137
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Birləşmiş Ştatlar nəinki dünya nizamı strukturunda hakim
mövqe tutmağa, hətta onun meyillərini müəyyənləşdirməyə,
habelə ayrı-ayrı dövlətlərin davranış strategiyasını qurmağa
qadirdir. Bu, ABŞ-ın üzərinə xarici siyasət məsələlərinə ikili
yanaşmaya səbəb olan xüsusi missiya qoydu. Birinci missiya
ondan ibarətdir ki, “Amerika öz evində demokratiyanı
təkmilləşdirərək, özünə xas dəyərləri ən yaxşı şəkildə təsbit
edir və bu səbəbdən də bəşəriyyətin qalan hissəsi üçün yol
göstərən mayak rolunu oynayır; ikinci missiyanın mahiyyəti
isə ondan ibarətdir ki, bu dəyərlərin özü Amerikanın üzərinə
onların dünya miqyasında bərqərar olması üçün mübarizə
aparmaq vəzifəsi qoyur”
1
.
ABŞ-ın demokratik təsirinin coğrafiyası yeni regionları
əhatə etməyə başladı. Corc Kennanın dünyanın üç regionu-
nun: Birləşmiş Krallığın, Reyn vadisinin və Yaponiya ada-
larının rusların əlinə keçməsinin yolverilməzliyi haqqında
düşüncələri
2
onilliklər keçəndən sonra tutarsız görünür, çünki
“Qədim Roma dövründən bəri ayrıca götürülmüş bir ölkə heç
vaxt beynəlxalq nizam üzərində bu qədər həlledici üstünlük
əldə edə bilməmişdi”
3
. “Xeyirxah hegemonluğu” genişləndi-
rərkən ABŞ yeni ideologiyanı “yeni demokratiya” forması ilə
pərdələnən və siyasi, iqtisadi sosiomədəni məkana müda-
xiləni reallaşdıran demokratiya geosiyasəti vasitəsilə bərqə-
rar etməyə çalışırdı. İsrail və Yaxın Şərqin Tədqiqi İnstitu-
tunun baş eksperti Andrey Fedorçenkonun yazdığı kimi,
“ABŞ-ın həm hərbi qüvvə, həm də sülh yolu ilə Yaxın Şərqi
“demokratikləşdirmək” cəhdləri son nəticədə dünyanın bu
1
Г.Киссинджер. Дипломатия, стр. 10.
2
W.Odom. Russia’s several seats at the table // International Affairs,
1998, № 4, p. 809-810.
3
Ch.W.Maynes. Principled Hegemony // World Policy Journal, 1998,
p.31.
138
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
hissəsində Amerika şirkətləri üçün investisiya və xarici tica-
rət mühitinin yaxşılaşdırılması məqsədi daşıyır”
1
.
Fransanın xarici işlər naziri Yuber Vedrin 1999-cu il no-
yabrın 3-də Parisdə Fransa Beynəlxalq Münasibətlər İnstitu-
tunda (IFRI) konfransın açılışında söylədiyi nitqdə müasir
dünyada ABŞ-ın rolunu belə səciyyələndirmişdi: “Hazırda
Amerikanın üstünlüyü iqtisadiyyatda, maliyyə sahəsində,
texnoloji və hərbi sahədə, eynilə həyat tərzində, dildə və küt-
ləvi mədəniyyətdə, düşüncə tərzinin formalaşmasında və
hətta Birləşmiş Ştatların düşmənləri üçün də cəlbedici olan
obrazın yaradılmasında hiss olunur…
Amerika liderləri və mütəfəkkirlərinin çoxu son iki yüz il
ərzində öz baxışlarını özlərinə və bütün dünyaya sübut
edərək, Amerika Birləşmiş Ştatlarının İlahi qüvvə tərəfindən
“əvəzolunmaz” millət kimi seçilməsinə və bəşəriyyətin rifahı
naminə bu cür də qalmalı olduğuna bir an belə şübhə
etməmişlər… Amerikalılar şübhə etmirlər və daha açıq danı-
şaraq bizə xatırlatmağa çalışırlar ki, müasir dünya XX əsrin
birinci yarısında Avropanın özünün və dünyanın problem-
lərinin həlli yolunda düçar olduğu tam məğlubiyyətin birbaşa
nəticəsidir”
2
.
Digər ölkələrdə insan hüquq və azadlıqlarının, demokra-
tiyanın müdafiəsi sahəsində Amerikanın siyasəti ötən əsrin
70-ci illərinin ortasından, 1975-ci ildə Helsinki aktının qəbul
olunmasından və ATƏM-in yaranmasından sonra dəyişməyə
başladı. Ötən əsrin 60-cı illərinin sonunda baş vermiş qalma-
qaldan sonra aydın olanda ki, Mərkəzi Kəşfiyyat İdarəsi
1
http://base.ijc.ru/basesite.aspx?SECTIONID=104063&IID=104069
2
Г.Киссинджер. Нужна ли Америке внешняя политика. М., 2002,
стр. 37.
139
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Qanunvericilik şəxsiyyət azadlığını
elə
bir hüduda salmağa çalışır ki,
bu hüdudda
o, ümumi qanunlara tabe
olaraq, hər bir
başqa
şəxsiyyətin azadlığı ilə
bir araya sığır.
İmmanuil Kant
Avropa KİV-lərində və siyasi partiyalarında olan öz adamları
vasitəsilə fəal surətdə “ideya döyüşləri” aparır, Lindon Con-
son hökuməti “casus” demokratiyası əvəzinə, onun tamamilə
leqal “açıq qeyri-rəsmi mexanizmini” yaratmaq qərarına
gəldi. Bu istiqamətdə Cimmi Karter hökumətinin, habelə bir
sıra konqresmenlərin (Dante Farsel və Donald Frezer və b.)
ciddi fəallığına baxmayaraq, insan hüquqları və azadlıqları-
nın qlobal müdafiəsi sahəsində ilk addımlar atıldı.
1974-cü ilin əvvəlində
Minnesota ştatından olan
demokrat konqresmen,
“Demokratik konfrans”ın
və “Amerikalılar demokra-
tik fəaliyyət uğrunda” cə-
miyyətinin sədri, “Üçtərəfli
komissiyanın” üzvü Donald M.Frezerin başçılıq etdiyi alt
komissiyanın məruzəsi hazırlandı. Məruzəçi ABŞ-ın “insan
hüquqlarının müdafiəsini öz xarici siyasətinin əsas vəzifəsi
saymasında təkid edir” və “bu vəzifənin yerinə yetirilməsi
üçün müxtəlif tədbirlərin görülməsini tövsiyə edirdi”
1
.
Cimmi Karterin prezidentliyi dövründə Amerika hökumə-
tinin insan hüquqlarına və demokratiyaya, – o cümlədən də
SSRİ-də, – münasibəti əhəmiyyətli dərəcədə fəallaşdı. Onun
hökuməti sovet məkanında insan hüquqları probleminə xü-
susi səylə yanaşırdı və məhz 1974-cü ildə ABŞ Konqresi
tərəfindən SSRİ-yə qarşı məşhur Cekson-Venik düzəlişi
tətbiq olundu. Qeyd edək ki, bu düzəliş ABŞ-ın ticarət haq-
qında qanununa yəhudilərlə bağlı sovet mühacirət siyasətinə
qarşı etiraz edən yəhudi icmalarının təşəbbüsü ilə əlavə edil-
1
С.Хантингтон. Третья волна. Демократизация в конце ХХ века. М.,
2003, стр. 104.
Dostları ilə paylaş: |