Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə36/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   32   33   34   35   36   37   38   39   ...   253

 

 

116 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Papa deyirdi ki, kilsə ictimai ədalətsizliyi pisləməlidir, 



lakin onunla siyasi metodlarla deyil, insanı mənəvi cəhətdən 

kamilləşdirməklə mübarizə aparmalıdır, çünki “pisliyin” 

kökü yalnız nəticə olan ictimai quruluşun özündə yox, 

insanın dindən uzaqlaşmağındadır. Ədalətsiz ictimai sistem-

də günah, şəxsi günah, məhz bu yolla ictimai miqyas alır. 

Din Məsələləri Konqreqasiyasının keçmiş prefekti kardinal 

Yozef Ratsinger (indiki papa XIV Benedikt) bildirirdi ki, dar 

mənada “qurtuluş teologiyası” onun xristianlığa yad olan 

marksist mövqeyi qəbul etməsi ilə səciyyələnir. 

“Qurtuluş teologiyası” insanlar qarşısında xristianlıqdan 

bilavasitə istifadə etməklə dünyanı konkret şəkildə dəyişmək 

vəzifəsini qoyurdu. Beləliklə, xristianlıq  dövrümüzün bütün 

mütərəqqi qüvvələri ilə birləşə bilərdi. 

Xristianlığın  əsaslarından istifadə edən “Üçüncü 

demokratik dalğa”nın dünya məkanında özünü sosial-siyasi 

transformasiyaların  əks-sədası  və ötən  əsrin 70-ci illərinin 

sonunda xüsusi vüsət almış maliyyə inteqrasiyası 

proseslərinə cavab oldu. Lakin demokratikləşmə təkcə siyasi 

amil deyildi, həm də  mənəvi boşluğun doğurduğu siyasi 

böhran və iqtisadi tənəzzül müasir dünyanın mənəvi-əxlaqi 

komponentinə çevrilmişdir. 

Portuqaliyanın demokratikləşməsinin ardınca, Papalıq in-

san hüquqları  və azadlıqlarının qorunması sahəsində yeni 

addımlar atmağa başlayanda Yunanıstanda hərbi rejim süqut 

etdi. 1967-ci ildə hakimiyyəti zəbt etmiş “qara polkovniklər” 

1973-cü ildə kütləvi tələbə nümayişləri ilə üzləşdilər. Bu 

nümayişlər qəddarcasına yatırıldı,  iştirakçıların bir çoxu 

təqiblərə  məruz qaldı. Hərbi xunta 1974-cü ildə devrildi və 

1975-ci ildə hakimiyyət vətəndaş idarəçiliyinin  əlinə keçdi. 



 

 

117



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

1975-ci ildə Fransisko Franko vəfat etdi. İkinci Dünya 



müharibəsi dövründə  İspaniyanın Hitleri və Mussolinini 

dəstəkləməməsinə baxmayaraq, Qərb dünyası Frankonu 

əlaqələr qurmaq mümkün olan tərəfdaş kimi heç də tezliklə 

qəbul etmədi. Böyük Britaniyanın Baş naziri Uinston Çörçill 

deyirdi: “General Frankonun siyasəti bütün müharibə illə-

rində öz xeyrini güdən və  soyuqqanlı siyasət olaraq qalırdı. 

O, yalnız İspaniya və İspaniyanın maraqları haqqında düşü-

nürdü. Göstərdikləri köməyə görə Hitlerə  və Mussoliniyə 

minnətdarlıq etmək ona yad idi. O, yalnız zəifləmiş xalqının 

yeni müharibədə  iştirakdan yaxa qurtara bilməsi haqqında 

düşünürdü”. Hətta Yunanıstanın  Saloniki şəhərində  hərbi 

düşərgəyə göndərilən 5000 yəhudini rəsmi olaraq İspaniya 

vətəndaşı elan edib (yunan yəhudiləri  İspaniyadan olan 

sefardlar idi) xilas etməsi də müharibədən sonra ona qarşı 

münasibəti dəyişə bilmədi. Hər cür siyasi və iqtisadi 

dəstəkdən məhrum olmuş Franko ölkəni böyük çətinliklə 

ayağa qaldırırdı. Təbii ki, Frankonun dövründə “falanqa”dan 

başqa bütün siyasi təşkilatlar qadağan olunmuşdu, kom-

munistlər və anarxistlər isə həbsxanaya salınmışdılar.  

