Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə59/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   55   56   57   58   59   60   61   62   ...   253

 

 

186 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

İnternet istifadəçilərinin statistikası və dünya əhalisi ilə nisbəti 



Regionlar 

Əhali 

(2007-ci il) 

Dünya 

əhalisi,-

%-lə 

İnternet 

istifadəçiləri 

Əhali, 

%-lə

Dünyada 

istifadəçil

ərin faiz 

nisbəti, 

%-lə 

2000-2005-

ci illərdə 

istifadəçilə

rin artımı, 

%-lə 

Afrika 

933.448.292 14,2  32.765,700  3,5  3,0 

625,8 

Asiya 

3.712.527.624 56,5 

389.392.288  10,5  35,6 

240,7 


Avropa 

809.624.686 12,3  312.722.892 38,5 28,6  197,6 



Orta Şərq  193.452.727 2,9  19.382.400  10,0 1,8 

490,1 


Şimali 

Amerika 

334.538.018 5,1  232.057.067 69,4 21,2  114,7 



Latın 

Amerikası 

556.606.627 8,5  88.778.986  16,0 8,1 

391,3 

Okeaniya/ 

Avstraliya 

34.468.443 0,5  18.430.389 53,5 

1,7  141,9 

Cəmi 6.574.666.417 

100,0 

1.093.529.692 

16,6 

100,0 

202,9 

www.internetworldstats/com .© Copyright 2007, Miniwatts Marketing Group. All 

rights reserved. 

 

İnternet çox qısa bir müddətdə təkcə “çat”lar, forumlar və 



onlayn-oyunlar vasitəsilə  əyləncə yerinə deyil, həm də 

interaktiv ünsiyyət, internet-konfranslar, simpoziumlar 

keçirilməsi, elmi və ictimai mövqe və baxışların mübadiləsi 

üsuluna çevrilmişdir. Eyni zamanda, Ümumdünya hörümçək 

toru güclü kütləvi informasiya vasitəsinə çevrilmişdir. Hər 

səhər yüz minlərlə istifadəçi son məlumatları öyrənmək 

məqsədi ilə öz brauzerlərini açır, dünyanın aparıcı  xəbər 

agentlikləri bütün gün ərzində öz şəbəkə resurslarını 

dəfələrlə yeniləşdirərək,  ən “qaynar” xəbərləri və bütün 

dünyada baş verən hadisələrin təhlilini dünya birliyinə 

təqdim edir. İndi ictimai fikir təkcə kağız nəşrlərin, televiziya 

və radio kanallarının təsiri altında formalaşmır, yeni 

təfəkkürün formalaşdırılması təkcə CNN üçün mümkün olan 



 

 

187



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

məsələ deyildir. Yeni minillikdə  iş vaxtının çox hissəsini 



Ümumdünya hörümçək toruna çıxışı olan kompyuter qar-

şısında keçirən “şəbəkə adamı” obrazı yaranır. Yeniliklərin 

seçimi və onların təhlili labüd olaraq daha geniş miqyas alır. 

Bu gün “Əl-Cəzirə” və  “Əl-Ərəbiyyə” agentlikləri cəsarətlə 

CNN ilə rəqabət aparır. Qəzet sahiblərinin və ya bütövlükdə 

dövlətin mövqelərini ifadə edən redaktor sütunları müstəqil 

internet-bloqlarla əvəz olunur. Onlar çox vaxt keçmişdə bizə 

məlum olan “dissidentlər” rolunda çıxış edirlər.  İnternet-

forumlar maraqlar üzrə dərnəklərin təcəssümünə çevrilir. Yer 

kürəsinin istənilən guşəsində hərbi çevriliş, parlament və ya 

prezident seçkiləri, iqtisadi uğurlar və ya bazarlarda qiymət 

təlatümü, terror aktları  və  hərbi aksiyalar – bütün bu yeni-

liklər bir neçə  dəqiqədə bütün dünyada milyardlarla insanın 

evinə yol tapır. Müasir dövrdə  bəşəriyyətin inkişafı maye-

kristallik ekran arxasındakı virtual məkanda baş verir. 

Bütün bunlar dünya birliyinin şüurunu  əhəmiyyətli də-

rəcədə demokratikləşdirmiş, dünya miqyaslı problemlərin və 

demokratik transformasiyaların qlobal müzakirəsi üçün şərait 

yaratmışdır. Demokratiya müasir informasiya kommunikasi-

yaları  çərçivəsində yeni məna kəsb etmişdir. Hərçənd, eyni 

zamanda, o, yeni informasiya müdaxiləsi üçün zəmin 

yaratmışdır. Amerika teleyayım  şəbəkəsinin translyasiya et-

diyi “şəkillərə”  əsaslanan təfəkkür tərzinin formalaşmasına 

yönəlmiş “CNN effekti” anlayışı siyasi leksikonda özünə 

möhkəm yer tapmışdır. Bu şirkətin fasiləsiz informasiya 

konsepsiyası hadisə yerindən təsvirlərin real zaman 

rejimində verilməsindən ibarətdir. Bu halda tamaşaçılar baş 

verən hadisədə sanki özləri də iştirak edirlər. İnformasiyanın 

ani ötürülməsi saxtalaşdırmaların istisna olunmasını nəzərdə 

tutur. Hərçənd, bəzən bu fikrə  şübhə edənlər də tapılır. 




 

 

188 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Məsələn, jurnalist və yazıçı, “Rezo Volter” təşkilatının 



prezidenti Tyeri Meysan yazır: “...Sovet imperiyasının 

dağılması Amerika təbliğat sisteminin nəzarətsiz inkişafı ilə 

nəticələnmişdir. CNN kanalı  bu sistemin yeni mexanizminə 

çevrilmişdir. CNN-in təsir qüvvəsi hadisələri bir növ ta-

maşaya çevirən və  hər hansı analitikaya mane olan 

informasiyanın fasiləsiz ötürülməsi konsepsiyasından 

ibarətdir. CNN mənzərələrini bütün gün ərzində birbaşa 

efirdə retranslyasiya edən dünya informasiya kanallarının 

sayının artması CNN effektini gücləndirmiş  və televiziya 

tamaşaçılarını daha da dəymədüşər etmişdir.  İndi bu kanal 

Vaşinqtonla qırılmaz tellərlə bağlıdır, onun  ehtimal edilən 

rəqibləri isə Amerika ordusunun hücumlarına məruz qalır. 

Fasiləsiz informasiya ictimai rəyə psixoloji təsirin yeni 

metoduna çevrilmişdir. Buna baxmayaraq, nəinki azadlı-

ğımızı itirməkdən  şikayətlənmirik,  əksinə, bu manipul-

yasiyada məmnunluq tapırıq və qismən özümüz də ona görə 

məsuliyyət daşıyırıq”

1



İnformasiya-kommunikasiya texnologiyaları demokratik 

təşəbbüslər üçün yeni məkan formalaşdırmışdır. Siyasi təş-

kilatlar və liderlər mövqelərindən və baxışlarından asılı 

olmayaraq, öz əqidələrini retranslyasiya etmək üçün infor-

masiya texnologiyalarından fəal istifadə edirlər. Beləliklə, 

İKT kütləvi  şüurun demokratikləşməsinə  təsir göstərir və 

aşağıdakılara kömək edir: 

•  yeni təfəkkürə.  İnformasiya texnologiyaları çox geniş 

auditoriya ilə ünsiyyət yaratmaq və informasiyanı ani 

çatdırmaq imkanlarının köməyi ilə yeni təfəkkür 

formalaşdırır; 

                                                 

1

 

http://www.voltairenet. org/article 129894.html



 


Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə