Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə57/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   53   54   55   56   57   58   59   60   ...   253

 

 

180 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Ümumiyyətlə, parlament sistemi sabitliyin qorunub sax-



lanmasının və demokratik inkişafın ən yaxşı üsuludur. Çünki 

korrupsiya ilə bağlı qalmaqal yarandıqda və ya tərəfdar-

larının etimadını itirdikdə baş nazirin dəyişdirilməsi dövlətdə 

prezident kürsüsü uğrunda mübarizə ilə müqayisədə daha az 

kataklizmlərə səbəb olur. Prezidentin vaxtından əvvəl dəyiş-

dirilməsinin yeganə konstitusion yolunun impiçment oldu-

ğunu nəzərə alsaq, icra hakimiyyəti başçısının tutduğu vəzi-

fədən azad edilməsi üçün xeyli vaxt tələb oluna bilər. Lakin 

yaranmış böhranlı  vəziyyətdən çıxmaq üçün prezidentin 

istifadə etdiyi inzibati resurs xalqın iradəsini  əks etdirməyə 

bilər, bu isə son nəticədə  məsələnin qeyri-konstitusion 

yollarla həllinə gətirib çıxarır. 

Təbii ki, demokratik idarəetmənin  ən yaxşı forması 

barədə Xuan Lintsin baxışları mütləq mənada qəbul edilə 

bilməz, hərçənd, bu baxışlar irəli sürülən konsepsiyanın şər-

hində  məntiqə  və ardıcıllığa  əsaslanan mövqeyi ifadə edir. 

Bərqərar olmuş demokratiyalar üçün parlament sistemi həqi-

qətən daha münasib görünür, o da doğrudur ki, parlament 

sistemində münaqişənin həlli üsulu prezident idarəetmə for-

ması ilə müqayisədə daha optimal və müddət baxımından 

daha məqbuldur, çünki parlament sistemində yüksək siyasi 

mədəniyyət səviyyəsi formalaşmışdır. Lakin hökumətlərin 

tez-tez dəyişməsi, hökumət böhranlarının çoxalması, eləcə də 

parlamentdə  təmsil olunmuş bu və ya digər siyasi qrupların 

partiya proqramından narazılığı üzündən cəmiyyətdə baş 

verən münaqişələrin sayı da yüksəkdir. Bununla bərabər, 

parlament koalisiyasına kənardan təsir göstərilməsi ehtimalı 

yüksəkdir. Bunu, məsələn, Türkiyənin siyasi praktikasında 

müşahidə edirik. Orada hökumət dünyəvi xətdən hər hansı 

şəkildə, hətta cüzi də olsa kənarlaşdıqda, hərbçilər hökuməti 




 

 

181



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

istefaya “göndərirlər” (1997-ci ildə N.Ərbakan hökuməti ilə 



olduğu kimi) və ya qanunvericilik məclisində ucdantutma 

təmizləmə aparılır (XX əsrin 60-cı  və 80-ci illərində baş 

vermiş çevrilişlər zamanı olduğu kimi). Üstəlik, parlament 

sisteminin kazusunu 2005-ci ildə Almaniyada parlament 

seçkiləri dövründə  də müşahidə etmişik. Orada ciddi siyasi 

böhran yaranmışdı. Əgər H.Şröder siyasi müdriklik nümayiş 

etdirməsəydi və indiki kansler A.Merkel onunla dil tapmağı 

bacarmasaydı, Almaniya hələ uzun müddət mürəkkəb daxili 

siyasi vəziyyətdə qalardı. A.Şaron “Likud” partiyasından 

çıxaraq “Kadima” partiyasını təşkil edəndə, İsraildə də siyasi 

gərginlik yaranmışdı. Beləliklə, hətta siyasi mədəniyyətin 

yüksək olduğu ölkələr haqqında da tənzimlənmiş  və 

ahəngdar parlament sistemi nümunələri kimi danışmaq 

çətindir. 

Lintsin təklif etdiyi təsnifatda tranzitar cəmiyyətlərdə 

(Azərbaycan da buna nümunə ola bilər) aşkar gözəçarpan 

mühüm bir məqam nəzərə alınmır. Mən müəyyən sosial 

qrupların məqsəd və  mənafelərini reallaşdırmaq xatirinə 

deyil, yalnız liderlərin öz ambisiyalarını reallaşdırmaq 

məqsədi ilə siyasi mübarizə aparan müxalifətçi hərəkatlara 

xas olan dağıdıcı radikalizmi nəzərdə tuturam. Bu, əsasən 

siyasi mədəniyyətin hələ formalaşmaması, onun səviyyəsinin 

aşağı olması  və demokratik siyasi dialoq ənənələrinin ol-

maması ilə  şərtlənir. Bu qəbildən olan siyasi təşkilatlar 

demokratik təşəkkülün başlanğıc mərhələsi üçün səciy-

yəvidir. Axı, bu və ya digər siyasi təşkilatın formalaşmasında 

konkret cəmiyyətə xas olan siyasi mədəniyyət mühüm rol 

oynayır.  Əgər siyasi mədəniyyətin aşağı olmasının təsiri 

altında, hakimiyyət-müxalifət münasibətlərinin formalaşma-

ması, iqtisadi xəttin qərarlaşmaması, sosiomədəni məkana 




 

 

182 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

kənardan gətirilən yeni arxetiplər və real iqtisadi proqramları 



əks etdirməyən çoxpartiyalı sistem və iqtidarın təklif etdiyi 

xətdən fərqli siyasi hərəkətlərin təsiri nəticəsində cəmiyyətdə 

siyasi davranışın əsas seqmentlərində cırlaşma gedirsə, onda 

tamamilə  aşkardır ki, tranzit dövründə siyasi məkanda 

dağıdıcı radikallaşma təbii haldır, parlamentarizm isə döv-

lətin davamlı inkişafının təmin edilməsi yolu kimi səmə-

rəsizdir. Belə vəziyyətdə güclü prezident hakimiyyəti lazımi 

anda sabitliyin və milli təhlükəsizliyin təmin edilməsi üçün 

bütün qüvvələri cəmləşdirməyə qabildir və bizim fikrimizcə, 

həmin cəmiyyədə idarəetmənin ən məqbul forması budur. 

Dyuk Universitetinin hüquq və politologiya professoru 

Donald L.Qorovitsin fikirləri X.Lintsin fikirlərindən fərq-

lənir. Onun fikrincə, məsələn, Asiya və Afrika ölkələri üçün 

səciyyəvi olan qeyri-sabitlik proseslərinin  əsas günahkarı 

məhz parlament sistemidir. Alim qərbi Afrika dövlətlərindən 

miras qalmış “Vestminster parlament demokratiyası sistemi-

nin həmin dövrdə ingilisdilli Afrikada təzahür edən avto-

ritarizmdə  təqsirinin çox olmasını” iddia edən ser Artur 

Lyuisin fikirlərinə etiraz edir

1



Qovorits yazır ki, prezident sistemindən irəli gələn 

problemlər parlament idarəetməsinə yabançı deyildir. 

Qovoritsin iradlarından biri Lintsin istifadə etdiyi “qalib 

gələn hər şeyi əldə edir” sisteminə aiddir. O deyir: “Prezident 

hakimiyyətinə qarşı etirazlardan biri ondan ibarətdir ki, bu 

hakimiyyət icra hakimiyyəti ilə qanunvericilik hakimiyyəti 

arasında, xüsusən bu iki şaxəyə müxtəlif partiyalar tərəfindən 

nəzarət edildiyi halda, lazımsız ziddiyyətə  gətirib çıxarır. 

                                                 

1

 



Хуан  Дж.Линц.  Опасности  президентства. http://old.russ.ru/antolog/ 

predely/2-3/dem 26.htm

 



Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə