Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə52/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   48   49   50   51   52   53   54   55   ...   253

 

 

165



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Demokratiyanın modelləri 

(cədvəl-sxem)

1

 

Liberal demokratiya



Qeyri-liberal 

demokratiya 

Elit demokratiya 

(Joseph 

 Schumpeter) 

Partisipator 

demokratiya 

 Xalq bir fərd kimi, 

müxtəlif maraqların 

təmsil edilməsi. 

 Fərdlərin azadlıq və  

bərabərliyinin  təmin 

olunması 

 Seçkilər: çoxpartiyalı 

sistem. 

 Siyasi fəaliyyət 

azadlığı. 

 Hesabat verən 

hökumət. 

 Məhdudlaşdırılmış 

hökumət, qanunun 

aliliyi. 

 Azlığın çoxluğa tabe 

olması, azlığın 

hüquqlarının təmin 

olunması. 

1) Xalq 

demokratiyası 

 

 Xalq bir partiya 



ilə təmsil 

olunmuş sinif 

kimi. 

 Liberal 



demokratiya 

burjua 


demokratiyası 

elan edilmişdir. 

 

2) Az inkişaf etmiş 



demokratiya. 

 

 Xalq – bir 



partiya ilə təmsil 

olunmuş millət 

kimi. 

 Bəhsləşən  



seçkilərlə elita 

nümayəndələri. 

 Təmsilçilər 

xalqdan 


uzaqlaşmışdır. 

 Aşağı səviyyədə 

iştirak 

 Rəqabət aparan 

qruplar arasında 

tarazlığın olması 

 Demokratiya  

seçki 


mexanizmidir. 

 Fərdlər 

qərarların 

qəbul 


olunmasında 

tam şəkildə 

iştirak edirlər. 

 Cəmiyyətin 

bütün 

səviyyələrində 



iştirak. 

 Təmsilçili 

demokratiyaya  

nail olmaq 

üçün bir neçə 

səviyyənin 

zəruriliyi. 

 

Məlum olduğu kimi, bir sıra tanınmış alimlərin fikrincə, 



ötən  əsrin 60-cı illərinin  əvvəlində  qərb demokratiyaları 

siyasətsizləşdirilmiş demokratiya yolu ilə gedirdi. İdeoloji və 

dini ixtilafların zəifləməsi, eyni zamanda, qərarların qəbul 

edilməsi prosesində  əməkdaşlıq elementlərinin güclənməsi 

təmayülü özünü göstərirdi. Yeni Avropa üçün “böyük koa-

lisiya” modeli get-gedə daha cəlbedici olurdu. Bu siyasi 

strukturun mahiyyəti kiçik Artur Şlezinger tərəfindən ifadə 

olunmuşdur: “Siyasi qərarların qəbul edilməsi prosesində 

cəmiyyətin bütün əsas maraqları diqqətlə nəzərə alınır, buna 

da yalnız həmin maraqların təmsilçilərinin və ya tərəfdarla-

                                                 

1

 



C.B.Macpherson. The Real World of Democracy, 1966 /The Life and 

Times of Liberal Democracy, 1977/ David Held Models of Democracy, 2-nd 

ed., 1966.

 



 

 

166 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

rının hakimiyyət sistemində hakim mövqe tutduqları halda 



nail olmaq mümkündür”

1



Arenda Leyphartın fikrinə görə, çoxtərkibli cəmiyyətlərdə 

demokratik rejimlərin dörd tipi mövcuddur: siyasətsizləş-

dirilmiş, birlik, mərkəzəqaçan və mərkəzdənqaçan. Mərkəzə-

qaçan və birlik tipli demokratiyalar, adətən, sabit sayıldıqları 

halda, mərkəzdənqaçan tip daha qeyri-sabitdir

2

. Siyasətsiz-



ləşdirilmiş demokratiyanın demokratikliyinin yetərli olma-

ması isə bu rejimlərdə sabitliyinin daha da az olmasına gəti-

rib çıxarır. Mərkəzəqaçan demokratiyalara ABŞ  və Böyük 

Britaniya, yəni, Qabriel Almondun təklif etdiyi modeli 

götürsək, anqlo-amerikan siyasi strukturu aiddir. Bu cür 

demokratiyalar üçün “dərin birlik hissi” və “bütün fərqləri 

azaldan sosial və siyasi homogenlik”

3

 səciyyəvidir. 



