Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə33/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   29   30   31   32   33   34   35   36   ...   253

 

 

107



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Bizi azad edən o deyil ki, öz 

üzərimizdə

 

heç bir hakimiyyəti 

tanımırıq, bizi azad edən odur ki, 

bizdən yuxarıda olana hörmət 

bəsləməyi bacarırıq. Çünki belə 

hörmət bizim özümüzü ucaldır. 

 

Höte 

çıxışlarının yatırılmasına yönəldilmiş terror siyasəti, ölkədə 

aparılan iqtisadi siyasətdən cəmiyyətin narazılığının artması və 

bunun nəticəsi kimi əməkçilər tərəfindən daim mitinq və tətillər 

keçirilməsi təkan verirdi. 1966-cı ilin yanvarında Yunanıstanda 

eyni vaxtda 80 mindən çox fəhlə və qulluqçu tətil edirdi ki, bu 

da ölkənin istehsal potensialının dörddəbirinə bərabər idi; 1966-

cı ilin iyununda 20 min bank qulluqçusu tətil etdi: 6 mindən çox 

poçt işçisi 48 saatlıq tətil elan etdi; həmin ilin avqustunda 

Afinanın 150 min dövlət qulluqçusu tətilə başladı, oktyabrda isə 

bütün Yunanıstanda artıq 180 min tikinti fəhləsi tətil edirdi. 

1967-ci il aprelin 21-də 

Afinanın küçələri ilə hərəkət 

edən tankların səsi  şəhər 

sakinlərini yuxudan oyatdı, 

radio isə polkovnik Papado-

pulosun yunan xalqına mü-

raciətini verirdi. O, müra-

ciətdə bildirirdi ki, ölkədə 

inqilab baş vermişdir. Lakin bu, dövlət çevrilişi idi. 

Papadopulos başda olmaqla hərbi hökumət hakimiyyətə  gəldi 

və ölkəni 1974-cü ilədək idarə etdi. Hərbçilərin özləri çevrilişi 

“ölkəni qarmaqarışıqlıq və dağıntı vəziyyətindən çıxarmalı olan 

21 aprel inqilabı” adlandırırdılar. 

Yunanıstan tarixinin bu mərhələsi xarici tarixşünaslıqda 

hərbi diktatura yaradılması kimi şərh edilirdi, çünki 1967-ci ilin 

dekabrında rəsmən istefaya çıxan hərbçilərin hakimiyyətinin 

yeddi ili ərzində heç bir demokratik təsisat fəaliyyət göstərmə-

mişdir. Parlament seçkiləri  ərəfəsində hakimiyyətə  gələn yeni 

hökumət seçkiləri keçirmədi, bütün siyasi partiyalar qadağan 

edilmişdi, kütləvi həbslər aparılmışdı, müxalifətçilər həbs dü-

şərgələrinə salınmışdı. 1967-ci ilin dekabrında uğursuzluqla nə-

ticələnən çevriliş cəhdindən sonra kral Konstantin İtaliyaya sür-



 

 

108 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

gün olundu, bütün mətbuat sərt senzura altında idi, hər hansı 



yadfikirlilik təzahürü dərhal yatırılırdı. 

Ötən  əsrin 60-cı illərində demokratiyadan qlobal şəkildə 

uzaqlaşma Latın Amerikasının Çili, Uruqvay, Venesuela, 

Kolumbiya kimi dövlətlərindən də yan keçmədi. Asiyanın ölkə-

lərindən Hindistan (qismən), Pakistan, Filippin, İndoneziya və 

Koreyada demokratiyalar məğlub oldu. 

1966-cı ildə Nigeriyada Afrika demokratiyası süquta uğradı. 

Demokratik proseslərin donorları olan iri dövlətləri tədricən 

bürümüş siyasi və iqtisadi böhranlar nəticəsində demokra-

tikləşmənin ikinci dalğası öz tarixi irəliləyişini başa çatdırdı. 

Avropa ölkələri daxili iqtisadi problemlərə  cəlb olunmuşdu və 

Keynsçilik sisteminin səmərəsizliyi ilə əlaqədar bunlar gündən-

günə artırdı. 

