məhz bu cür inkişaf etmişdir. SSRİ-nin dağılmasından sonra c ə
miyyət v ə dövlətin dəyişilmiş reallıqlara uyğunlaşması v ə tədricən
yeni dövlət quruculuğuna keçməsi üçün vaxt tələb olunurdu. Əl
bəttə, m üxtəlif qüvvələr uyğunlaşma dövrünün məzmununu və
onun nəticəsim öz bildikləri kimi yozurdular. Lakin Azərbaycanın
1991-1993-cü illər dövrünün tarixi təcrübəsi modernləşmə prose
sində liderlik iddiasında olan “hərəkat”ın tam acizliyini əyani şə
kildə nümayiş etdirdi.
“Hərəkat”ın inkişafının ikinci mərhələsi kimi, radikallaşma
“hərəkatın” müstəqil, xarici şəraitdən birbaşa asılı olmayan təka
mülünü nəzərdə tutur. Bu m ərhələdə “hərəkat”ı doğuran dövlət və
cəm iyyət arasında əlaqələr zəifləyir. İctimai tələbata deyil, yalnız
siyasi mübarizənin daxili məntiqinə tabe olan radikallaşma gedir.
“Baş xett”in ən barışmaz və fanatik tərəfdarları liderlik edirlər. Tə
rəddüd edənlər siyasi axından kənarlaşdırılırlar. Postkommunist
Azərbaycanı üçün radikallaşma da “hərəkat”ın xarici şəraitdən z ə if
asılılığı ilə seçilirdi. Proses ancaq öz daxili məntiqi ilə yaranırdı.
Əslində, sağlam düşüncəyə rəğmən, bütün siyasi qüvvələr və sosial
qruplar bu məntiqə uyğunlaşmağa məcbur idilər. “Herəkat’Tn dur
madan radikallaşması cəm iyyətin böyük bir hissəsini nəzərdə tutu
lan siyasi, iqtisadi və sosial dəyişikliklərdən kənarda qoyurdu.
Pastuxovun fikrincə, kristallaşma “hərəkat” daxilində istər iq
tisadi, istərsə də siyasi mənada kifayət edən “möhkəm özək” ya
randıqda təzahür edir. Bu, milli dövlətin yeni xarakteri barədə sa
zişə gələn, informasiya məkanını zəbt edən yeni iqtisadi və siyasi
qruplardır. Azərbaycan şəraitinə əsaslanaraq demək olar ki, iqtisadi
sahədə kristallaşma m ərhələsində başlıca maliyyə və xammal ehti
yatları üzərində nəzarət qoyulmuşdu.
Siyasi sahədə yeni siyasi m ədəniyyətin əsası qoyulmuş, yeni
idarəetmə strukturu yaradılmağa başlanmışdı. İnformasiya sahə
sində yeni siyasi və iqtisadi qrupların ictimai şüurun formalaşdı-
rılmasımn v ə ictimai rəyin yönəldilməsinin əsas vasitəsi kimi
kütləvi informasiya vasitələrinə təsiri güclənmişdi. Əlbəttə, dəyi
şikliklər cəm iyyətdən də yan ötməmişdi. B elə ki, insanların öz fər
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
_______
164
di hüquq və azadlıqlarını başa düşməsində nəzərəçarpacaq irəlilə
yiş olmuşdur.
Azərbaycanda transformasiyaya qədərki dövrün mahiyyətinin
təhlilində yuxanda xatırladılan nəzəri sxemdən istifadə edilməsi,
əlbəttə, olduqca şərti səciyyə daşıyır. Lakin başa düşmək vacibdir
ki, transformasiya təkcə ictimai sistemin dəyişdirilməsi və güclü
dövlət qurulması barədə xoş niyyətlərdən ibarət deyildir. Məlum
olduğu kimi, xoş niyyətlər cəhənnəm ə gedən yolda olur. Modern
ləşmə dəyişikliklərinin mahiyyəti “tərəqqi barədə şirin xəyallar”da
deyil, milli inkişaf strategiyasının gerçəkləşdirilməsi üçün görülən
konkret işlərdədir.
Beləliklə, sovet nomenklaturasınm avtoritar ehkamları müasir
qloballaşmanın iki başlıca prinsipi - laissez faire, yəni iqtisadi fəa
liyyət azadlığı və m aneəsiz (azad) siyasi fəallıqla ə v ə z olunmuşdur.
Sovet cəmiyyətinin siyasi passivliyi siyasi prosesdə hamılıqla fəal
iştirak etmək səyləri ilə aradan qaldırıldı. Bu, əhalinin xoşagəlm əz
siyasiləşməsinə səbəb olsa da, transformasiya cəm iyyəti kimi
Azərbaycan bu cür sarsıdıcı siyasi canlanmadan keçməli idi, çünki
cəmiyyətin yığılıb qalmış enerjinin çıxmasına, püskürməsinə ehti
yacı vardı.
H ələ formalaşmamış yeni dövlət və sosial təsisatlar şəraitində
kütlələrin kortəbii fəallığı dağıdıcı xarakter almağa, vətəndaş şüu
runun və məsuliyyətinin yaranmasına mane olmağa başlayır. Bu,
sosialist təsərrüfat münasibətlərinin bazar münasibətləri ilə əv əz
olunmasına mənfi təsir gösterir. Azərbaycan tarixində olmuş bu
fakt mədəni, iqtisadi v ə siyasi dəyişikliklərin sıx qarşılıqlı asılılı
ğına dair elmi müddəanı daha aydın şəkildə təsdiq edir. Məlum
olduğu kimi, bəzən bir-birinə zidd şəkildə yozulan bu müddəa m o
dernləşmə nəzəriyyəsinin, onun Karl Marksdan və Maks Veberdən
tutmuş Deniel Bellə qədər ən m üxtəlif nəzəriyyəçiləri üçün məhək
daşıdır.
B əzən mədəni dəyərlər yönümündəki dəyişikliklər cəmiyyətin
siyasi v ə iqtisadi sahələrində yeniliklərin əsasına çevrilir. Digər
hallarda, ictimai-siyasi transformasiyaların əsasını texnoloji, daha
__________________
III fəsil. Qloballaşma dövründə dövlət və cəmiyyət
165
geniş mənada, iqtisadi yeniliklər təşkil edir. M ədəniyyətin siyasəti,
yoxsa siyasətin mədəniyyəti m üəyyən etməsinə dair daimi m üba
hisə, az qala sviftsayağı qarşıdurma təhlükəsinə çevrilə bilər. N ə
yolla olursa-olsun, lakin hökmən, sosiomədəni, iqtisadi v ə siyasi
amillərin qarşılıqlı əlaqəsi ilə tədricən cəmiyyətdə v ə dövlətdə
modernləşməyə keçidi reallaşdıran imkanlar toplanır.
“Modernləşmə” termininə müraciət etsək, qeyd etmək lazımdır
ki, X X əsrin ortalarına qədər bu terminə tamamilə aydın m əzm un-
mündəricə verilirdi. O, urbanizasiyanı, sənayeləşməni, d ü n yəviləş-
məni, rasional bürokratiyanın v ə müvafiq dövlət idarəçiliyi m ə
dəniyyətinin yaradılmasını nəzərdə tuturdu. Bütün bunlar qarışıq
hakimiyyət formalarından dəqiq müəyyənləşdirilmiş formalara,
şəxsləndirilmiş səlahiyyətlərdən şəxssiz fiınksiyarlara, məcburi
qaydalardan universal normalara doğru irəliləyiş tələb edir. Lider
ölkələrdə modernləşmə prosesinin başlıca meyillərinin istiqamət
ləri artıq dəyişmişdir.
Qərbin inkişaf səviyyəsinə çatmaq üçün aparılan modernləş
mənin mahiyyətini və üsullarını yuxarıda nəzərdən keçirdik. Yeni
siyasi reallıqları və iqtisadi strukturu qavramağın xarakterinin d ə
yişm əsi, liberal-fərdiyyətçilik dəyərləri əsasında müasir davranış
modelinin formalaşması onun başlıca daxili şərti kimi çıxış edir.
İndi isə qloballaşmanın modernləşməyə nə dərəcədə kömək etməsi
və dünya birliyində modernləşmə praktikasının əsas modellərinin
nədən ibarət olması barədə suala cavab verməyə çalışaq.
Modernləşmə proseslərini araşdırarkən, hər şeydən əvvəl, ötən
əsrin 50-ci illərinin sonu - 60-cı illərinin əvvəlində dünyada yük
sək sürətlə gedən sənayeləşm əyə nəzər salmaq lazımdır. Axı,
praktiki əsası “Marşal planı” ilə qoyulan Qərbin inkişaf səv iy y ə
sinə çatmağın inkişaf konsepsiyası məhz bu dövrdə formalaşmağa
başlamışdır. Onun əsas məqsədi İkinci dünya müharibəsindən son
ra Qərbi Avropa ölkələrinin iqtisadiyyat və təsərrüfatının bərpasına
kömək etmək idi. Əsasən, A B Ş-m yardımı ilə bir çox ölkələrin sə-
nayeləşdirilməsinin həyata keçirilməsi bu mərhələdə dönməz xa
rakter almışdı.
Ramiz Mehdiyev. Azərbaycan: qloballaşma dövrünün tələbləri
________
166
Raymon Aronun qeyd etdiyi kimi, “iqtisadi və sosial baxımdan
bütün en dairələrində, bütün irqlərdən olan ölkələrin hamısında
mahiyyətcə dəyərləri oxşar ad altında eyni məqsədi görmək id
diasındadırlar... Senayeleşdirmə labüddür, o, ümumiliyə doğru can
atır”95.
Sənayeləşdirmə pərakende təsərrüfat və iqtisadiyyatların vəh
dət halına düşməsi sahəsində yeni qlobal prosesin rüşeymi oldu. Bir
qrup ölkələrin inkişafına yönəldilən sənayeləşdirmə Qərbdən Şər
qə yayılaraq, hələ sənayeyə qədərki mərhələdə olan ölkələri də
tədricən öz arealına daxil edirdi. Yeni müstəqil dövlətlərin hələ
SSRİ-nin tərkibində olarkən senayeleşdirmə mərhələsini keçm ə
sinə baxmayaraq, onlar sənayecə inkişaf etmiş ölkələrdən xeyli geri
qalırdılar. Ona görə də, yuxarıda deyildiyi kimi, artıq Qərb aləmin
dən ötrü aktual olmayan, lakin yeni müstəqil dövlətlər üçün tama
milə müasir olan prinsiplərə - sənaye cəmiyyəti qurulması və
gələcək postindustrial eraya daxil olmağa zəmin yaradılması prin
siplərinə keçid Azərbaycan üçün modernləşməyə keçidin başlan
ğıcı oldu.
Təbiidir ki, bu cür daxilolma hazırkı milli sənayenin tezliklə
yüksək texnologiyalarla əvəz olunmasını nəzərdə tutmur, çünki iq
tisadiyyatımızın inkişaf dərəcəsi bu miqyasda sıçrayışı təmin edə
bilməz, lakin yeni postindustrial eranın sosial, siyasi və mədəni de-
terminantları müasir Azerbaycan cəmiyyətində artıq formalaşır.
Biz, əslində tradisionalist, modemist və postmodemist cəm iy
yətlərin ünsürlərinin birgə mövcud olduğu eklektik reallıq ile üz
ləşmişik.
B eləliklə, keçidin uğurlu olmasını təmin etmək üçün təkcə milli
ənənələrdən deyil, daha inkişaf etmiş ölkələrin mexanizmlərindən
və texnologiyalarından da istifadə olunmalıdır. Mehz bu variantda
keçidi Qərbin inkişaf səviyyəsin ə çatmağın üsulu v ə ya metodu
kimi səciyyələndirm ək olar. Elə bir üsul ki, bu zaman yeni mədəni,
siyasi v ə iqtisadi örnək v ə strukturların formalaşması çatmağa ça
lışdığımız inkişaf etmiş cəm iyyətlərin normaları və əsaslarının ke
çid cəm iyyətinə daxil olmasına gətirib çıxarır. Bu diffiıziya gizli
__________________
III fəsil. Qloballaşma dövründə dövlət və cəmiyyət
167
Dostları ilə paylaş: |