Bu strukturda elitaların davranışında “hökumət müxalifətə 

qarşı” prinsipinin həyata keçirilməsi müşahidə olunur, lakin 

bu, kəskin rəqabət mübarizəsində heç vaxt özünü göstərmir. 

Tərəflərin kompromisə  gəlmək bacarığı  və konsensus əldə 

etmək üçün maksimum səy göstərilməsi demokratik rejimlə-

rin bu tipinin mühüm elementidir. Bu sistemdə gliningspoli-

tik – yəni “yumşaltma siyasəti” qərarların qarşılıqlı razılaşma 

axtarmaq yolu  ilə qəbul edilməsinə əyani nümunədir. 

Mərkəzdənqaçan demokratik rejimlər siyasi sistemlərin 

kontinental Avropa tipinə uyğun gəlir. Bu tipə aid 

nümunələri Qabriel Almondun əsərində göstərilir və buraya 

                                                 

1

 Bax


: T.Lowi. The Public Philosophy: İnterest group Liberalism//American 

Political Sciene Review 61. No. 1 March, 1967, p.15.

 

2

 A.Лейпхарт. 



Демократия  в  многосоставных  обществах. М., 1997, 

стр.144.


 

3

 



H.Eckestein. Division and Cohesion in Democracy: A Study of Norway. 

Princeton: Princeton University Press, 1966, p.61,67,78,121.

 



 

 

167



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Demokratiya yaxşı sistemdir. Mən 

bunu ona görə deyirəm ki, digər 

sistemlər pisdir. 

 

Cəvahirləl Nehru 

Üçüncü və Dördüncü respublikalar zamanı Fransa, Alma-

niyada Veymar Respublikası və müharibədən sonrakı İtaliya 

daxil edilir. Mərkəzdənqaçan demokratiyalar, əslində, “ideo-

loji ifratçılığı” və “güclü şəkildə parçalanmış partiya siste-

mini”  əks etdirirlər. Leyphartın fikrincə, Fransada bu tip 

siyasi sistem Üçüncü və Dördüncü respublikalar üçün 

səciyyəvi idi ki, bu da mədəni seqmentlərin müxtəlifliyindən 

irəli gəlirdi. Submədəni seqmentlərin daxilində  həmrəyliyin 

səviyyəsinin yüksək olması birlik demokratiyasının 

uğurunun mühüm şərtidir. Cəmiyyətdə çoxtərkiblilik aşağı 

olduqda və ya elitanın dav-

ranışı daha az bəhsləşmə 

xarakteri daşıdıqda mərkəz-

dənqaçan demokratiyanın 

sabitliyi artır. Mərkəzdən-

qaçan demokratiya  özünü institusional dəyişikliklər vasitə-

silə səmərəli şəkildə möhkəmləndirilən siyasi qruplar arasın-

da gedən kəskin rəqabətin səngiməsində göstərir. 

A.Leyphart hesab edir ki, müasir çoxtərkibli cəmiyyətlər-

də sabitlik “birlik” demokratiyasının  əsaslarına riayət olun-

ması sayəsində mümkündür. Həmin demokratiyanın əsas ele-

mentləri bunlardır: elitaların  əməkdaşlığı; çoxluğun həyati 

əhəmiyyətli təsisatları üçün əlavə  təminat qismində  çıxış 

edən “çoxluq” qaydası; ictimai təmsilçiliyin və resursların 

mütənasibliyi; idarəetmədə  hər bir seqmentin muxtariyyəti-

nin yüksək səviyyəsi, eləcə  də çoxtərkibli cəmiyyətin qrup-

ları arasında “seqmentar fərqlərin” qəbul olunması  və ona 

əməl edilməsi. 

Digər alimlərin mövqeləri də maraqlıdır. Məsələn, Argen-

tina politoloqu, professor, beynəlxalq münasibətlər sahəsində 

Kelloq adına mükafatın laureatı, Notr-Dam Universiteti nəz-




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə