113
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
rizənin mövcudluğunu və fəhlələrin öz hüquqları, müdafiəsi
uğrunda mübarizəsinin qanunauyğunluğunu, o cümlədən öz
təşkilatlarına malik olmaq hüququnu ardıcıl surətdə
tanıyırdı. O, fəhlələrin sosial ədalət uğrunda mübarizəsinə
kilsə tərəfindən dəstəklənən obyekt kimi baxırdı.
Acornamento (müasir neotomizmin ekzistensializm, fəlsə-
fi antropologiya, germenevtika, fenomenologiya, habelə dil-
çilik fəlsəfəsi, neopozitivizm və qismən kantçılığın və koqni-
tiv psixologiyanın ən yeni fəlsəfi ideyalarının katolik teolo-
giyası tərəfindən assimilyasiyasına yönəlmiş inkişaf
təmayülü. Termin, neotomizmin müasir mədəniyyətin müd-
dəalarına adaptasiyasının geniş proqramını qəbul edən İkinci
Vatikan kilsə məclisi tərəfindən tətbiq edilmişdir) sosial
məsələlərdə xüsusi mülkiyyətin tanınması problemi barədə
kilsənin ənənəvi mövqeyinə toxunmurdu. Kilsə xüsusi
mülkiyyətin tanınması prinsiplərinə tərəfdar olaraq qalmaqda
idi. Mülkiyyətə teoloji baxışlara uyğun olaraq, yer üzündə
olan nemətlər, əşyalar insana xidmət etmək üçündür, yəni
onlara malik olmaq lazımdır. Kilsənin fikrincə, (mülkiyyət
məsələsində) insanlar arasında ifrat əmlak ziddiyyətləri ola
bilməz; burada tarazlıq yaratmaq lazımdır. Xüsusi mülkiyyət
hüququ təbiət qanunlarına uyğun olaraq insanın siqlətindən
irəli gəlir və yalnız istifadə və istehlak üçün olan nemətlərə
deyil, həm də istehsal vasitələrinə şamil edilir. Xüsusi
mülkiyyətdə olan nemətlərdən istifadə yeganə nemətdir və
burada sərhədləri ictimai fayda təyin edir.
Papa XXIII İoannın dünyada baş verən dəyişiklikləri qə-
bul etməsi onun sonuncu “Pacem in Terris” (“Dünyada
sülh”) adlı ensiklikasında – müraciətində (9 aprel 1963-cü il)
özünün daha aydın ifadəsini tapmışdır. Ensiklika həm də o
cəhətdən yeni idi ki, ekumenizm ruhunda o, artıq təkcə din
114
Ramiz
Mehdiyev
Demokratiya
yolunda:
irs haqqında
düşünərkən
xadimlərinə deyil, ümumiyyətlə katoliklərə, hətta bütün
dindarlara ünvanlanmışdı. Ekumenizm müxtəlif xristian
təriqətləri arasında yaxınlaşma və əməkdaşlıq kimi yeni
məna qazandı. Papa nəzərə aldı ki, dünyanın bir hissəsi
kapitalizm quruluşundan imtina etmişdir və bununla bağlı
kilsənin vəziyyəti xeyli dərəcədə dəyişmişdir. Sosialist
ölkələrini de-fakto tanımaqdan başqa, o, daxili çəkişmələrin
həll edilməsi təklifini beynəlxalq müstəviyə çıxardı:
kapitalizm və sosializmlə münasibətdə yeganə düzgün yol –
Allahın dövləti (Civctas Dei) yolunu tutmaqdır ki, bunun
vasitəsilə birgə yaşayış və sülhü qoruyub saxlamaq
mümkündür. Papa XXIII İoann bu ensiklikada bəyan etdi ki,
ateizm ideoloji baxımdan xristianlar üçün qəbuledilməz olsa
da, sülh uğrunda mübarizə aparan hər hərəkatla, o cümlədən
kommunizmlə də əməkdaşlıq nəinki mümkündür, hətta
vacibdir. Bununla da XXIII İoann sosializm ideyasının
yarandığı vaxtdan sələflərinin kilsə ətrafında çəkdikləri
sərhədi adlamış oldu. “Pacem in Terris” ensiklikası Vatikan
üçün sosialist ölkələri ilə təmas və əlaqə, marksistərlə dialoq
axtarışlarını mümkün etdi
1
.
1978-ci ildə Roma katolik kilsəsinin başçısı özünə II
İoann Pavel adını götürmüş polyak Karol Voytıla seçildi. O,
Papa pontifikatının tarixində yalnız katolik kilsəsinin başçısı
olan ilk slavyan kimi deyil, həm də demokratik proseslərin,
vətəndaşların hüquq və azadlıqlarının ən qızğın müdafiəçisi
kimi qaldı. Onun papalıq dövrünün əvvəli “üçüncü
demokratik dalğa”nın başlanması ilə üst-üstə düşdü və təbii
ki, o vaxt Şərqi Avropa və Latın Amerikası ölkələrini, xeyli
dərəcədə xristian dövlətlərini bürümüş olan proseslər İkinci
1
Е.Гергей. История папства. Папство наших дней. http://svany.narod.ru/
popes/gergey/ch11.htm
115
1‐ci fəsil
Əzablı
yollarla
ulduzlara
doğru
Hökm edənlər ilə itaət edənlər
arasında
məsafə nə qədər çoxdursa,
birinci üçün
qanın, ikinci üçün isə
tərin əhəmiyyəti
bir o qədər azdır.
Deni Didro
Vatikan məclisindən sonra siyasətə münasibətini dəyişmiş
kilsəni narahat etməyə bilməzdi.
Karol Voytıla papa seçiləndən sonra elə ilk çıxışında
kardinallara müraciət edərək bəyan etdi: “Biz ürəkdən gələn
itaətkarlıqla sülhə, tərəqqiyə və millətlər arasında ədalətə
xidmət etməyə çalışmalıyıq… Biz bəşər cəmiyyətinin bünöv-
rəsini təşkil etməli olan mənəvi əsasları möhkəmləndir-
məliyik. Biz hiss edirik ki, bu vəzifə təxirəsalınmazdır, çünki
dünyanın bir çox yerlərində
mübarizə və toqquşmalar
üçün zəmin yaradan dağıntı
və ziddiyyətlər davam edir
və bunlar daha qorxulu və
dəhşətli bəla və bədbəxt-
liklərə doğru aparır”.
II İoann Pavel papalığının bütün dövrü ərzində dəfələrlə
əməyin humanistləşməsi, fəhlələrin hüquqlarının müdafiəsini
dəstəkləmiş, “gerçəkləşmiş sosializm”də təşəkkül tapan
partiyalı dövlətin diktatura strukturunu, bu sistemdə fəhlə
sinfinin və məhsuldar əməyin asılı rolunu tənqid etmişdir.
Eyni zamanda, papa dünyanın iqtisadi durumunun qarşıya
çıxardığı problemlər haqqında da fikir söyləməyə başlamışdı,
çünki sabit maddi təminat olmadan insanın mənəvi
inkişafının nə dərəcədə məhdud olduğunu görürdü.
Papalıq daha geniş yayılmış siyasi teologiyaya – “qurtuluş
teologiası”na qarşı da çıxış etdi, çünki Latın Amerikası gerçək-
liyi özlərini xalqla eyniləşdirən katolik ruhanilərinin ədalətsiz
rejimləri devirmək üçün ictimai və siyasi mübarizəyə qoşulma-
larına səbəb olmuşdu. “Tərəqqi teologiyası”, “qurtuluş teolo-
giyası”, “inqilab teologiyası” və s. məhz orada yaranmışdı.
Dostları ilə paylaş: |