xarakter daşıyır. O, ictimai şüurdakı irəliləyişi təşəkkül tapmış nor
ma və əsaslara maksimum həssaslıqla yanaşmaqla həyata keçirir.
Hər hansı digər proses kimi, sənayeləşdirməyə keçidin də
həddi-hüdudu var. Praktika göstərir ki, Qərbin səviyyəsinə çatmaq
yolu yalnız iki mütləq şərt mövcud olduqda uğur gətirmişdir. Ə v -
vəla, bu yolu seçən ölkə çatmaq istədiyi ölkədə mövcud olan tex
noloji (industrial, yaxud postindustrial) ukladın daha aşağı pilləsin
də durduğu halda əhəm iyyətli nəticələr əld ə edə bilər. İkincisi, bu
praktika ancaq o halda bəhrə verə bilər ki, insanın ancaq istehsal
aləti hesab edildiyi birbaşa məcburiyyət daxil olmaqla, səfərbəre-
dici üsulla həyata keçirilsin. Beləliklə, Qərbin səviyyəsinə çatmaq
yolunda inkişafın hüdudlarının sonsuz olmadığını bildirən bir sıra
alimlərin fikri ilə razılaşmaq olar.
Bir tərəfdən, çatmaq istəyən ölkə çatmaq istədiyi tərəfin isteh
sal üsullarına malik deyilsə, nəzərdən keçirilən modeldən səm ərəli
şəkildə istifadə edilə bilməz. Əgər, m əsələn, ötən əsrin ortalarında
hansısa geridə qalan ölkə polad istehsalı üçün konverter qurğusu
əld ə edə bilsəydi belə, onu tətbiq etmək imkanı cüzi olardı. Əksinə,
döymə üsulu ilə top istehsal edən ölkələr artilleriya silahlarının
hazırlanmasının Avropa metodları ilə tanış olduqda onu tezliklə
m ənimsədilər və bu onların öz ordularını yeni silahlarla təchiz et
m əsinə imkan verdi. Digər tərəfdən, əgər çatmaq istəyən ölkə çat
maq istədiyi ölkə qədər daş kömür hasil etmək vəzifəsini qarşısına
qoyarsa, bu vəzifə hətta irimiqyaslı texnoloji modernləşdirmə apa
rılmadan, məcburi işçilərin səfərbər edilməsi, yaxud şaxtaçıların
em ək haqqının artırılması yolu ile həll oluna bilər.
M əqsəd yeni informasiya-kommunikasiya məhsulu yaratmaq
olduqda isə, yalnız onilliklər boyu alınmış təhsil və işçinin yaradı
cılıq həvəsi qarşıya qoyulmuş m əqsədə çatmaq üçün lazım olan
vasitələri təmin etməyə qadirdir. Birinci halda, məlum olur ki, m ə
sələn, aqrar cəm iyyət qüvvələri son dərəcə gərginləşdirməklə və
kənardan aldığı texnologiyalar sayəsində sənaye cəmiyyətinə çata
bilər; ikinci halda, görürük ki, sənaye cəmiyyəti artıq postindustrial
cəm iyyətə çata bilməz, çünki onun əsaslandığı səfərbərlik metod-
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
168
III fəsil. Qloballaşma dövründə dövlət və cəmiyyət
lan postindustrial sosiumun tərəqqisinin əsası olan azad şəxsiyyə
tin yaradıcılığına tətbiq edilə bilmir. Yəni, belə inkişafın uğurları
müəyyən ukladın çərçivəsi ilə məhdudlaşır.
Qərbin inkişaf səviyyəsin ə çatmaq nəzəriyyəsinə milli mo
dernləşmənin mümkün prinsipi kimi yanaşsaq, deməliyik ki, məhz
bu prinsipin tətbiqi sayəsində X X əsrdə dünyanın mənzərəsi bir
neçə dəfə köklü surətdə dəyişmişdir. Ötən əsrin əvvəlində ABŞ
dünya iqtisadiyyatında ön sıraya çıxaraq, Böyük Britaniyanı bu
mövqedən sıxışdırdı. M əğlub edilm iş v ə alçaldılmış Almaniya bir
neçə ildən sonra keçmiş qüdrətini bərpa edərək, 1945-ci ilə qədər
Avropada hegemon oldu. İkinci dünya müharibəsindən sonra SSRİ
sürətlə artan iqtisadi qüdrətə malik ölkə kimi irəli çıxdı və bu m öv
qeyi fasilələrlə 1970-ci illərin ortalarına qədər - SSRİ durğunluq
dövrünə qədəm qoyanadək saxladı. XX əsrin sonlarında dünya iq
tisadiyyatının liderləri ABŞ, Avropa v ə Şərqi Asiya oldu. Şərqi
Asiyanın liderlər üçlüyünə daxil olması h ələ yaxın keçmişədək
inanılmaz görünürdü. Dünya sivilizasiyasının “dalda-bucağı” olan
bu keçmiş ucqar hazırda sürətli inkişaf mərkəzlərindən birinə çev
rilmişdir və təhlilçilərin bir çoxunun fikrincə, XXI əsrə dünya iqti
sadiyyatı və siyasətinin mühüm amili roluna əsaslı surətdə iddia
edir.
Asiyanın bir sıra ölkələrinin sürətli yüksəlişi spesifik xarakter
daşıyaraq, millətlərin inkişafa, öz imkanlarını və milli “M e n lə r i
nin təntənəsini təsdiq etdirməyə olan səylərini əks etdirir. Yaponi
yanın 1945-ci ildəki hərbi məğlubiyyətindən cəmi 20 il sonra
yapon möcüzəsinin bütün dünyanı heyrətə gətirəcəyinə çox az
adam inanırdı. H ələ 1980—
ci illərin sonunda Çindən söhbət düşən
də əhalinin hədsiz artmasından danışılırdısa, artıq 1990-cı illərin
ortalarında onun regional, yoxsa, dünya dövləti olması barədə qız
ğın müzakirələr başlanmışdır. B iz indiyədək Hindistana geridə
qalmış ölkə kimi baxırıq, halbuki o, artıq dünya siyasətinin aktorla-
rından birinə çevrilmişdir. Həm de təkcə özünün nüvə silahını
yaratdığına görə yox, Hindistan regional və dünya informasiya-
kommunikasiya texnologiyaları ticarətində ciddi mövqe tutur.
169
Modemist inkişafın əsası millətin öz həyati m ənafelərini v ə ön
cül vəzifələrini necə başa düşməsi ilə qoyulur. “İnkişaf yönüm lü
dövlət” (developmental state) anlayışı ingilisdilli ədəbiyyatda y a
yılmasa da, Şərqi Asiya ölkələri ədəbiyyatında geniş işlədilir. D ö v
lətdən inkişaf m əqsədi ilə istifadə olunması həm qloballaşm a
prosesinin mənfi cəhətlərinin təshihinə, həm də qərbləşm əyə al
ternativ kimi çıxış etm əyə imkan verir. Axı, modernləşmə heç də
həm işə Qərb modellərini kor-koranə təqlidin nəticəsi deyildir.
Texnoloji inqilabın doğurduğu ümumdünya yarışında hamı lider ola
bilməz. Ona görə də m illi-dövlət inkişafının adekvat strategiyasına
malik olmaq lazımdır.
Geri qalmış regionlann Qərbin inkişaf səviyyəsinə çatmaq y o
lunda uğuru “hazırda o yerdə və o zaman mümkündür ki, o, inkişaf
etmiş ölkələrin məqsədi elan olunsun v ə bu m əqsədlə ayrılan
vəsait həmin ölkələrin tam iqtisadi və siyasi nəzarəti altında isti
fadə edilsin”96. Bundan əlavə, Cənub-Şərqi Asiyanın təcrübəsi
aydın şəkildə göstərir ki, iqtisadi yüksəliş heç de milli ənənədən
hökmən imtina olunmasını tələb etmir, əksinə, onunla çulğaşa
bilər. Q.Mürdalın 1960-cı illərin sonu - 1970-ci illərin əvvəlində
irəli sürdüyü “Tarixin dərk edilməsi və milli eyniyyət axtarışı, ö z
lüyündə, modernləşmə ideallarına sədaqətə təhlükə doğurmur v ə
hətta onlara zidd də deyildir”97 ideyasını Cənub-Şərqi Asiyada
modernləşmə prosesinə də şamil etmək mümkündür.
Cənub-Şərqi Asiyadakı iqtisadi canlanmanı təhlil edərkən bu
regionun uğurunu təşkil edən iki əsas məqam olması barədə nəti
cəy ə gəlirik. Bunun birincisi insan kapitalına münasibətin köklü
surətdə dəyişm əsi ilə bağlıdır. Cənub-Şərqi Asiya ölkələri m əc
buri üsullarla səmərəli sabit modernləşməyə nail olmağın müm
künsüzlüyünü dərk edərək, universalizm və partikulyarizmin sinte
zindən istifadə etm əyə başladılar. Üstəlik, 1980-ci illərin sonunda
modernləşmə nəzəriyyəsi çərçivəsində “modemitiden yan ötən
modernləşmə”, yəni yabançı nümunələri sınmadan sosiomədəni
ənənələrin qorunub saxlanmasına əsaslanan, ferdiyyetçi Qərb de
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
________
170
yərlərini cəmiyyətə zorla qəbul etdirmədən də dinamik iqtisadi
yüksəlişin mümkün olduğunu bildirən ictimai inkişaf konsepsiyası
(A.Əbdül Malik, A.Turen, S.Hantinqton, Ş.Eyzenştadt və b.) işlə
nib hazırlandı.
M əsələn, məlumdur ki, nəzərdən keçirilən regionlar üçün əsas
dəyərlər bəzən Qərb dəyərlərinə qətiyyən uyğun gəlmir. Onları
sadalayaq. Bu, hər şeydən əvvəl, millətin icma qarşısında, cəm iy
yətin isə şəxsiyyət qarşısında üstünlüyüdür. A ilə cəmiyyətin əsası
sayılır. Cəmiyyətin şəxsiyyətə qayğısı v ə onu dəstəkləməsi, eləcə
də düşmənçilik və rəqabət əv əzin ə konsensus norma xarakteri da
şıyır. Qərb kimi, asiyalılar da insan hüquqlarını yüksək tuturlar, la
kin onlar hesab edirlər ki, şəxsiyyətin üstünlüyünün həddindən çox
vurğulanması anarxiyaya, dağınıqlığa və i.a. gətirib çıxarır98.
Beləliklə, yeni nəzəriyyə çərçivəsində qeyri-Qərb ölkələrinin
müasirliklə ənənəçilik arasında əlaqələrin pozulmaması, mövcud
ənənələrin kənardan gətirilənlərlə əvəzlənm əm əsi yolu ilə inkişaf
etməsinin mümkünlüyü nəzərdə tutulurdu. Əks halda, cəm iyyət la
büd surətdə sosial gərginliyə v ə kəskin ictimai-siyasi kataklizm-
lərə doğru gedəcəkdir.
Cənub-Şərqi Asiyada modernləşmənin uğurunun ikinci səbəbi
himayədarlıq və bazar siyasətlərinin sintezi ilə bağlıdır. Bu, baza
rın və sahibkarlığın sərbəstliyini təmin etsə de, son söz dövlətin
olur. Himayədarlıq, hər şeydən əvvəl, fərqləndirici tarif dərəcələ
rinin m üəyyənləşdirilməsində, gömrük siyasətində, ayrı-ayrı isteh
salçı qruplara inhisar imkanları verilməsində, texnologiya idxalının
və hazır məhsulun ixracının stimullaşdırılmasında təzahür edir.
Bu cür siyasət əsasən daxili bazarın qorunmasına yönəldilmiş
dir. Yaponiyanın ilkin yüksəlişi mehz himayədarlıq sayəsində
mümkün olmuşdur. Sonra isə o, ön mövqeyə çıxaraq, regionun
digər dövlətlərinin inkişafına nezəreçarpacaq təsir göstərmişdir.
Məlumdur ki, Asiya “pələngləri” mahiyyətcə Yaponiyanın təcrü
bəsini, - lakin m üəyyən modifıkasiya ile, - təkrar etmişlər. Lakin
onu da demək lazımdır ki, Yaponiyanın indiki iqtisadi çətinlikləri
nin bir səbəbi daxili bazarın qapalılığıdır.
III fəsil. Qloballaşma dövründə dövlət və cəmiyyət
171
Dostları ilə paylaş: |