Buna baxmayaraq, diktatorun ölümü ərəfəsində  İspaniya 

Avropanın inkişaf etmiş dövlətlərindən biri idi. Ölkədə əldə 

edilmiş bütün sosial nailiyyətlərin  əsası, sabit iş yerləri, 

pulsuz təhsil, pulsuz səhiyyə xidməti, dövlət büdcəsinin əsas 

gəlir maddəsi olan turizmin inkişafı  hələ Frankonun 

hakimiyyəti dövründə qoyulmuşdu. Ölümündən sonra 

hakimiyyətin indiki krala – ispaniyalıların böyük məhəbbət 

bəslədiyi I Xuan Karlosa verilməsini də o,  vəsiyyət etmişdi. 

1977-ci ildə Ekvadorda, 1980-ci ildə Peruda, 1982-ci ildə Bo-

liviyada, 1984-cü ildə Uruqvayda demokratiya bərqərar oldu. 



 

 

118 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Asiya da dünya məkanının müxtəlif guşələrinə sürətlə 



yayılan ümumi demokratikləşmə prosesindən kənarda 

qalmırdı. 1977-ci ildə  qısamüddətli fövqəladə  vəziyyət 

dövründən sonra Hindistan demokratik idarə üsuluna 

qayıtmağa başladı. Məlum olduğu kimi, İndira Qandi başda 

olmaqla konqresçilər hökuməti 1975-1977-ci illərdə ölkə 

parlamentinin və  ştatların legislaturalarının fəaliyyətinə tam 

nəzarəti öz üzərinə götürdü. 1975-1977-ci illərdəki fövqəladə 

rejimin son dərəcə qeyri-populyarlığı, hakimiyyətdən çox 

sui-istifadə olunması, (nəinki şəxsi azadlığın, həm də həyatın 

özünün müdafiəsinə  zəmanət verən Konstitusiyanın 21-ci 

maddəsinin icrası  dayandırılmışdı; qabaqlayıcı həbslərin ic-

rası haqqında qərarların qəbul edilməsi məhkəmənin nəza-

rətindən çıxarılmışdı) HMK-nın (Hindistan Milli Konqre-

sinin) 1977-ci il seçkilərində  məğlubiyyəti və “Canata 

Partiya”nın hakimiyyətə gəlməsi ilə nəticələndi. 

1980-ci ildə Türkiyədə hakimiyyətə yenidən hərbçilər 

gəldilər. Bu, Türkiyə cəmiyyətində indinin özündə də kifayət 

qədər nüfuza malik dini yönümlü siyasi qrupların mövqe-

yinin güclənməsinə qarşı reaksiya idi. Atatürk ideyalarının 

(dünyəviliyin) qoruyucusu olan hərbçilər hakimiyyəti islamçı 

siyasi qüvvələrin təsirindən qoruyaraq, dəfələrlə hökuməti 

devirmişlər. Türkiyədə  hərbi çevrilişlər pantürkizmin əsas  

ideoloqları olan hərbçilərin mövqelərinin zəiflədiyi hallarda 

da labüd olmuşdur. Doğrudur, sonra onlar hakimiyyəti mülki 

nümayəndələrə verirdilər, lakin Türkiyədə demokratik pro-

seslərə nəzarət həmişə Atatürk ideyalarına sadiq olan silahlı 

qüvvələrin himayəsi altındadır. 

1981-ci ildə  hərbi rejim yeni konstitusiyanın layihəsini 

hazırlamaq üçün Məşvərət məclisi yaratdı və o, 1982-ci ildə 

yeni konstitusiyanı bəyəndi. Konstitusiya ümumxalq referen-




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə