153
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Makiavelli nə deyir‐desin,
heç bir qala
xalqın etimadı ilə
müqayisə edilə bilməz.
Napoleon Bonapart
tədricən iqtisadi fəaliyyətin bütün sahələrindən sıxışdırıb
çıxaracaq istehsalat emalatxanaları, kooperasiyalar, birliklər
təşkil etməkdə muzdlu işçilərə kömək edəcədir.
Sosial demokratiya ideyasının yayılmasında həmin ideya
tərəfdarlarının zor gücünə, məcburi yolla sosializm quruluşu
yaratmağın mümkünlüyünə inanmamaqları böyük rol oyna-
mışdır.
XIX əsrin ikinci yarı-
sında sosial demokratiyanın
ən parlaq nəzəriyyəçilərin-
dən biri publisist və vəkil
Ferdinand Lassal (1825-
1864) olmuşdur. Yalnız Marksın deyil, həm də Hegel
ideyalarının tərəfdarı olan Lassal dövləti fərdiyyətçiliyə və
sosial eqoizmə qarşı duran kütləvi marağın təcəssümü hesab
edirdi. O, “İşçilərin proqramı” kitabında yazırdı ki, dövlətin
mənəvi təbiəti, onun əsl və yüksək amalı bəşər övladının
azadlıq istiqamətində inkişafından ibarətdir. Bəşər tarixi tə-
biətlə, səfalətlə, nadanlıqla, yoxsulluqla, hər cür əsarətlə mü-
barizə tarixidir. O yazırdı: “Azadlığın inkişafı bu zəifliyin
tədricən aradan qaldırılmasıdır”. Lassal vurğulayırdı ki,
dövlət cəmiyyətin təşkilati və birləşdirici əsasıdır. Lakin
müasir cəmiyyətdə dövlət öz ideal mahiyyətinə uyğun
gəlmir, çünki burjuaziya dövləti “pulun kobud materiyasına”
tabe edir. Əmlak senzinin köməyi ilə burjuaziya dövləti öz
xidmətçisinə, mühafizəçisinə, “gecə gözətçisi”nə çevirir.
“Dövlət gecə gözətçisidir” tərifi publisistikada uzun illər
klassik liberalizm doktrinasına uyğun olaraq, heç bir sosial
funksiya daşımayıb yalnız qoruyucu funksiyalar icra edən
liberal dövlətə şamil edilmişdir.
154
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
Lassal burjuaziyanın eqoist hökmranlığından azad olmaq
və dövlətin əsl, ideal mahiyyətini bərpa etmək üçün mövcud
əmlak senzinin ləğvini və ümumi seçki hüququnun müəyyən
olunmasını zəruri hesab edirdi. O, israr edirdi ki, bu, “fəhlə
zümrəsinin maddi vəziyyətini yaxşılaşdırmaq üçün yeganə
vasitədir”.
Ümumi seçki hüququna əsaslanan dövlət, fəhlə sinfinə
maddi ehtiyacdan və kapitalist istismarından qurtulmağa
yardım edəcək xalq dövləti olacaqdır. O, “gecə gözətçisi”
olan dövlətdən fəhlələrə məhdudiyyətsiz kredit vasitəsilə
istehsalat şirkətləri yaratmağa kömək edən “sosial dövlətə”
çevriləcəkdir.
XX əsrin əvvəli demokratiyanın protektiv və inkişafda
olan modelləri arasında sərhəd qoyulması ilə əlamətdar ol-
muşdur. Bu da inkişafda olan demokratiya konsepsiyasından
nəzəri qolun – sosial liberalizmin ayrılmasına gətirib çıxar-
mışdır. Sosial liberalizmin əsasları Lucjo Brentano,
Leonardo Trelauni Hobhaus, Tomas Hill Qrin, Con Meynard
Keyns, Bertil Oxlin və Con Dyuinin əsərlərində irəli sürül-
müşdür. Sosial liberalizm radikal kapitalizmi və sosializm
məktəbinin inqilabi elementlərini rədd edərək, müsbət azad-
lığa xüsusi diqqət yetirirdi.
“Bəhsləşən elitizmin” baniləri demokratiyaya sırf texniki
əhəmiyyət verən Yozef Şumpeter və Maks Veber (xüsusilə
Y.Şumpeter) olmuşlar. Demokratiyanın bu forması həmçinin
reprezentativ və ya nümayəndəli demokratiya adlandırılır.
Onun müəllifləri hesab edirdilər ki, həm qanunvericilik, həm
də inzibatçılıq məsuliyyətini öz üzərinə götürə bilən ən
istedadlı və səriştəli hakimiyyət elitasının seçilməsi metodu
mühüm şərtdir. Bundan başqa, onların fikrincə, demokratiya
155
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
elitanın daxilində hər hansı bir qrupun bütün hakimiyyəti öz
əllərinə keçirməsinə imkan vermir. Əvvəlki modeldən fərqli
olaraq, bu model institusional baxımdan daha diqqətlə işlənib
hazırlanmışdır. O, güclü icra hakimiyyətinin, hakim parti-
yanın parlament üzərində kifayət qədər sərt nəzarətinin,
siyasi rəhbərlikdən asılı olmayan səriştəli bürokratiyanın
mövcudluğunu nəzərdə tutur. Bu model kütlələrə ən
əhəmiyyətsiz rol ayırır: “küçə adamı”nın əlindən gələn
yeganə iş seçkilərdə iştirak etməkdir. Elita öz hərəkətlərində
kütlələrin yalnız avtoritarizmə gətirib çıxara bilən dəyişkən
əhval-ruhiyyəsi və maraqlarından tamamilə azad olmalıdır.
“Bəhsləşən elitizm” real liberal demokratiyanın bir çox xüsu-
siyyətlərini əks etdirir. Məsələ yalnız bu xüsusiyyətlərin
yaxşı və ya pis olmasındadır. Tədqiqatçıların xeyli hissəsi
“bəhsləşən elitizm”in “demokratiya modeli” adlandırılma-
sına etiraz edir, çünki onu ruhən açıq-aşkar antidemokratik
hesab edir.
Reprezentativ demokratiya nümunəsi ali hakimiyyətin qa-
nunverici hakimiyyətə məxsus olan, hökumətə isə qanun-
vericilik təşəbbüsü verilən Böyük Britaniyadır.
“Bəhsləşən elitizmin” bir növü də M.Veberin plebisit de-
mokratiyası olmuşdur. M.Veberin konsepsiyasında demokra-
tiya özlüyündə məqsəd kimi yox, üsul və vasitə kimi çıxış
edir. M.Veberə görə demokratiya həm liderlərin seçilməsi
üsulu və onların hakimiyyətinin qanuni şəklə salınması, həm
də əhalinin böyük hissəsinin millətin siyasi işlərinə cəlb
olunması üçün vasitədir. Buna baxmayaraq, M.Veberin
fikrincə, demokratiya adi siyasi məsələləri həll etmək üçün
yararlı vasitə deyil, belə hallarda, çox güman ki, səsvermə ilə
deyil, danışıqlar yolu ilə kompromislər lazımdır. Buna görə
də alim məqsədləri bir insanın digəri üzərində hökmranlığını
Dostları ilə paylaş: |