Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə49/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   45   46   47   48   49   50   51   52   ...   253

 

 

156 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

istisna edən “xalq suvereniteti” nəzəriyyəsini, o cümlədən 



“xalqın iradəsi”, “xalqın müdrikliyi” və s. kimi anlayışları 

utopik hesab edirdi. 

Veber hesab edirdi ki, müasir şəraitdə buna nail olmaq 

mümkün deyil, çünki birbaşa demokratiya və qeyri-peşəkar 

siyasətçilərdən ibarət hökumət  ərazisi və  əhalisinin sayı 

məhdud olan xırda  şəhər-dövlətlərin hüdudlarından kənarda 

prinsip etibarilə mümkün deyildir. Veberə görə, müasir bö-

yük cəmiyyətlərdə və dövlətlərdə insanlar arasında qarşılıqlı 

münasibətlərin istənilən  şəkildə  səmərəliləşməsi və yaxud 

formallaşması hökmən avtoritarizmə gətirib çıxarır. Ona görə 

də  təsadüfi deyil ki, əksər tədqiqatçıların daha uğurlu de-

mokratiya kimi baxdıqları  məhz ingilis parlament demokra-

tiyasının təhlili Veberə bu hakimiyyət institutunun fəaliyyə-

tinin demokratik xarakter daşımasına  şübhələnməyə  əsas 

vermişdir. 

Veberin gəldiyi nəticələr bürokratiyanın təşkili və 

fəaliyyəti prinsiplərinin və istənilən təşkilat çərçivəsində 

fəaliyyət göstərən “oliqarxiyanın dəmir qanunu”nun təhlilinə 

əsaslanır. 

Veber anqlsaks siyasi ənənələrinə qarşı plebisitar de-

mokratiya nəzəriyyəsini təklif edir ki, bu da onun fikrincə, 

bürokratların zülmündən yaxa qurtarmağa kömək edə bilərdi. 

Həmin nəzəriyyə  çərçivəsində xalqa və ayrı-ayrı  fərdlərə 

siyasi proseslərin passiv iştirakçısı rolu ayrılır. Kütlələr üçün 

siyasi iştirakın yeganə forması seçkilər və  səsvermə 

hüququnun reallaşdırılmasıdır. 

Veberin nəzəriyyəsində  əsas fiqur bütün xalq tərəfindən 

birbaşa seçilmiş  və onun qarşısında məsuliyyət daşıyan 

xarizmatik liderdir. Belə lider formal olaraq, leqal şəkildə 



 

 

157



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

seçilən bürokratik administrasiyadan yüksəkdə dayanır. 



Xarizmatik liderin legitimlik səviyyəsi onun uğurlarının 

miqyası ilə müəyyən olunur. Veberə görə kütlələrin siyasi 

prosesdə rolu yalnız xarizmatik liderin seçilməsində  iştirak 

etməklə  məhdudlaşdığı üçün, əslində, onlara bürokratiya 

üzərində  aşağıdan nəzarət etmək hüququ verilmir. Vətən-

daşlar bu funksiyaları bürokratiyanın fəaliyyətinə yuxarıdan 

nəzarət edən xarizmatik liderə verirlər; onun əsas vəzifə-

lərindən biri oliqarxik idarəetmə prinsiplərini aradan qaldır-

maq üçün zəruri olan bürokratiya ilə mübarizədir. 

Veber bürokratiyanın “ideal tip”ini işləyib hazırlayarkən 

nəzərdə tuturdu ki, bürokratiya tərkib hissələrinə parçalanmış 

idarəetmə prosesində  ədalətli texniki icraçı rolunda çıxış 

edəcəkdir. O hesab edirdi ki, ideal rəhbər öz aparatına quru 

rəsmiyyətçi kimi, qəzəbsiz və  tərəfkeşliksiz rəhbərlik edir. 

Veberin fikrincə, idarəetmənin başqa formaları ilə müqayi-

sədə bürokratiyanın “ideal tipi” öz səmərəliliyinə görə, qeyri-

mexaniki istehsal növləri ilə müqayisədə maşına bənzəyir. 

Lakin bürokratiyanın fəaliyyətinin təhlili Veberi belə bir 

nəticəyə gətirmişdir ki, bürokratiyanın təşkilində mövcud olan 

qayda və  təlimatlar sistemi, eləcə  də iyerarxiya strukturu öz 

daxilində demokratiyanın tamamilə dəyişməsinə aparıb çıxaran 

qorxulu toxumlar gizləyir. Məhz bu toxumlar istənilən bü-

rokratik təşkilatın səmərəli işləməsinə  əngəl ola bilər. Bilik-

lərinin müəyyən qaydada tətbiq olunmasına, məlum ətalətə və 

şablona adət etmiş bürokratlar sosial həyatın real, əvvəlcədən 

müəyyən olunmuş  məlum qayda və standartlar əsasında həll 

oluna bilməyən problemləri ilə üzləşəndə  aciz qalırlar. 

İctimai təsisatların bürokratik durğunluqdan xilas edilməsi 

məsələsinin həllinə çalışan Veber ömrünün son illərində 



 

 

158 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

təşkilat çərçivəsində lider probleminə və lider, bürokratiya və 



kütlə arasındakı münasibətlərin incəlikləri ilə bağlı  məsə-

lələrə xüsusi diqqət ayırırdı. 

Veberin plebisitar nəzəriyyəsi, əslində, siyasi sistemin təş-

kilinin hansısa onun dinamizmini təmin edən zəruri ele-

mentlərə malik ideal modelini tapmaq cəhdi idi. 

Veberin fikrincə, siniflərdən, statuslardan və boşboğaz 

siyasətdən kənarda olan xarizmatik lider öz hakimiyyəti üçün 

bürokratiyadan asılı olmayan legitimlik mənbəyinə malik 

olduqda və bürokratik struktura çox da güclü inteqrasiya edil-

mədikdə, milləti öz ətrafında birləşdirə və fərdi bürokratiyanın 

hücumlarından və “sosialist kollektivçiliyindən” qoruya bilər. 

Veber üçün plebesitin əsas mənası xalqın səsvermədə birbaşa 

iştirakı nəticəsində xarizmatik nüfuz yaratmaqdan ibarətdir. 

Müəllifləri Devid Trumen və Robert Dal olan model 

“plüralist demokratiya” adlanır. Bu model çoxlu hakimiyyət 

mərkəzlərinin və buna müvafiq olaraq qərarlar qəbul edən 

mərkəzlərin olmasını vacib sayır. Bu modelin müəllifləri de-

mokratiyanın  əsas məqsədini azlıqların hüquqlarının qorun-

masında görürlər. Hesab edirlər ki, azadlığı yalnız bu yolla 

qoruyub saxlamaq mümkündür: axı, cəmiyyət nəticə etibarilə 

hər biri öz maraqlarını düşunən saysız-hesabsız kiçik 

qrupların məcmusundan ibarətdir. Ona görə də hər hansı bir 

kompakt elitanın bütün cəmiyyətin maraqlarını təmsil etmək 

iddiasında olması tamamilə əsassızdır. 

Liberal demokratiyanın əsas institusional xüsusiyyətləri ilə 

razılaşan “plüralizm”, marağı olan və hər biri qərarların qəbul 

edilməsi prosesinə təsir göstərməyə çalışan çoxsaylı qrupların 

mövcudluğuna xüsusi əhəmiyyət verir. Hökumət bu qrupların 

mürəkkəb qarşılıqlı əlaqələri prosesində vasitəçi qismində çı-



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə