125
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Geosiyasət dünyanın müxtəlif guşələrində demokratik
maraqların müəyyən edilməsində hər zaman xüsusi rol oyna-
mışdır. Demokratiyanın yayılması XX əsrin ikinci yarısından
başlayaraq “təfəkkürün müdaxiləsi” və qərb dövlətlərinin
çoxgedişli geosiyasi kombinasiyalarının şərtləndirdiyi yeni
strateji konsepsiya formasını almışdır. Ser Uinston Çörçillin
Fultonda söylədiyi nitqində “kommunist partiyaları və onla-
rın beşinci dəstələri bütün ölkələrdə xristian sivilizasiyası
üçün böyük və əfsus ki, getdikcə artan təhlükə törədir”
1
fikrini bəyan etməsindən sonra ABŞ və Britaniyanın geostra-
teji maraqları totalitar Sovet İttifaqının dağılmasına və
Vankuverdən Urala qədər heç bir təhlükə törətməyən
demokratik dövlətlər qurşağı yaradılmasına yönəlmişdi.
Vaxt keçdikcə bu ideyanın həyata keçirilməsi yolları tək-
milləşdirilir, başqa metodlara transformasiya olur, lakin məq-
sədi hər zaman dəyişməz olaraq qaldı. Məsələn, “birincisi,
hər hansı ölkənin vətəndaşlarının öz ölkələrinin hökumətini
seçmək və gizli səsvermə yolu ilə azad, maneəsiz seçkilər
keçirərək, yaşadıqları hakimiyyətin xarakterini və ya forma-
sını dəyişmək hüququ vardır və bu hüquq həmin ölkənin
konstitusiya normaları ilə təmin olunmalıdır; ikincisi, hər
hansı ölkədə fikir və söz azadlığı hakim olmalıdır və üçüncü-
sü, məhkəmələr icra hakimiyyətindən asılı olmamalı, hər
hansı bir partiyanın təsirindən azad olmalı, həyata keçirdiklə-
ri ədalət mühakiməsi isə bu ölkənin geniş əhali təbəqəsi tərə-
findən bəyənilən, və ya zamanın imtahanından çıxmış,
yaxud ölkənin ənənələrinə uyğun qəbul edilən qanunlara
əsaslanmalıdır”
2
.
1
Речь Уинстона Черчилля в Вестминстерском колледже, г. Фултон,
штат Миссури, США, 5 марта 1946 г.
2
Yenə orada.
126
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
“Üçüncü demokratik dalğa” özünün “Şərqə hücumu”nu
müəyyən ərazidən keçən tufan kimi başladı. Demokratiyanın
belə məqsədyönlü yayılması onunla bağlıdır ki, demok-
ratikləşmə prosesləri:
bir-birinin ardınca həyata keçirilirdi, bu da öz növ-
bəsində demokratiyanın donorları olan Qərb
dövlətlərinin yeni sıçrayış üçün maliyyələrini və
qüvvələrini uğurla səfərbər etməsinə şərait yaradırdı;
müəyyən əraziləri başdan-başa bürüyən dalğaya
bənzəyirdi;
demokratikləşdirilən cəmiyyətin siyasi, iqtisadi və
sosiomədəni təsisatlarını bütünlüklə transformasiyaya
uğradan qlobal dalğa şəklində idi.
“Demokratik sıçrayış” mövcud rejimin qərb demokratiya-
larına geosiyasi münasibətinin xarakteri ilə müəyyənləşirdi.
“Dalğa” bunun əsasında ərazinin iqtisadi imkansızlığı
üzündən Qərb dövlətlərinin maraqlarının həyata keçməsinə
uyğun gəlməyən rejimin dəyişdirilməsi üçün ərazi seçirdi.
Əbəs yerə deyil ki, diktator Ferdinand Markos
hakimiyyətdən kənarlaşdırılandan sonra ABŞ-ın köməyi ilə
Havay adalarına qaçmışdı, İran inqilabı zamanı şahı
dəstəkləməkdən imtina etmək haqqında qərar isə 1978-ci ildə
“Böyük yeddiliyin” görüşündən sonra qəbul olunmuşdu.
Demokratiya və geosiyasət həmişə qoşa addımlayıbdır.
XX əsrin ikinci yarısında “demokratiyanın yayılması”
anlayışına daha bir termin – geoiqtisadiyyat da əlavə
olundu. Yeni nəqliyyat arteriyaları, qlobal maliyyə
əməliyyatlarının iqtisadi üstünlükləri, yeni ərazilərin
öyrənilməmiş təbii ehtiyatları, inkişaf etməkdə olan
ölkələrin ucuz işçi qüvvəsi və yeni müstəqil dövlətlərin
127
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Demokratik təsisatlar özləri yaxşılaşa
bilməz, onların yaxşılaşması bizdən
asılıdır. Demokratik təsisatların
yaxşılaşdırılması problemi təsisatlar
qarşısında deyil, həmişə şəxsiyyətlər
qarşısında duran problemdir.
Karl Popper
təsərrüfat-sənaye kompleksinin geridə qalması “demokratik
dalğanın” genişlənməsinə və birinin digəri üzərində ucdan-
tutma üstünlük qazanmasına əlverişli şərait yaradırdı.
Demokratik meyillər ayrıca götürülmüş ərazi və regionlar
üzərində iqtisadi üstünlüyə əhəmiyyətli dərəcədə uduzan bir
şəkil almağa başlayırdı.
Sosiumun həyat fəaliyyətinin siyasi, iqtisadi və sosiomə-
dəni aspektlərini “həzm etmiş” ümumdünya inteqrasiyası
aparıcı dövlətlərin xarici siyasət prioritetlərinin müəyyən
edilməsində birinciliyi, əsa-
sən, “Böyük yeddiliyin”
maraqlarını əhatə edən və
investisiya qoyuluşunun
vahid iyerarxiyası konqlo-
meratından ibarət olan
maliyyə məsələlərinə verdi.
§ DEMOKRATİYA GEOSİYASƏTİ
1985-ci il dünyanın siyasi strukturunda daha dərin trans-
formasiyalar dövrü oldu. On illərlə davam edən “soyuq mü-
haribə”dən sonra Qərb üçün daha açıq olan bir adamın –
M.S.Qorbaçovun hakimiyyətə gəlməsi ilə beynəlxalq siya-
sətdə demokratik dəyişikliklərin ilk əlamətləri göründü.
Sov.İKP MK Baş katibinin Böyük Britaniyanın Baş naziri
M.Tetçer ilə görüşləri, sonra isə ABŞ Prezidenti Reyqan ilə
üçtərəfli görüşü, Moskva və Vaşinqtona qarşılıqlı səfərlər
düşmən ideologiyaların münasibətindəki buzu əritdi.
Beynəlxalq münasibətlərin “Soyuq müharibə”nin bit-
məsi, Berlin divarının sökülməsi, Qarşılıqlı İqtisadi Yar-
dım Şurasının dağılması, sovet respublikalarında xalq
Dostları ilə paylaş: |