Ramiz Mehdiyev demokratiya yolunda: irs haqqında düşünərkən



Yüklə 5,08 Mb.
Pdf görüntüsü
səhifə41/253
tarix02.10.2017
ölçüsü5,08 Mb.
#2707
1   ...   37   38   39   40   41   42   43   44   ...   253

 

 

131



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

4. Katolik kilsəsinin avtoritar rejimlərə  və totalitar döv-



lətlərə qarşı mübarizədə yeni strategiyası. Onun həyata 

keçirilməsində Roma Papasının mühüm şəxsi rolu ol-

muşdur. 

5. Yeni ərazilər, təbii sərvətlər və ucuz işçi qüvvəsi tələb 

edən qlobal maliyyə müdaxiləsinin başlanması. 

6. Qərb bloku ölkələri əhalisinin iqtisadi rifahının inkişa-

fının davamlılığını təmin etmək və keyfiyyətcə yaxşı-

laşdırmaq  üçün “Böyük yeddilik” ölkələri tərəfindən 

yeni nəqliyyat yollarının axtarışı. 

7. Vahid hərbi-siyasi aksiyalar və demokratik ölkələr 

qurşağının təhlükəsizliyini təmin etmək üçün yeni 

amortizasiya şəraiti yaradılmasının zəruriliyi. 

8. Dünya birliyinin bütün ölkələri üçün vətəndaşların öz 

iradəsini bildirməsini, insan hüquqları və azadlıqlarını, 

dövlət idarə etməsinin və ictimai inkişafın  əsasları 

sayılan hakimiyyət orqanlarının seçkili olmasını təmin 

edən vahid siyasi preferensiyaların (imtiyazların) 

mühümlüyü. 

9. Təhlükəsizliyin təmin olunması  və yeni məkanların 

sabitlik və  təhlükəsizlik qövsünə daxil edilməsi  

zərurətindən irəli gələn  Pax Americana zonasının 

genişlənməsi. 

10. İkiqütblü dünya nizamından monosentrik dünya  niza-

mına keçid, ABŞ-ın xeyirxah hökmranlığı, dünyanın 

strateji cəhətdən mühüm rayonlarında kəskin qeyri-

sabitliklə bağlı alarizm (ingiliscə alarm – təhlükə 

sözündəndir). 



 

 

132 



Ramiz 

Mehdiyev  

 

Demokratiya 



yolunda: 

irs haqqında 

düşünərkən

 

Bu amillər  XXI əsrin əvvəlləri üçün demokratikləşmənin  



yeni fenomen – geosiyasi təsirin, neoliberal siyasəti və 

iqtisadi modelinin zonasının genişlənməsinin determinantı 

xarakteri alan sürətinin xeyli dərəcədə artmasını irəlicədən 

müəyyən etmişdi.  S.Hantinqton vurğulayır ki, bütün zəngin 

ölkələr demokratikdir və demək olar ki, bütün demokrati-

yalar zəngindir. Deməli, bu zənginliyi nəinki qorumaq, sabit 

inkişaf və mütəmadi artımı  təmin etmək üçün imkan da-

xilində onu çoxaltmaq lazımdır. Ötən  əsrin sonu, yeni əsrin 

əvvəlində baş verən demokratik transformasiyaların mahiy-

yəti xeyli dərəcədə yeni dünya nizamını quranların iqtisadi 

və siyasi iddialarının həyata keçməsi ilə bağlıdır. Qabriel 

Almondun yazdığı  kimi, “sosial və beynəlxalq dəyişikliklər 

uzun dövr ərzində davam edə bilər və  əyri xətdə, yaxud 

xətlərdə yalnız hansısa qısamüddətli ilgəyə, yaxud bir sıra 

ilməyə çatandan sonra siyasi sistemdə  dəyişikliklərə  təhrik 

etməyə başlaya bilər”

1



Belə yanaşmada demokratik dövlətlərin davakar olmama-



ları haqqında dəlil bəzən tarixi təhlil qarşısında aciz qalır. 

Eləcə  də bazar iqtisadiyyatının guya demokratiyanın ayrıl-

maz hissəsi olması fikri. Çünki Yaponiya da, Almaniya da 

heç vaxt Amerika tipli liberal bazar iqtisadiyyatına malik 

ölkələr olmamışdır.  

Qlobal qarşılıqlı asılılığın xilasedici rolu barədə dəlili də 

tənqid etməyə  dəyməz, çünki Birinci dünya müharibəsi 

ərəfəsində dünya ölkələri son dərəcə bir-birindən asılı idi, 

lakin bu hal Avropanın yenidən bölüşdürülməsinin ortaya 

atılmasına  mane ola bilmədi. 

                                                 

1

 



G.A.Almond. Approach to Developmental Causation // Crisis, Choice and 

Change: Historical Studies of Political Development / Ed. by G.A.Almond, 

S.C.Flanagan, R.J.Mundt. Boston: Little, Brown, 1973, p. 28.

 



 

 

133



1‐ci fəsil 

 

Əzablı 



yollarla 

ulduzlara 

doğru 

Yaxud da  ABŞ Prezidenti oğul Buş İraqda müharibənin 



yalançı  zəmin  əsasında başlanması ilə razılaşanda, müstəqil 

dövlətin işğalı isə demokratik rejim yaradılmasına cəhd kimi 

təqdim ediləndə, üstəlik, hər gün orada yüzlərlə dinc sakin 

həlak olanda istər-istəməz müasir demokratiyanın dəyəri 

barədə sual doğur.  

Elə buna görə  də müasir sosiologiyanın  əsas problemi 

“yeni demokratiya nədir?” sualına verilən cavabdan ibarətdir. 

XXI  əsrin  əvvəllərinə yaxın  Pax Americana-nın təsir 

dairəsini  Şimali Koreya və  İran hüdudlarına qədər geniş-

ləndirən “demokratikləşmənin üçüncü dalğası”nın nəticələri 

nədən ibarətdir? Yeni ərazilərin demokratikləşdirilməsi  nə 

deməkdir: qərbləşmə  dünyada güclülərin geosiyasi üstün-

lüyü, yoxsa daha əlverişli dövlət idarəetmə rejiminin real 

şəkildə qurulması? Aşağıda biz demokratik tranzit pərdəsi 

altında gizlənən demokratik reallıqlar və  əsl demokratik 

transformasiyalar arasında sərhədi göstərməyə çalışacağıq. 



 

§  DÜNYADA ÜSTÜNLÜK QAZANMAQ 

    STRATEGİYASI 

 

İqtisadi inkişaf, sənayeləşdirmə, urbanizasiya, burjuazi-



yanın və orta sinfin meydana gəlməsi, fəhlə sinfinin və onun 

ilkin təşkilatlarının yaranması, iqtisadi bərabərsizliyin tədri-

cən aradan götürülməsi XIX əsrdə    Şimali Avropa ölkələri-

nin demokratiyaya doğru hərəkətində öz rolunu oynamışdır. 

O dövrün demokratiya dalğasının hərəkətverici qüvvəsi təd-

ricən formalaşan kapitalist cəmiyyətini bürüyən intensiv 

iqtisadi artımdan ibarət idi. Lokk, Monteskyö, Russo, de 

Tokvil kimi filosofların təsiri də yeni tip kütləvi düşüncənin 




Yüklə 5,08 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   253




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə