlayışının fəlsəfi qavrayışı dövlətin milli su
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
186
verenliyinin qorunması m əsələsində v ə beynəlxalq münasibətlər
də, bəlkə də, əsas əngəldir. Ona görə də belə bir mülahizə də
əsassız deyildir ki, bəşəriyyət “demokratiyadan yorulmaq” kimi
səciyyələndirilən həddə çata bilər, elə bir həddə ki, monosentrik
qloballaşma və milli suverenliyin məhdudlaşması “xalqların nüfuz
dan və qərar qəbul etmək hüququndan məhrum olması” kimi qəbul
edilə bilər109.
Buna görə də aydındır ki, ölkəni tərəqqiyə v ə inkişafa apar
mağa qadir olan yeni siyasi elitanı elə bir nəsil formalaşdıracaq ki,
ondan ötrü milli “M ən”, m illi eyniyyət, təkcə regional planda deyil,
həm də qlobal miqyasda milli müstəqilliyin və dövlət suverenliyi
nin qorunub saxlanması, ölkənin iqtisadi baxımdan güclənməsi
mühüm amildir.
Gənc nəsil lokal və respublika əhəm iyyətli seçkilərdə fəal işti
rak edərək, qarşıya qoyulmuş məqsədlərə uğurla nail olmağa kö
mək edə bilər. Bu m əsələd ə dövlət gənc azərbaycanlı liderlərin in
kişafına və təşəkkülünə kömək göstərilməsinə yönəldilmiş dəqiq
mövqe tutur. Bu, dövlətin tələblərinə cavab verir və milli mənafe
və təhlükəsizlik m əsələsidir. “Demokratik dövlətlərdə idarə edən
lərin legitimliyi, adətən, onların əsas seçki qruplarının istəklərinə
nə dərəcədə cavab vermələrindən, yəni onlardan aldıqları dəstək
dən asılıdır. Sistemin legitimliyi isə prosedurlardan, seçicilərin səs
vermə yolu ilə özünə başçı seçmək bacarığından asılıdır” 110.
Milli eyniyyətdən danışarkən dinin bezi qloballaşma məkanla
rında aradan qalxan, digərlərində isə, əksinə, fəallaşaraq dövlət hə
yatının bütün sahələrinə getdikcə daha çox təsir göstərən rolunu
unutmaq olmaz. Bəzi Qərb tədqiqatçılarının fikrincə, Qərbdə din
siyasi və sosial m əsələlərdə artıq həlledici rol oynamır. O, sosial
münasibətləri nizamlamır. Din sosial ədalət haqqında təsəvvürlərin
inkişafında müsbət rolunu oynamışdır111.
Bütövlükdə, ötən əsri təhlil etsək görərik ki, əsrin sonları dinin
hər yerdə dirçəliş dövrü (la Revanche den Dieu) olmuşdur. XX ə s
rin ortalarında baş verən hadisələr konkret məkanlarda xristianlığın
_____________
III fəsil. Qloballaşma dövründə dövlət və cəmiyyət
187
Dostları ilə paylaş: |