159
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Bizi müstəbidlikdən azadlığa pərqu
döşək üstündə aparacaqlarını gözləyə
bilmərik.
Tomas Cefferson
xış edir. Kütlələr hesab edir ki, siyasətə qarışmaq ixtiyarları
vardır və bunu tez-tez edirlər, lakin bəzən şüurlu şəkildə fəal-
lıqdan çəkinir, hökumətə və marağı olan qrupların liderlərinə
problemlərin özlərinin həll etməsinə imkan yaradırlar.
Hazırda “plüralist” demokratiya modeli çox populyardır.
Düzdür, onun başlıca qüsurunu onda görürlər ki, o, mütəşək-
kil qruplara həddindən artıq əhəmiyyət verir və hakimiyyətin
onlardan daha güclü olanın əlində cəmləşməsinin mümkün-
lüyünü (“korporativizm”) lazımınca qiymətləndirmir.
Robert Dal 1953-cü ildə
çapdan çıxmış “Siyasət, iq-
tisadiyyat və rifah” əsərin-
də poliarxiyanı bir “proses”
kimi nəzərdən keçirərək
yazır ki, bəzi cəmiyyətlərdə
demokratik məqsədlər hələ də aydın deyil və qeyri-liderlərin
liderlər üzərində nisbətən güclü nəzarət həyata keçirməsi
baxımından olduqca təxminidir. Dal bunu mümkün edə
biləcək sosial proseslər sistemini “poliarxiya” adlandırmış-
dır. Dal poliarxiyanın beş interpretasiyasını təklif edir:
a) müxalifətə və hökumətin fəaliyyətinə müqavimət
göstərənlərə qarşı dözümlülük səviyyəsi nisbətən yüksək
olan, həmçinin hökumətin hərəkətlərinə və hətta müxtəlif
rəsmi şəxslərin dinc yolla kənarlaşdırılmasına geniş təsir im-
kanlarının olduğu rejim tipi. Aşağıda biz, R.Dalın fikrincə,
“poliarxiyanın” fəaliyyəti üçün real zəmin yaradan yeddi
təsisatı göstərəcəyik.
b) “tarixi və ya inkişafda olan, mühüm təkamül yolu
keçmiş, – o cümlədən millətin siyasi təsisatları olan dövlət-
ləri demokratikləşdirmək və liberallaşdırmaq cəhdlərinin
160
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
təsiri altında, – müəyyən təsisatlar sırası kimi dərk edilə bilən
demokratikləşmə məhsulu
1
.
c) siyasi təsisatların demokratik prosesə uyğunluğun
təmin edilməsinə istiqamətləndirilmiş yönümü kimi özünü
göstərən demokratik prosesin zəruriliyi;
ç) siyasi elitaların rəqabət mübarizəsinə siyasi nəzarəti
şərtləndirən səlahiyyətin yoxlanılması sistemi;
d) adi hüquqlara institusional qaydada təminat verildiyi və
onların qorunduğu hüquq sistemi.
Dal demokratiyanın nəzəriyyə və modellərinin hərtərəfli
öyrənilməsi əsasında poliarxiyanın əvvəlcə altı, sonra isə
mövcud modellərin daha adekvat təhlilinə imkan yaradan
yeddi əlamətini fərqləndirmişdir:
1) hakimiyyət orqanlarının konstitusiya ilə təminat verilən
seçkililiyi; seçkilərin köməyi ilə hökumətin qərarları
üzərində nəzarət həyata keçirilir;
2) məcburiyyət mexanizminin olmadığı azad və ədalətli
seçkilərin müntəzəm və vaxtaşırı keçirilməsi;
3) praktik olaraq bütün yaşlı əhaliyə seçkilərdə iştirak
etmək hüququ verən ümumi seçki hüququ;
4) hakimiyyət orqanına seçilmək hüququ: bu hüquq
praktik olaraq bütün yaşlı əhaliyə verilir, baxmayaraq ki,
seçilmək hüququ verən yaş senzi seçkilərdə iştirak etmək
hüququndan yuxarı ola bilər;
5) özünüifadə azadlığı: vətəndaşlar cəzaya məruz qal-
maqdan çəkinməyərək, hakimiyyət orqanlarının, hökumətin,
1
Р.Даль. Полиархия, плюрализм и пространство. http://kant.narod.ru
/dahl. htm
161
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
rejimin, sosial-iqtisadi quruluşun və hakim ideologiyanın
tənqidi də daxil olmaqla, siyasi problemlərin geniş dairəsi
barədə öz fikirlərini söyləmək azadlığı hüququna malikdirlər;
6) alternativ informasiya: vətəndaşların alternativ infor-
masiya mənbəyi əldə etmək hüququ vardır, üstəlik bu
alternativ informasiya mənbələri real şəkildə mövcuddur və
qanunlarla qorunur;
7) assosiasiyaların muxtariyyəti; yuxarıda sadalananlar da
daxil olmaqla, müxtəlif hüquqlarını həyata keçirmək üçün
vətəndaşlar müstəqil partiyalar və maraqlar üzrə qruplar da
əhatə edilməklə, nisbətən müstəqil assosiasiya və təşkilatlar
yaratmaq hüququna malikdirlər
1
.
F.Şmitter və T.K.Linn bu yeddi əlamətə daha ikisinin
əlavə olunmasını təklif edirlər:
8) xalq tərəfindən seçilmiş rəsmi şəxslərin seçilməmiş
rəsmi şəxslər tərəfindən müqavimətə məruz qalmadan özlə-
rinin konstitusion səlahiyyətlərini yerinə yetirmək imkanları
olmalıdır. Əgər hərbçilər, yaxud dövlət müəssisələri və ya
idarələrinin əməkdaşları seçkili rəhbərlərdən asılı olmayaraq
fəaliyyət göstərmək, xüsusilə də xalq tərəfindən seçilənlərin
qərarlarına veto qoymaq imkanına malikdirlərsə, demokra-
tiya təhlükə qarşısında qalır;
9) dövlət suveren olmalıdır və daha yüksək siyasi sistem-
lərdən asılı olmadan fəaliyyət göstərməlidir. Yəni, seçkili
rəhbərlər kənarda razılaşdırılmadan hamı üçün məcburi olan
qərarlar qəbul etməyə qadir deyilsə, onda sistemin demok-
ratikliyi sual altındadır.
1
М.Н.Грачев, А.С.Мадатов. Демократия: методология исследования,
анализ перспектив. М., Алкигамма, 2004./Democracy and its Critics/ – New
Haven; London, 1989, p.221.
Dostları ilə paylaş: |