Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə44/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   40   41   42   43   44   45   46   47   ...   253

 

 

140 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

mişdi. Düzəlişə  əsasən, keçmiş  İttifaqın ABŞ-a ixrac etdiyi 



mallara vergi və tariflər baxımından ayrı-seçkilik qoyulurdu. 

1977-ci ilin yanvarında məşhur sovet dissidenti Andrey 

Saxarov ABŞ Prezidenti C.Karterə SSRİ-də  və  Şərqi Avro-

pada insan haqlarının vəziyyəti barədə  məktub göndərir və 

bir neçə gündən sonra cavab alır. 

Andrey Saxarovun memuarlarını gözdən keçirərkən, mən 

o məktubla bağlı epizodu tapdım və deməliyəm ki, həmin 

təşəbbüsün heç də dissidentin özünə  məxsus olmadığını 

görəndə  təəccübləndim. Məktub müəllifi bu epizodu belə 

təsvir edir: “Təxminən yanvarın 16-da, səhər yeməyinə əylə-

şəndə, gözləmədiyimiz halda bizə  gələn oldu. O, özünü 

amerikalı  vəkil kimi təqdim etdi (soyadı yadımda deyil) və 

azadlığa buraxılmaları  uğrunda mübarizədə  səyləri cəmləş-

dirmək lazım olan təxminən on nəfər siyasi  məhbusun 

siyahısını Karter üçün yazmaq barədə  xahişi təqdim etdi 

(xahişin kimin tərəfindən olması  aydın deyildi, bəlkə  də 

ozünün təşəbbüsü idi, ancaq o vaxt mən elə başa düşdüm ki

yeni hökumətin xahişidir). Qonağı  aşağıda maşın gözləyirdi 

və iki saatdan sonra o, ABŞ-a uçmalı idi. Lyusya qonağa 

qayğanaq bişirənə  qədər (qonaq ac olduğundan yemək 

təklifindən  imtina etmədi) mən Karterə bir səhifəlik  məktub 

yazdım və 16 nəfərin azad olunmasını  xahiş etdim (10 nəfəri 

heç cür müəyyən edə bilmirdim), həm də yeni seçilmiş 

prezidentin diqqətini o məsələyə yönəltdim ki, Moskva met-

rosundakı partlayış ola bilsin ki, təxribat  məqsədi daşıyır və  

yaxud bu məqsəd üçün istifadə ediləcəkdir”. 

Praktik olaraq, eyni vaxtda Şərqi Avropa ölkələrində  və 

SSRİ respublikalarında Helsinki sazişlərinin həyata keçiril-

məsinə  nəzarət etməli olan Helsinki qrupları yaradılmağa 



 

 

141



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

başlandı. 1976-cı il noyabrın 9-da Ukrayna Helsinki qrupu, 



noyabrın 25-də Litva, 1977-ci il yanvarın 14-də Gürcüstan 

Helsinki qrupları  və s. Bütün bu qruplar əsas etibarilə 

müvafiq milli hərəkatların iştirakçılarından ibarət idi. 

Ukrayna və Litvada Helsinki qrupları ilk açıq ictimai 

assosiasiyalar idi. 

1976-cı ilin sentyabrında Polşada Fəhlələri Müdafiə Ko-

mitəsi yarandı, 1977-cı ildə o, İctimai Müdafiə Komitəsinə 

çevrildi. 1977-ci il yanvarın 1-də Çexoslovakiyada 

“Xartiya-77” yarandı. Bunlar özlərini “Helsinki assosia-

siyaları” adlandırmırdı, lakin SSRİ-də olan Helsinki qrupları 

kimi, onlar da hüquq müdafiəsi mövqelərində dayanır, öz 

ölkələrinin konstitusiyalarına və hökumətlərinin qəbul etdiyi 

insan haqlarına dair beynəlxalq paktlara əsaslanırdılar. 

“Xartiya-77” tərəfindən qəbul olunmuş  sənəddə “hakimiy-

yətdən asılı olmayan məhkəmə hüququ, yerdəyişmə azadlığı, 

əqidə  və onun ifadə olunması azadlığı, öz professional 

maraqlarını müdafiə etmək azadlığının dövlətin maraqlarını 

sarsıtması yox, onu möhkəmlətməsi (əgər dövlət ayrıca şəxs-

lər qrupu ilə eyniləşdirilmirsə) kimi elementar hüquqlardan” 

söhbət gedirdi”. 

Macarıstanda, Rumıniyada, ADR-də eyni tələblər səslən-

di. ABŞ-da Avropada təhlükəsizlik və  əməkdaşlıq üzrə ko-

missiya yaradıldı (Helsinki komissiyası). Ona 6 konqresmen, 

6 senator, Dövlət Departamenti, Müdafiə Departamenti və 

Ticarət Nazirliyinin hərəsindən məşvərətçi səs hüququ ilə bir 

nümayəndə daxil idi. 

Dissidentlik fəaliyyətinə görə SSRİ hüdudlarından çıxa-

rılmış Vladimir Bukovskini 1977-ci ilin martında Ağ evdə  

əvvəlcə vitse-prezident, sonra Prezident Karter qəbul etdi. O 



 

 

142 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

vaxt bu barədə  xəbər verən SİTA-nın sitatları yada düşür. 



Onlardan biri: “(Vaşinqton, 2 mart). Dünən ABŞ Prezidenti 

C.Karter dissidentlik fəaliyyətinə görə Sovet İttifaqının  

hüdudlarından çıxarılmış”, “həm də sovet-Amerika münasi-

bətlərinin fəal  əleyhdarı kimi tanınan Bukovskini – 

cinayətkarı  qəbul etmişdir”. SİTA-nın bu qəbildən olan 

informasiyaları indi bir çoxlarında gülüş doğurur, lakin Sovet 

İttifaqı dövründə ictimai şüur bu xəbərləri reallıq kimi 

qavrayırdı, çünki avtarkiya sistemi heç bir digər düşüncə 

tərzinə yol vermirdi. 

Beləliklə, ABŞ  80-ci illərin əvvəlinə yaxın Vilsonun təc-

ridçilik siyasətindən tamamilə uzaqlaşdı  və Yer kürəsinin 

müxtəlif guşələrində  hərbi-siyasi iştirakla yanaşı, yeni 

ideoloji konseptlərin yeridilməsi istiqamətində  fəaliyyətini 

genişləndirməyə başladı. 

SSRİ-yə qarşı ideoloji müharibənin “bəhrələri” yalnız  

Ronald Reyqanın neokonservativ komandasının 1980-ci ildə 

Ağ evə  gəlməsindən sonra özünü göstərməyə başladı. 

Trotskizm təsirinə yad olmayan (neokonservatizmin banisi 

sayılan Maks Şaxtman Lev Trotskinin silahdaşı  və so-

sializmin Stalin variantının barışmaz düşməni idi) neokon-

servatorlar SSRİ-yə qarşı xüsusi, siyasi tarixdə dərin kökləri 

olan “məhəbbətin” varisləri idi. Reyqana məxsus məşhur 

“bəla imperiyası” ifadəsi də buradandır. Ola bilsin ki, 1980-

ci ilin əvvəlində ABŞ-da mövcud olan məhz belə  əhval-

ruhiyyə staxanovçuluq  sürəti ilə The National Endowment 

for Democracu  (NED) və onun dörd müttəfiqindən ibarət 

olan, – respublikaçıların The International Republican 

Institute (IRI), demokratların The  National Democratic 

Institute for  International Affairs (NDI), habelə The Center 

for international Private Enterprise (CIPE) və The Free Trade 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə