171
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
kompleksi həyata keçirilir. Qərarlar ləng qəbul edilir,
lakin kifayət qədər sürətlə yerinə yetirilir.
7. İnstitusionallaşdırılmış demokratiya ictimai etimadın
aldadılması imkanından qorunmuşdur, deleqativ de-
mokratiya isə onun nəticəsidir. Prezident vəzifəsini
tutmuş siyasətçi seçkilər ərəfəsində sosial-iqtisadi
problemlərin həlli və siyasi şəraitin yaxşılaşacağı ba-
rədə hər cür vədlər verir. Lakin qalib gələndən sonra o,
ekspansionist iqtisadi siyasət yeridir, sərt sabitləşdirmə
proqramları tətbiq edir.
8. Gilyermo O’Donnel yuxarıda deyilənləri yekunlaşdı-
raraq yazır: “Deleqativ demokratiya ölkəsində zəif na-
mizəd hər bir vətəndaşa çox da ciddi ziyan vurulmadan
ölkəni xilas edəcəyini vəd edərək, seçkilərdə qalib
gəlir, lakin az sonra əhalinin bir sıra təbəqələrinə xeyli
ziyan vuran siyasət yeritməklə ölkənin taleyini qumara
qoymuş olur”
1
.
Gilyermo O’Donnelin modelində deleqativ demokratiya-
nın avtoritarizmə yuvarlanması yolunda çox incə məhdudlaş-
dırıcılar vardır. Əslində, bu modelin demokratik rejimlər sis-
temində olması yalnız prezident seçkilərinin demokratikliyini
və bəzi demokratik normalara riayət olunmasını təmin edir.
Lakin sonradan vətəndaş cəmiyyətinin və onun seqment-
lərinin formalaşması üçün real səmtinin olmadığına görə
bütün bunlar yalnız demokratiya illüziyası yaradır, əslində
isə, cəmiyyəti avtoritar idarəetmə formasına sürükləyir.
Müasir aləmdə zahirən demokratiyaya aid edilə biləcək,
lakin daxili siyasətin reallıqların hakimiyyətə demokratik
1
www.politnauka.org/library/dem/odonell.html
172
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
təzyiq göstərmək üçün səmərəli mexanizmlərin olmadığını
və sosial-iqtisadi uğurların məhdudluğunu göstərən bu cür
rejimlər az deyildir. Demokratik dövlətlər iqtisadi sərbəstlik
indeksini artırmaqla öz iqtisadi potensialını daha sürətlə
inkişaf etdirir. Dövlətdə liberalizm nə qədər az olsa, de-
mokratik təsisatlar nə qədər zəifdirsə və buna müvafiq olaraq
səmərəsizdirsə, nümayəndəli demokratiya hakimiyyətinin
imkanları da bir o qədər əhəmiyyətli dərəcədə azalır. Bu
hakimiyyət ya 1) “ikinci keçid” etməli; 2) yaxud da “birinci
keçid” dövrəsini yenidən başlamalıdır.
Stenford Universitetinin politologiya professoru, neokor-
poratizm nəzəriyyəsinin banilərindən biri, demokratikləşmə-
nin və tranzitlərin öyrənilməsi sahəsində görkəmli alim Fi-
lipp K.Şmitter özünün “Vətəndaş cəmiyyəti və demokratiya-
nın konsolidasiyası haqqında düşüncələr” adlı əsərində və-
təndaş cəmiyyətinin formalaşdırılması yolu ilə demokra-
tiyanın konsolidasiyasını mümkün hesab edir
1
.
Şmitter yazır ki, vətəndaş cəmiyyətinin mövcud olması
demokratiyanın konsolidasiyasına və qorunub saxlanmasına
şərait yaradır, lakin həmin cəmiyyət demokratik ənənələrin,
təsisatların və normaların yaradılmasına təşəbbüs göstərmir.
Bu cəmiyyət başqa təsisatlar, proseslər və motivasiyalarla
sintez çərçivəsində fəaliyyət göstərir.
Eyni zamanda, Şmitter demokratiyanın konsolidasiyasını
elə bir proses kimi təsəvvür edir ki, orada “avtoritarizmdən
demokratiyaya keçid dövrünə xas olan epizodik sazişlər,
yarımçıq normalar və təsadüfi qərarlar möhkəm mənimsənil-
miş, daimi fəaliyyətdə olan və demokratik idarəetmədə işti-
rak edən şəxslər və kollektivlər (yəni, siyasətçilər və vətən-
1
“
Polis” jurnalı, 1996, № 5, səh. 16-27.
173
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Amerikada demokratiya çoxluğun
idarə etməsini və azlığın hüquqlarına
əməl olunmasını nəzərdə tutur.
Cozef Qrebovski
daşlar) tərəfindən könüllü şəkildə qəbul edilən əməkdaşlıq və
rəqabət münasibətlərinə transformasiya edir”
1
. Demokrati-
yanın konsolidasiyası siyasi həyatın bəzi sahələrini
institusionallaşdırmaqla bərabər, siyasi mübarizənin vicdanlı
və proqnozlaşdırıla bilən olacağına əminlik yaradır.
Demokratik keçid vətəndaş cəmiyyətinin formalaşmasını,
Şmitterin təbirincə desək, “dirçəlməsinin” başlanğıcını şərt-
ləndirir. Vətəndaş cəmiyyə-
ti isə “həyat qabiliyyətli,
bəhsləşməyə əsaslanan par-
tiya sisteminin fəaliyyətinə
əlverişli təsir göstərir”
2
.
Şmitter qeyd edir ki, vətəndaş cəmiyyətinin mövcud
olması demokratiyanın konsolidasiyasına aşağıdakı qaydada
şərait yaradır:
a) sosial qrupların daxilində ümidləri sabitləşdirir, haki-
miyyətə praktik tətbiq üçün idarəetmə prosesində bazis kimi
istifadə edilə biləcək daha ümumi, etibarlı və yararlı
informasiyanı təqdim edir;
b) vətəndaşlara sosial mənafelər və mülki davranış
normaları haqqında elə təsəvvürlər aşılayır ki, bunlarda
cəmiyyətin tam halda mövcud olması nəzərə alınsın və
demokratik proses qəbul edilsin.
c) insanlara və firmalara daha yaxın olan və bu baxımdan
dövlət hakimiyyəti orqanlarına ünvanlanmış tələblər irəli
sürülərkən istifadə edilməsi daha asan olan özünüifadə və
identifikasiya kanalını təmin edir;
1
“
Polis” jurnalı, 1996, № 5, səh. 16-27.
2
Yenə orada.
Dostları ilə paylaş: |