ABŞ Vyetnam müharibəsinə  cəlb olunmuşdu, ona xeyli 

miqdarda maliyyə  vəsaiti, resurslar və qüvvələr sərf edilmişdi. 

Bu müharibə iki dünyanın – kommunist və kapitalist dünyala-

rının real qarşıdurması kimi qiymətləndirilirdi. SSRİ o vaxt 

Nasir rejiminin təsir dairəsinin genişləndirilməsi vasitəsilə 

Yaxın Şərqdə öz mövqelərini gücləndirməyə çalışırdı ki, bunda 

da məqsəd, ABŞ-a  əks olaraq, ta İsrailədək “kommunist” 

zolağını gücləndirmək və beləliklə,  ərəb dünyasına öz təsirini 

saxlamaq idi. O dövrdə Fransa və Almaniya beynəlxalq siya-

sətdə müstəqil rol oynamır və ümumdünya işlərində öz şərtləri-

ni qəbul etdirə bilmirdi, buna görə  də demokratiyanın geniş-

ləndirilməsinə dair qlobal layihələrdə onların iştirakı çox cüzi 

idi. ABŞ izolyasionizm siyasətindən imtina etdikdən sonra 

Böyük Britaniya satellit rolu ilə razılaşdı. 

Demokratikləşmənin ikinci dalğası bir müddətdən sonra 

təzədən və yeni qüvvə ilə başlanmaq üçün sona yetdi. 



 

 

109



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

 

§ ÜÇÜNCÜ DALĞA 

 

S.Hantinqton Portuqaliya inqilabını Üçüncü dalğanın baş-



lanğıc nöqtəsi adlandırır. Amerika politoloqu F.Şmitter də bu 

fikirdədir. Portuqaliyada yarım əsr mövcud olmuş hərbi reji-

min yıxılması üçün cəmi bircə gün vaxt lazım gəldi. 

1974-cü il aprelin 25-də, cümə axşamı günü saat 12.25 

dəqiqədə radio ilə  səslənən mahnı üsyançılara işarə oldu. 

Kapitan Salquera de Maya Lissabondan 50 mil məsafədə 

yerləşən Santarim hərbi bazasından səkkiz zirehli maşını və 

piyadalarla dolu on yük maşınını  çıxararaq, paytaxta tərəf 

hərəkət etdi. Silahlı Qüvvələr Hərəkatının (SQH) – Radikal 

əhval-ruhiyyəli orta pillə zabitlər təşkilatının təsiri altında 

olan bəzi digər bölmələr də  çıxış etdilər. 5-ci piyada alayı 

paytaxt radiostansiyasını tutdu, radiostansiya saat 17.30 

dəqiqədə SQH-nin ilk rəsmi məlumatını verdi. Bu, polisə və 

orduya kazarmalarda qalmaq barədə müraciət idi. 

Baş nazir Martsello Kaetano hələ respublika milli qvar-

diyası hissələrinin, rejimin pretorianlarının yerləşdikləri Kar-

mo kazarmalarında gizlənməyə cəhd göstərirdi. Üsyançı böl-

mələr Karmoya gedən yolda briqadir Raysın komandanlıq et-

diyi 7-ci əlahiddə diviziyanın tankları ilə qarşılaşdılar. Aza-

cıq çaşqınlıqdan sonra Raysın adamları üsyançıların tərəfinə 

keçdilər. Minlərlə fəhlə və gənc küçələrə axışdı. Baş Qərar-

gah tutulmuş, hava limanları bağlanmış,  əsas nazirlər həbs 

edilmişdilər. Qoşunlar Lissabona gedən yolu kəsmiş və əhə-

miyyətinə görə ikinci şəhər olan Portunu qoruyurdular. Üs-

yançılara yalnız hamının nifrət etdiyi məxfi polis müqavimət 

göstərirdi, hiddətlənmiş kütlə onun iqamətgahını mühasirəyə 

almışdı. Üsyana qalxan xalqa mənasız müqavimət cəhdi za-

manı məxfi polisin agentləri bir neçə adamı güllələmişdilər. 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə