Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə28/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   24   25   26   27   28   29   30   31   ...   253

 

 

92 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

vaxt keçdikcə nail oluna bilən məqsəddir və ona cəhd gös-



tərilməsi elə bir qayda yaradılmasını şərtləndirir ki, burada fərd 

formal surətdə nəinki ümuminin  bir hissəsinə çevrilir, həm də 

ümumi rifah naminə real olaraq ümuminin bir hissəsidir. 

Bununla yanaşı, demokratiya cəmiyyətin az sivilizasiyalı 

sosial qaydadan daha sivilizasiyalıya ictimai-siyasi transfor-

masiyasının təkcə təsdiqi demək deyildir. İctimai şüurda müsbət 

dəyişikliklərlə yanaşı, demokratik baxışlar bir siyasi və iqtisadi 

sistemdən digərinə keçidə  təkan verir. Demokratiya in-

dustrializmin inkişafını  təşviq etmişdir, çünki liberalizm azad 

sahibkarlıq üçün ilkin zəmin yaratmış, xüsusi mülkiyyətin 

təhlükəsizliyinə və toxunulmazlığına təminat vermiş, fərdi onun 

həyatına kənar müdaxilədən qoruyaraq, privacy (şəxsi – privat 

həyatın toxunulmazlığı hüququnu) təmin etmişdir. Sənayeləş-

dirmənin inkişafı qanunauyğun olaraq, növbəti – postindustrial 

eranın meydana gəlməsinə  gətirib çıxarmışdır ki, bu erada da 

fərdin azadlığı  şəksiz fakt sayılır, ictimai rifahın yeni istiqa-

mətləri isə təhtəlşüur sosiomədəni arxetipdə təsbit edilmişdir. 

Postindustrial cəmiyyətin insanı özünün təhlükəsizliyi, şəxsi 

həyatının və mülkiyyətinin toxunulmazlığı sarıdan narahatlığı 

olmayan, azadlığı  və  bərabərliyi vətəndaşlara verilmiş dövlət 

borcunun bir hissəsi kimi deyil, insana ancaq Allah və ya Təbiət 

tərəfindən verilmiş müstəsna hüquq kimi dərk edən azad 

vətəndaşdır. Bir çox yüzilliklər  ərzində  bəşəriyyət buna doğru 

irəliləmişdir ki, hər bir fərd demokratiyanın və ona verilmiş 

hüquq və azadlıqların mahiyyətini bütün varlığı ilə hiss etsin. 

Sənayeləşdirmə insana azadlığın yalnız bir hissəsini ver-

mişdir. Bəli, o, insanı azad etmişdir, lakin bir epoxadan digərinə 

keçidin problemlərinin, habelə industrial eranın xüsusiy-

yətlərinin doğurduğu çətinliklərlə qarşılaşan insanın təfəkkürü 

şəxsiyyətin ancaq qismən azad olmasına imkan vermişdir. Əgər 

sənayeləşdirmə epoxasında insanın azadlığı siyasi və iqtisadi 



 

 

93



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

cəhətlərlə müəyyən olunurdusa, postindustrializm bu anla-



yışlara öz düzəlişlərini etmişdir.  İndi biotexnologiyalar

biotəbabət, gen mühəndisliyi və klonlaşdırma sahəsində yeni 

nailiyyətlər insanların hüquqlarını, azadlığını  və  bərabərliyini 

prinsipcə başqa müstəviyə keçirir. 

Elə məsələlər meydana çıxır ki, əlli ildən çox bundan əvvəl 

bəşəriyyət onları qaldırmağı heç ağlına da gətirmirdi, çünki belə 

problemlərin aydın sərhədlərini görmürdü. Məsələn, insanın 

koital (F.Fukuyama – hamılıqla qəbul edilmiş) vasitələrlə 

artmasının məhdudlaşdırılmış və ya məhdudlaşdırılmamış azad-

lığı haqqında məsələnin müzakirəsi müasir dünyada zərurətə 

çevrilmişdir. Liberal cəmiyyət üçün baza prinsipləri olan “etik 

fərdiyyətçilik” prinsipləri gen mühəndisliyi haqqında ümum-

dünya diskussiyasının  əsasını  təşkil etmişdir. Postindustrial 

dünyada insana bəxş edilmiş azadlıqlar cəmiyyətin elmi-texniki 

inkişafı artdıqca meydana gələn hüquqlarla ziddiyyətə girir. 

Lakin postindustrializm reallığında bir-biri ilə  rəqabət aparan 

heç də  təkcə hüquqlar deyildir. Nobel mükafatı laureatı, DNT 

strukturunu kəşf edən Ceyms Uotson yazır ki, tələbata və 

maraqlara əsaslanan utilitar yanaşma mövcuddur. 

Lakin postindustrial eranın hüquq və azadlıqları nə qədər cəlb-

edici olsa da, sosial gerçəkliyin qavranılmasının başlıca dayağı 

maraqlar və tələbat deyil, yalnız bərabərlik və ədalətdir. Amerika 

demokratiyasının atası Tomas Cefferson vaxtilə yazmışdır: “Biz 

aşağıdakı  həqiqətləri özlüyündə  məlum olan həqiqətlər hesab 

edirik: bütün insanlar bərabər yaranmışlar, Tanrı onlara müəyyən 

ayrılmaz hüquqlar vermişdir, bunların arasında yaşamaq, azadlıq 

və xoşbəxtliyə qovuşmağa çalışmaq hüququ da var”. 

Məşhur Amerika politoloqu Frensis Fukuyamanın “Bizim 

postbəşəri gələcəyimiz” əsərində həmin fikri əsaslandıran gözəl 

misal var: “Mühüm vəzifə tutan ictimai liderə  sərxoşluğu 

ucbatından yeni qaraciyər gərəkdir, yoxsul və ictimai xəstə-



 

 

94 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

xanada ölümcül xəstə olan mən isə borularla və aparatlarla 



yaşayıram, amma qaraciyərim sağlamdır.  İnsan tələbatının 

maksimum ödənilməsinə nail olmağı qarşısına məqsəd qoyan 

istənilən sadə utilitar yanaşma deyər ki, məni aparatlardan 

məcburi qaydada ayırmaq və mühüm lider və ondan asılı olan 

adamlar naminə qaraciyərimi çıxarmaq lazımdır. Heç bir liberal 

cəmiyyətin bunu rəva görməyəcəyi isə belə bir nöqteyi-nəzəri 

əks etdirir ki, bu cür hərəkətlərlə ödənilən tələbat nə  qədər 

zəruri olsa da, heç bir günahı olmayan insanın həyatdan məc-

buri məhrum edilməyə məruz qalmamaq hüququ var”

1



Postindustrializm insan azadlığı anlamına öz düzəlişlərini 

etmişdir. Mahiyyət etibarilə, mənəvi və etik baxımlardan post-

industrializm insan həyatında mənəvi cəhətlərin rolunu əhəmiy-

yətli dərəcədə qabardaraq insanı ucaltmışdır. Bununla yanaşı, o, 

industrial azadlıqla postindustrial azadlığı arasında > yaxud < 

(“çox” və ya “az”) işarəsi qoymuşdur. Bu və ya digər epoxanın 

üstünlüyü məhz azadlığın mahiyyətindən irəli gəlir. İrəlidə biz 

postmodern insanının məhz hansı azadlığa qovuşmağa çalışmalı 

olduğunu və onu qlobal dəyişikliklər və yeni kəşflər 

baxımından hansı problemlər gözlədiyini müəyyənləşdirmək 

üçün həmin məsələ üzərində daha ətraflı dayanacağıq. 

Lakin bütün bu dəyişikliklər və transformasiyalar heç də təkcə 

qlobal iqtisadi qarşılıqlı asılılıq və yeni eraya sıçrayış sayəsində 

mümkün olmamışdır. İctimai-siyasi sistemin dəyişməsinin doğur-

duğu demokratik dəyişikliklər homo sapiens üçün yeni imkan və 

bacarıqlar açmışdır. Demokratiyanın dəyişilən dalğaları  bəşəriy-

yətin hərtərəfli inkişafı üçün zəmin yaratmışdır, çünki istibdad 

idarə üsulunda xüsusən fərdin və ümumən cəmiyyətin keyfiyyətli 

və səmərəli inkişafından danışmaq mümkün deyildir. Deməli, de-

mokratik idarəetmə sayəsində  bəşəriyyət müasir dünyada malik 

olduğu elmi-texniki zirvələrə çatmışdır. 

                                                 

1

 

Ф.Фукуяма. Наша постчеловеческое будущее. М., 2004, стр. 156.



 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə